«Mədəniyyət müəssisələrində boşalan yerlərinə ilk növbədə gəncləri götürürük»

 

Şərqiyyə Şahpələngova: «Saatlının mədəniyyət müəssisələrində kompyuter kursları, texniki yaradıcılıq klubları və dərnəklər təşkil olunub, gənc qızlar üçün ilk tibbi yardım dərnəkləri yaradılıb»

 

Layhiə çərçivəsində müsahibmiz Saatlı rayon Mədəniyyət  və Turizm  şöbəsinin müdiri Şərqiyyə Şahpələngovadır:   - Saatlı  rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində rayon Mədəniyyət Evi, Tarix-Diyarşünaslıq Muzeyi,  Bülbül  adına  7 illik Uşaq Musiqi Məktəbi, 1 Mərkəzi rayon kitabxanası  və onun 57 kənd kitabxana  filialı, 13 kənd  Mədəniyyət Evi, 10 kənd klubu, 3 şəhər klubu fəaliyyət göstərir. Bu müəssisələrdə işləyənlərin ümumi sayı  388 nəfərdir. Saatlı rayon Mədəniyyət və Turizm şöbəsində il ərzində bir çox  yaddaqalan mədəni-kütləvi  tədbirlər həyata  keçirilir.  13-20 yanvar tarixlərində ümumxalq hüzn günü ilə əlaqədar Mədəniyyət və Turizm Şöbəsində, onun ayrı-ayrı müəssisələrində bir sıra silsilə tədbirlər keçirilib. Belə ki, qeyd olunan müddətdə rayon Tarix-Diyarşünaslıq Muzeyinidə Dövlət Rəsm Qalereyası ilə birlikdə sərgi təşkil olunub. Sərgidə Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalovanın çəkdiyi Saatlı şəhidlərinin şəkilləri nümayiş etdirilib. Bundan əlavə Dövlət Rəsm Qalereyasında Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimiz barədə sislsilə  mühazirələr təşkil edilib. Muzeydə 20 Yanvar faciəsinə həsr olunmuş  «Türk qanı ilə yazılmış tarix» səndli  filminin  nümayişi  təşkil edilib. Mədəniyyət və Turizm şöbəsinin bütün müəssisələrində foto-sərgilər, mühazirələr təşkil olunub. Rayonun Şəhidlər xiyabınında  rayon sakinlərinin kütləvi  yığıncağı keçirilib, bu zaman  ümumxalq hüzn günü ilə əlaqədar hazırlanmış ədəbi-bədii kompozisiya   göstərilib, şəhidlərin  ruhuna  ehtiram  əlaməti  olaraq  müxtəlif  yazıçı  və şairlər  tərəfindən   yazılmış  şerlər  səsləndirilib. Bu mövzuda  tədbirlər  həmçinin   rayonun Şirinbəy, Fətəlikənd, Cəfərxan, Dədə Qorqud, Qırağlı mədəniyyət  evlərində, Fətəlikənd, Adıgün , Sarıcalar, Varxankənd,  Azadakənd,  Məzrəli, Nərmankənd kitabxanasında,  Qaracalar, Çolpu, Varxankənd,   Axundv  klublarında  da  keçirilib. Bu dövr ərzində muzeyin eksponatlarını zənginləşdirmək məqsədilə,  Nazirlər Kabinetinin qərarı ilə Qoruq elan  edilmiş kəndlərdə  arxeoloji abidələrin yerləşdiyi kəndlərdə  müəyyən  yerlərə baxış  keçirilərək kənd  sakinləri ilə aparılan fərdi söhbətlər  nəticəsində arxeoloji əşyaların  toplanaraq Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilməsinə nail olunub. Hər ayın sonuncu günü muzeydə mühafizə edilən  eksponatların gigyenik-profilaktik  mühafizəsi üçün mühüm tədbirlər həyata keçirilib. Mərkəzi rayon kitabxanasında, Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin  ildönümünə həsr  olunmuş silsilə  tədbirlər  keçirilib, sərgilər  təşkil edilib. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatında  «20 Yanvar – nəsillərdən- nəsillərə qəhrəmanlıq örnəyi» adlı  dəyirmi  masa keçirilib. Tədbirdə  rayonun  müxtəlif sahələrdə  işləyən  ziyallıları    gənclər iştirak  ediblər. Eyni zamanda  tədbirdə  Ailə, Qadın    Uşaq   Problemləri  üzrə Dövlət  Komitəsinin  sədr müavini  Sədaqət  xanım  Qəhrəmanova  da  iştirak  edib.

