Elm mədəniyyətin inkişafında vacib amildir

 

Layihə çərçivəsində müsahibimiz AMEA Polimer Materialları İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, professor Məmməd Vəliyevdir. Məmməd müəllim bizimlə söhbətində elmin mədəniyyətin inkişafına verdiyi töhfələrdən, geniş mənada götürülmüş mədəniyyətin vacib bir elementi kimi elmin cəmiyyətin inkişafındakı rolundan. Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlərdən danışdı.Professor qeyd edir ki, Azərbaycan dövlətinin iqtisadi inkişafı mədəniyyətimizin, təhsilimizin elmimizin inkişafını təmin edib: “Respublikanın artıq 20 illik dövlətçilik təcrübəsi var. Ümumiyyətlə, Azərbaycan elmi mədəniyyəti qədim köklərə malikdir. Son illər respublikamızda demək olar ki, mədəniyyət, elm texnika sahələri çox sürətlə inkişaf edir bütün sahələrdə təşkilatçılıq həyata keçirilir.Mədəniyyət, elm təhsil adamları daha çox stimullaşdırılmaqdadırlar, onların təşəbbüsləri, layihələri dəstəklənir ki, bu da geniş mənada Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafına ciddi təkan vermiş olur. Elmin sivilizasiyanın inkişafına xidmət etməsi məsələsi bizdə həmişə önəm kəsb edib son zamanlarda elm sahəsinə ayrılan diqqət, küllli miqdarda vəsaitlər elmin cəmiyyətin inkşafında, modernləşməsində, mədəni səviyyəsinin yüksəlməsində rolunu daha da artırıb. Elm geniş mənada götürülmüş mədəniyyətin, yaxud sivilizasiyanın müasir dövrdə ən vacib elementlərindəndir. Bu baxımdan son dövrlərdə ümumi inkişaf naminə elmə diqqətin artırılması çox əhəmiyyətlidir.Məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalananAzərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi  (4 may 2009-cu il), Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsini, tədqiqatların müasir standartlar səviyyəsində  aparılmasını maliyyələşdirilməsini, ölkənin elmi kadr potensialının artırılmasını onların sosial müdafiəsinin gücləndirilməsini müəyyən edir. Bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasının təmin olnumasını sürətləndirmək, elmdə aparılan islahatlar çərçivəsində elmi fəaliyyətin yenidən qurulması inkişaf etdirilməsi məsələsini zəruri edir. Bütün bunlar isə müxtəlif mədəniyyətlərin sivilizasiyaların təmasda olduğu, bəzən isə qarşı-qarşıya gəldiyi dünyada çox vacib amillərdəndir”. Diqqətçəkən haldır ki, dövlətimiz elmi kontekstdə mədəniyyətlərin ünsiyyəti dialoqu məsələlərinə xeyli diqqət ayırır. Məsələn, İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunun ölkəmizdə keçirilməsi buna parlaq misaldır. Ölkəmiz artıq bu cür yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməyə başlayıb ki, bu da Azərbaycan alimlərinin, müvafiq sahə mütəxəssislərinin qarşısında zamanın tələbindən doğan yenu tapşırıqlar məsələlər  qoyur. Professor qeyd edir:  Prezident İlham Əliyev bu tədbirdə belə bir əlamətdar fikir səsləndirib: “Hər bir dövləti rifah yüksəlişə aparan yol elm innovasiyalara əsaslanan inkişafdan keçir. Bu sahədə uğurların əldə edilməsi müxtəlif dövlətlərin alim tədqiqatçıları arasında regional beynəlxalq əməkdaşlığın intensivliyindən davamlı olmasından asılıdır.” İnsanlar, onların