Azərbaycan rəqəmsal yayıma
hazırdır
Dünən Bakıda “Yayım standartları” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirin açılışında
çıxış edən
Milli Televiziya və Radio Şurasının
(MTRŞ) sədri Nuşirəvan
Məhərrəmli XXI əsrin
yenilikləri içərisində
televiziyanın mühüm
yer tutduğunu bildirdi və qeyd etdi ki, cəmiyyətin
inkişafında mühüm
amilə çevrilən
bu sahəyə diqqət və maraq təbiidir:
“Bu gün rəqəmsal
yayımın tətbiqi
teleradio yayımında
ciddi bir dəyişiklikdir. Bu, dünya
ölkələrinin əsas
müzakirə mövzularından
biridir. Amerika, Yaponiya kimi
ölkələr bu sahədə irəliləyişlər
əldə ediblər.
Avropa ölkələri analoq yayımı dayandırıb.
Azərbaycan bu istiqamətdə
fəaliyyətə 2004-cü ildə başlayıb.
Bu daha çox
texniki dəyişikliklərlə
müşahidə olunur.
2011-ci Nazirlər Kabineti rəqəmsal yayıma keçidlə bağlı xüsusi qərar qəbul edib. Artıq Azərbaycan rəqəmsal
yayıma hazırdır.
Noyabr ayına qədər ölkənin 85-90 faizini əhatə edəcək.
Başqa ölkələrdən
fərqli olaraq Azərbaycanda bu istiqamətdə iş sürətlə həyata
keçirilir. Azərbaycan televiziya
kanalları, yayımçılar
bu işə texniki baxımdan hazırdır”. O da bildirildi ki, MDB ölkələri arasında
ilk dəfə olaraq məhz Azərbaycan analoq yayımından imtina edəcək.
MTRŞ sədri bununla
bağlı əhaliyə
müraciət edərək
hamını bu prosesə indidən hazır olmağa çağırdı: “Rəqəmsal
yayıma keçmək
üçün analoq
yayımı rəqəmsal
yayıma uyğunlaşdırmaq
lazımdır. Bunun üçün
televizora dekoder alınmalıdır. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin Peyk zavodu və “Kür” zavodu dekoderlərin istehsalına
başlayıb. Zavodlar yaxın
vaxtlarda kütləvi
istehsala başlayacaqlar.
Eyni zamanda sahibkarlar da xaricdən dekoderlər gətirirlər”.
N. Məhərrəmlinin sözlərinə
görə, hazırda
dekoderlərin qiyməti
30-35 manat təşkil
edir: “Amma istehsalçılarla danışıqlar
aparırıq ki, bu qiymətləri aşağı salsınlar.
Kütləvi istehsal olsa,
o zaman qiymətlər
düşməlidir”. MTRŞ
sədri Azərbaycanda
iki ay paralel şəkildə həm analoq, həm də rəqəmsal yayımın aparılacağını,
bundan sonra isə analoq yayımın tamamilə dayandırılacağını bildirdi. O da vurğulandı ki, rəqəmsal yayımla bağlı Avropa modeli öyrənilir. Problemlərə gəldikdə isə
MTRŞ-nin sədri bildirdi ki, bu
əsasən regionlarda
özünü göstərir.
Əgər bunun tətbiqi
zamanı 10 televiziya kanalı bir paketə qoşula bilərsə, yerlərdə
onları bir paketə salmaq çətindir. O da
vurğulandı ki, bu yayımla elektirk enerjisinə qənaət olunacaq. Əhatə dairəsi isə bərabər olacaq. Xaricdən, o
cümlədən İrandan
siqnalların daxil olması məhdudlaşacaq.
Teleradio İstehsalat Birliyinin buna imkanları var. Rumıniya
Teleradio Yayım Şurasının sədri
Kristian Mititelu çıxışında şuranın
fəaliyyətindən danışaraq
bildirdi ki, orada şuraya istənilən adam
müraciət edə
bilər ki, Rumıniyada əsasən şikayətçilər siyasətçilər
olur: “Şura isə buna 30 gün ərzində cavab verməlidir. Sanksiyalara gəldikdə isə bu öncə məktubdan başlayır
və daha sonra ciddi tədbirlər
görülür. Maliyyə cərimələri
olur ki, bunların da həcmi 1200-1500 avro təşkil edir. Ayda 100 şikayət daxil olur. Daha ciddi tədbir
olaraq yayım 10 dəqiqə dayandırıla
bilər. Son olaraq yayım 3 saat dayandırıla, nəhayət, lisenziya alına bilər. O da vurğulandı ki, görüşlər açıq keçirilir,
mətbuat istəsə
iştirak edə bilər. Şurada qarşı tərəfin
çıxış etmək
imkanı var. Cərimə
pulu isə xəzinədarlığa gedir
və bu cərimənin ödənilməsi
yoxlanılır. Şura sədri
maliyyə cərimələrini
bu sahədə ən effektli hesab edir. Çünki onun təsiri daha tez hiss olunur. Yayımçı isə 30 gün
ərzində apeliyasiya
məhkəməsinə müraciət
edə bilər.
İndiyədək 2 faiz məhkəmə
işi yayımçılar
tərəfindən udulub”.
Macarıstan Teleradio Yayım Şurasının
rəhbəri Osko Georgiy isə bildirdi ki, Macarıstanda
şuraya yayımla bağlı şikayətlə
istənilən şəxs
müraciət edə
bilər: “Nəticədə
72 saat ərzində yayımçıya xəbərdarlıq
edilir. Anonim şikayətlər də qəbul edilir. Biz Avropa
İttifaqı dövlətlərinin
audiovizual tənzimləməni
birbaşa təmin etmişik. Müxtəlif sanksiyalar tətbiq
edilir. Hətta bəzi televiziyalar üçün bu rəqəm 1 milyon dollar ola bilər.
Macarıstanda prinsip odur ki, ilk olaraq xəbərdarlıq edilir,
cərimə, sonra yayım dayandırılır.
Bu 15 dəqiqədən 15 günə
qədər ola
bilər. İşlər ictimaiyyətə açıqdır. Cərimələr isə 5 avrodan başlayır və bu cərimələr yayımçılara dəstək
fonduna təqdim edilir. Şuranın qərarları apelyasiya
məhkəməsində təqdim
oluna bilər. Lisenziya almaq üçün xüsusi tender prosedurunda iştirak edirlər.
Tədbirdə Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı,
Gürcüstanın media eksperti
Laşa Tuquşi,
media hüququ üzrə
ekspert Ələsgər
Məmmədli çıxış
etdilər.
Nigar
Palitra.-2011.-28 sentyabr.-S.6.