Əhali keyfiyyətinin formalaşmasında kulturoloji amillərin aparıcı rolu

 

Layihə çərçivəsində müsahibimiz alim Əhməd Qəşəmoğludur. Onunla əhalinin keyfiyyətli formalaşmasında kulturoloji amillərin rolu barədə danışdıq.

Qəşəmoğlu bildirir ki, indiki dövrdə əhalinin keyfiyyəti məsələsi ən aktual məsələlərdən biridir: “İstər hər bir dövlətin, istərsə də BMT–nin, digər beynəlxalq təşkilatların, inkişaf, tərəqqi problemləri ilə məşğul olan ciddi qurumların hamısının diqqəti daha çox əhalinin keyfiyyəti məsələlərinə yönəlib. Hər bir milli, müstəqil dövlətin ən birinci vəzifəsi öz ölkəsində əhalinin keyfiyyətinin yüksəldilməsidir: “Yer üzündə sürətlə artmaqda olan əhalinin keyfiyyəti bütün planetin gələcək taleyini həll edəcək. Təəssüf ki, artan əhalinin hamısı arzu olunan keyfiyyətə malik deyillər. Məhz buna görə də istər beynəlxalq qurumlar, istər uyğun elmi araşdırma mərkəzləri, mütəxəssislər, yaradıcı insanlars. yer üzündə əhalinin daha keyfiyyətli olmasının yollarını axtarmaqdadır. Amma bu keyfiyyətin mahiyyəti məsələsi kifayət qədər dərin elmi təhlillər tələb edir. Biri üçün keyfiyyət meyarları başqası üçün meyar olmaya da bilər. Ona görə də daha dərin, əhatəli elmi mülahizələrə, təhlillərə ehtiyac var”.

“Əhalinin keyfiyyəti” termini elmin maraq dairəsinə ciddi zərurət üzündən son illər daxil edilib: “Əvvəllər bu istiqamətdə olan işlər daha çox “həyat səviyyəsi” termini ilə ifadə olunurdu. Amma həyat səviyyəsi dedikdə daha çox iqtisadi amillər ön plana çəkilirdi. Mənəvi, kulturoloji amillərin nəzərə alınması “əhali keyfiyyəti” terminini ön plana çəkdi. İndi elmi ədəbiyyatda əhalinin keyfiyyəti dedikdə, əhalinin iqtisadi(məşğulluq, gəlir qidanin kolorisis.),  sosial (səhiyyə, təhlükəsizlik, demokratik insitutların inkişafı və s.), mədəni (təhsil, ədəni müəssisələrin, mətbuu vasitələrin səviyyəsi və s.), ekoloji (ətraf mühitin vəziyyəti və s.) və başqa cəhətləri ehtiva edən kompleks anlayış nəzərdə tutulur”.

BMT indi hər il insan inkişafı ilə bağlı indekslər hesablayır. Bu indekslər də hər bir olkədə, yer üzündə əhalinin keyfiyyətini müəyyənləşdirmək üçün mühüm göstəricilərdir: “Bu indekslərin hesablanmasında əsasən aşağıdakı indiqatorlar nəzərə alınır : 1) insan doğulan zaman gözlənilən ömür; 2) yaşl əhalinin  savad səviyyəsi; 3) təhsilə cəlb olunma səviyyəsi; 4)  əhalinin hər birinə düşən ÜDM. Əhalinin keyfiyyəti barədə söhbət getdikdə müxtəlif tədqiqatlarda müxtəlif yanaşmalar ortaya qoyulur. Təəssüf ki, bu yanaşmaların əksəriyyətində irəli sürülən mülahizələr adətən məhdud olur, əhalinin keyfiyyətini lazımınca ehtiva etmir”. Qeyd edək ki, alim  təklif etdiyi ahəngyol elmi yanaşmasının əhalinin keyfiyyəti məsələsinə daha çox aydınlıq gətirdiyini deyir: “Bu elmi müddəalara görə, əhalinin keyfiyyətindən danışdıqda, ən əvvəl insanın özünün mahiyyətinin dəqiqləşməsinə böyük ehtiyac varr. Ahəngyol insana indiki elmi ədəbiyyatda olduğu kimibio-sosialbir varlıq kimi yox, “kosmo-bio-psixo-sosialbir varlıq kimi baxmağı zəruri hesab edir.  Belə olduqda, hər bir insanın, əhalinin keyfiyyətinin öyrənilməsi, yüksəldilməsi üçün əlavə komponentlərin – daha çox mənəvi-psixoloji amillərin də nəzərə alınması zərurəti ortaya şıxır. Ahəngyol elmində “tərəqqi” kateqoriya olaraq qəbul olunurona yeni bir yanaşma ortaya qoyulur. Hər bir sosial sistemdə yalnız və yalnız o zaman tərəqqi mümkündür ki, bu sosial sistemdə aşağıdakı üç şərt ödənmiş olsun: a) sosial sistemin üzvlərinin fiziki sağlamlıqlarının ümumilikdə get-gedə yaxşılaşması; b) onların mənəvi zənginliyinin get-gedə artması; c) onlarda öz əməklərinə yaradıcı münasibətin get-gedə artması.  Belə olduğu təqdirdə, o insan, o sosial qrup daha keyfiyyətli sayıla bilər ki, o öz daxil olduğu sistemin tərəqqisinə daha çox kömək etsin. Bunun üçün isə ilk növbədə, həmin insanda, sosial qrupda bu üç əlamətin özünün olması vacibdir. Beləliklə, ahəngyol elmi əhalinin keyfiyyətinin öyrənilməsi üçün ən əsas olaraq üç indikator təklif edir: 1) fiziki sağlamlığın səviyyəsi;  2) mənəvi zənginliyin səviyyəsi; 3) öz əməyinə yaradıcı münasibat tələbatının səviyyəsi. Bu göstəricilərin daha yüksək olduğu insanı,  sosial qrupu, əhalini daha keyfiyyətli hesab etmək olar”.

