Qloballaşmada mədəni irsin
qorunması zəruridir
Azərbaycan müstəqillik əldə
etdikdən sonra həyata keçirilən
mədəniyyət siyasəti
milli-mənəvi dəyərlərimizin
qorunub saxlanılması
və gələcək
nəsillərə çatdırılması
üçün böyük
zəmin yaradıb. Xalqın əldə etdiyi bu böyük
nailiyyət milli sərvətimiz olan mənəvi dəyərlərimizin
istifadəsini, bəşəri
dəyərlərin tərkib
hissəsi kimi inkişafını və
inteqrasiyasını təmin
edir. Azərbaycan xalqı azad və suveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar
aparmaqla öz milli-əxlaqi dəyərlərinə,
tarixinə qayıtmaq
imkanı əldə etdi.
Dünyəvi, qabaqcıl və demokratik ölkələrin
təcrübələrindən yararlanmaqla sözügedən
sahənin milli zəmin üzərində
daha da inkişaf
etməsi prosesi başlayıb. Müasir dünya mədəniyyətinə
inteqrasiya olunduğumuza
görə milli-mənəvi
dəyərlərimizə xələl
gətirmədən, təcrübəyə
və elmin mütərəqqi nailiyyətlərinə
söykənərək forma dəyişikliklərini şüurlu
surətdə aparmaq məcburiyyətində olduğumuzu
qəbul etmək məqsədəuyğun olardı.
Hazırda qeyri-iradi olaraq qloballaşma və mədəni inteqrasiya prosesinin içərisindəyik. Məlum
olduğu kimi, qloballaşma prosesi müsbət tərəflərə
malik olduğu və inteqrasiya imkanlarını ehtiva etdiyi kimi, mənfi
çalarlara da malikdir. Belə ki, təbii şəkildə baş verən, millətləri,
xalqları və mədəniyyətləri yaxınlaşdıran,
qarşılıqlı təmas
qurmağa imkan verən qloballaşmadan savayı, bəzi supergüclər və pərdəarxası təşkilatlanmalar
tərəfindən aparılan
süni bir qloballaşma prosesi də var. Bu zaman isə millətlərin dəyər sisteminin, mənəvi sərvətlərinin
aşınması üçün
müxtəlif formulalar
düşünülür və həyata keçirilmək üçün
dünya meydanına buraxılır. Bunlar müxtəlif sferalara, ələlxüsus da mədəniyyət və
dəyərlərə aid istiqamətlərdə
fəaliyyətə keçir.
Qloballaşma iqtisadi sferada start götürsə
də, üstqurum sferalarında öz təsirini yaymaqla sonuclanır. Təbii ki, bu gun qloballaşmanın bir çox ölkələr üçün yaratmış olduğu problemlər düşündürücüdür.
Çünki
bu problemlər bilavasitə mədəniyyət
sahəsində bəşər tarixinin, dünyanın inkisaf təcrübəsinin
öyrənilməsini, yaradıcılıq
əlaqələrinin genişləndirilməsini
zərurətə çevirir. Qloballaşmanın
bəşəriyyət tərəfindən
dərk edilən və etirazlarla qarşılanan
neqativ təzahürləri
və siyasi və iqtisadi mənafelərin güdüldüyü,
qloballaşmanın üzdə olmayan məqsədləri
son nəticədə
mədəni tərəqqiyə
ağır ziyan vurur. Qloballaşma mədəniyyət sahəsində
də həmin güclərə xidmət
etdiyi təqdirdə bəşəriyyət
böyük fəlakətlərlə
qarşılaşa bilər.
Siyasi sahədə qloballaşma milli dövlətçilik,
milli-mənəvi dəyərlər
problemi yaradır. Milli özünüdərk,
milli ləyaqət siyasi qloballaşmanın əsas problemidir. İnteqrasiya prosesinin qaçılmaz olduğu şəraitdə
milli-mənəvi-əxlaqi və tərbiyəvi dəyərlərimizin qorunmasına
qayğı və maraq daha da artıb.
Bu məqam unudulmamalıdır.
Ona görə də qloballaşmanın müsbət cəhətlərinin
cəmiyyətimizin mədəni
tərəqqisinə xidmət
etdiyini danmamaq şərtilə neqativ təzahürlərinin qarşısını
almaq barədə də düşünmək
yerinə düşərdi.
Müasir dövrdə
mədəniyyətin idarə
edilməsi üçün
zəruri olan elmi təsəvvürün
işlənib hazırlanması
ancaq gündəlik məsələlərin həllinə
yönəldilən və
mədəniyyətin ayrı-ayrı
sahələrini əhatə
edən tətbiqi tədqiqatlar sahəsi ilə məhdudlaşdırılmır.
Bu cür tədqiqatlar
çox geniş bilikləri və tətbiqi məsələləri
əhatə edən kulturologiya vasitəsilə
həyata keçirilir.
