«Universitetlərin reytinq cədvəlləri
tərtib olunmalıdır»
Layihə
çərçivəsində müsahibimiz AMEA
İqtisadiyyat İnstitutunun elmi işlər üzrə
direktor müavini, iqtisad elmləri namizədi Allahyar
Muradovdur:
- Təhsil sistemində dəyişiklik
aparılması vacibdir. Xüsusilə özəl təhsil
sahəsində bir sıra dəyişikliyin olması
mühümdür. Dövlət təhsil sistemi elədir ki,
orada dövlət, belə deyək ki, özü
üçün mütəxəssislər hazırlayır. Yəni,
müəyyən etdiyi ixtisaslar üzrə mütəxəssis
hazırlayır. Bütün kriteriyaları, təhsilin
formasını, pullu və ya pulsuz olmasını dövlət
özü müəyyən elir. Amma özəl təhsil
müəssisələrində isə vəziyyət fərqli
olmalıdır. Çünki bu, özəl təhsildir, yəni,
bir növ sahibkarlıq subyektidir. Sahibkar burada nə istehsal edəcəyini,
nə qədər istehsal edəcəyini özü müəyyən
etməlidir. Bunların hamısını həmin özəl
ali təhsil müəssisəsi özü müəyyənləşdirməlidir
və onların özlərinin qəbul mexanizmi
olmalıdır. Bəzən bildirirlər ki, belə olan halda
neqativ hallar baş verəcək. Amma mexanizmi elə qurmaq olar
ki, bu neqativ hallar tədricən aradan qalxsın. Məsələn,
götürək elə Qafqaz Universitetini. Bu təhsil müəssisəsinin
məzun etdiyi kadrlara ehtiyac var. Yəni, cəmiyyət
artıq bu universitetin məzunlarının yüksək səviyyəli
kadrlar olmasına inanır. Bu universitet keyfiyyətli kadr
buraxır. Deməli, həmin
universitetdə təhsil yüksək səviyyədə
təşkil olunur ki, cəmiyyətin bu qədər
etimadı var. Mənə elə gəlir ki, özəl ali təhsilə
sərbəstlik vermək lazımdır.
- Amma bunların fəaliyyəti tənzimlənməsə,
necə olar?
- Dövlətin qanunları, normativ
aktları var və bu qanunlar vasitəsilə bu təhsil
müəssisələrinin fəaliyyəti tənzimlənir.
Amma mənə elə gəlir ki, özəl ali məktəblər
seçim etməkdə, tələbə qəbulu həyata
keçirməkdə sərbəst olmalıdırlar. Bir məsələni
qeyd etmək istəyirəm. Məsələn, bir insan məktəbi
bitirəndən sonra ali məktəbə daxil ola bilməyib və
25-30-35 yaşında ali təhsil almaq istəyir. Onun təhsil
almaq hüququ var və bu hüququ onun əlindən almaq
olmaz. Təhsil almaq heç vaxt gec deyil. Amma TQDK-nın
qoyduğu tələblər elədir ki, bu yaşda olan
insanın hazırlaşaraq ali məktəbə daxil
olması bir qədər çətin olur. Xarici ölkələrin
əksəriyyətində universitetlərin bakalavr səviyyəsi
ayrı olur və ora qəbul olmaq üçün
böyük bir imtahan keçirmək tələb olunmur. Orada
qəbul çətin deyil və dövlət sadəcə həmin
ali məktəblərin buraxılışına nəzarət
edir. Cəmiyyət elə formalaşıb ki, özü bu
prosesləri tənzimləyir. Məsələn, bizdə Azərbaycan
Beynəlxalq Universiteti var idi və cəmiyyət üzvlərinin
bu ali məktəbə olan inamı çox az idi. Fəaliyyət
göstərə bilmədiyi üçün də, bu ali məktəb
bağlandı. Hər bir ali məktəbin reytinqi
olmalıdır. Bizdə marağın artım tempi zəif
olsa da, son vaxtlar ali təhsilə olan maraqda artım var.