Hər hansı bir sosial sistemin, ölkənin inkişafının, tərəqqisinin daha sürətli, dayanıqlı olması üçün onun onun əhalisinin keyfiyyətinin yüksək olması mühüm şərtdir. Uzun illər boyu müxtəlif filosoflar, iqtisadşılar, siyasətçilər və s. sosial sistemin inkişafı üçün ən mühüm olan şərti iqtisadi amil hesab ediblər və etməkdədirlər. Alim isə qeyd edir ki, ahəngyol elminin müddəalarına görə, bu yanaşma kökündən səhvdir: “Çünki iqtisadi amillər hər hansı sosial sistemin inkişafı üçün yalnız zəruri vasitədir. O sosial sistemi inkişaf, tərəqqi etmiş hesab etmək olar ki, o daha çox ahəngə nail olsun. Yəni o sosial sistem daha çox inkişaf edib ki, onun qarşısına qoyduğu məqsəd də, bu məqsədə doğru gostərdiyi fəaliyyət də öz tərkibində və ətraf mühitdə ahəngin yaranmasına daha çox xidmət edir.  Ahəng prinsiplərinə daha çox xidmət edən sosial sistem, insan daha mədənidir. Yəni o insan, o sosial sistem daha mədənidir ki, onun qarşısına qoyduğu məqsəd , bu məqsədə doğru göstərdiyi fəaliyyət ahəngə daha çox xidmət edir. İnsanın, sosial sistemin ən ali məqsədi yalnız yalnız özünün vəhdətdə olduğu kainatın mövcüdluğu üçün zəruri olan ahəng prinsi ola bilər. Bütün digər amilləriqtisadiyyat, ekologiya, demoqrafiya, siyasət, idarəetmə üsulları sair bu ali məqsədə çatmaq üçün vasitədir. Bu vasitələrin o inkişaf yolu daha düzgün hesab edilə bilər ki, onlar aid olduğu sosial sistemin ahəngdar inkişafına xidmət etmiş olsun”.

XX əsrin ikinci yarısında yer üzündə baş verənlər, tarixi təcrübə onu göstərdi ki, hər  hansı bir ölkənin inkişafında mədəni amillər daha üstün, həlledici rol oynayır: “ Yaponiyanın, Cinin, Cənubi Koreyanın, Sinqapurun, Malaziyanın başqa Şərqi Asiya ölkələrinin inkişafında mədəni amillər olduqca mühüm rol oynadı. Mədəni səviyyə zəngin olan ölkədə, sosial sistemdə iqtisadiyyatın, siyasətin, idarəetmənin uğurlu qurulması üçün zəmin yaranır. Təbii ki, bu digər amillərin inkişafı mədəni səviyyənin yüksəlməsinə mühüm təsir edir. Amma baxır o amillərin necə inkişafı. Mədəni səviyyə bu vasitələrin daha ahəngdar inkişaf etdirilməsində daha mühüm, tənzimləyici rol oynayır. Məşhur bir atalar sözümüz var: ağıllı oğul neynər ata malını, axmaq oğul neynər ata malını? Elə təkcə bu tarixin sınaqlarından çıxmış atalar sözü mədəni, kulturoloji amillərin iqtisadi amillərdən qədər yüksək olduğunu göstərir”.

