“Berti
Foqts Almaniya mətbuatına
Azərbaycanla bağlı həmişə müsbət fikirlər
söyləyir”
Layihə çərçivəsində
növbəti müsahibimiz Almaniya Azərbaycan Mədəniyyət Mərkəzinin
sədri Elçin-Elmar Səttarovdur:
- Bizim təşkilatın
bünövrəsi Almaniyanın Hamburq
şəhərində fəaliyyət göstərən
universitetdə təhsil alan tələbələr
tərəfindən qoyulub. O vaxt həmin şəhərdə 10 nəfər
azərbaycanlı tələbə vardı və biz toplaşaraq tədbirlər
təşkil etməyə başladıq. Əsasən
Xocalı, 20 Yanvar faciələri ilə
bağlı anım tədbirləri, eləcə də Azərbaycan
mədəniyyət gecələri keçirirdik.
Biz maraqlanırdıq ki,
orada hansı şəhərə
hansı azərbaycanlı müğənnilər gəlib. Məsələn,
biləndə ki, Berlinə Bakıdan
müğənnilər gəlib, biz
oradakı cəmiyyətlərlə əlaqə qururduq və onları Hamburqa
dəvət edirdik. Sonra
Almaniyaya gələn yeni
səfir, Pərviz Şahbazov çox aktiv fəaliyyət
göstərir. Belə ki, həm türk cəmiyyətləri ilə əlaqələr
qurdu, həm də bir-bir
araşdırarıq azərbaycanlı tələbələri
tapırdı. O, Hamburqa da
gəldi və tələbələrlə də görüşdü, bildirdi
ki, nə kömək lazımdısa
şərait yaradarıq. Məsələn, səfirliyimiz tərəfindən
Xocalı, 20 Yanvar, Azərbaycanın
müstəqilliyi barəsində kitablar,
broşürlər göndərilir. Bunlar
həm alman, həm Azərbaycan, bəzən
də ingilis dilində olur.
Bu barədə biz çox razıyıq. Bizim
Almaniyadakı cəmiyyətin rəqs qrupu
da fəaliyyət göstərir. Qrupun üzvləri əsasən
uşaqlardır. Bayram tədbirləri
keçirildikdə səfirlik tərəfindən köməklik
edilir. Bəzən hansısa təşkilatlar
narazılıq etsələr də bu
onların zəif fəaliyyəti ilə bağlıdır. Çünki səfirliyə gec
müraciət edilir, vaxtında müraciət
etsələr problem olmaz.
Almaniyada erməni diasporu
Azərbaycana qarşı antitəbliğat aparır. Hər
vasitə ilə gözdən salmağa,
Dağlıq Qarabağı öz əraziləri
kimi təqdim etməyə
çalışırlar. Biz mədəniyyətimizlə
öz Vətənimizi təqdim edirik. Novruz bayramı ilə
bağlı tədbirlərimiz Bakıdan sənətkarlar dəvət
etdikdə çox yüksək səviyyədə
keçir. Müxtəlif xalqların
nümayəndələrini dəvət edirik.
Son tədbirimizə tanınmış sənətkarlarımız
Bilal Əliyev, Mələkxanım Əyyubova
gəlmişdi. Muğam konsertlərini nəinki
azərbaycanlılar, almanlar da çox sevirlər. Almanlar eşitdikdə ki, bizim məşhur sənətkarımız Alim Qasımov gəlir, ona
başqa dünyadan gələn
adam kimi baxırlar. Mən
işimlə əlaqədar gündəlik olaraq
alman qəzetlərini
araşdırıram və 500-dən çox
qəzeti oxumalı oluram. Görürəm
ki, A.Qasımov barədə nə qədər
xoş sözlər yazılıb. Əgər
10-15 min nəfərlik əhalisi olan bir şəhərdə
konsert keçirilirsə 4-5 min adam gəlir. O şəhərdən
olmasa da başqa şəhərdən də almanlar gəlirlər. Azərbaycan mədəniyyətini
orada tanıyırlar. Xüsusilə də
“Eurovizion -2011” mahnı müsabiqəsində
Azərbaycan qalib gəldikdən sonra ölkəmizə qarşı daha çox maraq artıb. Eyni zamanda iqtisadi
inkişafına görə tanıyırlar. Regionun
ən inkişaf etmiş
ölkəsidir və bu barədə alman qəzetlərində yazılır.