Artıq insanlar anlayırlar ki, harada işləməyindən
asılı olmayaraq onlara savad, təhsil lazımdır.
Heç olmasa müəyyən dərəcəyə qədər
savadın mənimsənilməsi zəruridir. Proseslər onu
göstərir ki, təxminən 5-10 ildən sonra savadı
olmayıb müəyyən yerdə özlərinə iş
tapanlar, daha bu imkanı əldə edə bilməyəcəklər.
Savadı olmayan özünə iş tapa bilməyəcək.
Universitetlərin müxtəlif aspektlər üzrə reytinq
cədvəlləri tərtib olunmalıdır. Burda təkcə
universitetin nə qədər tələbə məzun etdiyi
deyil, onların harada işləməsi və sair kimi məsələlər
də yer almalıdır. Bunların hamısını təşkil
etmək bir qədər çətindir, amma təhsil sahəsində
ciddi inkişaf istəyiriksə, bunu etməliyik. Universitetlər
məzunlarının harada işləməsi ilə
bağlı statistika hazırlayaraq onu açıqlamalıdırlar.
Bu isə ali təhsil müəssisələri arasında
sağlam rəqabət yaradacaq. Daha dərin inkişafdan
danışırıqsa, bütün bu işlər
bağçadan, məktəbdən başlamalıdır. Təhsilin
kökü bağçadan başlayır.
- Xarici ölkələrdə bakalavr təhsilinin
ayrı olduğunu bildirdiniz.
- Bildiyimə görə, ABŞ-da bakalavr
təhsili ilə magistr təhsili verən ali məktəblər
ayrıdır. Çox az universitet var ki, bu iki pillə bir yerdə
olur. Qərbin tanınmış universitetlərində adətən
magistratura pilləsi ilə doktorantura pilləsi bir yerdə
olur. Bu mərhələdə artıq ciddi tədqiqatlar
aparılır. Amma bizdə bakalavr pilləsi ilə magistratura
pilləsi bir ali məktəbdə olur. Bakalavriatda verilən dərs,
bir qədər fərqli şəkildə magistraturada təkrarlanır.
Bakalavriatda adətən hansısa peşə tələbə
tərəfindən mənimsənilir. Amma magistraturada
artıq həmin sahə üzrə daha dərin bilik öyrənilməli,
tədqiqatlar aparılmalıdır. Magistr artıq elmi tədqiqatçı
deməkdir. Bizdə bu formanın tətbiqi üçün yəqin
ki, zaman lazımdır. Artıq bizdə də bu ildən
magistr hazırlığını elmi tədqiqat
institutlarına verməyə başlayırlar ki, bunu müsbət
addım kimi qiymətləndirirəm. Magistrlərin təhsilinin
elmi-tədqiqat müəssisəsində aparılması
müsbət nəticə verəcək. Mən deyim ki, bizim
institutlarda oxuyacaq magistrlərlə, universitetlərdə
oxuyan magistrlər arasında böyük fərq olacaq. Burda
onlar sözün əsl mənasında elmi-tətdqiqatla məşğul
olacaqlar. Bizdə belədir ki, universitetlərin çoxu əsasən
biliyin ötürülməsi ilə məşğul olur. Bir
müəllimin 4-5 fəndən dərs deməsi doğru
deyil. Onların bir çoxu müxtəlif ədəbiyyatlardan
materialları toplayıb auditoriyada sadəcə tələbəyə
ötürməklə məşğuldur. O materialı tələbə
özü də kitabdan oxuya bəlkə də müəllimin
ötürməsindən daha yaxşı mənimsəyə
bilər. Amma müəllim çalışdığı,
araşdırma, tədqiqat apardığı sahə üzrə
dərs deyəndə tələbə artıq yeni şeylər
öyrənir və onun üçün də maraqlı olur.
Tələbənin yeni bilik öyrənməyə həvəsi,
marağı olmalıdır.