- Gənclərimizin milli mənəvi dəyərlərimiz ruhunda təribiyə olyunmasında mədəniyyət müəssisləri necə iştirak edir?

- Keçirdiyimiz tədbirdə natiqlər müasir gənclərlə bağlı problem  məsələllər, gəncləri düşündürən və narahat edən məsələlər  haqqında  müzakirələr aparır, gənc nəslə istiqamətlər  verirlər. Gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə sevgi və hörmət ruhunda tərbiyə olunması gündəlik işimizin bir hissəsini təşkil edir. Bu mənada Heydər Əliyev Mərkəzinin təşkil etdiyi «Milli ruh və   vətəndaşlıq tərbiyyəsi» adlı masa gənclər tərəfindən çox maraqla qarşılanıb, «Gənc nəslin siyasi elminin inkişafında, dünyagörüşünün formalaşmasında Heydər Əliyev məktəbinin rolu» mövzusunda aparılan müzakirələr gənclərimiz üçün böyük töhvə olub.Rayon Mədəniyyət Evində «Qızlar gələcəyin anasıdır» mözusunda ədəbi–bədii diskussiya keçirilib. Dəyirmi masa arxasında baş tutan tədbirə dəvət olunanlar  çıxış edərək qızlarımızın əsl ana olmağından, ailə qurmağın yollarından danışıblar.Onlar həmçinin öz çıxışlarında nümunəvi qadınlarımızın portretlərindən söz açıblar. Dövlət başçısı «Azərbaycan gəncliyi  2011 – 2015 illərdə  Dövlət  Proqramı»  barəsində tarixi bir sərəncam imzalayıb.  Bu  tarixi  proqramın  həyata  keçirilməsi ilə  əlaqədar  Mədəniyyət və Turizm Şöbəsi gənc  nəslin  inkişafında,  onların  təlim-tərbiyəsində, dünyagörüşünün  formalaşmasında  mədəniyyət  müəssisələrinin  rolununun böyük olduğunu yaxşı bildiyindən xeyli  zəruri  tədbirlər  görüblər. Hər il  Gənclər  Günü  rayonda təntənəli şəkildə təşkil  olunur.  Tədbirlərdə  gənclərin  bir  çox  sahələrdə  qazandığı  uğurlar   sadalanır,  cəmiyyətdə  onların  rolu  işıqlandırılır,  yaşlı  nəslin  nümayəndələri   gənclərə  özlərinin   öyüd - nəsihətlərini  verir,  gəncləri  düşüdürən  problemlər,  həlli  müşkül  olan  məsəllərlə  bağlı  dəyərli  məsləhətlər  verilir. Yeni  qurulmuş  gənc ailələrlə mütamadi      aparılır.   Bütün bunlarla yanaşı mədəniyyət müəssələrində iş yerləri boşalarkən bu barədə onlara məlumatlar verilir,  onlar işə dəvət olunurlar.  Müəssisədə Həmkarlar  Komitəsi ilə  birgə gənc ailələrin məişət problemləri öyrənilir, onlara imkan daxilində köməklik göstərilir. Rayon rəhbərliyinin iştirakı ilə gənclərlə  yaşlı  nəslin görüşü  keçirilib. Natiqlər çıxış edərək hazırkı dövrdə gənclərin rolundan və onların fəallığının  artırılmasından danışıblar.  Mədəniyyət evləri, klub, kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi , Dövlət Rəsm Qalereyası və Uşaq Musiqi Məktəbində  hər  il gənclərə həsr olunmuş müxtəlif silsilə tədbirlər  həyata keçirilir.  