Kulturologiya inkişaf etmiş ölkələrdə
sürətlə tərəqqi
edən və elm aləmində nüfuzu getdikcə artan bir elm sahəsidir. Belə hesab edilir ki, məhz
ümumi kulturoloji konsepsiya mədəniyyət
sahəsində bütün
tətbiqi tədqiqatların
nəzəri və metodoloji bazasını təşkil etməyə
başlayıb. Kulturoloji
konsepsiyaya ehtiyac nəinki mədəni praktikada və ona bilavasitə xidmət edən tətbiqi elmlərdə, həm də bütün ictimai elmlər sistemində özünü göstərir.
Lakin kulturoloji konsepsiyanın bu sistemdə yerini dəqiq müəyyən
etmək zərurəti
var. Ekspertlər hesab edirlər ki, bunun üçün ilkin şərt nisbətən müstəqil
tədqiqat predmetinin müəyyən edilməsidir.
Vaxtilə təbiət
və tarix elmlərini, sonralar isə ictimai elmləri bir-birindən ayırmaq üçün
vacib hesab edilən təbiət və mədəniyyətin
ənənəvi fərqləndirilməsi
bu gün qənaətbəxş hesab
oluna bilməz. Bu konsepsiyanın prinsiplərini
ictimai və tarix elmlərinin digər sahələrindən
ayırmaq üçün
kriteriya yoxdur. Vacib olan sahələrin
hər biri bütün mədəniyyət
faktları ilə əlaqəlidir, mədəniyyət
haqqında elm onları
öz tədqiqat perdmetinə daxil edir. Deməli, mədəni materiala ehtiyac özlüyündə
hər hansı bir bilik sahəsini
müstəqil mədəniyyət
konsepsiyası kimi qurmaq üçün yetərli sayılmır. Hazırda isə mədəniyyət və
siyasət kulturoloji sahədə elmi tədqiqatın xüsusi predmeti kimi tədqiq
edilmir. Kulturologiyanı
elmi tədqiqatın xüsusi predmeti kimi ayırdıqda müəyyən konseptual
və metodoloji zəminə əsaslanmaq zəruridir. Problemin həllinin çətinliyi
mədəniyyətin elə
bir fenomen olmasındadır ki, onu sırf zahiri
və emprik surətdə ictimai həyatın digər sahələrindən ayırmaq
mümkün deyil. Mədəniyyət ən
geniş mənada insanın həyat fəaliyyətinin bütün
əsas sahələrini
- maddi istehsal, sosial-siyasi münasibətlər,
mənəvi inkişaf,
məişət, insanlar
arasında qarşılıqlı
əlaqə sahələrini
səciyyələndirir. Müasir
sosial həyatın istənilən sahəsi bu fenomenin mədəni
əhəmiyyəti və
qiyməti baxımından
səciyyələndirilmək imkanına malikdir. Deməli, mədəniyyət
konsepsiyasının tədqiqi
ilə digər ictimai elmlər predmetinin tədqiqini bir-birindən ayıran sərhədin haradan keçməsi məsələsi
mədəniyyətin müasir
tədqiqatçıları qarşısında çox
kəskin şəkildə
qoyulur. Müasir cəmiyyətin bütün
mədəni fəaliyyətinin
başlıca məzmununu
və əsas məqsədini təşkil
edən “insan şəxsiyyətinin formalaşdırılması
prosesi”nin mürəkkəb
strukturu eyni zamanda mədəniyyət
konsepsiyasının olduqca
mürəkkəb strukturunu
aydınlaşdırır.Mədəni dünyaya sürətlə
inteqrasiya etməkdə
olan Azərbaycanın
demokratik inkişafı
üçün zəruri
olan təsisatlar və hüquqi bazanın formalaşdırılması
yönündə müəyyən
işlər görülüb.
Bu sahədə ciddi uğurlar qazanmaq üçün islahatlar intensiv məcrada və müxtəlif istiqamətlərdə davam
etdirilməlidir. Bu yöndə
xüsusən kütləvi
informasiya vasitələrinin
öz fəaliyyətlərini
təkmilləşdirməsinə ciddi ehtiyac var. Azərbaycan mədəniyyətinin
təbliği, onun müxtəlif tərəflərinin
inkişafı ilə
bağlı dövlətin
həyata keçirdiyi
tədbirlər əhaliyə
əhatəli, dolğun
və düzgün şəkildə çatdırılmalıdır.
İnsanlarımız qloballaşma
şəraitində milli-mənəvi
və mədəni keyfiyyətlərin daşıyıcıları
olmalıdır. Azərbaycan
mədəniyyətinin gələcək
nəsillərə çatdırılmasında
KİV-lə yanaşı
digər əlaqədar
qurumların, ictimai birliklərin də önəmli rolu var. O cümlədən mədəni
irsin qlobal səviyyədə qorunması,
dünyada təbliği
üçün diaspor
nümayəndələrinin və təşkilatlarının
üzərinə böyük
məsuliyyət düşür.
Müvafiq hökumət
qurumları ilə adıçəkilən tərəflər
arasında qarşılıqlı
koordinasiyanın qurulması
və intensiv layihələrin həyata
keçirilməsi bu işdə davamlı nailiyyətlər əldə
etməyə imkan verər.
İlkin AĞAYEV
Palitra.- 2011.- 20 sentyabr.- S.7.