Problemlər hər bir dövlətdə var, amma inkişaf
hər dövlətdə yoxdur. Azərbaycandakı
inkişafla bağlı hər yerdə
yazılır və bu bizi
sevindirir. Xaricdəki azərbaycanlılar da bununla fəxr edirlər.
- Digər diaspor təşkilatları
ilə əlaqələriniz necə qurulub və diasporumuz tərəfindən
fəaliyyətinizə dəstək varmı?
- Əlaqə
qurduğumuz təşkilatlara gəldikdə,
S.İsmayılovanın rəhbərlik etdiyi Azərbaycanlıların
Diasporlarını Koordinasiya Mərkəzi var və bu,
diasporun birgə fəaliyyətinə böyük dəstək
olur. Bu mərkəzin qəzeti hər
ay çap olunur və biz bunun vasitəsilə bilirik
ki, harada hansı tədbirlər
olacaq. Azərbaycandan hansı sənətkarların,
ifaçıların gələcəyi haqqında məlumatımız
olur. Almaniyada
keçirilən konfranslara gələn
dövlət məmurları haqda məlumatımız
olur. Bu yaxınlarda təhsil
naziri Misir Mərdanov
gəlmişdi. Bu mərkəzdən dəvətnamələr
də alırıq və vaxtında özümüz
də tədbirlərə hazırlaşa bilirik.
Mərkəzin köməkliyi ilə Berlinə gələn
qonağı icazə aldıqdan sonra Hamburqa dəvət edirik və
öz tədbirlərimizi keçiririk.
Köməkliyə gəldikdə, Hamburqda
4004 bəzi problemlər var. Hazırda orada 400-dən çox azərbaycanlı
ailə yaşayır. Qaçqın kimi Almaniyaya gəldikdə onlara
işləməyə, şəhəri tərk etməyə
icazə yoxdur. Dövlətin qərarını
gözləməlidirlər ki, bu qərar da bir-iki il çəkə
bilər. Bəzi ailələr 10 il
gözləyir. Biz bir
təşkilat olaraq həmin ailədən
hansısa maddi kömək gözləyə
bilmərik. Müxtəlif millətlərin diasporları var və onların əksəriyyəti bu cəmiyyətlərə üzvdür
və ayda 10-20 avro vəsait
ödəyirlər ki, bu
da kassaya toplanır. Nəticədə
həmin vəsaitlə hansısa tədbirlər
reallaşdırırlar. Kiçik köməkliklə
də 5 min nəfərlik konsert
zalını da tədbir üçün
kirayə götürə bilmərik. Bunu
tələbələr özləri təşkil edə bilər,
amma bu da
riskdir, birdən çox
az sayda
tamaşaçı ola bilər. Mən Hamburqda rəqs qrupuna dərs öyrədirəm.
Uşaqları sadəcə gəlirlər yəni, onlara cəmiyyətə üzv
olmağı təklif etdikdə başqa xalqların cəmiyyətlərini
seçirlər. Digər problemə gəldikdə isə azərbaycanlı
ailələrin bir qismi
oğlan uşaqlarının rəqqas olmasını
istəmirlər, qızlara heç icazə
vermirlər. Orada 5 nəfərdən ibarət
ansambl var və onlar azərbaycanlıların toylarında iştirak edirlər. Həmin toy
sahibləri burada bizim
ansamblın iştirakının istəsə də də özləri uşaqlarının bu ansamblda iştirakına
razı olmur. Hamburqun
mərkəzində azərbaycanlı uşaqlar
üçün idman
zalı açmışıq ki, onlar burada həm idmanla məşğul olsun,
həm də bir yerə
toplaşsınlar. Amma gələnlərin
sayı çox azdır.
