Oqtay Səmədov: “Bakı Slavyan Universitetində slavyan ölkələri ilə yanaşı digər ölkələrin mədəniyyət mərkəzləri də var

 

 Layihə çərçivəsində müsahibimiz Bakı Slavyan Universitetinin tərbiyə işləri  üzrə prorektoru Oqtay Səmədovdur: 

 

- İstərdik bir qədər keçmişə, ötən tədris ilinə nəzər yetirək. 2010-2011-ci tədris ili BSU üçün nə dərəcədə əhəmiyyətli oldu?

 

- Ötən dərs ilində universitetimizdə müxtəlif tədbirlər həyata keçirilib. Onlardan biri də ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Tədbirlər Planıdır. Həmin tədbirə biz iki ay öncədən hazırlaşmışdıq. Rektorluqda təsdiqlədiyimiz Tədbirlər Planı 48 bənddən ibarət idi ki, biz də onu tam şəkildə həyata keçirməyə çalışdıq. Bu əlamətdar hadisə ilə bağlı universitetdə iki beynəlxalq elmi konfrans, tələbə və şagird konfransı, 9 elmi seminar, 20 dəyirmi masa, 9 sərgi, 4 ekskursiya, 7 film nümayişi və bir çox esse müsabiqələri və idman yarışları keçirilib. Həmçinin universitetin bütün tədris və mədəniyyət mərkəzlərində, Rusiya, Belarus və Ukraynanın ali təhil müəssisələrindəki azərbaycanşünaslıq mərkəzlərində müxtəlif tədbirlər reallaşdırdıq. Bütün bunlarla yanaşı respublikamızda əməkdaşlıq etdiyimiz qaçqın məktəblərində, İsmayıllı rayonu İvanovka kənd orta məktəbində, Bakı şəhəri 190 saylı orta məktəbdə və digər təşkilatlarda silsilə tədbirlər həyata keçirilib. Ümumilikdə bu tədbirlər barəsində respublikada fəaliyyət göstərən 19 qəzetdə 35 məqalə dərc edilib, 7 televiziya kanalında reportajlar hazırlanıb, 5 informasiya agentliyi müvafiq məlumatlar yayıb. Sadaladığım faktlar gördüyümüz işin ən bariz göstəricisidir. Digər fəaliyyətimiz vətənpərvərlik istiqamətindədir. Ötən tədris ilində tələbələrimizin səyi nəticəsində universitetin “Azərbaycanşünaslıq” Tədris Mədəniyyət Mərkəzinin böyük elmi işçisi, Qarabağ müharibəsi veteranı Sadir Məmmədovun “Xocalı soyqırımı” və “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım” kitabçaları 11 dilə tərcümə edilib və həmin kitabçalar çapa hazırlanır. Biz həmçinin müxtəlif elmi konfransların keçirilməsinə də tələbələri dəvət edirik. Onlar respublikanın bir çox təşkilatları tərəfindən həyata keçirilən müxtəlif beynəlxalq konfrans, simpozium və forumların iştirakçılarını müşayiət edirlər. Bu isə təbii ki, tələbələrimizin təcrübə toplamasına və onların tərcüməçi kimi yetişməsinə şərait yaradır. Tez-tez keçirilən intellektual yarışmalarda da tələbələrimiz uğurlar qazanıb. Ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində Yeni Azərbaycan Partiyasının təşkil etdiyi esse yarışması, ümumrespublika publisistik məqalələr müsabiqəsi, “Xəmsə” Milli İntellektual Dördüncü Çempionatı, “Nə, harada, nə zaman?” intellektual yarışması, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin universitetlərarası turniri, “Slavyan mədəniyyəti günü”nə həsr edilmiş ədəbi müsabiqə və başqa bu kimi müsabiqələr tələbələrin intellektual inkişafına xidmət edir. Bir faktı da qeyd etmək istərdim ki, Azərbaycan universitetləri arasında ilk dəfə məhz Bakı Slavyan Universitetində tələbə özünüidarəetmə qurumu olan “Kölgə kabineti” fəaliyyət göstərir. Bu qurum “Bir günlük xəlifə” tədbiri nəticəsində yaradılıb. Bilirsiniz ki, bütün dünyada ayın 13-nü və həftənin cümə gününü nəhs gün kimi qəbul ediblər. Amma bizim tələbələr sübut ediblər ki, onlar üçün bu hər iki gün ən xoşbəxt günlərdən biridir, çünki həmin gün universitetin idarə edilməsi tələbələrin ixtiyarına buraxılır. “Bir günlük xəlifə” günündə tələbələr arasından rektor, prorektorlar, dekanlar, şöbə müdirləri seçilir və vəzifələrini uğurla icra etdikdən sonra hörmətli rektorumuz Kamal Abdullayevin əmri ilə onlardan “Kölgə kabineti” təşkil olunur. Deməzdim ki, onlar bizim işimizi təkrarlayırlar, əksinə, bu tələbələrimiz universitet rəhbərliyinə çox böyük kömək  edirlər. Elə məsələlər var ki, tələbə və gənclərin gözü ilə daha tez nəzərə çarpır. Bununla yanaşı universitetimizdə Tələbə Gənclər Təşkilatı və Valideynlər Şurası fəaliyyət göstərir. İmtahanlarda həmin şuraya daxil olan valideynlər mütləq qaydada iştirak edir ki, bu da imtahan prosesinin obyektivliyinin göstəricisidir.

