«Mədəniyyətimizi yeniyetmələrə aşılamaq üçün xüsusi tədbirlər keçiririk»

 

Layihə çərçivəsində müsahibimiz Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə İsayevadır: 

 

- Azərbaycan mədəniyyəti zəngin tarixə malikdir. Qədim mədəniyyətimizin təbliğ olunması bəlkə heç vaxt indiki qədər vacib olmayıb. Mənfur qonşumuz olan ermənilərin təbliğatına qarşı mübarizə aparmaq üçün mədəni dəyərlərimizin təbliğ olunması, ən müxtəlif səviyyələrdə təqdim edilməsi vacibdir. Bunun üçün bütün müstəvilərdən istifadə etmək lazımdır. Götürək elə gələn il ölkəmizdə keçiriləcək «Eurovision» mahnı yarışmasını. Avropanın diqqəti ölkəmizdə olacaq, dünyanın nüfuzlu mətbuat nümayəndələri, televiziyaları Azərbaycandan reportajlar verəcəklər. Bu, Azərbaycanın zəngin mədəniyyətinin təbliği üçün yaranan bir şansdır hər birimiz üstümüzə düşən işi məsuliyyətlə həyata keçirməliyik. Mədəniyyətimizin, mədəni dəyərlərimizin təbliği istiqamətində qədim tarixə malik olan Qəbələnin Heydər Əliyev Mərkəzi üzərinə düşən işi məsuliyyətlə həyata keçirir. Mərkəz ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsində, təbliğ olunmasında əlindən gələni edir. Bu gün Azərbaycanın fenomeninə çevrilən dahi şəxsiyyətin irsi rayon sakinlərinə, rayona gələn qonaqlara, xüsusilə gənclərə çox geniş şəkildə təbliğ olunur. Bu zəngin irsin təbliği istiqamətində Heydər Əliyev Mərkəzində ilin əvvəlində təsdiqlənmiş tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər, dövlət peşə bayramları təşkil edilir. Daimi olaraq  Heydər Əliyev irsini öyrənirikadlı ideoloji dərslər keçirilir. Təşkil edilən kompyuter kursları gənclərə həm kompyuterin sirlərini, həm ulu öndərin həyat fəaliyyətinə aid materialların internetdən necə əldə edilməsini öyrədir. Ümummilli liderin Azərbaycan xalqı üçün gördüyü işlərə aid həm Heydər Əliyev Mərkəzində, həm rayon məktəblərində mühazirələr oxunur. 20 Yanvar faciəsi ilə əlaqədarMilli qürur şərəf günü» adlı silsilə tədbirlər keçirilir. Tədbirlərdə ümummilli lider  Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan səfirliyinə gedərək verdiyi bəyanatın videogörüntüləri nümayiş etdirilir.“Gənclər siyasəti haqqında” 29 iyul 1999-cu il tarixli fərmanının icrası ilə əlaqədar gənclərin ictimai-siyasi dünyagörüşünün formalaşması, onların Heydər Əliyev  irsinin dərinliklərinə varması, vətənpərvərlik hisslərinin aşılanması üçün mərkəzdə mütəmadi olaraq görüşlər təşkil edilir. Gənclər Günü ilə bağlı sərəncama əsasən,  hər il fevral ayındaGənclər Azərbaycanın gələcəyidirmövzusunda Rayon Gənclər İdman İdarəsinin, YAP Qəbələ rayon təşkilatının üzvləri ilə birlikdə gənc müəllimlərlə görüşlər keçirilir. Heydər Əliyev Mərkəzində hazırda 500-ə yaxın eksponat cəmlənib. Ümummilli liderin irsini araşdırmaq məqsədilə YAP rayon təşkilatının rəhbərliyi ilə təşkil olunmuş tədqiqat qrupu bununla bağlı bir çox materiallar əldə edib mərkəzdə həmin materiallardan ibarət bölmə yaradılıb. Bölmədə 50-yə yaxın material toplanıb. Mərkəzdə bir brifinq zalı, 5 inzibati otaq yardımçı otaqlar var. Otağın birindəHeydər Əliyev irsi”Araşdırma Mərkəzi Beynəlxalq Elektron Kitabxananın Qəbələ regional bürosu yerləşir. Mərkəzin 12 nəfər işçisi var.

- Mədəniyyətimizin təbliği istiqamətində hansı tədbirləri keçirirsiniz?

