Yerli özünüidarəetmə demokratiyanın inkişafı deməkdir

 

Dövlət idarəçiliyi özünün miqyasına realizə olunma xüsusiyyətinə görə iki əsas növə ayrılır: mərkəzi dövlət idarəçiliyi və yerli dövlət idarəçiliyi. Yerli özünüidarəetmənin yaranması zərurəti həm də idarəetmənin özünün ümumi məqsədlərindən doğur. Hər bir idarəçilikdə məqsəd qarşıya qoyulmuş hədəflərə ən optimal, səmərəli üsullarla nail olmaqdır.  

 

Yerli özünüidarəetmənin vahid elmi anlayışı yoxdur ayrı-ayrı müəlliflər tərəfindən müxtəlif cür izah edilir. Məsələn, İ.İ.Yevtixievsosial qruplar tərəfindən dövlətin daxili idarəetməsinin obyektiv hüququn sərhədləri daxilində idarəçilik mərkəzlərinin seçkilər vasitəsi ilə yaradılması və özünüidarəetmə orqanlarının muxtariyyəti şərtləri ilə sərbəst həyata keçirilməsi”, B.E.Noldedövlətin funksiyalarının bu ya digər dərəcədə müstəqil şəxs və ya təşkilat tərəfindən həyata keçirilməsi forması”, B.N.Çiçerintəmsilçiliyin məsuliyyətin yerli idarlərə təhvil verilməsi” kimi xarakterizə etmişlər.Yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının qanun çərçivəsində, məsuliyyəti öz üzərinə götürərəkyerli əhalinin mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq onu idarə etmək hüququ real bacarığı başa düşülür. Bu anlayış 15 oktyabr 1985-ci ildə Avropa Şurası dövlətlərinə imzalamaq üçün təqdim edilmiş 1 sentyabr 1988-ci ildə qüvvəyə minmişYerli özünü-idarəetmə haqqında Avropa Xartiyasının 3-cü maddəsində verilmişdir. (28 dekabr 2001-ci ildə Azərbaycan Respublikası Milli Məclisində ratifikasiya edilmişdir). Göründüyü kimi, xartiyada da birbaşa göstərilir ki, yerli özünüidarə dövlət işlərinin yerinə yetirilməsidir. Lakin bu hər cür deyil öz mənafeyi naminə həyata keçirilən dövləti işlərin idarə olunmasıdır. Yəni yerli əhəmiyyətli məsələlərin həllini öz üzərinə götürməsidir. Başqa sözlə, dövlət yerli əhaliyə özünü idarə etmək imkanı verir. Əlamətlərdən biriyerli özünüidarəetmənin qanun çərçivəsində və öz məsuliyyəti ilə həyata keçirməsidir. Yerli idarəetmə özünüidarəetmə dedikdə insanların azad səsvermə yolu ilə təşkil etdikləri xüsusi idarəetmə strukturları nəzərdə tutulur. Onların təşkili tam azad olsa da, bir sıra məsələlərdə səlahiyyətləri özündən yuxarıda duran orqanlarla bölüşdürülür. Azərbaycanda yerli idarəetmə özünüidarəetmə orqanlarının formalaşdırılması 12 noyabr 1995-ci il tarixdə ümumxalq referendumu tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Konstitusiya yerli idarəetmənin təşkili, səlahiyyətləri, müstəqilliklərinin təminatına dair xüsusi bölməyə malikdir. Bu, dördüncü bölmədir. Həmin bölmənin 142-ci maddəsində göstərilir ki, Azərbaycanda yerli idarəetməni seçkilər yolu ilə yaradılmış bələdiyyələr həyata keçirir. Bələdiyyələrə seçkilərin qaydaları və bələdiyyələrin statusu qanunla müəyyən edilib. Konstitusiyanın tələblərinə uyğun olaraq bu gün Azərbaycan Respublikasının Milli MəclisindəYerli özünüidarə məsələləri üzrə daimi komissiya” yaradılıb. Komissiyanın tərkibi 10 nəfərdən ibarətdir. Komissiyanın fəaliyyətində tanınmış hüquq mütəxəssisləri yaxından iştirak edirlər. Bu komissiyanın yaradılmasında məqsəd bu sahədə mövcud problemlərin aradan qaldırılmasına köməklik göstərməkdir. Bələdiyyə seçkisi siyasi təsisatların yarışması olsa belə, digər seçkilərlə müqayisədə daha çox ictimai məsələdir. Bələdiyyələr fəaliyyət genişliyinə görə daha çox insanı əhatə edir. Ölkədə gedən demokratik inkişafın düzgün təmayülü naminə bu prosesdə qadının fəallığı mühümdür. Çünki bələdiyyələrin fəaliyyətinin əsas sahəsi sosial problemlərin həlli sayılırsa, bu problem cəmiyyətdə müxtəlif səbəblər üzündən əsasən qadınların üzərindədir.Bu gün ölkədə yerli özünüidarəetmə orqanlarının formalaşması üçün hüquqi bazanın yaradılması ən mühüm şərtlərdəndir. Əgər hər bir vətəndaş idarəetmənin formalaşmasına bilavasitə cəlb olunarsa, bu, ölkədə demokratiyanın inkişafı yolunda çox mühüm addım olardı.

 

 

Palitra.- 2011.- 28 yanvar.- S. 11.