- Oqtay müəllim, görülən işlərdən danışdınız. Bəs BSU-nun kütləvi informasiya vasitələri ilə əlaqəsi necədir?

- Ölkəmizdə fəaliyyət göstərən qəzetlərlə əlaqəmiz var. Onlar arasında “Palitra”, “Paritet”, “525-ci qəzet”, “Səs”, “Yeni Azərbaycan”, “Zerkalo”, “Kaspi”, “Ayna”, “Azərbaycan müəllimi”, “Azərbaycan”, “Respublika”, “Xalq” və başqa bu kimi mətbu orqanlar yer alıb. Təbii ki, universitetimizin fəaliyyətinin işıqlandırılmasında bu mətbu orqanların çox böyük rolu var. Bir faktı qeyd etmək istərdim ki, ötən tədris ili ərzində 34 mətbu orqanda ümumilikdə 241 məqalə dərc edilib. Bu, əlbəttə, çox böyük bir göstəricidir. Xatırlatmaq istərdim ki, universitetimizdə nəşr olunan “Tələbə dünyası” qəzetinin ötən tədris ili ərzində 14 buraxılışı işıq üzü görüb. Bütün bunlarla yanaşı ölkəmizdə olan müxtəlif televiziya kanallarında haqqımızda hazırlanmış fərqli materiallar efirə verilib.

- Tələbələrdə milli vətənpərvərlik hisslərinin artırılması və onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün hansı işlər görülür?

- Universitetimizdə təhsil alan gənclərin vətənpərvər və müasir biliklərə sahib olan şəxsiyyət kimi yetişməsində müxtəlif qurumların rolu var. İstərdim ki, onlardan bir neçəsini qeyd edim. Universitetimizdə “Heydər Əliyev Məktəbi” Tələbə Radiostudiyası fəaliyyət göstərir ki, həmin radiodakı veriliş və proqramların müəllifləri məhz BSU-nun tələbələridir. Universitetin akt zalı var ki, burada da müxtəlif tədbirlər keçiririk. Həmçinin həmin zalda müxtəlif teatr tamaşaları filmlər göstərilir həmçinin özfəaliyyət dərnəyi fəaliyyət göstərir. Rus Azərbaycan dillərində fəaliyyət göstərənSferaTələbə Teatr Studiyası “Totem” Tələbə Teatrı da BSU-nun tələbə həyatını rəngarəng edir. Məhz bu teatr dərnəklərinin üzvləri müxtəlif konsert proqramlarının hazırlanmasında iştirak edirlər. Bəlkə elə bundan qaynaqlanır ki, universitetimizin tələbəsi həmin teatr dərnəyinin üzvu Eldar Qasımov “Eurovision” müsabiqəsinin qalibi oldu. Əlbəttə, bu qələbə həm bizim, həm xalqımızın qələbəsidir.Rəsm, toxuculuq rəqs dərnəklərinin fəaliyyəti genişlənib, tədris ili ərzində universitetdə müxtəlif tədbirlər təşkil olunub. Universitetin muzeyi tərəfindən ölkəmizdə olan digər muzeylərə, eyni zamanda Milli Təhlükəsizlik Akademiyasının Heydər Əliyev adınaŞöhrətMuzeyinə silsilə ekskursiyalar təşkil olunur.Bir azərbaycanlı olaraq xeyriyyə tədbirlərindən yayınmırıq. Bu baxımdan Suraxanı rayonu 7 saylı internat məktəbi, “Ümid yerinternat məktəbi, “SosUşaq Kəndləri, 11 saylı əlil uşaqlar evi bizimlə əməkdaşlıq edir müxtəlif növ yardımlarımızı onlara çatdırırıq. Müxtəlif rəsm, foto müsabiqələri təşkil edirik.Ötən tədris ilinin sonunda biz “Məzunlar günükeçirdik bu mərasimdə universitetimizin 50 məzunuFəxri məzunadını aldı. Tədbirdə hörmətli rektorumuz, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri Kamal Abdullayev iştirak edirdi.

