“II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycan həqiqətlərini ən geniş və çalarlı şəkildə əks etdirən kitablarla zəngin informasiya vermiş olacaq

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbirlərdən biri də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 28-30 sentyabr tarixlərində keçiriləcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasıdır. Layihə çərçivəsində bu tədbirlə bağlı olaraq Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli suallarımızı cavablandırır: 

- Hazırda bizim nəşriyyat və poliqrafiya sahəsində çalışan insanlar və ümumilikdə bu sahə üçün çox məsul bir dövrdür. 28-30 sentyabr tarixlərində - üç gün ərzində Əl Oyunları Sarayında İkinci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Bilirsiniz ki, ölkədə ilk belə sərgi 2009-cu ildə keçirilib. Cəmiyyətdə, kitab aləmində və oxucular arasında bu sərgi çox böyük rezonansa səbəb oldu və yüksək səviyyədə qarşılandı. Əsas məqsəd burada ondan ibarətdir ki, kitab sahəsinin inkişafına dövlət tərəfindən dəstək göstərilsin, kitab sahəsinin inkişafı yüksək səviyyədə təmin olunsun. Azərbaycan kitabının beynəlxalq səviyyədə tanınmasının təmin olunması da əsas məqsədlər sırasındadır. Eyni zamanda müasir Azərbaycanda kitaba münasibətin hansı səviyyədə olduğunun nmüəyyənləşdirilməsi də prioritet təşkil edir. Deməli, belə bir sərginin keçirilməsi müxtəlif tərəflərə yardımçı olur. Həm oxucular, həm də nəşriyyat işçiləri bu cür sərgilərdən yaxşı faydalanmaq imkanı qazanırlar. Ötən sərginin yüksək səviyyədə keçirilməsi də bu barədə faydalılığı bir daha göstərdi. 60-a yaxın özəl nəşriyyat və 25 xarici ölkə nəşriyyatı ötən sərgidə iştirak etmişdi. Dövlətin və xarici ölkələrin səfirliklərinin burada açılmış ekspozisiyaları ilə sərgi daha da məhsuldar oldu. Eyni zamanda birinci sərgidə Azərbaycanın kitab mədəniyyətinin ümumi səviyyəsini göstərən ümumrespublika ekspozisiyası da düzənlənmişdi. Birinci sərgi çərçivəsində müxtəlif tədbirlər keçirildi. Ümumiyyətlə, birinci sərgi göstərdi ki, Azərbaycanda kitab sənətinin inkişafı üçün münbit şərait və mühit varbu sahəni olduqca inkişaf etdirmək olar.

- İkinci sərgiyə necə hazırlıq görülür?

