Təhsilin inkişaf etdirilməsi ilə bağlı layihə start götürdü

 

Məlum olduğu kimi, təhsil cəmiyyətin inkişafında, onu təşkil edən insanların mədəni, intellektual, peşəkarlıq nəhayət həyat səviyyəsinin yüksəldilməsində həlledici rola malikdir. Hər bir cəmiyyətin tərəqqisi, sosial-iqtisadi baxımdan dirçəldilməsi, inkişaf etmiş ölkəyə çevrilməsi önəmli dərəcədə məhz təhsillə bağlıdır. Bu baxımdan son dövrlərdə dövlət Azərbaycanda təhsilin inkişaf etdirilməsi ilə bağlı intensiv iradə nümayiş etdirməkdədir. Bununla belə bu sahədə hələ görüləsi işlər də az deyil. Ona görə də təhsilin inkişaf etdirilməsi ilə bağlı müzakirələrin təşkil edilməsi və bu müzakirələrin geniş dairələri əhatə etməsi çox məqsədəuyğundur.    

 

Təhsilin aktual problemlərinin müzakirələri təşkil ediləcək  

 

Mövzu ilə bağlı birinci olaraq onu qeyd edək ki, ölkədə təhsillə bağlı vacib məsələlərdən biri təhsilin aktual problemlərinin müzakirələrinin təşkil edilməsi ilə bağlıdır. Bu cür tədbirlər intensiv təşkil edilmir onlar barədə KİV- yetərincə məlumat verilməməkdədir. KİV, xüsusilə dövri mətbuat orqanları ümumiyyətlə təhsilin konkret sahələri ilə bağlı məsələlərin işıqlandırılmasına lazım olduğu qədər diqqət yetirmir. Bunun nəticəsində isə ictimaiyyət, eləcə təhsillə bağlı dairələrin, təhsil müəssisələrinin nümayəndələri təhsilin aktual məsələləri, təhsil prosesində baş verən dəyişikliklər, vətəndaşların təhsil hüquqları sair məsələlərlə bağlı kifayət qədər informasiya əldə etmək imkanından məhrum olur. Məlumdur ki, Azərbaycan təhsilinin inkişaf dinamikası sürətlənib, təhsilə ayrılan maddi-texniki baza, yeni-yeni məktəb tikintisi vəziyyəti çox yaxşılaşdırıb. Bu baxımdan bildirmək olar ki, Azərbaycan təhsili maddi-texniki baza baxımından demək olar ki, dünya inkişaf etmiş ölkələrin standartlarına münasib dərəcədə təmin olunmaqdadır. Bu amil təhsilin ümumi inkişafını şərtləndirən birinci məsələdir. Amma onu da qeyd etmək lazımdır ki, maddi-texniki bazis əsasında onun üstqurumu - təhsil prosesi lazım olduğu səviyyədə inkişaf etməlidir. Bu sahədə isə aşağıdakı məsələlər qeyd edilə bilər.  Məsələn, “Təhsil haqqındaqanun artıq parlament tərəfindən qəbul edilib, bununla belə təhsilin ayrı-ayrı istiqamətləri ilə bağlı qanunlar hələ qəbul edilməyib. Belə ki, ibtidai, orta, peşə, orta ixtisas ali təhsilin pillələri üzrə qanunvericiliklə bağlı müzakirələr bu baxımdan ciddi önəm kəsb edir. Eləcə qeyd edilən təhsil sahələri pillələri ilə bağlı mövcud reallıqlar, problemlər onların həlli yollarının intensiv diskussiyası geniş işıqlandırılması təşkil edilməlidir. Bu istiqamətlərdə müəyyən dərəcədə axtarışlar gedir, bir sıra nəticələr, müxtəlif ekspertlərin təşəbbüsləri problemlərlə bağlı fikir təklifləri var, amma informasiya qıtlığına görə ictimaiyyət bunlar barədə bilmir. Bu isə təhsil problemləri ilə bağlı müvafiq institutların da səfərbər edilməsi yönündə müəyyən maneələr törədir. Buna görə təhsilin inkişaf etdirilməsi ilə bağlı dövlətin yürütdüyü siyasətə vətəndaş cəmiyyəti institutlarının, xüsusilə KİV-in lazım olduğu qədər köməyi dəymir. KİV-in bu yöndə passivliyi mütəmadi olaraq  təhsil problemlərinin geniş ictimai müzakirəyə cəlb olunması, təhsilin ayrı-ayrı sahələrinə aid ekspert müzakirələrinin təşkil olunması, bu müzakirələrin geniş təhsil ictimaiyyəti cəmiyyət üçün informasiya baxımından açıq olması baxımından əlverişli deyil. Halbuki bu cür müzakirələrin geniş səpgidə, ayrı-ayrı təhsil sahələrinə aid nümayəndələri geniş tərkibdə ehtiva etməklə aparılması böyük önəm kəsb edir. Amma KİV bu barədə bir çox hallarda susur təhsilin fundamental problemlərini çatdıran ardıcıl jurnalist tədqiqatları, ekspertlərin fikirlərini əks etdirən yazılara rast gəlinmir. Təhsillə bağlı KİV hazırda yalnız xəbər əhəmiyyətli, keçirilən tədbirlərin reportajından ibarət yazılar verməklə işini bitmiş hesab edir. Halbuki sırf təhsil məsələsi ilə birbaşa aid olmayan ikinci dərəcəli məsələlər, məsələn, orta məktəblərdə hicab taxılıb-taxılmaması məsələsi nəinki yazılı mediada, hətta telekanallarda belə, həvəslə işıqlandırılır. Bu kimi hallara görə ictimaiyyətin təhsillə bağlı şüuru formalizm prinsiplərinə əsaslanmaqdadır. Məsələn, valideynləri uşaqlarının təhsil prosesində bacarıqlı mütəxəssis kimi yetişməsindən çox attestat, yaxud diplom alması maraqlandırır. Bunun üçün hər vasitədən istifadə edilir. Bu cür hallar da ilk növbədə təhsil məsələləri ilə bağlı düzgün maariflənməmənin nəticəsidir. Ona görə təhsillə bağlı cəmiyyətimizin şüurunun düzgün yöndə yüksək səviyyədə formalaşdırılmasına, bununla bağlı ardıcıl müzakirələr təbliğat aparılmasına ehtiyac var. Bu barədə indiyə qədər mövcud olan köhnə stereotiplər ləğv edilməlidir. Bununla bağlı əsas öhdəliklərdən biri isə yenə KİV-in üzərinə düşür.   