ağlı intellektual–mədəni səviyyəsi yüksək olmaqla milləti yaşadırlar. Qeyd etmək lazımdır ki, Avropanın texnologiyasını, təbabətini, elmini respublikamıza gətirməklə yanaşı, bunlardan düzgün nəticə çıxarmaq, Azərbaycanın elmini inkişaf etdirmək nəticədə cəmiyyətin hərtərəfli inkişafını, mədəni səviyyəsinin yüksəldilməsini təmin etmək lazımdır”. Alim bildirir ki, elmi biliklərin, o cümlədən təhsilin səviyyəsinin yüksəldilməsini  respublikamızda ümumi inkişafın əsas şərtlərindən hesab etmək olar: “Bu sahədə  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin mətbuatdakı məqalə, müsahibə kitablarının böyük əhəmiyyət kəsb etdiyini qeyd etmək olar. Akademik Ramiz Mehdiyevin əsərləri fikirləri sözügedən mövzuda ictimai rəyin formalaşmasında, aktual elmi məsələlərin müzakirəsində böyük rol oynayır, çünki bu əsər fikrlərdə cəmiyyətin elmi-mədəni inkişafı ilə bağlı innovativ ideyalar təqdim edilir. Bu məqalələrdə akademik Ramiz Mehdiyev elm sahələrinin vəzifələrini müəyyənləşdirib gələcək inkişafının konkret yollarını göstərməklə elmi ictimaiyyətin diqqətinin bir daha elmin problemlərinə yönəldilməsində çox mühüm rol oynayaraq elmin gələcək inkişafı ilə bağlı müzakirələr yaradır. Eyni zamanda akademik Ramiz Mehdiyev öz məqalələrində çıxışlarında ölkə iqtisadiyyatında keçid dövrünün başa çatması ilə əlaqədar yeni məqsədlərin müəyyənləşdirildiyinin, əsas məqsədin isə yaxın illərdə, elmdə, təhsildə ümumiyyətlə, intellektual sahədə əsaslı dəyişikliklərin həyata keçirmək olduğunu göstərib. Qeyd olunanlarla əlaqədar birinci növbədə insan kapitalının inkişaf etdirilməsi lazımdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevneft kapitalı insan kapitalına çevrilməlidirmüddəası bu gün çoxistiqamətli bir şəkildə müasir, dünya çağırışlarına tələblərinə, qabaqcıl toplumlar arasındakı rəqabətə qabil cəmiyyətin formalaşdırılmasını şərtləndirir. Bu zaman, həmçinin modernləşmiş infrastrukturun idarə edilməsi məqsədilə müasir, güclü elmi bazaya malik milli kadr potensialı, insan kapitalı formalaşdırılır. İnsan kapitalının formalaşması məsələsində elmi-texniki sahənin inkişafı modern texniki ixtisaslara kütləvi yiyələnmə əsas məsələlərdən hesab olunur. Ölkəmizin hazırkı inkişafı gələcək perspektivləri elmi-texniki sahələrin inkişafına bu sahədə müasir kadrların hazırlanmasına zərurət yaradır. Buna misal olaraq respublikamızda neft-qaz yataqlarının işlənməsini, neftin dünya bazarlarına nəql olunmasını, neft-kimya sənayesini sairəni misal göstərmək olar. Bununla belə, bu sahələrin daha da inkişaf etdirilməsi, yaxın gələcəkdə metallurgiya, qida, elektrik, su təchizatı, ekologiya və başqa istehsal və nəzarət sahələrinin inkişafı üçün əsas yaradır. Bununla yanaşı ölkənin elmi-texniki bilik mərkəzinə çevrilməsi və texnologiya ixrac etməsi  üçün yeni texniki sahələrə daha çox diqqət artırılması tələb olunur. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, hər bir dövlətin inkişafı onun təbii sərvətlərinə deyil, intellektual potensialına bağlıdır. Beləliklə, Prezidentin təşəbbüsü ilə reallaşan hər bir proqram və ya layihə insan kapitalının inkişaf prinsiplərini özündə əks etdirir. Bu isə ümumilikdə yüksək ictimai və mədəni səviyyəyə nail olmaq deməkdir”. Ümumiyyətlə, respublikamızda fundamental elm sahələrinin inkişaf etdirilməsi elmin praktiki cəhətdən də inkişaf etdirilməsini labüd edir: “Belə ki, fundamental elmlərlə tətbiqi elmlər arasında bir vəhdətin və uyğunluğun olması burada əsas götürülür. Elmi nəticələrin iqtisadiyyata tətbiqi geniş planlaşdırma tələb etməklə digər tərəfdən də innovasiyanı təmin etməyi planlayır. İnnovasiya, elmi kəşfin bazara, iqtisadiyyata tətbiqi nəticəsində əldə olunan nəticədir. İnnovasiyaların tətbiqi, inkişafı müasir Azərbaycan dövlətinin qarşısında duran əsas məsələlərdəndir.Respublikamızda elm, təhsil və mədəniyyət sahələrində böyük potensiala malik olan mütəxəssislər olduğu üçün çalışıb bu potensiallardan maksimum şəkildə bəhrələnilməlidir”. Alim onu da qeyd edir ki, son illərdə mədəniyyətimizin, xüsusilə folklorumuzun, muğam,aşıq sənətinin dünyada təbliği istiqamətində mühüm işlər görülür. Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin inkişafında və irsinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu danılmazdır. Bu gün dövlət xətti ilə yüzlərlə gənc dünyanın nüfuzlu ali məktəblərində elmi mərkəzlərində təhsil almaqla bərabər ixtisaslarını da artırırlar ki, bu da dövlətimizin bu sahəyə qədər böyük önəm verdiyini göstərir.Azərbaycan Respublikasında elmin inkişafında mövcud olan problemlərin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılıb: “ Bu fondun əsas məqsədi isə elmin müxtəlif sahələrində aparılan tədqiqatların aktivliyinin təmin edilməsi Azərbaycan elminin beynəlxalq səviyyədə layiqincə təmsil olunmasıdır. Elmin İnkişafı Fondunun keçirdiyi müsabiqələr respublikamızda elmin inkişafına öz töhfəsini verməyə başlayıb. Qeyd etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 26 may 2011-ci il tarixdə AR Dövlət Neft Şirkətində Elm Fondu təsis edilib ki, onun da əsas məqsədi AMEA-da fundamental təcrübi elmi istiqamətlərini müxtəlif müsabiqələr keçirməklə inkişaf etdirməkdən ibarətdir. Həmçinin fond cəmiyyətin humanitar-mədəni sahələrinin elmi tədqiqi ilə bağlı layihələri maliyyələşdirir ki, bu da sözügedən sahənin inkişafına dəstəkdir”. Azərbaycanda müşahidə olunan islahatlar, yeniləşmə modernləşmə prosesləri ölkəmizin inkişafının fundamental əsası kimi qəbul olunaraq Azərbaycanın gələcək inkişafının əsasını formalaşdırılmış olur: “Bu mənada Prezident İlham Əliyevin ölkəmizin 2020-ci ilə istiqamətlənmiş inkişaf konsepsiyası ilə əlaqədar çox əhəmiyyətli sərəncamını qeyd etmək olar. Bu inkişaf konsepsiyasında əhəmiyyətli yer tutan Azərbaycanın elmi, təhsili mədəniyyətidir. Son illərdə respublikanın istər iqtisadi, istərsə elmi mədəni həyatında xeyli müsbət dəyişikliklərin baş verməsi yuxarıda qeyd olunanları bir daha təsdiq edir. Beləliklə, elmin yüksək səviyyədə olması rəqabətə davamlı texnologiyalar formalaşdırır ki, bunun da nəticəsində cəmiyyətin yüksək tərəqqisi baş verməklə, insanların rifahı həyati, mədəni səviyyəsi yüksələrək yaxşılaşır”.

 

 

İlkin AĞAYEV 

 

Palitra.- 2012.- 4 aprel.- S.6.