“Nəşriyyatlarımız uşaq ədəbiyyatına az maraq göstərirlər”

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbirlərdən biri də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 28-30 sentyabr tarixlərində keçiriləcək II Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkasıdır. Layihə çərçivəsində bu tədbirlə bağlı olaraq Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli suallarımızı cavablandırır. Vaqif müəllim növbəti müsahibəsində bu cür sərgi-yarmarkaların və ümumiyyətlə, mədəniyyət tədbirlərinin turizmin inkişafına ciddi dəstək verdiyini bildirdi:  

 

- Hər hansı bir yerin ola bilər ki, çox səfalı təbiəti var, dağı, dənizi və müalicəvi zonaları mövcuddur. Turistlər dünyanın hər yerində bu cür şəraiti olan yerləri tapa bilərlər. Məlumdur ki, əksər bölgələrdə dəniz, dağ, yaxşı təbiət mənzərələri və müalicə yerləri var. Amma bu mənzərələr və təbiət yerləri mədəniyyətlə iç-içə olanda daha möhtəşəm və cəlbedici olur. Məsələn, Misirdəki ehramlar yalnız Qahirə ətrafında yerləşir, yaxud Türkiyədəki zəngin tarixi mədəniyyət abidələri barədə bildirim. İnsanlar, xarici turistlər bu ölkələrdəki təbiət yerləri və dənizlərə getməklə yanaşı birinci növbədə mədəniyyət abidələrinə baş çəkirlər. Azərbaycan da bu baxımdan ən zəngin bir tarixə malikdir. Azərbaycan insanlığa məxsus olan ən qədim Daş dövründən Mis dövrünə qədər və ibtidai icma quruluşundan başlayaraq bütün ictimai-iqtisadi formasiyaları keçmiş bir  məkandır. Burada tarixin bütün izlərini izləmək mümkündür. Bizdə qədim insanın yaranışından və fəaliyyətindən tutmuş ən yüksək sivilizasiyanın bu gününə qədər olan vəziyyət barədə informasiya verən əvəzolunmaz və turistlər üçün çox cəlbedici olan tarixi-mədəni abidələr mövcuddur. Sadəcə həmin tarixi-mədəni irsimizlə birgə olanda bizdəki turizm imkanları və potensialı çox faydalı ola bilər. Məlum olduğu kimi, bizdə iqlim şəraiti, coğrafi relyef turizm üçün çox əlverişlidir. Eyni zamanda böyük mədəniyyət səltənətimiz var ki, bu iki amil bir-birilə birləşəndə çox güclü beynəlxalq imicimiz və turizm simamız formalaşır. Ona görə də bir neçə il öncə mədəniyyət və turizmin bir nazirlik strukturunda birləşdirilməsi barədə Prezident fərmanı çox  uzaqgörən bir siyasətin nəticəsi idi. Bununla biz mövcud potensialımızdan Azərbaycanın dünyaya optimal şəkildə təqdimatı və turizmin gəlirli bir sahəyə çevrilməsi üçün çox gözəl imkanlar qazanmışıq. Bilirsiniz ki, bu məsələlər nazirliyin Turizm şöbəsinin işidir və onlar dünyanın ən müxtəlif yerlərində, müxtəlif dillərdə çox yüksək səviyyəli təbliğat materialları yayırlar. Bu məsələlər turizm sahəmizin təbliğinə və ölkəyə xarici turist axınına xidmət edir. Qeyd etdiyiniz kimi, bu il AzərbaycandaTurizm ilielan olunub. Bu o deməkdir ki, bütün əlaqədar sahələrdə çox ciddi inkişaf tempi müşahidə olunur. Əslində bu ilinTurizm ilielan olunması o demək deyil ki, həmin sahədəki bütün məsələlər elə bu il öz həllini tapacaq. Sadəcə bu bir il ərzində turizmin böyük perspektivləri ilə bağlı bütün tədbirlər start götürür onların mütəmadi aparılmasının əsası qoyulur. Bu sahədəki məsələlərin problemlərin müəyyən bir qismi elə bu il öz həllini tapacaq. Bununla yanaşı düşünürük ki, II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında turizm sahəsinə aid kitablardan, nəşrlərdən ibarət ayrıca stend nümayiş olunsun. Bu məsələ artıq həmin tədbirin keçirilməsi ilə bağlı proqrama daxil olub.

- Ümumiyyətlə, əhali arasında kitab mütaliəsi ilə bağlı maarifləndirmə işinin təşkili aparılmasına necə yanaşırsınız? Nazirliyin bu məsələ ilə bağlı hər hansı planları ya proqramları varmı?

