Yeni dərs ili başladı
Dünən ölkəmizdə yeni
dərs ili
başlayıb. Təhsil Nazirliyinin
(TN) Mətbuat xidmətindən
verilən xəbərə
görə, 2011-2012-ci tədris
ilində ümumtəhsil
məktəblərinin I sinfinə
124 274 şagird qəbul
olunub.
2010-2011-ci dərs ilində
I sinif şagirdlərinin
sayı 120420, 2009-2010-cu tədris
ilində isə 118947
nəfər təşkil
edib. Yeni dərs ilində
47 yeni orta məktəb şagirdlərin
istifadəsinə verilib.
Bunlarla yanaşı ayrı-ayrı bölgələrdəki
məktəblərə 2 milyon
manat dəyərində
12957 parta, 1080 yazı
lövhəsi, 2095 müəllim
stolu, 3750 müəllim
stulu verilib. Yeni məktəblərinin tikintisi,
əlavə korpusların
inşası, onların
əsaslı təmiri,
müasir avadanlıqlarla
təminatı, infrastrukturunun
yeniləşdirilməsi nəticəsində
ümumilikdə ölkə
üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son
10 ildə məktəb
tikintisi sahəsində
həyata keçirilən
proqramlar sayəsində
ikinövbəli məktəblərin
faizi 73-dən 44-ə, ikinci
növbədə təhsil
alan şagirdlərin faizi isə 34,5-dən 21-ə enib.
İlk dərs günü
Səbaildə
Yeni tədris
mövsümünün başlaması
Səbail rayonunun bütün orta təhsil müəssisələrində
təntənəli şəkildə
qeyd olunub. Yeni dərs ili
ərəfəsində məktəblərdə
böyük hazırlıq
işləri aparılıb,
ilk dərs günü
16 orta məktəbdə
dərslərə başlanıb.
Səbail rayonu Bayıl yaşayış
sahəsindəki 1937-ci ildə
tikilən 91 saylı orta məktəb rayonun
ən qocaman məktəblərindən biridir.
Məktəb kollektivi son illərdə
bir sıra uğurlar qazanıb, təhsildə və şagirdlərin bilik səviyyəsinin yüksəlməsində
bir sıra nailiyyətlər əldə
edib. Hazırda məktəbdə 1100 nəfər şagird təhsil alır. Yeni təhsil ilində 4 sinifdə 100 nəfər uşaq birinci sinifə gedəcək.
Məktəbdəki tədbiri
açan 91 saylı orta məktəbin direktoru Svetlana Zülfüqarova
bildirib ki, bu il kollektivinin
təhsildə qazandıqları
uğurlara və 2010/2011-ci
tədris ilinin yekunlarına görə məktəb «Ən yaxşı ümumtəhsil
müəssisəsi» müsabiqəsinin
qaliblərindən olub.
Keçən tədris
ilinin yekunlarına görə, məktəbin
məzunlarından 40 nəfəri
müxtəlif ali məktəblərə,
o cümlədən 5 məzun
xarici ölkə ali məktəblərinə
daxil olub, 11-i qəbul imtahanlarında
500-dən, 4-ü isə 600-dən çox bal toplayıb. Məzun Saleh Rzayev Prezident
təqaüdünə layiq
görülüb. O, qəbul
imtahanları zamanı
685 bal toplayaraq «Qafqaz»
Universitetinin tələbəsi
adını qazanıb.Ölkə başçısı
tərəfindən imzalanmış
«2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı»nda
Səbail rayonunun bir sıra təhsil
müəssisələri kimi 91 saylı orta məktəbdə əsaslı təmir aparılaraq bütün qapı və pəncərələr dəyişdirilib,
sinif otaqları, idman və akt
zalları, koridorlar təmir olunub, döşəmələrə plitə döşənib.
Məktəbin elektrik,
su və kanalizasiya xətləri yenilənib, yeni istilik sistemi
quraşdırılıb, sanitariya
qovşaqlarında təmir
işləri aparılıb,
dam örtüyü yenilənib.