- Bu sahədə keçirdiymiz tədbirlər çox zəngindir. Bildiyiniz kimi, ulu öndərimiz Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində çox böyük işlər həyata keçirib. Biz Heydər Əliyev Mərkəzi olaraq ulu öndərin mədəniyyətimizin inkişafı ilə bağlı gördüyü işləri müxtəlif tədbirlərlə təbliğ edirik. Məsələn, Rəsm Qalereyası ilə birlikdəMilli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolumövzusunda dəyirmi masalar keçiririk. «Tarixi abidələrin qorunmasında Heydər Əliyevin rolu» mövzusunda tədbirlər bu qəbildəndir. Ulu öndərin mədəniyyətimizin inkişafının hamisi olması ilə bağlı müxtəlif səviyyəli tədbirlər reallaşdırırıq. Məsələn, dinləyicilərimizə məlumat veririk ki, 1977-ci ildə rayonumuzda yerləşən hərbi obyektə Mingəçevirdən gələn yüksək gərginlikli elektrik xətti çəkilirdi. Bu xətt düz qədim Qəbələnin cənub darvazasının üstündən keçirdi. Bu isə arxeoloqların işi üçün ciddi maneə yaradırdı. Bu problem isə məhz ulu öndərin işə müdaxiləsindən sonra aradan qaldırıldı. 17 yanvar 1978-ci ildə «Qutqaşın rayonunda tarixi abidələrin qorunmasına səhlənkar münasibət haqqında» qərar qəbul edildi. Qərara müvafiq olaraq elektrik xətti cənub darvazasından uzaqlaşdırıldı, ətrafdakı çayın kənarına bənd çəkildi, arxeoloji tədqiqatlar genişləndirildi, ən başlıcası isə Qəbələ Dövlət-Tarix Mədəniyyət Qoruğu yaradıldı. Ulu öndərin bu qərarından sonra respublikamızın hər bir bölgəsində tarix mədəniyyət abidələrinə münasibət yaxşılığa doğru dəyişdi. Ümummilli liderin təşəbbüsü ilə ölkədə yüzə yaxın muzey yaradılıb. “Muzeylər gecəsitədbirlərinə qoşularaqHeydər Əliyevin muzeylərə göstərdiyi qayğımövzusunda tədbirlər keçirmişik. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzində Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə dəyirmi masa təşkil etmişik.

- Məktəblilərin, yeniyetmələrin vətənpərvərlik ruhunda təbliği üçün hansı tədbirləri keçirirsiniz?

- Qeyd edim ki, mərkəzin seyrciləri arasında yaş fərqi yoxdur. Bağça yaşlısı da var, təqaüdçüsü . Rayona gələn xarici qonaq turistlərin böyük əksəriyyəti Mərkəzi ziyarət edirlər. Mərkəzdə həmçinin şəhər kənd orta məktəb müəllimləri şagirdləri ilə bir sıra tədbirlər keçirilib. Bunlara misal olaraq şəhər məktəblərinin direktor, müəllim şagird kollektivi ilə birlikdəQanlı 20 Yanvar - Milli qəhrəmanlıq günümünasibətilə keçirilən tədbiri qeyd edə bilərəm. Xocalı soyqırımının ildönümləri ilə əlaqədar rayon məktəbləri ilə silsilə tədbirlər təşkil etmişik. 31 Mart Azərbaycanlıların Soyqırmı Günü ilə əlaqədar məktəblilər arasında inşa müsabiqəsi keçirmişik. Rayon Təhsil şöbəsi ilə birlikdə keçirdiyimiz inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi yeniyetmələrə, gənclərə aşılamaq məqsədilə məktəblilər üçün xüsusi tədbirlər reallaşdırırıq. Aprel ayından etibarən məktəblərdəHeydər Əliyev irsini öyrənirikadlı dərslər keçirilir. Şəhər məktəblərində ulu öndərin həyat fəaliyyətinə aid söhbətlər aparılır, şagirdlərə bu mövzuda materiallar paylanır. Rayon məktəblərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunur. 28 May Respublika Günü ilə əlaqədar şəhər məktəblərinin müəllim şagirdlərinin iştirakı ilə mühazirələr oxunub. 15 İyun Qurtuluş Günü münasibətilə rəsm sərgisi təşkil edilib. Bu istiqamətdə üzərimizə düşən işi məsuliyyətlə həyata keçirməyə çalışırıq. Azərbaycan mədəniyyətinin təbliği üçün mərkəzimizdə olan əyani vəsaitlərdən səmərəli şəkildə yararlanırıq. İldən-ilə mərkəzimizə gələnlərin sayı da artır. Cari ilin I yarısında Heydər Əliyev Mərkəzinin 2105 nəfər ziyarətçisi olub. Bu müddət ərzində 120-dən çox ekskursiya aparılıb, 32 mühazirə oxunub, 20-dən çox tarix dərsləri keçirilib. 

 

 

Anar Miriyev 

 

Palitra.- 2011.- 7 sentyabr.- S.7.