-Tədbirlər zamanı milli
geyimlərin əldə edilməsində problemlər
varmı?
- Qars
azərbaycanlıları geyimləri gedib Qarsdan gətirirlər.
Bizim səfirliyin fondunda
geyimlər var, ancaq o qədər də çoxsaylı deyil. Tədbirlər zamanı həmin geyimləri
sonra yenidən geri qaytarmaq şərti ilə müxtəlif
şəhərlərə göndərirlər. Mən ötən
dəfə Bakıya gəldikdə özüm
geyimləri tikdirib apardım. Bu problemin həlli üçün Mədəniyyət və Turizm Nazirliyinin məlumat
alması, onu həll etməsi uzun zaman ala
bilər. Ona görə də çox zaman özümüz bunu həll
etməyə çalışırıq.
-Almanlar Azərbaycan haqda hansı fikirdədirlər?
-Cəmiyyətimizdə iştirak
edən almanlar da olur, tədbirlərdə
iştirak edirlər. Almanlar Azərbaycanı çox maraqla izləyirlər. Əvvəllər
almanlar Azərbaycanı
Orta Asiya dövləti kimi qarşılayırdılar və
bu da sovet
dövründə ölkəmizin
fərqli təqdimatı
ilə bağlı idi. Amma son vaxtlar
bu istiqamətdə böyük dəyişiklik
var. Bu sahədə “Eurovizion-2011” qələbəsinin çox
böyük xeyri oldu. Eyni zamanda
Azərbaycan Milli komandasının baş məşqçisi B.Foqtsla
bağlı da ölkəmiz haqda məlumatlıdırlar. Belə
ki, Almaniyada hər idman qəzetində B.Foqts haqqında informasiya verilir və onun hər zaman
Azərbaycan haqqında
fikirləri verilir. O, qeyd edir ki,
“Azərbaycan çox
qonaqpərvər ölkədir
və məsləhət
görürəm ki, almanlar bu ölkəyə
gəlsinlər”. Almanlar
bir turist kimi də gəlsələr,
Azərbaycanı sevərlər.
Çünki almanlar elə ölkəyə getməyi sevirlər ki, orada turist
az olsun, nəyisə özləri
kəşf etsinlər.
-Qarşıda hansı planlarınız var?
-Bugünlərdə Bakıda
olarkən Diasporla İş üzrə Dövlət Komitəsinin
nümayəndəsi Teymur
Əliyevlə görüşlərimiz
oldu, layihələr əsasında maddi dəstək göstəriləcəyi
bildirildi. Bundan başqa orada turlar keçirməyi istərdik. Yəni, Bakıdan gələn sənətkarlar ardıcıl
şəkildə müxtəlif
şəhərlərdə olsunlar və nəticədə digər
diaspor təşkilatları
daha sıx əlaqədə
olarlar. Eyni zamanda daha çox
tərəfdar toplamalıyıq.
Biz digər türk cəmiyyətlərilə daha
sıx, birgə fəaliyyət qurmalıyıq.
Avropa Şurasında Azərbaycanı müdafiə
edən türk millət vəkili Kəskin bəy var və o, Dünya Azərbaycanlılarının
III Qurultayında da iştirak edirdi. Onunla görüşdük
və istəyirik ki, Hamburqda Azərbaycan-
Türk Dostluq Cəmiyyəti yaransın.
Buraya türk gənclərinin cəmiyyətlərini
dəvət edək, bizim gənclərlə daha sıx əlaqədə
olsunlar. Bundan başqa planlarımızda
digər mədəniyyət
tədbirləri də
reallaşdırmağı nəzərdə tutmuşuq.
Nigar Abdullayeva
Palitra.- 2011.- 6 sentyabr.- S. 7.