- Bir az əvvəl qəbulun
asanlaşdırılmasının vacib olduğunu, özəl
təhsil müəssisələrinə sərbəstlik verilməsinin
vacib oduğunu bildirdiniz. Bu necə olmalıdır?
- Bəli, özəl sektora bu sahədə
sərbəstlik vermək lazımdır və dövlət
orada çıxışa nəzarət etməlidir. Kimsə
pulunu köçürüb oxumaq istəyirsə, bunun
qarşısı alınmamalıdır. Ola bilər ki,
dövlət ali təhsil müəssisələrində
müəyyən qaydalar, şərtlər var. Amma həmin
insan pulunu köçürürsə, onun özəl ali məktəbdə
təhsil almasının qarşısını almaq, onu təhsil
- Bizdə də artıq yeniliklər tətbiq
edilir. Bolonya prosesinə keçiddən sonra müsbətə
doğru irəliləyişlər var.
- Razıyam, yeni sistemin tətbiqi, kreditləşmənin
aparılması müsbət haldır. Amma yeni tətbiq edilən
istənilən sistemin işləməsi üçün
mexanizm olmalıdır. Hər bir ölkənin spesifik
xüsusiyyətləri var və yeni sistemi tətbiq edərkən
bütün bunları nəzərə almaq lazımdır.
Xarici təcrübəni olduğu kimi tətbiq etmək
müsbət effekt verməyəcək. Ya da bir sahədə
effekt versə də, digər sahədə mənfi nəticələr
qeydə alınacaq. Mən bir məsələni də
vurğulamaq istəyirəm ki, ali məktəbə daxil olmaq
bizdə çox çətindir. Ali məktəbə daxil
olmaq üçün qoyulan şərtlər o qədər
ağırdır ki, şagirdlər 5-6 fəndən
hazırlaşır və bu hazırlıq dönəmi o qədər
çətin olur ki, ali məktəbə daxil olandan sonra
onların bir çoxu oxumaq istəmir. Kitab oxumaqdan bezirlər
və ali məktəbə daxil olandan sonra təxminən bir
semestr oxuyurlar, sonra oxumaq zəifləyir. Bizdə belədir
ki, çətini ali məktəbə daxil olmaqdır.
Sonrası necə olsa davam edir. Təhsildə çətin məsələ
testdən keçib ali məktəbə daxil olmaqdır. Sonra
nə yolla olur-olsun ali məktəbi bitirib diplom alırlar. Ali
məktəbə qəbulda giriş qapısını
geniş etmək, çıxış qapısını
daraltmaq lazımdır. Diplom əsas şərt
olmamalıdır, diplomun alınması şərt
olmalıdır. Qoy 1000 nəfər qəbul olunsun,
çıxış qapısından 500-ü
çıxsın, amma cəmiyyətə yararlı kadrlar
çıxsın. Qəbul zamanı yox, qəbul olunandan sonra
tədrisi mürəkkəbləşdirmək
lazımdır. Oxumaq istəyən oxuyacaq. Qəbulda
yumşalma olmalıdır, sətrləşmə yox. Qoy qəbul
yumşaq olsun, sonra oxuma prosesi, tədris çətinləşsin.
Məktəbi bitirənlərin necə faizi ali məktəbə
daxil olur? Bildiyim qədərincə, 100 min şagirddən maksimum
30-35 faizi ali məktəbə, texniki peşə məktəbinə
daxil olur. Bəs, qalanı nə olur, onların gələcəyi
necə olur? Elə etmək olar ki, 35 min yox, 60 min nəfər
qəbul olunsun. Oxuya bilən oxuyub diplomunu alacaq. Zaman dəyişir,
savadı olmayanı onsuz da işə götürməyəcəklər.
Qəbul olan biləcək ki, oxumasa, təhsil almasa, iş tapa
bilməyəcək. Əlində diplomu da olsa, savadı
yoxdursa, işə götürməyəcəklər.
Miriyev Anar
Palitra.- 2011.-
18 yanvar.- S. 7.