Gənclərin hərbi xidmətə yola salınmasında  mədəniyyət işçiləri  gənclərdə Vətənə bağlılıq, torpağa məhəbbət hissini aşılamaq üçün müxtəlif dram və bədii əsərlərdən  geniş istifadə edirlər. Mədəniyyət və Turizm Şöbəsinin  rəhbərliyi  gənclərin irəli çəkilməsini həmişə diqqət mərkəzində saxlayır. Belə ki, Mədəniyyət və Turizm Şöbəsində və onun müəssisələrində işləyənlərin əksəriyyəti gənclərdir. Gənclərdə peşəsinə vurğunluq və məhəbbət yaratmaq üçün  onlar istehsalatda çalışa- çalışa kurslara göndərilir. Gənçlər bizim gələcəyimizdir, onların düzgün istiqamət götürməsi , layiqli vətəndaş və kadr kimi yetişməsi üçün bütün imkanlardan istifadə olunur. Elm, texnika əsri olduğu üçün mədəniyyət müəssisələrində kompyuter kursları, texniki yaradıcılıq klubları və  dərnəklər  təşkil olunub, biləvasitə gənc qızlar üçün  ilk tibbi yardım dərnəkləri yaradılıb. Gənclərlə bağlı Dövlət  Proqramı ilə  bağlı  Mədəniyyət    Turizm Şöbəsi gənclərin asudə vaxtlarının səmərəli və mənalı keçirmələri üçün səy və bacarıqlarını əsirgəmir. Yen də deyirəm ki, Mədəniyyət və Turizm Şöbəsində boş iş yeri olarkən  ilk  növbədə  gənclər  işə qəbul olunurlar.Mərkəzlədirilmiş Kitabxana Sisteminin 6- şöbəsindən 4- nün müdiri gəncdir. Rayon Mədəniyyət Sarayında, klub və mədəniyyət evlərində gənclər üçün maraqlı, rəngarəng tədbirlər keçirilir.Onu da qeyd edim ki, Saatlı  rayon Mədəniyyət və Turizm Şöbəsində  dövlət başçısının şəffaflığın  artırılması və  korrupsiyaya qarşı  mübarizə üzrə  milli strategiyanın  təsdiq edilməsi barədə müvafiq sərəncamı  ilə əlaqədar müvafiq  komissiya yaradılıb.  Bu sərəncam  mədəniyyət işçilərinin  seminar müşavirəsində  geniş müzakirə edilib. Mədəniyyət ocaqlarında bu ictimai bəla ilə  əlaqədar  sərgilər, fotomontajlar, şüarlar təşkil edilib. Bu işin  əhali arasında  təbliği məqsədi ilə  «Korrupsiyaya qarşı  mübarizə aparaq», «Onlara aramızda yer yoxdur» mövzusunda  mühazirələr, məruzələr təşkil edilmiş, əhali arasında mütəmadi fərdi söhbətlər və təbliğat işləri aparılır. Rayon Mərkəzləşdirilmiş Kitabxana sistemində, Tarix-Diyarşünaslıq Muzeyində, Uşaq Musiqi Məktəbində, Mədəniyyət  Sarayında  bu  məqsədlə silsilə tədbirlər keçirilib və  keçirilməkdədir.Sevindirici haldır ki, bu ictimai bəla ilə əlaqədar milli strategiyanın qəbul  edildiyi vaxtdan  keçən dövr ərzində Mədəniyyt və Turizm  Şöbəsinin maliyyə –təsərrüfat  fəaliyyəti  Maliyyə Nazirliyinin  yoxlama briqadasının əməkdaşları tərəfindən bir neçə dəfə  yoxlanılmış,  lakin ciddi maliyyə pozuntuları və  korrupsiya halları müəyyən olunmayıb. Eyni zamanda, əmək müfəttişlərinin  regional ərazi  üzrə əməkdaşları  tərəfindən  Mədəniyyət və Turizm Şöbəsi  və onun müəssisələri yoxlanılıb, ciddi qanun pozuntuları olmadığı müəyyən edilib. Korrupsiyanın  iqtisadi inkişafa  ciddi maniyələr törətdiyini  dərindən başa düşən şöbənin  əməkdaşları, şəffaflığı təmin etmək  məqsədi ilə korrupsiya və rüşvətxorluq  hallarının baş verməməsi üçün  hər il Mədəniyyət və Turizm şöbəsinin  mal-materialları, eləcə də  inventar  və avadanlıqlar komissiya vasitəsi ilə yoxlanılır.Sosial müavinətlər, pensiya, uşaq pulu, əməkhaqları və digər ödənclər artıq üç ilə yaxındır ki, plastik kartlar vasitəsi ilə  həyata keçirilir. Bu kimi tədbirlər  həyata keçirilərkən ictimai işlərdə fəallığı ilə seçilən işçilərin qüvvəsindən istifadə olunur.

