“Valideynlər öz övladının təliminə isti münasibətlə yanaşı onun yaş xüsusiyyətlərini də nəzərə almalıdır”

 

Humay Axundzadə: “Valideynlər düşünür ki, uşaq 5 yaşına çatdısa, o, oyuncaqlarını bir kənara atıb gününü dəftər-kitabla keçirməlidir. Bu isə əks effekt verir”

 

Uşaq və yeniyetməlik dövründə hər birimizin psixologiyasında böhranlı dövrlər olur. Məktəbdə yaşıdlarınız, müəllimlər, evdə isə valideynlərlə münasibət qurmaqda çətinlik çəkirsinizsə, onda sizə məktəb psixoloqunuz kömək edə bilər. Yəni məktəblərdə fəaliyyət göstərən psixoloji xidmət sizə problemlərin həllində çıxış yolu göstərəcək. Bu dəfə həmsöhbətimiz olan gənc psixoloq Humay Axundzadə ilk öncə bu sahənin fəaliyyət dövründən danışdı: “Psixoloji xidmət təhsil sisteminin tərkib hissələrindən biridir. Azərbaycanda ötən əsrin 90-cı illərinin əvvəllərindən, daha doğrusu, 80-ci illərin sonlarından başlayaraq təhsil sistemində, ilk növbədə məktəblərdə psixoloji xidmət təşkil olunmağa başlayıb. Məktəbəqədər təhsil, yəni bağçada, hazırlıq bölməsindən tutmuş ali məktəbə qədər təhsilin hər bir pilləsində psixoloqa ehtiyac var. Təhsil sistemində, xüsusilə məktəbdə psixoloji xidmətdən danışdıqda biz psixoloqun bir sıra istiqamətlərdə fəaliyyət göstərməli olduğunun şahidi ola bilərik. Bu ilk növbədə təlim prosesinin müşayiətidir. Məsələn, ibtidai təhsil və digər dövrlərdə çox zaman uşaqlarda təlimlə bağlı müəyyən problemlər olduqda, onların idrak prosesləri materialın mənimsənilməsi üçün yetərincə inkişaf etməmiş olduqda burda təbii ki, ilk növbədə psixoloqun yardımına ehtiyac duyulur. Bundan əlavə müxtəlif risk qrupuna daxil olan şagirdlər də var ki, onlarla da iş psixoloqun səlahiyyətlərinə daxildir. Məsələn, hiperaktiv və ya əksinə, həddindən artıq ləng, narahat uşaqların problemlərinin həll edilməsi üçün psixoloji xidmət lazımdır. Yeniyetməlik dövrünə gəldikdə isə artıq mövcud çətinliklər bir qədər fərdi xarakter daşıyır. Burada biz ilk növbədə yeniyetmələrdə baş verən şəxsiyyətin inkişafı ilə bağlı müəyyən problemləri qeyd edə bilərik. Lakin daha sonralar, yuxarı siniflərdə meydana çıxan spesifik məsələlərdən biri olan psixoloqun şagirdlərin peşə seçimində müstəsna rolundan da danışa bilərik. Məktəbdə psixoloji xidmət həm qrup şəklində, həm də  fərdi qaydada həyata keçirilə bilər. Eyni zamanda ən ümumi şəkildə biz psixoloji xidmətin fəaliyyətini dörd yerə bölə bilərik: psixoprofilaktika, psixodiaqnostika, psixokorreksiya və maarifləndirmə. O cümlədən psixoloqun pedaqoji  kollektiv və valideynlərlə də işini qeyd etmək lazımdır. Son illər Azərbaycanda təhsil sistemində, xüsusilə də məktəbdə psixoloji xidmət tədricən inkişaf etməkdədir. Təbii ki, müəyyən problem və çətinliklər də mövcuddur. Lakin  bunlarla yanaşı biz irəliləyişlərin olduğunu da dana bilmərik”.

- Bu yaxınlarda siz bununla bağlı konfrans da keçirdiniz...

