«Klub və mədəniyyət
evlərinin maddi-texniki bazasının
möhkəmləndirilməsi lazımdır»
Cahangir Abdullayev: «Şəhər
və kənd mədəniyyət evlərində
fəaliyyət göstərən
bədii özfəaliyyət
dərnəkləri, musiqi
kollektivləri keçirilən
mədəni-kütləvi tədbirlərdə, tarixi
əlamətdar günlərdə,
yubiley gecələrində,
bayram konsertlərində
fəal iştirak edirlər»
Layihə çərçivəsində müsahibimiz Neftçala
Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri vəzifəsini
icra edən Cahingir Abdullayevdir:
Rayonun mədəniyyət müəssisələrində bədii özfəaliyyət
kollektivlərinin fəaliyyəti
necə qurulub?
- Rayonun mədəniyyət
müəssisələrində müxtəlif bədii özfəaliyyət kollektivləri,
dərnəklər, həvəskar
birlik və maraq klubları fəaliyyət göstərir.
Belə ki, klub tipli
mədəniyyət müəssisələrində
rayon üzrə 103 bədii
özfəaliyyət kollektivləri,
dərnək və birliklər fəaliyyət
göstərir. Burada iştirak
edənlərin sayı
980 nəfərdir. O cümlədən
uşaq və yeniyetmələr üçün
73 özfəaliyyət kollektivi
var və orada iştirak edənlərin sayı 736
nəfərdən ibarətdir.
Rayon Mədəniyyət Evində 5 bədii özfəaliyyət kollektivi,
dərnək və birlik fəaliyyət göstərir və iştirakçıların sayı
45 nəfərdən ibarətdir.
Rayonumuzda bir xalq kollektivi fəaliyyət göstərir
ki, onun da üzvlərinin
sayı 12 nəfərdən
ibarətdir. Milli qəhrəman X.Məmmədov
adına Mədəniyyət
və İncəsənət
Sarayında da 5 bədii özfəaliyyət
kollektivi, maraq klubları, həvəskar
birliklər fəaliyyət
göstərir ki, burada iştirakçıların
sayı 48 nəfərdən
ibarətdir. Mədəniyyət müəssisələrimizdə
fəaliyyət göstərən
müxtəlif bədii
özfəaliyyət kollektivləri
öz işlərini günün tələbləri
səviyyəsində qurmağa
çalışırlar. Rayon Mədəniyyət Evində fəaliyyət göstərən xalq kollektivi rayonda keçirilən mədəni-kütləvi
tədbirlərdə fəal
iştirak edən kollektivlərdəndir. Şəhər
və kənd mədəniyyət evlərində
fəaliyyət göstərən
bədii özfəaliyyət
dərnəkləri, musiqi
kollektivləri keçirilən
mədəni-kütləvi tədbirlərdə,t arixi əlamətdar günlərdə, yubiley gecələrində, bayram
konsertlərində fəal
iştirak edirlər. Hərbi vətənpərlik
və hərbi hamilik işi ilə əlaqədar Neftçala Rayon Mədəniyyət
və Turizm Şöbəsinin bir sıra müəssisələrinin
özfəaliyyət kollektivləri
və rayon Mədəniyyət
Evinin xalq kollektivi tez-tez rayonun ərazisində yerləşən hərbi
hissədə olur və maraqlı konsert proqramı ilə çıxış
edir. Neftçala Rayon Mədəniyyət Evinin xalq kollektivi
hərbi komissarlığın
çağırış məntəqəsində yolasalma
mərasimlərində, hərbi
hissədə andiçmə
mərasimlərində və
bayram günlərində
əsgər və zabitlər qarşısında
konsert proqramı ilə çıxış
edirlər. Ərazidə yerləşən hərbi
hissənin əsgər
və zabitləri mədəniyyət müəssisələrinin
keçirdikləri əksər
tədbirlərə dəvət
olunurlar. Bir sıra
klub müəssisələrində
hərbi vətənpərvərlik
tərbiyəsinin yüksəldilməsi
üçün şəhid
ailələri, müharibə
veteranları ilə görüşlər keçirilir
və görüş
zamanı foto və sənədlər sərgilənir. İşğal olunmuş rayonlarımızla
bağlı bir sıra müəssisələrdə
ədəbi-bədii kompozisiyalar,
“Vətən mənə
oğul deyir” mövzusunda hərbi hissədə gənclərin
əsgər və zabitlərlə maraqlı
görüşləri keçirilir.
İl ərzində bir sıra mədəniyyət
müəssisələri ərazisində
yerləşən məktəblərdə
“Hərbi vətənpərvərlik
nə deməkdir?” mövzusunda inşa müsabiqəsi, disputlar və dəyirmi masalar təşkil edirik. Bunlardan savayı qeyd
edim ki, rayonda yaşayan rusdilli xalqların nümayəndələri dövlət
bayramlarına və digər mədəni-kütləvi
tədbirlərə dəvət
olunurlar. Rusların dini
bayramlarında onlara baş çəkilir, yaşlılar üçün
yubileylər keçirilir.
Adət-ənənələrini davam etdirmələrində
onlara köməklik göstərilir. Habelə onların
bayramlarının şən
və səmərəli
keçməsi üçün
özfəaliyyət kollektivlərimiz
maraqlı konsertlər
təşkil edirlər.
Mədəniyyət müəssisələrinin inkişafı ilə bağlı yerli özünüidarəetmə orqanları
olan bələdiyyələrlə
müəyyən işlər
aparılır.
- Tarixi abidələrin
təbliği və qorunması necə təşkil edlir?