- Doğrusu, bu məsələ diqqətimizdədir. Bununla bağlı nazirliyin təşkilatçılığı ilə son beş ildə 80-90, bəlkə 100 addan çox kitab nəşr olunub. Bu özü bir tərəfdən kitab sahəsinin inkişafına nazirliyin verdiyi bir töhfə kimi başa düşülməlidir. Həm bu kitablar bir qədər maarifləndirmə xarakteri daşıyır. Nazirlik bütün beynəlxalq kitab standartlarına əməl edərək həmin kitabları nəşr edir yayır. Bu kitabların həm məzmunu, həm tərtibatının ən yüksək səviyyədə olmasına diqqət yetirilir. Bu özü bir maarifləndirmə təbliğat məsələsi kimi başa düşülməlidir. İkinci bir tərəfdən qarşıdakı sərgi- yarmarkanın keçirilməsi elə oxucu cəlbi ilə bağlı məsələləri tədbirləri ehtiva edir. Eyni zamanda ədəbiyyat əsərləri ilə bağlı nazirliyin xüsusi mükafatı var - “Qızıl kəlməmükafatı. Bunun özü kitab yaradıcılığına ən yaxşı kitabların, müəlliflərin xalq içində tanınmasına, populyarlaşmasına, kütləvi oxunmasına xidmət edən tədbirlərdir. Digər tərəfdən biz yazıçılarla silsilə görüşlər təşkil edirik. Yazıçılar bu görüşlərdə fikirlərini bölüşür, fikir əsərlərini paylaşır, təbliğ edirlər. Biz layihələr əsasında özəl nəşriyyatların layihələrini müdafiə edirik, onlara dəstək veririk. Bizim maliyyə dəstəyimiz əsasında onlar keyfiyyətli kitablar çap edirlər. Bu kitabların hər biri ölkə kitabxanaları üzrə bölünür paylanır. Beləliklə isə oxucular yeni kitablarla tanış olmaq imkanı qazanırlar. Bundan başqa kitabxana informasiya məkanının yaranması ilə bağlı olaraq ayrıca dövlət proqramı var. Bu sistemin içərisində bizdə fəaliyyət göstərən kitabxanalarımız da yenidən qurulmağa diqqət yetirməlidir. Onu da qeyd edim ki, kitabın təbliğatı təkcə nazirliyin fəaliyyəti onun işçilərinin səyləri ilə bitmir bitməməlidir. Bizim təhsil sistemimiz var ki, kitab oxumağı vətəndaşlara təlqin edir. Kitab oxumağa əslində lap balaca yaşlarından başlamaq lazımdır. Kitab oxumaq orta təhsil, ali məktəb illərində daha məqsədəuyğundur. Bir az yaşlandıqdan sonra isə istəsən , çox vaxt istədiyin qədərincə mütaliə ilə məşğul ola bilmirsən. Çox istədiyin bir əsəri oxumağa vaxt tapa bilmirsən, çünki işlə məşğul olursan. Ona görə erkən yaşlardan, yaddaşımızın lap iti vaxtlarından kitab mütaliəsi ilə məşğul olmalıyıq ki, bədii elmi təfəkkürümüz daha yaxşı formalaşsın. Bir məsələni deyim ki, kitabın satın alınması ilə bağlı nazirlik komissiya təşkil edib. Belə ki, ölkə nəşriyyatları arasında bununla bağlı müsabiqə elan edilib. Yəni kitabın satın alınması üzrə belə bir müsabiqə keçiriləcək. Naşirlər kitabxanalarının nüsxələrini Milli Kitabxanaya təqdim edəcəklər. Komissiya baxacaq o kitablardan alınmalı, maraqlı, ölkə kitabxanalarına yerləşdirilməli kitabları müəyyən edəcək. Əslində ilin birinci yarısında belə bir müsabiqə keçirilib. Sərgi-yarmarkadan sonra isə bu il ikinci dəfə belə bir müsabiqənin keçirilməsi planlaşdırılır. Bunun özü mütaliə ilə bağlı böyük bir təbliğatdır. Keçən dəfə xüsusilə uşaq kitablarının alınmasına üstünlük verildi. Nəşriyyatlarımız əslində uşaq ədəbiyyatına az maraq göstərirlər. Mən nəşriyyatları bu yöndə çoxlu maraqlı kitablar nəşr etməyə çağırıram. Məlumdur ki, Azərbaycan kitabları, ədəbiyyatı dünya sərgilərinə gedir. Hər il 8-9 ən məşhur dünya sərgisində kitablarımız uğurla nümayiş olunur. Azərbaycan ədəbiyyatı bu yolla təbliğ olunur, həqiqətlərimiz yayılır. Orada biz müşahidə edirik ki, sərgidə çox böyük ekspozisiyalar uşaq nəşrlərindən ibarətdir buna böyük maraq var. Bu baxımdan bizim nəşriyyatların da uşaq nəşrlərinə maraq göstərmələri məqsədəuyğun olardı. Məncə, bunun kommersiya tərəfi sərfəlidir. Çünki ağıllı valideyn maraqlı, faydalı kitab üçün pul ödəyər. Nəşriyyatlar bu məqamı tutmalıdırlar. 

 

 

İlkin AĞAYEV       

                                       

Palitra.- 2011.- 13 sentyabr.- S.6.