Xalq tətbiqi sənət növləri

 

Xalq tətbiqi sənət növlərinin inkişaf etdirilməsi maddi mədəniyyət nümunələrinin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xalq tətbiqi sənət ustalarının araya-ərsəyə gətirdiyi həmin məhsulların təbliğinə böyük ehtiyac var. Əl əməyinin nəticəsi olan həmin mədəniyyət nümunələri daha çox tətbiq olunmalı, tanınmalı satılmalıdır ki, həmin sənət adamlarının bu sənəti yaşatması üçün stimul olsun.  

 

Son illərdə bu sahənin inkişafı ilə bağlı bir çox işlər həyata keçirilsə , hələ çatışmazlıqlar qalmaqdadır. Xüsusilə bölgələrdə qədim xalq sənət növlərini yaşadan sənətkarların tanıdılması vacibdir. Çünki bu şəxslər xalq sənətinin ayrı-ayrı növlərini yaşadır. Qəbələdə xalq sənətkarlığı ilə məşğul olan şəxslərdən bir neçəsi haqda ətraflı məlumat təqdim edirik. Turizmin inkişafı ilə bağlı ölkəmizə gələn turistlərin sayında hər il artım qeydə alınır. Turistlərin ölkəmizdə ən çox səfər etdiyi yerlərdən biri Qəbələdir. Füsunkar təbiətlə yanaşı xalq sənətkarlıq nümunələri turistlərin diqqətini cəlb edir.  

 

Ağac üzərində möcüzə 

 

Həmin sənətkarlardan biri Qəbələnin Vəndam kəndində yaşayan Şahin Rəhimovdur. Ağac üzərində yaratdığı sənət əsərləri izləyənləri heyrətə salır. İsgənə, balta, rəndə, çəkic cilalama kağızı ilə yaradılan bu əsərlər müxtəlif sərgilərin bəzəyinə çevrilib. Ağac üzərində oyma ilə yaradılan qartal, suvenirlər, nərd, qlobus, leylək, güldan, Azərbaycan xəritəsi, kitab, minarə s. fiqurlar o qədər canlı təsir bağışlayır ki, bunların insan əli ilə, heç bir texniki avadanlıqdan istifadə edilmədən yaradılması insanı təəccübləndirir. 1995-ci ildən bu sənətlə ciddi şəkildə məşğul olan Şahin Rəhimov əl işlərinə görə müxtəlif mükafatlarla təltif edilib. Onların arasında Rəssamlar İttifaqı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin «Həvəskar rəssamların xalq tətbiqi sənət ustalarının işlərində İslami dəyərlər» mövzusunda təşkil etdiyi respublika  sərgisinin fəxri fərmanları da var. Qəbələ rayonunun mədəni-kütləvi həyatında fəal iştirakına mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərə görə Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub. Bu ilin iyun ayının 21-də İsmayıllı rayonunda keçirilən zona üzrə tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərginin diplomu da mükafatlar arasında yer alır. Respublikada keçirilən xalq sənətkarlığı ilə bağlı sərgilərin demək olar ki, hamısında onun əl işləri nümayiş olunur. 2009-cu ildə Şəkidə Bakıda keçirilən I Ümumrespublika Dekorativ Sənət festivallarında, 2010-cu ildə Balakən rayonunda Bakıda keçirilən həvəskar rəssamların xalq tətbiqi sənətkarlarının əsərlərindən ibarət sərgilərdə, paytaxtda hər il keçirilən Novruz bayramı tədbirlərində onun əl işləri nümayiş olunur. Cari ilin aprel-may aylarında Bakıda keçirilən II Ümumrespublika Daxili Turizm Sərgisi İsmayıllı rayonunda zona üzrə tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgidə onun əl işləri izləyicilərin böyük marağına səbəb olub.  

 

Milli xalça çeşidləri  

 

Xalq tətbiqi sənət ustalarından biri xalçaçılıqla məşğul olan Abdulla Həşimovdur. İxtisasca mühəndis olan A.Həşimov 1987-ci ildən bu sənətlə məşğuldur Vəndam qəsəbəsində xalça emalatxanası var. Qayçı, bıçaq, həvə, kirkit kimi alətlərdən istifadə edilərək yaradılan rəngarəng xalçalar gözəlliyi ilə göz oxşayır. Abdulla Həşimov bizimlə söhbətində bildirdi ki, şəxsi emalatxanasındaPirəbədil”, “Quba-Şirvan”, “Köhnə Suraxanı”, “Qollu Çiçi”, “Qazax-Qarabağ”, “Ləcədi”, “Şirvan”, “Gülüstanmilli xalça çeşidləri toxunur. Müxtəlif fəxri fərmanlarla təltif olunan Abdulla Həşimov bu sənəti marağından seçib. Həvəskar rəssam kimi bu işə başlayan A.Həşimovun xalçaçılığa böyük həvəsi olub onun həvəsi böyük usta Kamil Əliyev tərəfindən qiymətləndirilib. Kamil Əliyevdən bu sənətin sirlərini öyrənən Abdulla Həşimov sonradan özü müstəqil şəkildə bildiklərini daha da dərinləşdirib. Bu gün Vəndamdakı sexdə nümayiş olunan bir-birindən gözəl xalça növləri Abdulla Həşimovun bu sənətə qədər böyük məhəbbətlə bağlandığını göstərir. Ümumrayon tədbirlərində daim onun əl işləri nümayiş olunur. Şəkidə Bakıda təşkil olunan I Ümumrespublika Dekorativ Sənət festivallarında, I Ümumrespublika Daxili Turizm Sərgisində, həvəskar rəssamların xalq tətbiqi sənətkarlarının əsərlərindən ibarət sərgilərdə onun əl işləri nümayiş olunub. 

 

Dulusçuluq hələ də yaşayır 

 

İxtisasca mühəndis olan və qədim xalq tətbiqi sənət növü olan dulusçuluğu yaşadan Vaqif Zeynalov da Qəbələdə yaşayır. Rayonun Küsnət kəndindəki emalatxanasında bu sənət növü ilə peşəkarcasına məşğul olan V.Zeynalov Şəkidə keçirilən I Ümumrespublika Dekorativ Sənət Festivalının və İsmayıllı rayonunda keçirilən tətbiqi sənət ustalarının sərgisinin diplomları ilə təltif edilib. Dulusçu bıçağı, cilalayıcı alət, dulusçu dəzgahı, ağac biz, taxta şpatellə işləyən Vaqif Zeynalov müxtəlif dulusçluq məhsulları yaradır. Onun böyük ustalıqla ərsəyə gətirdiyi səhəng, qalğa, dopu, küp, dibçək, piti qabı, güldan, bardaq, nehrə izləyicilərdə böyük təəssürat yaradır. Usta bu məhsulların hər birini gildən hazırlayır. Ümumrayon tədbirlərində onun hazırladığı dulusçuluq məhsulları nümayiş olunur. Şəkidə və Bakıda keçirilən I Ümumrespublika Dekorativ Sənət festivalları və həvəskar rəssamların və xalq tətbiqi sənətkarlarının əsərlərindən ibarət sərgilərdə onun əl əməyi olan müxtəlif məhsullar sərgilənir. İsmayıllıda müntəzəm olaraq təşkil edilən tətbiqi sənət ustalarının sərgisində onun dulusçuluq məhsullarının həmişə xüsusi yeri olur.

 

 

Anar Miriyev 

 

Palitra.- 2011.- 13 sentyabr.- S. 7.