Səbail rayonun mərkəzində
yerləşən 189 saylı
orta məktəb
1937-ci ildən fəaliyyət
göstərir. Məktəbin yerləşdiyi bina isə həmin vaxta kimi başqa
təyinatlı tikili olub. Məktəbdə hazırda 1100 şagird
təhsil alır, 150 müəllim onlara dərs deyir. Bu tədris ilində
məktəbi 124 nəfər
şagird bitirib, yeni tədris ilində 3 birinci sinifdə 70 şagird təhsil alacaq. Bilik Günü münasibəti ilə əsaslı təmirdən
sonra yenicə istifadəyə verilmiş
məktəb binası
qarşısına toplaşan
şagirdlər, pedaqoji
kollektiv, valideynlər
və çoxsaylı
qonaqları qarşısında
çıxış edən
189 saylı orta məktəbin direktoru Ceyran Quliyeva keçən tədris ilində məktəb kollektivinin qazandığı uğurlar
barədə məlumat
verib. Yeni dərs ilinin
başlanmasına həsr
olunan tədbirlərdə
iştirak edən Səbail rayon İcra Hakimiyyətinin başçısı
Asif Əsgərov əsaslı təmir olunaraq istifadəyə verilmiş məktəblərin
kollektivini təbrik edib, onlara yeni
məktəbdə alacaqları
təhsildə uğurlar
arzulayıb. A.Əsgərov
qeyd etdi ki, bu il
Səbail rayonunun təhsil tarixində
görünməmiş bir
hadisə baş verib. Ölkə başçısı tərəfindən imzalanmış
Dövlət Proqramına
uyğun olaraq rayonun ümumtəhsil müəssisələrində geniş miqyaslı təmir-yenidənqurma işləri
aparılıb. 6 saylı
məktəb-lisey sökülərək
yenidən tikilib, 2 saylı Texniki-Humanitar Elmlər Liseyi, 51, 91 və 189 saylı orta məktəblər, 160 saylı
Klassik Gimnaziya ilə yanaşı 6 saylı Bakı Peşə Məktəbi,
20 saylı Uşaq yaradıcılıq mərkəzi
və 35 saylı Texniki Yaradıcılıq
Mərkəzində əsaslı
təmir-yenidənqurma işləri
aparılıb. Hazırda
7 saylı orta məktəb üçün
idman və akt zalı olan
əlavə,
49 saylı orta məktəb üçün
yeni 660 şagird yerlik əlavə korpusların, həmçinin
3 saylı Uşaq Musiqi məktəbinin sökülərək yenidən
tikintisi, daha 2 uşaq bağçasının
əsaslı təmiri
aparılır.Qeyd edək
ki, aprel ayının 20-də Prezident
İlham Əliyev Səbail rayonu Badamdar qəsəbəsində
yeni 120 yerlik uşaq bağçası
və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə
başlamaq üçün
sərəncam imzalayıb,
sərəncamın icrasını
təmin etməkdən
ötrü RİH tərəfindən
tikinti üçün
torpaq sahəsi müəyyənləşdirilib, gözəl və müasir layihə işlənib. Hazırda tikinti işlərinə
başlanması üçün
müvafiq sənədləşdirmə-razılaşdırma
işləri başa çatmaq üzrədir.
Rayon məktəblərində aparılan təmir işləri ölkə rəhbərliyi tərəfindən
nəzarətdə saxlanılıb
və Prezident avqustun 16-da 189 saylı orta ümumtəhsil məktəbinin, sentyabrın
1-də isə 160 saylı
Klassik Gimnaziyanın binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin
gedişatı ilə
tanış olaraq aparılan işlərin keyfiyyətindən razı
qaldığını bildirib.
Kürdəmirdə şəhər 3 nömrəli
tam orta məktəbin
üçmərtəbəli yeni binası istifadəyə verilib
Kürdəmir şəhər 3 nömrəli
tam orta məktəb üçün inşa edilən 640 yerlik üçmərtəbəli yeni
bina dünən qapılarını şagirdlərin
üzünə açıb. Məktəb rayonun ən qocaman təhsil müəssisəsidir. Məktəb 1902-ci ildə Şamaxı zəlzələsindən sonra
Kürdəmirə gələn
maarifpərvər şair
Məhəmməd Hadinin
yaxın dəstəyi
və təşkilatçılığı
ilə 1903-cü ildə
tikilib və iki sinifli təhsil
ocağı kimi fəaliyyətə başlayıb.
İllər keçdikcə bina
genişləndirilib, əlavə
otaqlar inşa olunub. Artıq istismara yararsız
vəziyyətə düşən
bina müasir arxitekturada yenidən tikilib. Dövlət vəsaiti hesabına
məktəb binasınının
inşası tenderdə
qalib gəlmiş “Taleh” təmir-tikinti MMC tərəfindən 9 aya başa çatdırılıb.
İstilik sistemi qurulan
binada idman zalı, həkim otağı, kitabxana, fənn kabinetləri, sinif otaqları bütün zəruri avadanlıqla təchiz edilib. Müəllim və şagirdlərin,
valideynlərin, rayon rəhbərlərinin
iştirakı ilə
keçirilən açılış
mərasimində çıxış
edənlər təhsilin
yüksək səviyyədə
təşkilinə imkan
verəcək binanın
istifadəyə verilməsinə
görə Prezidentə
minnətdarlıqlarını bildiriblər. Şəhər
3 saylı tam orta məktəbin uğurlarından
danışan natiqlər
vurğulayıblar ki,
bu il
orta məktəbi bitirən 39 nəfər məzundan 19 nəfəri
ali, 6 nəfəri isə orta ixtisas
məktəblərinə qəbul
olunub. Mərasimdə Rayon İcra Hakimiyyətinin
başçısı Fəxrəddin
Məlikov yeni tədris mövsümü
və yeni binanın istifadəyə
verilməsi münasibətilə
məktəbliləri təbrik
edib, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Natiq bildirib
ki, Kürdəmir rayonunda son yeddi ildə inşa olunan məktəb binalarının 5-i Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
tikilib. Mərasimin
sonunda qonaqlar binanı gəzib, yaradılmış şəraitlə
tanış olublar.
Nigar
Palitra.- 2011.- 16 sentyabr.- S.11.