Bolonya prosesi Azərbaycan ali təhsilində necə reallaşır?
Ali təhsil məsələləri, Bolonya
sistemi ilə bağlı olaraq suallarımızı Qafqaz
Universitetinin tədris
sonrası prorektoru Cihan Bulut cavablandırır.
- Cihan müəllim,
Azərbaycan ali təhsili ilə bağlı fikirlərinizi
bilmək maraqlı olardı.
- Sovetlər sistemindən bu sistemə keçərkən
əlbəttə, müəyyən
problemlər vardı.
Bu da təbii hesab olunmalıdır. Ancaq keçid prosesində təhsillə
bağlı problemlər
çevik bir şəkildə keçilməyə
çalışılıb. Məsələn, ali təhsildə kredit sisteminə keçilib. Daha sonra Bolonya
sisteminə qoşulmaq
üçün Azərbaycan
2005-ci ildə imza atdı. Hazırda universitetlərdə əsasən,
bu sistemin tətbiqi prioritetdir. Bundan əlavə, təhsilin inkişafı ilə bağlı önəmli dövlət
proqramları var. Xaricə
tələbə göndərmək
və xaricdən tələbə qəbul etmək kimi məsələlər bu proqramlarla önəmli şəkildə həyata
keçirilməkdədir. Dövlət
hesabına tələbə
oxutmaqla bağlı önəmli proqram da qeyd edilməlidir.
Həqiqətən savadlı,
istedadı, qabiliyyəti
olan tələbələr
üçün bu baxımdan çox vacib bir fürsət,
imkan ortaya qoyulub. İnkişaf etmiş ölkələrin
təhsil metodları bu baxımdan Azərbaycanda tətbiq olunmağa başlayıb.
Azərbaycanda yüksək
təhsilin inkişafı
ilə bağlı gözəl proqramların,
planların bu baxımdan olduğunu söyləyə bilərik.
- Bu sahədə problemləri nədə görürsünüz?
- Əlbəttə,
problem də yox deyil. Ən ümdə problem universitetlərin
standartlara uyğun maddi-texniki baza məsələsidir ki, burada əsas məsələ binalarla, tədris yerləri ilə bağlıdır.
Bunlardan başqa digər məsələlər
də var ki, bu barədə
düşünməyə dəyər. Doğrudur, Azərbaycanın maliyyə
imkanları artdıqca
maliyyələşmə məsələləri
də həll olunmaqdadır. Dövlətin
bu sahəyə qayğısı artdıqca
problemlər də həll edilməkdədir. Bununla belə, məsələn,
keyfiyyətli müəllim,
müasir biliklərə
sahib olub onları tələbəyə aşılaya
biləcək müəllimə
ehtiyac çoxdur və bu problemi
həll etmək bir o qədər də asan deyil.
Xaricdə dövlət
hesabına magistr və doktor olmaq üçün təhsil alan insanlarımız yaxın
vaxtlarda geri qayıdacaq. Bununla bağlı görüləcək
tədbirlər də
bəhrəsini verəcək
və universitetlərdə
daha savadlı müəllim kadrları çalışacaq. Azərbaycan
postsovet ölkələri
içərisində təhsil
sahəsində önəmli,
yüksək bir yer tutmaqdadır. Gələcəkdə bu cür məsələlərin
prinsipial şəkildə
həllini tapması Azərbaycanı təhsil
sahəsində dünyada
daha yüksək səviyyəyə qaldırmış
olacaq.
- Ümumilikdə Azərbaycan təhsilində
Bolonya prosesi nə dərəcədə
reallaşa bilir?
- Bolonya prosesi ilə bağlı həqiqətən
onu demək olar ki, bu
sistemin çox gözəl kriteriyaları
var. Gözəl olduğu
üçün də
Avropanın qabaqcıl
ölkə və universitetlərində tətbiq
edilir. Bu gözəlliklərdən
Azərbaycanda da tam gücü ilə yararlanılması gərəkdir.
Ancaq o kriteriyalara qoşulmaq və onları tətbiq etmək gözəl olduğu kimi, bu işdə
çətinliklər də
yox deyil. Bu çətinliklər dedikdə,
universitetlərdə tədrisin,
dərslik proqramlarının
obyektiv olması, dərslərdə keyfiyyətin
həqiqətən də
artımyönümlü olması,
dərsi həqiqətən
də tələbənin
özünün seçməsi,
məsləhət bilməsi
faktının olması,
yəni həqiqətən
də tələbəmərkəzli
dərs seçiminin mövcudluğu, dərsi qiymətləndirərkən obyektiv
kriteriyalardan istifadə
edilməsi, dərslərlə
bağlı dəyərləndirmələr,
materiallardan istifadə
kimi məsələlərdə
problem və çətinliklər
var. Bunların hamısı
həm ölçülə
bilən, həm obyektiv olmalıdır. Universitetə gəlmək
istəyən abituriyent
və ya tələbə hələ
ora daxil olmamış, internet vasitəsilə
bu obyektivlik kriteriyalarını öyrənməli,
həmin universitetin qaydaları, tədris intizamı ilə tanış olmalıdır.
Bunları tətbiq etmək hələki bir az çətinlik
törədir. Universitetlər
Bolonya sisteminə keçərkən bu cür çətinliklərlə
qarşılaşıblar. Bolonya sistemini bu baxımdan reallaşdıra bilməyən
universitetlər və
ya tam reallaşdırmaqda çətinlik
çəkən ali məktəblər ola bilər. Bizim arzumuz odur ki,
bütün universitetlərimiz
bu sistemə uğurla qoşulsun və inkişaf etsin.
- Universitetlərimizin fəaliyyətini ümumilikdə
necə xarakterizə etmək olar?