- İkinci sərgiyə çox ciddi hazırlıq gedir. Bununla bağlı təşkilat komitəsi və işçi qrupu yaradılıb və fəal aparılır. Təşkilat komitəsinə nazirliyin əlaqədar qurumlarının mütəxəssislərindən ibarət insanlar daxil olublar. Məlumdur ki, Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Ölkədə keçirilən tədbirlərin əksəriyyəti bu ərəfədə müstəqilliyimizə həsr olunur. Çünki müstəqilliyimizdən böyük sərvət ola bilməz. Nazirliyin rəhbərliyi və təşkilat komitəsi qərara alıb ki, bizim növbəti beynəlxalq kitab sərgi-yarmarkası da dövlət müstəqilliyimizə həsr edilsin. Keçiriləcək sərginin özəlliklərindən biri onun dövlət müstəqilliyinə həsr edilməsidir. Beynəlxalq Kitab Sərgi Yarmarkası ilə bağlı hazırlıq işlərinə bir neçə aydır ki,  başlanılıb. 25 gündən sonra isə bu tədbir artıq reallaşmış olacaq. Tədbirlə bağlı bütün çap materialları - dəvətnamələr, proqramlar, kataloqlar, banerlər, reklam materiallarının nəşri sifariş verilib. Bunların bir hissəsi artıq çap olunub və digər hissəsi də çapdadır. Xarici dövlətlərin səfirliklərinə və nəşriyyatlarına tədbirdə iştirakçılıqla bağlı müraciətlər edilib. Eyni zamanda bizim özəl nəşriyyatlarımıza bu məsələ ilə bağlı müraciətlər edilib. İndiki vaxta olan məlumat bundan ibarətdir ki, hardasa 10-a yaxın xarici dövləti təmsil edən qurum iştirakla bağlı bizə müraciət ediblər. 70-80-ə yaxın yerli nəşriyyatımız da belə bir müraciəti edib. Bu nəşriyyatlarla müqavilələr bağlanıb. Sentyabrın 15-ə qədər müraciət vaxtı var, bu tarixə qədər xeyli sayda müraciətlərin olacağı gözlənilir. Bizim müraciət etdiyimiz yerli nəşriyyatların sayı 110-dan çoxdur. Biz əsasən işləyən, üzdə olan, fəal nəşriyyatlarla bu barədə aparırıq. Bundan başqa universitetlərin nəşriyyatları sərgidə iştirak üçün dəvət olunublar. Ümumiyyətlə, kitab satışı ilə bağlı olan nəşriyyatlar, qurumlar bu tədbirə dəvətlidirlər. Sərginin qurulma günü ayın 27-i olacaq. Ayın 28-də saat 11-də rəsmi açılış olacaqdaha sonra sərgi öz işinə başlayacaq. Mən ekspozisiya barəsində danışmaq istəyirəm. Bildirim ki, təqribən ötən dəfəki tədbirdə olan quruluşun saxlanılması planlaşdırılır. Bu dəfə tədbir üçün daha böyük sahə götürüldüyünə görə, çalışırıq ki, nəşriyyatların rahat işləmələri üçün onlara kifayət qədər yer verilsin. Elə edəcəyik ki, iştirakçı qurumlar kitabların həm təbliğini, həm də satışını həyata keçirə bilsinlər. Ümumiyyətlə, nəşriyyatlara tədbirdə rahat iştirak etmək üçün istənilən şəraiti yaradacağıq. Nazirlik tədbirdə Milli Kitabxana ilə birlikdə vahid milli ekspozisiyanın qurulmasını planlaşdırır. Bu, elə bir sərgi olacaq ki, ölkəmizdə kitab sənətinin hansı səviyyədə olduğunu nümayiş etdirmək imkanı olacaq. Kitabların neçə adda olması, məzmunu və sairi barədə tədbir vasitəsilə əhatəli şəkildə məlumatlanmaq olar. Bu kitablar Azərbaycan tarixi və mədəniyyətinin ən aktual problemlərinə həsr olunmuş  kitablar olacaq. Ümumiyyətlə, tədbir Azərbaycan həqiqətlərini ən geniş və çalarlı şəkildə əks etdirən kitablarla zəngin informasiya vermiş olacaq. Bu tədbirdə müxtəlif adda və məzmunda olan, bütün ölkə nəşriyyatlarının çap etdiyi kitablar nümayiş olunacaq. Bilirsiniz ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2004-2008-ci illərdə latın əlifbası ilə kütləvi tirajla kitablar nəşr edilib. Biz ötən il də həmin kitabların təqdimat mərasimini keçirdik. Prezidentin başqa bir sərəncamı ilə 150 cildlik dünya ədəbiyyatı kitabxanası nəşr olunur. Çalışırıq ki, onun əldə olan nüsxələri də ikinci sərgi-yarmarkamızda nümayiş edilsin. Bu silsilədən olan təqribən 60-70 adda kitab artıq çap edilib. Bu kitabların oxucularımız üçün böyük sərvət olacağını düşünürük. Oxucularımız onların vasitəsilə dünya ədəbiyyatının ən nadiryeni inciləri ilə tanış olurlar. Onu da deyim ki, bu kitablar təkcə keçmiş zamanlarda tərcümə olunmuş kitablar deyil, eyni zamanda yeni dövrə aid əsərlər də tərcümə edilir. Bunların üzərində yaradıcı qruplar işləyir. Məlum olduğu kimi, dövlətlə yanaşı bir sıra ictimai qurumlar Azərbaycan mədəniyyətinin, dəyərlərinin təbliğinə, tanıdılmasına və bu sahədə maariflənməyə böyük diqqət ayırırlar və bu sahədə əvəzsiz xidmətlər göstərirlər. Bunlardan ən öndə gedəni Heydər Əliyev Fondudur. Fond bu sahədə olduqca çoxşaxəli və məhsuldar fəaliyyət göstərir. Həmçinin fond ölkəmizin qeyri-maddimaddi irsinin beynəlxalq səviyyədə tanıdılması, YUNESKO-nun irs siyahısına daxil edilməsində çox mühümeffektiv  rol oynayır. Bununla yanaşı fondun çox gözəl kitab nəşri layihələri var. Bu kitablar dizaynına və məzmununa görə, kütləvi oxucu marağını cəlb etdiyi üçün fərqlənən kitablardır. Təşkilat komitəsi istəyir ki, tədbirdə fondun kitablarının sərgisi olsun. Bundan başqa, kitab sənətinin, mədəniyyətin inkişafına aid  Naxçıvan alimlərinin yazdıqları, Naxçıvanın özündə, yaxud da Bakıda çap olunan kitablar da ayrıca olaraq sərgidə nümayiş olunacaq. Yəni tədbirdə Naxçıvana aid kitabların ayrıca stendi təşkil ediləcək. Məlum olduğu kimi, Qarabağ problemi əsas problemimizdir və dövlət də, ictimaiyyət də bu problemin həll edilməsini çox istəyir, bu yöndə bütün səylər birləşdirilib. Eyni zamanda bu məsələ kitablar vasitəsilə də ifadəsini tapmaqdadır. Yəni Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün yüzlərlə dəyərli kitablar çap olunub ki, bunlar da ayrıca olaraq tədbirdə nümayiş etdiriləcək. Belə bir stendYaddan çıxmaz Qarabağ” adı ilə sərgidə təşkil ediləcək. Tədbirdə təkcə kitabların nümayişi, satışı ilə bitmir. Biz bunlarla yanaşı kitab təbliği ilə bağlı bütün tədbirləri kompleks şəkildə həyata keçirəcəyik. Tədbir çərçivəsində imza günləri, imza saatları, eyni zamanda son iyirmi ilin Azərbaycan ədəbiyyatı ilə bağlı simpoziumun, bundan başqa konfransın keçirilməsi və sair kimi tədbirlər planlaşdırılır. 

 

 

İlkin AĞAYEV    

 

Palitra.- 2011.- 6 sentyabr.- S. 6.