- Abidələrimizin qorunması
və etibarlı mühafizəsi ilə əlaqədar geniş tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun
olaraq rayon üzrə
bütün tarixi abidələrin siyahısı
hazırlanıb, fotoşəkilləri
çəkilib və
bu şəkillərdən
ibarət albom və daimi stend
düzəldilib. Eyni zamanda
bütün tarixi abidələr videolentin yaddaşına çəkilib
və hər bir abidənin tarixi haqqında şərh verilib. Abidələrimizin mühafizəsini, qorunub saxlanmasını, təmizliyini, ətrafının
yaşıllaşdırılmasını
yaxınlıqda olan məktəblərin və
mədəni-maarif müəssisələrinin
rəhbərləri öz
öhdələrinə götürüblər.
Tarixi abidələrimiz haqqında
uşaqların daha erkən yaşdan məlumat alması üçün mədəniyyət
müəssisələri məktəblərlə
birlikdə gecələr
təşkil edir, məruzələr, söhbətlər
aparılır, tarixi abidələrə ekskursiyalar
təşkil edilir.
Bəzi məktəblərdə “Tarixi
abidələrimiz bizim
tariximizdir” mövzusunda
inşa yazı müsabiqəsi keçirilir
və qaliblər şöbə tərəfindən
mükafatlandırılır. Ümumiyyətlə, tarixi abidələr
haqqında bütün
məlumatlar Neftçala
Rayon Mədəniyyət və
Turizm Şöbəsi
tərəfindən toplanaraq
məlumat kitabçası
şəklində çap
etdirilir. “Neftçalanın
tarix və mədəniyyət abidələri”
adlı kitabça, “Neftçala Rayon Mədəniyyət
və Turizm Şöbəsi” haqqında
broşür çap
edilib. Neftçala Rayon Dövlət Rəsm Qalereyasının
fondunda olan əsərlərin sayı
100 ədəddir. Bunlardan 54 ədədi
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən, 46 ədədi
isə şəxsi adamlar tərəfindən
hədiyyə olaraq verilib. Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
33 ədəd rəngkarlıq
əsəri, 10 ədəd
qrafika əsəri, 3 ədəd monumental heykəl
əsəri verilib. Ötən il
ərzində qalereyada
21 sərgi keçirilib
və 1055 əsər
nümayiş etdirilib.
- Şöbənin qarşılaşdığı əsas problemlər hansılardır?
- Neftçala Rayon Mədəniyyət
və Turizm Şöbəsinin həlli
vacib olan bəzi problemləri var. Milli Qəhrəman X.Məmmədov adına Neftçala Şəhər
Mədəniyyət və
İncəsənət Sarayının
istilik sisteminin, kanalizasiya xəttinin bərpası və 650 yerlik iclas zalının
soyudulmasına ehtiyac
var. Rayon Mədəniyyət Evinin, Boyat, Yuxarı Qaramanlı, Aşağı Surra, Aşağı Qaramanlı, Şirvanqaraqaşlı,
Qaçaqkənd, Xolqaraqaşlı
və Xolqarabucaq kənd mədəniyyət
evlərinin, Uşaq İncəsənət Məktəbinin
əsaslı təmiri
və istilik sisteminin bərpası vacib məsələlərdəndir.
Rayon Uşaq İncəsənət
Məktəbinin 2-ci mərtəbəsi
qəza vəziyyətindədir.
Şəxsi evlərdə yerləşən
mədəniyyət müəssisəsi
yoxdur. 21 mədəniyyət müəssisəsi
uyğunlaşdırılmış binalarda yerləşir.
Tarix-Diyarşünaslıq Muzeyi ilə
Mərkəzləşdirilmiş Kitabxana Sisteminə istilik xəttinin çəkilməsi işin
daha keyfiyyətli qurulmasına imkan yaradar. Xıllı qəsəbə 1 saylı mərkəzi kitabxananın da əsaslı təmirinə
ehtiyac yaranıb.
Özfəaliyyət dərnəklərinin, həvəskar birlik və maraq klublarının
daha aktiv fəaliyyət göstərməsi
üçün klub və mədəniyyət
evlərində əlavə
otaqların tikilməsi
və onların maddi-texniki bazasının
möhkəmləndirilməsi lazımdır. H.Cavid
adına parkın inzibati binasının arxasında
yerləşən yay
səhnəsinin yarasız
halda olması və səhnə qarşısında olan meydanda oturacaqların olmaması orada mədəni tədbirlərin
həyata keçirilməsinə
imkan vermir. Hesab edirik ki,
Mədəniyyət və
Turizm Nazirliyindən daha çox metodik tövsiyələrin
və nümunəvi iş planlarının göndərilməsi, nazirliyin
aidiyyatı şöbələri
ilə zonalararası nümunəvi elmi parktiki konfransların keçirilməsi, əyani
təbliğat işini
gücləndirmək üçün
hazır plakatların
və əyani vəsaitləri rayonlara göndərilməsi, mədəni-maarif
işçilərinə metodiki
köməkliyin göstərilməsi
üçün metodiki
jurnalın təsis edilməsi, mədəni-maarif
müəssisələrinin texniki vasitələrlə
təminatınının gücləndirməsi
və dərnəklərin
həvəskar birlik və maraq klublarının
nümunəvi iş planlarının və proqramlarının şöbələrə
göndərilməsi işin
keyfiyyətinə müsbət
mənada təsir edə bilər.
Anar Miriyev
Palitra.- 2012.- 4 aprel.- S. 11.