- Bəli. Ötən həftəsonu Bakıdakı qabaqcıl təhsil müəssisələrindən biri sayılan “XXI əsrBeynəlxalq Təhsil İnnovasiya MərkəzindəMüasir məktəbdə psixoloji xidmətin aktual problemlərimövzusunda elmi-praktik konfrans keçirdik. Konfransın keçirilməsində təşəbbüskar tərəf elə bizim mərkəzimiz idi. Azərbaycanda müxtəlif sahələr üzrə analoji konfranslar keçirilir. Lakin məktəb səviyyəsində belə bir konfransın keçirilməsi ilk addım idi. Konfrans həm bizim təhsil mərkəzinin 10 illiyinə həsr olunmuşdu. Konfransda məktəb psixoloqları, orta məktəb, internat məktəblərinin psixoloqları, ali məktəblərin psixoloq mütəxəssisləri Bakı şəhərində fəaliyyət göstərən bəzi psixoloji mərkəzlərin nümayəndələri iştirak etdi. Konfransın keçirilməsində məqsəd psixoloji xidmət sahəsində, xüsusilə məktəbdə psixoloji xidmət sahəsində fəaliyyət göstərən praktik psixoloqları bir araya gətirmək, onların əməkdaşlığı üçün imkan yaratmaq, onların təcrübə mübadiləsinə təkan verməkdən ibarət idi. Konfransda həm praktik, həm nəzəri aspektlərin vəhdəti təmin olundu. Yəni bunun özü maraqlı bir nüans idi. Ümumiyyətlə, onu da qeyd etmək istərdim ki, konfransda psixoloji xidmətin mühüm problemləri irəli sürülməklə yanaşı həmçinin bu məsələlərin müəyyən həll yolları, təklif nəticələr meydana çıxdı. Ümumiyyətlə, konfransda emosional ab-hava müşahidə olunurdu. Psixoloqlarımız bu sahənin inkişafından razıdırlar.

- Konfransda hansı məsələlərin müzakirəsinə geniş yer ayrılmışdı?

- Əsasən psixoloji xidmətin müxtəlif istiqamətləri müzakirə obyekti olsa da, iki məsələyə daha çox diqqət yetirilirdi. Bunlardan biri peşə seçimi prosesində psixoloqun fəaliyyəti bu prosesin daha da yaxşılaşdırılmasına dair idi. Digər məsələ isə xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərində inklüziv təhsilinin təmin olunmasının psixoloji aspektləri idi.

- Bu sahədə daha çox hansı problemlər mövcuddur?

- Təbii ki, istənilən sahə qədər inkişaf etsə , yenə onun müəyyən kiçik olsa problemləri olur. Həmçinin Azərbaycanda təhsil sahəsində psixoloji xidmətin daha da yaxşılaşdırılması üçün bir sıra yollar var. Mən məsələn, konfransda çıxışımı bu məsələ ilə bağlı hazırlamışdım. Mən şagirdlər arasında sorğu keçirdim. Psixoloq kimdir işlə məşgul olur? Uşaqların bu suala verdikləri cavabları təhlil etmişdim. Stereotip cavablara rast gəlsək , uşaqların əksəriyyəti psixoloqun kim olduğunun fərqindədirlər. Ancaq onu da deyim ki, hər bir məktəbdə bu belə deyil. Bunu da qeyd etmək lazımdır ki, məktəb psixoloqunun hansı işlə məşğul olması, onun bir peşəkar olaraq hansı məsələlərin həllində səlahiyyətli olması barədə cəmiyyətimizdə hələ müəyyən stereotiplər fikir ayrılıqları var. Bu stereotiplərin aradan qaldırılması üçün zənnimcə, psixoloqların peşəkarlıq səviyyəsinin təcrübəli psixoloqlarla fəaliyyətə yeni başlayan gənc psixoloqlar arasında nəsillərarası əlaqənin təmin olunması vacibdir. Əgər məktəbdə psixoloji xidmət peşəkar səviyyədə düzgün qurularsa, ən azından onda müəyyən vaxtdan sonra həmin məktəbin pedaqoji kollektivi şagirdləri , həmçinin valideynlər psixoloq psixoloji xidmət haqqında daha dürüst məlumata malik olarlar. Ona görə mən hesab edirəm ki, hazırda psixoloqa münasibətlə bağlı problemlərin həll olunmasında ən vacib aspektlərdən biri psixoloqların peşəkarlıq səviyyəsinin yüksəldilməsidir.

