Elektron vasitələrdən istifadə şagirdlərin dərsə marağını artırır

 

Layihə çərçivəsində müsahibimiz Biləsuvar rayon Nizami Gəncəvi .adına 1 saylı tam orta məktəbin coğrafiya müəllimi Cavid Miriyevdir: 

 

- Təhsil sisteminin inkişafı hər bir dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Çünki müasir dünyamızda təhsili inkişaf etdirmədən dövlətdə mühüm inkişafa nail olmaq mümkün deyil. Bütün dövrlərdə dövlətlərin inkişafı, iqtisadi cəhətdən güclənməsinin arxasında mütləq elmin, təhsilin inkişafı dayanıb. Elə inkişaf etmiş dövlətlərin təcrübəsinə diqqət edəndə də biz bu mənzərəni aydın görürük. Həmin dövlətlərin hər il elmin, təhsilin inkişafına ayırdığı vəsaitlərin miqdarını artırması səbəbsiz deyil. Onlar da yaxşı bilirlər ki, dövlətin inkişafı elmdədir. Həmin dövlətlər bu gün əldə etdikləri inkişafa elmin, təhsilin sayəsində nail ola biliblər. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş dövlət sayılırson illər dövlətimiz iqtisadi artım tempinə görə dünya lideridir. Bu inkişafa ekvivalent olaraq həyatımızın demək olar ki, bütün sferalarında köklü islahatlar aparılır, ciddi inkişafa hesablanmış proqramlar həyata keçirilir. Təhsil sahəsi də bu inkişafdan kənarda deyil. Təhsil sisteminin inkişaf etdirilməsi dövlətin prioritetləri sırasındadır. Dövlət başçısı İlham Əliyevin təhsilin inkişafı ilə bağlı təsdiq etdiyi dövlət proqramları, imzaladığı müxtəlif sərəncamlar bu sahədə ciddi baza yaradıb. Dövlət xətti ilə tələbələrin xarici ölkələrin nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi bu siyasətin mühüm detallarından birini təşkil edir. Əslində bu addım dövlətin gələcəyinə yatırılan kapitaldır. Dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil olan tələbələrimiz sabah dövlətimizin inkişafı üçün çalışacaq peşəkar kadrlar olacaqlar. Təkcə bu fakt dövlətin təhsil sahəsinin inkişafında nə qədər maraqlı olduğunu ortaya qoyur. Prezident istər Bakıda, istərsə də tez-tez səfər etdiyi bölgələrdə mütləq elm, təhsillə bağlı obyektlərin açılışına qatılır və dövlət başçısı həmişə təhsilin inkişafının nə qədər vacib olduğunu vurğulayır. Bu, biz müəllimlərin üzərinə də ciddi məsuliyyət qoyur.

 

- Biləsuvar rayonunda məktəb təhsilinin inkişafı hansı səviyyədədir?

- Son illər rayonun təhsil həyatında ciddi canlanma var. Respublikada müşahidə olunan inkişaf bizim rayondan da yan keçməyib məktəblərimiz bu inkişafa öncüllük edirlər. Yeni məktəb binalarının inşa edilərək şagirdlərin ixtiyarına verilməsi çox mühüm məsələdir. Mən bu məsələdə Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə vurğulamaq istəyirəm. İllər öncə sinif otaqları ilə bağlı yaranan çatışmazlıqlarla, uçuq-sökük, qaranlıq, rütubətli, kömür odunun istisinə qızdırılan sinif otaqlarında dərs keçmək şagirdlər müəllimlər üçün çətin idi. Belə otaqlar xüsusilə ibtidai sinif şagirdləri üçün çətinliklər yaradırdı. Amma son illər rayonumuzdakı məktəblərdə bu problemlər aradan qaldırılıb. Dövlətin, Heydər Əliyev Fondunun qayğısı sayəsində rayonumuzda yeni-yeni məktəblər inşa edilib. Həm rayon mərkəzi, həm kəndlərimizdə şagirdlər müasir sinif otaqlarında təhsil alırlar. Bu problemlər rayonumuzun ucqar kənd məktəblərində həllini tapıb. Rayonda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan müasir təhsil mərkəzi olan liseyin istifadəyə verilməsi şagirdlərə böyük töhfədir. Əminəm ki, bu təhsil ocağında Mübariz İbrahimov kimi Vətənini, torpağını, dövlətini sevən vətənpərvər övladlar yetişəcək. Məktəblərdə belə vətəndaşlar yetişdirmək biz müəllimlərin borcudur. Rayonda gənclərin ixtiyarına verilən Olimpiya İdman Kompleksi sağlam gənc nəslin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. İsmətli kəndində yeni istifadəyə verilmiş 604 şagird yerlik müasir orta məktəb binası şagirdlərin müasir şərtlər çərçivəsində təhsil almasını təmin edir. Artıq 5 ildir ki, Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbə gələn şagirdlər müasir sinif otaqlarında təhsil alırlar. Xüsusilə ibtidai sinif şagirdləri müasir tərtibatlı, səliqəli, əyani vəsait istilik sistemi olan sinif otaqları ilə təmin olunub. Sinif otaqlarının odun ya kömürlə isidilməsi artıq ləğv olunub. Bütün sadaladığım bu işlər rayonumuzda təhsilin inkişafına xidmət edir.

- Məktəblərdə təhsilin tədrisi necə təşkil olunub?