- İstərdik, bir qədər Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələrindən danışasınız.

- Universitetimizin dünyanın bir çox ali təhsil ocaqları ilə isti münasibətləri var. Hansı ki, həmin universitetlər dünya təhsil sistemində öz nüfuzuna görə seçilir. Bu əlaqələrin göstəricisi kimi BSU-da müxtəlif slavyan dövlətlərinə məxsus mədəniyyət mərkəzlərinin fəaliyyətini misal çəkmək olar. Tələbələrimiz tez-tez müxtəlif universitetlərdə yay məktəblərində ixtisasartırma kurslarında iştirak edir. Bu mənada Rusiya Federasiyasının bir neçə ali təhsil müəssisəsi ilə əlaqələrimiz var. Həmçinin Ukraynada yerləşən universitetlərlə tələbə mübadiləsi edirik.

- Avropanı regionlara ayırsaq, sizin sadaladığınız universitetlərin çoxu Şərqi Avropadadır. Həm bu ali təhsil müəssisələri slavyan ölkələrindədir. Bəs digər Avropa dövlətləri ilə münasibətlər necədir?

- Maraqlı sualdır! Doğrudur, bəzən cəmiyyətdə elə düşünürlər ki, BSU yalnız slavyandilli ölkələrlə əlaqələr qurur. Öncə onu qeyd etmək istəyirəm ki, universitetimizin adındakıslavyanifadəsi məhz simvolik xarakter daşıyır. Bakı Slavyan Universitetində slavyan ölkələri ilə yanaşı digər ölkələrin mədəniyyət mərkəzləri var. Buna misal olaraq Türkiyə Yunanıstan mədəniyyət mərkəzlərini misal göstərmək olar. Almaniyada yerləşən bir çox universitetlərlə əlaqələrimiz var bu əlaqələrin bariz nümunəsi kimi tələbə mübadiləsini göstərmək olar. Həmçinin ötən illərdə Almaniyada təhsil alan tələbələr yay məktəbində iştirak etmək üçün məhz BSU-ya təşrif buyurublar. Bütün bunlar da əlaqələrimizin göstəricisidir.Bu sahədə gələcək planlarımız da genişdir. Nəzərə çatdırmaq lazımdır ki, BSU-nun azərbaycanşünaslıq istiqamətində fəaliyyəti bu mərkəzlə məhdudlaşmır. Belə ki, BSU ilə Kiyev Milli Linqvistik Universiteti, Minsk Dövlət Linqvistik Universiteti Rusiya-Tacikistan (Slavyan) universitetləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin önəmli tərəfi budur ki, adları sadalanan ali məktəblərdə Azərbaycan dili mədəniyyəti mərkəzlərinin açılması nəzərdə tutulur bu məqsədlə artıq hazırlıq işlərinə başlanıb. 

 

 

Anar Miriyev

 

Palitra.- 2011.- 20 sentyabr.-S.6.