Min illərdir ki, bütün müdrik insanlar, dini kitablar maddiyyatın mənəviyyata xidmət etməli olduğu zərurətindən danışır. Belə olduqda cəmiyyətdə insanların üstünlük verdiyi əsas aparıcı dəyərlər mənəvi dəyərlər olur. İnsan psixologiyası belədir ki, insanlar oz üstünlük verdiyi dəyərlərə görə biri biri ilə yarışır, öz üstünlüyünü təsdiq etməyə can atır. Maddi dəyərlərə üstünlük verilən cəmiyyətlərdə bu yarışma cəmiyyətdə problemlərini get-gedə artırır, qanlı münaqişələrin ortaya çıxmasına səbəb olur. Mənəvi dəyərlərə üstünlük vürən cəmiyyətlərdə isə əksinə, get-gedə münaqişələr ortadan qalxır, ahəng yaranır. Amma mənəvi dəyərləri fərqləndirmək lazımdır. Elə mənəvi dəyər var ki, onlar sözün həqiqi mənasında mənəvi dəyər deyillərpsevdomədəni dəyərlərdir. Bu psevdomədəni dəyərlər insanların, cəmiyyətin əxlaqının, keyfiyyətinin aşınmasına səbəb olur. Misal üçün elmdə, ədəbiyyatda, musiqidə, incəsənətdə s. bəzən elə cərəyanlar ortaya cıxır ki, onlar cəmiyyətdə daha çox təzadlar yaradır, əxlaqi aşınmalara səbəb olur”.  Bəs əsl mənəvi dəyərlərlə psevdomədəni dəyərləri biri birindən nece fərqləndirmək olar?  Alim bildirir ki, əsl mənəvi dəyərlər uzun müddətli, daimi ahəngin yaranmasına xidmət edən dəyərlərdir: “Yəni bu dəyərlərə üstünlük verdikcə ətrafda dayanıqlı ahəngin artması müşahidə olunur. Əhalinin mənəvi zənginliyinin artmasından məhz o zaman söhbət gedə bilər ki, onların üstünlük verdiyi dəyərlər içərisində əsl mənəvi dəyərlərin sayı əhəmiyyəti get gedə artsın”.

Alimə görə, əhali arasında mənəvi zənginləşmənin düzgün istiqamətdə getməsinin əsas, mühüm şərtləri var: “Bu şərtlər ilk növbədə aşağıdakılardır: 1. Vətəndaşlıq hisslərinin güclü olması. Vətənpərvərlik güclü olduqca insanlar öz fəaliyyətlərini vətənin tərəqqisinə xidmət istiqamətində tənzimləyir. Mənəvi amillər ön plana keçir. Son zamanlar müəyyən xaotik durum, yayılmaqda olan postmodernist cərəyanlar vətənpərvərlik hisslərini zəiflədir.  İnsanlar öz ölkələrinin gələcəyi, ölkənin üstünlük verdiyi milli ideya barədə aydın təsəvvürə malik olmalıdırlar. Ona görə vətənpərvərlik vətəndaşlıq hisslərinin güclənməsi ilə bağlı ciddi Fəaliyət Proqramının hazırlanmasına həyata keçirilməsinə böyük ehtiyac vardır. 2. Qlobollaşmanın sürətlə getdiyi indiki vaxtda hər bir ölkənin ən güclü özünü təsdiq vasitəsi həmin ölkənin mədəniyyətinin səviyyəsidir. Bu səviyyənin artması üçünsə həmin ölkədə təhsilə elmə diqqət daha da artırılmalıdır. Bu zaman elmdə təhsildə elə islahatlar aparılmalıdır ki, ölkənin ehtiyacı olan bütün sahələrdə vətənpərvər öz işinin öhdəsindən yüksək şəkildə gələ bilən mütəxəssislər hazırlansın. Təhsil sistemi ümumiyyətlə, bütün əhalinin intellektual səviyyəsinin artmasına, hərtərəfli maariflənməyə yardım etməlidir. 3. Ölkənin mədəniyyət incəsənət sistemi, ədəbiyyat əhalinin estetik səviyyəsinin müasir dünyanın tələblərinə uyğun olaraq formalaşmasına, eyni zamanda ölkənin, ölkədəki xalqların mədəniyyət potensialının daha dərindən üzə çıxıb bütün dünyada yayılmasına yardım etməlidir. 4. Dini baxışlarla bağlı aydın konsepsiyası olmalıdır. Ölkədə hər bir dini baxışın ahəngdar olaraq, ölkənin tərəqqisinə ziyan vermədən inkişafı  üçün şərait yaradılmaqla fanatizmin qarşısı alınmalıdır. 5.Əhali arasında mənəvi dəyərlərə görə yarışmaların stimullaşması üçün kompleks tədbirlər həyata keçirilməlidir. Meşşanlığa qarşı ictimai qınaq şəraiti yaradılmalıdır. 6.Öz əməyinə daha yaradıcı münasibət bəsləyənlərin fəaliyyəti yuksək qiymətləndirilməlidir. 7.Əhalinin səhiyyə mədəniyyəti yüksəlməli, hər kəsin fiziki sağlamlığına diqqət artırılmalıdır s.  Bu başqa bu kimi kulturoloji  tədbirlər vasitəsi ilə əhalinin keyfiyyətini artırmaqla qlobollaşan dünyada daha da ön mövqe tutmaq olar”. Alim bildirir ki, bunlar ölkənin həm öz inkişafına, həm yer üzününin inkişafına köməyinə imkan verər.

 

 

İlkin

 

Palitra.-2012.-17 aprel.-S.11.