- Yetkin insanla uşağa göstərilən psixoloji xidmət arasında kimi fərqlər var?

- Adətən kiçik yaşlı uşaqların psixoloqa gətirilməsi valideynləri tərəfindən olur.Yəni bu vaxt uşağın psixoloqa özü tərəfindən müraciəti çox nadir hallarda baş verə bilər. Yalnız yeniyetməlik dövründən başlayaraq müraciətlər həmin şəxs tərəfindən baş verir. Yeniyetmə özü psixoloqun yanına gəlir problemin həllində ondan kömək istəyir. Yəni praktikada belə hallar baş verir. Uşaq böyüklərlə psixoloqun işi bir-birindən öz metodlarına görə fərqlənir. Əlbəttə, müəyyən universal metodlar var ki, onlar istənilən yaş dövründə işləkdir. Spesifik problemlərə gəldikdə isə yaş dövründən asılı olaraq həm diaqnostika metodları, həm korreksiya metodları, həm lazım olarsa, psixoterapiya metodları artıq müəyyən fərdi cəhətlər kəsb etməyə başlayır.

- Orta məktəbdə təhsil alan uşaqlar arasında hansı psixoloji probler yaşanır?

- Problemlər müxtəlifdir. Mən şəxsən praktik təcrübəmdən onu qeyd edə bilərəm ki, hazırda uşaqların bir çox psixoloji problemləri, çətinlikləri valideynlərin onlardan yüksək nəticələr gözləmələri ilə əlaqədar olur. Hətta yetərincə qabiliyyətli uşaqlardan belə valideynlər çox böyük uğurları birdən-birə, daha yaxın zaman ərzində gözlədiklərindən bu, onların təhsildəki uğurlarına pis təsir edir. Bir psixoloq kimi onu qeyd etmək istərdim ki, valideynlər öz övladının təliminə isti münasibətlə yanaşı onun yaş xüsusiyyətlərini nəzərə almalıdır. Tutalım 1 ya 2-ci sinifdə təhsil alan şagirdin boş vaxtında oyun oynamaq istəyi təbii bir haldır. Onun qarşısını almaq olmaz. Ancaq valideynlər buna neqativ münasibət göstərir. Valideynlər düşünür ki, uşaq 5 yaşına çatdısa, o, oyuncaqlarını bir kənara atıb gününü dəftər-kitabla keçirməlidir. Bu isə əks effekt verir. Qabiliyyətli uşaqda belə təlimə qarşı ikrah hissi yaranır. Yəni əsas problemlərdən biri budur.

- Bu sahə ilə bağlı hansı elmi-metodiki vəsaitlər mövcuddur?

- Sevindirici haldır ki, Bakı Pedaqoji Kadrların Yenidən Hazırlanması  İxtisasartırması İnstitutunda mən son illər ərzində məktəbdə psixoloji xidmətin fəaliyyəti ilə bağlı yeni nəşrlər görmüşəm. Bu çox gözəl addımdır. Hətta keçirdiyimiz konfrans zamanı biz həmin metodik vəsaitlərin sərgisini təşkil etdik. Bəzi kitabların adını çəkmək istərdim. “Təhsildə psixoloji xidmət”, ”Psixoloji xidmətin triadası s. Daha sonra Bakı Dövlət Universitetinin psixoloq mütəxəssisləri tərəfindən bir neçə növdə pedaqoji psixologiya kitabları nəşr olunub. Azərbaycan Müəllimlər İnstitutunun Psixologiya kafedrasının əməkdaşları tərəfindənUşaq psixologiyasıadlı kitab nəşr olunub. Biz sərgi zamanı bu yeni nəşrlərlə psixoloqlarımızı tanış etdik. Bu onların marağına səbəb oldu. Eyni zamanda mən özüm bir psixoloq olaraq sərhəd baxımından bizə yaxın olan ölkələrin bu sahədəki nəşrlərini izləyirəm. 

 

 

Nüşabə

 

Palitra.-2012.-11 aprel.-S.13.