- Öncə onu qeyd edim ki, bütün şagirdlər tam şəkildə dərsliklə təmin olunurlar. Çalışdığım Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə tədrisin təşkilində son illər böyük irəliləyişlərə nail olunub. Yeni təlim metodlarından istifadə artıq öz bəhrəsini verməkdədir. Demokratik tədris üsullarının, informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi şagirdlərdə müasir düşüncənin formalaşmasında əvəzsiz rol oynayır. Ənənəvi metodlarla yanaşı interaktiv üsullarla işləmək artıq biz müəllimlərin əsas vəzifəsidir. Təhsildə islahatların aparılması islahatlar zamanı qarşıya qoyulan vəzifələr tələblərlə yanaşı problemlər az deyil. Hesab edirəm ki, ilk növbədə müəllim özü dəyişməlidir. Müasir müəllim fənn kurrikulumunun tələbinə uyğun olaraq müasir üsullardan istifadəni tətbiq etməyi bacarmalıdır. Məsələn, mən çalışdığım məktəbdə coğrafiya fənnini tədris edərkən bir sıra məsələlərə üstünlük verirəm. Buraya əsas olaraq müəllim-şagird münasibətlərinin qurulmasını aid etmək olar. Fənni şagirdə sevdirməyə, şagirdin həmin dərsə maraq göstərməsinə diqqət yetirirəm. Çünki yeni metodlardan istifadə zamanı şagirdin müstəqil düşünmə bacarığı qabardılmalı, daha da inkişaf etdirilməlidir. Müəllim hər bir şagirdə fərdi yanaşmağı bacarmalıdır. Bu məsələ müəllim-şagird münasibətlərinin düzgün qurulmasında mühüm rol oynayır. Müəllim bu münasibətləri elə formalaşdırmalıdır ki, şagirdlə öz arasında etibar yarada bilsin. Şagird müəllimə inanarsa, aradakı münasibətlər düzgün qurularsa, şagirdin aldığı biliyin keyfiyyəti yüksək olacaq. Müəllim fərdi yanaşma zamanı şagirdin inkişaf istiqamətini düzgün tapmalı bunu daha da təkmilləşdirərək inkişafa nail olmalıdır. Biz müəllimlərin əsas vəzifəsi bilikləri əldə olan vəsait təlimatlardan istifadə edərək ən optimal üsulla dərsdə şagirdə çatdırmaqdır. Biz öz məktəbimizdə müasir texnologiyalardan geniş şəkildə istifadə edirik. Xüsusilə tədris prosesində fəal interaktiv təlim texnologiyalarının tətbiqi tədrisdə keyfiyyəti yüksəldən əsas şərtdir. Tədris zamanı şagirdləri dərsi mənimsəməyə həvəsləndirmək müəllim kimi bizim əsas vəzifələrimizdəndir. Çünki məktəb şagirdi şəxsiyyət kimi formalaşdıraraq cəmiyyətə qazandırmalıdır. Bu vəzifənin icra edilməsi son nəticədə şagirdin inkişafına müsbət təsir göstərəcək.

- Bunun üçün hansı işlər görülməlidir?

- Bu üsullardan biri şagirdlərin təcrübi işlərə cəlb edilməsidir. Tədris etdiyim coğrafiya fənninin şagirdlər tərəfindən mənimsənilməsi zamanı hansısa çətinlik ortaya çıxarsa, digər üsullardan istifadə edərək şagirdlərin onu mənimsəməsinə çalışıram. Dərslərdə monitorinqlərin təşkil edilməsi, kompyuterlərdən istifadə tədrisin keyfiyyətini yüksəldir. Məsələn, bir fakt deyim. 10-cu siniflərdə «Zəlzələ vulkanlar» mövzusunun tədrisi zamanı müasir avadanlıqlardan istifadə edirik ki, bu əyani vəsaitlər mövzunun şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir. Bu vəsaitlər şagirddə həmin mövzuya marağı artırır istər-istəməz şagird danışılan mövzuya diqqət ayırır, tez-tez suallar verir. Bir sözlə, elektron vasitələrdən istifadə edilməsi şagirdlərin dərsə olan marağını artırır bu da sonda tədrisin keyfiyyətinin artmasına xidmət edir. Ona görə elektron vasitələrdən istifadə edilməsi müasir tədris prosesində əsas vasitələrdən biri olmalıdır. Tədrisin keyfiyyətinin yüksəldilməsində praktika məsələsi çox önəmlidir. Xüsusilə coğrafiya fənninin tədrisi üçün praktikaların olması çox vacibdir. Bu, tədrisin keyfiyyətini artıra bilər. Ona görə dövlət ya bələdiyyələr tərəfindən şagirdlərin praktika keçməsinə vəsait ayrılması müsbət addım olar. Bir var dərsi sinif otağında şagirdə keçəsən, bir var həmin dərsi mövzuda adı keçən yerdə keçəsən. Məsələn, şagirdlərə əyani şəkildə Qobustanın, palçıq vulkanlarının, Böyük Qafqazın göstərilməsi, Naxçıvan digər bölgələrə ekskursiyaların təşkil edilməsi tədrisin keyfiyyətini artıra bilər. Hesab edirəm ki, belə ekskursiyaların təşkil edilməsi vacibdir. Şagirdin sinif otağında müəllimdən eşitdiyini bir yerində görməsi onun mövzu ilə bağlı düşüncəsini daha da dərinləşdirə bilər. Şagirdin palçıq vulkanlarını yerində gözü ilə görməsi, müşahidə aparması onun sinif otağında aldığı nəzəri biliyi möhkəmləndirəcək. Belə biliyi şagird heç vaxt yaddan çıxarmaz. 

 

 

A.Miriyev

 

Palitra.- 2011.- 25 yanvar.- S. 10.