 

Təhsillə bağlı fundamental məsələlər işıqlandırılarkən ciddi təhsil ekspertlərinin fikirlərinə istinad etmək vacibdir 

 

Qeyd edilən hallara görə təhsil problemləri barədə məlumatı az olan ictimaiyyət, eləcə bu problemlərin aradan qaldırılmasına yardımçı ola biləcək mütəxəssislər, maliyyə mənbələri Azərbaycan təhsilinə bir çox hallarda inamsız yanaşır. Deməli, təhsil problemləri ilə bağlı informasiyaların yetərincə olmaması ümumi təhsil şüurunun formalaşmasında təhsilə yüksək, kütləvi ictimai maraq nəticəsində təhsilin cəmiyyətin inkişafı naminə tətbiq edilməsində, insan kapitalının inkişafı baxımından səfərbər edilməsində maneədir. Bu baxımdan  problemin - təhsilin fundamental məsələləri ilə bağlı cəmiyyətdə informasiya qıtlığının aradan qaldırılması üçün mətbu orqanlarda təhsilin müxtəlif sahələrinə aid mütəmadi yazılar yazılması, bununla bağlı tendensiyasının formalaşdırılması çox aktualdır. Təhsillə bağlı yuxarıda qeyd edilən məsələlərin olduqca aktuallıq kəsb etməsini nəzərə alaraqPalitraqəzeti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV-lər üçün elan etdiyi müsabiqəyəTəhsilin inkişaf etdirilməsi ilə bağlı müzakirələradlı layihə təklifi vermişdi. Nəticədə qəzetimiz bu layihə üzrə qalib elan olunub. Beləliklə, bu sayımızdan etibarən dövlətin dəstəyi ilə adıçəkilən layihə həyata keçirilməyə başlanacaq layihə çərçivəsində tədqiqat yazıları, ekspertlərlə, təhsil ictimaiyyəti təhsil müəssisələrinin nümayəndələri ilə müsahibələr veriləcək. Onu da qeyd edək ki, layihə çərçivəsində ayrı-ayrı sahələrə aid işıqlandırılacaq mövzularda obyektivlik, əhatəlilik prinsipi qorunacaq. Təhsilin problemləri, çətinliklərlə yanaşı müsbət tendensiyalar, inkişaf  göstəriciləri layihə çərçivəsində xüsusi olaraq qabardılacaq. Həmçinin rəsmi təhsil qurumlarının keçirdiyi tədbirlər, onların elan etdiyi nəticələr, əldə olunan nailiyyətlərə aid göstəricilər layihə çərçivəsində xüsusi işıqlandırılacaq. Burada bir məqam da xüsusi olaraq qeyd edilməlidir ki, təhsillə bağlı məsələlər işıqlandırılarkən burada yalnız təhsil ekspertlərinin, təhsil müəssisələri nümayəndələrinin fikirlərinə istinad ediləcək, obyektiv jurnalist yanaşması təmin ediləcək.         

 

Layihənin effekti ola bilər? 

 

Bu layihənin həyata keçirilməsi Azərbaycan mətbuatında təhsillə bağlı proseslərin, problemlərin işıqlandırılmasına, bu sahədə cəmiyyətin məlumatlandırılması maarifləndirilməsinə, eləcə təhsil problemlərinin həlli istiqamətində yeni ideya təkliflərin formalaşmasına önəmli töhfə verəcək. Bu sahədə müsbət ənənə formalaşacaq. Layihədən bəhrələnmə nəticəsində qəzetlərdə təhsilin fundamental problemləri ilə bağlı xüsusi rubrikalar ortaya çıxa dilər. Layihənin icrası həmçinin təhsilin problemləri ilə bağlı müxtəlif janrlı yazılar yazılmasında jurnalistlərin peşəkarlıq vərdişlərinin artmasına təkan verəcək.  O cümlədən layihə iştirakçıları olan qəzetimizin əməkdaşlarının da təhsil məsələləri ilə bağlı yazılar yazılmasında peşəkarlıq vərdişləri daha da artmış olacaq.  

 

 

İlkin Ağayev

 

Palitra.- 2011.- 11 yanvar.- S. 5.