- Universitetlərin fəaliyyətini xarakterizə
etmək üçün
ümumilikdə dörd
kriteriyadan istifadə də bilərik. Yəni universitet əsasən dörd funksiyanı yerinə yetirməlidir. Birinci olaraq, universitetlərdə
yaxşı və həqiqi mənada keyfiyyətli təhsilin olması şərtdir. İkincisi, universitetlərdə
araşdırma xüsusiyyəti,
tədqiqatlar aparabilmə
keyfiyyəti olmalıdır.
Üçüncüsü, universitetin idarəetmə
mexanizmi yaxşı qurulmalıdır. Yəni
tələbə-müəllim münasibətləri, kafedralar,
rektorluq, idarəetmə
institutları bu kontekstdə çox mükəmməl fəaliyyət
göstərməlidir. Dördüncüsü
isə universitetin ictimaiyyətlə əlaqəli
fəaliyyəti, yəni
sənaye ilə işbirliyi olmalıdır.
Bu baxımdan Bolonya sistemi ömür boyu təhsil kimi başa düşülməlidir, çünki
sırf cəmiyyətə
bağlıdır, həyatidir.
Xüsusilə də dördüncü qeyd etdiyim funksiya sizin sualınızla bağlı çox yerinə düşmüş
olar. Yəni universitetlə sənaye sahəsi, nəzəriyyə
ilə praktika uyuşduğu zaman universitetin faydalılıq
əmsalını daha
obyektiv olaraq qiymətləndirmək olar.
Bu mənada biz dünyaya
baxdıqda, Qərb universitetlərində həqiqətən
də ciddi təcrübələr var. Məsələn,
Harvard Universitetində bu
baxımdan möhtəşəm
layihələri görə
bilərik. Bu kimi universitetlərin büdcələri
əslində Azərbaycanın
büdcəsindən də
çox olur. Onların sənaye əhəmiyyətli proqramlarına
yüzlərlə şirkət
qatılır. Bu cür
universitetlərdə tədrisdən
daha çox tədqiqat mərkəzlərinin
fəaliyyətini görmüş
oluruq. Bunlarla müqayisə etdikdə Azərbaycan universitetləri
ilə çox böyük fərqlər
olduğunu görürük.
Buna görə də
Azərbaycandakı universitetlərin
maddi-texniki bazasının
yetərincə olması
lazımdır. Amma o da qeyd edilməlidir
ki, bu xarici
universitetlər əsrlərin
universitetləridir. Onlar
da yeni başlayanda
bizdəkilər kimi müxtəlif sıxıntılarla
rastlaşıblar. Məsələn,
Türkiyədə Orta
Doğu Texniki Universiteti var. Bu universitetin
texnoparkı fəaliyyət
göstərir. Yəni
bu, universitetin nəzəri biliklərinin
gerçəkdən istehsala
tətbiq edildiyi, texnoloji sahəyə yönəldiyi yer sayılır. Texnoparkların
mövcudluğu üçün
ölkədəki şirkətlərin,
universitetlərdəki müəllim
kollektivinin marağının
olması lazımdır.
Həmçinin dövlət
də öz növbəsində bunu ciddi bir şəkildə
təşviq etməlidir.
Çünki umumi mənafelər və təhsilin, sənayenin inkişafı, o cümlədən,
bu sahələrdən
daha yaxşı gəlirlər götürmək
naminə bu cür tədqiqatların zəruri olduğu diqqətdən qaçırılmamalıdır.
Bu baxımdan Türkiyə
universitetlərinə baxdıqda
çox ciddi layihələrin ortaya çıxdığını görürük. Bu layihələrdən
həm universitetlər
çox məmnun olur, həm də iş adamları və nəhayət dövlət
çox razı qalır. Məsələn, konkret olaraq Türkiyə Orta Doğu Texnik Universitetində 450
professor bu saat araşdırma aparır. Onlardakı tətbiq səviyyəsini görəndə
dedik ki, Azərbaycanda bu işləri necə görmək olar? Onlar buna cavab
olaraq bildirdilər ki, 80-ci illərdə biz də fikirləşirdik ki, bu işləri
necə gerçəkləşdirə
bilərik. Deyirlər
ki, bura iş adamlarını necə cəlb edə biləcəyimizlə
bağlı müxtəlif
variantlar axtarırdıq.
Yaxud savadlı müəllim, tədris kadrlarını tapa bilib-bilməyəcəkləri ilə bağlı çoxlu suallarla qarşılaşdıqlarını ifadə etdilər. Onlar bildirirlər ki, bütün bu məsələlər hələ o vaxt heç kimə aydın deyildi ki, nəylə bitəcək. Bu gün Azərbaycanda da universitetlərdə qeyd etdiyim şəkildə texnoparkların mövcud olması üçün
ciddi müzakirələr
aparmaq lazımdır.
Türkiyə Orta Doğu Universitetində də bir zamanlar
problemlər vardı,
amma ciddi işbirliyi sayəsində
bu problemlər həllini tapdı. Bu cür texnoparkların bizim Azərbaycan universitetlərində də
mövcudluğunu niyyət
etdikdən və bu barədə işə keçdikdın
sonra əminəm ki, bu işdə
uğur əldə edəcəyik. Həm maddi-texniki bazanı təmin etmək, həm də bu bazanı istifadə etmək gücündə olan müəllim heyətini toplamaq, dəvət etməkdə, iş adamlarını bu işə cəlb etməkdə bizdə hələki çətinliklər
var. Amma ciddi işə keçdikdən sonra bu çətinliklər
aşılacaq.
İlkin Ağayev
Palitra.- 2011.-
18 yanvar.- S. 5.