- Rayonun mədəniyyət müəssisələrində bədi özfəaliyyət işi necə qurulub?

- İstər   əhalinin  estetik  zövqünün  formalaşdırılmasında  istərsə də asudə  vaxt  problemlərinin   həllində  özfəaliyyət kollektivlərin  əhəmiyyəti  böyükdür. Tarixi,  siyasi    ədəbi - bədi  tədbirlər  keçirilərkən  istər  özfəaliyyət  kollektivlərinin  gücündən istərsə də  xalq  yaradıcılığının  nümunələri  sayılan  folklor    folklorçuluğun  butün  imkanlarından  istifadə  edilir.  Əsasən  xalq  yaradıcılığı  nümunələri,  xalq  mahnı    rəqsləri  ön  plana  çəkilir, incəsənətin  bu  mühüm  sahəsindən  bacarıqla,  səmərəli  surətdə  istifadə  olunur.  Xüsusilə  xalq  yaradıcılığının  məhsulu  olan  folklor    folklorçuluq   rayonda  getdikcə  genişənir    inkişaf  edir. Əvvəllər  rayonda təkcə Adıgün    Nəsimikənd  mədəniyyət  evləridə   folklor    folklorçuluq  inkişaf  etmişdisə,  hazırda  rayonun  Şirinbəy,  Varxankənd, Fətəlikənd Klub və Mədəniyyət evlərində milli bayram tədbirlərində xalq yaradıcılığı nümunələri repertuarları  zənginləşdirir.Hazırda   Cəfərxan,  Sarıcalar,  Mirzə Fətəli Axundzadə adına klubda,  Əlisoltanlı,  Mircəlalkənd, Xanlarkənd, Nərmankəd, Dədə Qorqud kənd klub və mədəniyyət  evlərində    bir  çox  bədii  özfəaliyyət  kollektivləri  mövcuddur. Rayonda çoxlu sayda xırda  xalqlar, etnik qruplar vardır. Folklor, folklorçuluq, eləcədə, unudulmuş milli ənənələrin təbliği, milli rəqslərin yaranıb xalqa çatdırılması kimi işlərin xüsusilə kənd yerlərində  genişlənməsinə həmişə lazımi köməklik göstərilir. Milli musiqi alətləri ifaçılarının V Respublika müsabiqəsində Mircəlalkənd Mədəniyyət Evinin bədii özfəaliyyət kollektivinin üzvü Səfərov Əziz Habil oğlu uğurla iştirak edib. Uşaq Xor Kollektivlərinin VII Respublika müsabiqəsində isə Saatlı rayon “Bülbül” adına Uşaq Musiqi Məktəbi iştirak edib və Fəxri Fərmanla təltif olunub. Saatlı rayon Mədəniyyət və Turizm Şöbəsi Nəsimikənd Mədəniyyət Evinin «Adıgün» rəqs qrupu Azərbaycanda yaşayan azsaylı xalqların III-cü Respublika festivalında yüksək nailiyyətlər əldə edib. Rəqs qrupu İctimai Televiziyanın canlı efirində bütün ölkəyə öz məharətlərini nümayiş etdirib. Opera və Balet Teatrında keçirilən yekun konsertində rəqs qrupunun çıxışı iştirakların böyük alqışı ilə qarşılandı. Nəsimikənd Mədəniyyət Evi «Vətən» cəmiyyətinin xətti ilə keçirilən Mədəniyyət Günlərində  Azərbaycanda yaşayan azyaşlı xalqların mədəniyyət və folklor nümunələrinin nümayişində uğurla təmsil olunub. «Mədəniyyət»  qəzetində Saatlı rayon Nəsimikənd Mədəniyyət Evinin fəaliyyəti və qazandığı uğurlar barədə geniş məqalə dərc olunub. İctimai Televiziya və «Sehirli Aləm» Cəmiyyəti istedadlı uşaqlar arasında «Pöhrə» müsabiqəsinin televiziya lahiyəsində Saatlı rayon Mədəniyyət və Turizm şöbəsi uğurla çıxış edib. Şirvan şəhərində keçirilən «İstedadlı uşaqlar» müsabiqəsində Saatlı Uşaq Musiqi Məktəbi  yüksək səviyyədə təmsil olunub. Ümumiyyətlə,  şöbədə   bütün  mədəniyyət  evləri ,  klublarda    bədii  özfəliyyət kollektivləri  mövcuddur. İstər rayonda, istərsə də respublika əhəmiyyətli tədbirlərdə  rayonun bədii özfəaliyyət kollektivləri  fəal  iştirak  edirlər. Keçirdiyimiz tədbirlər zamanı  istər rəsmi, istərsə də bədii hissələr zamanı mədəniyyət  müəssisələrinin özfəaliyyət  kollektivləri fəal  iştirak edirlər. Mərkəzləşdirilmiş Kitabxana Sistemində daimi olaraq şair və yazıçıların əsərlərinin sərgisini təşkil edirik. «Gənclər bizim gələcəyimizdir», «Biz sizdən öyrəndik qəhrəmanlığı», «Gənclər sözüm  sizədir», «Novruz gəldi, yaz gəldi», yazıçı, dramaturq Mirzə Fətəli Axundzadənin anadan  olmasının 200 illiyi, Mirzə Ələkbər Sabirin 150 illiyi, yazıçı Əlfi Qasımovun 85, Vidadi Babanlının  anadan olmasının 85 illiyi, türk dünyasının böyük oğlu Nazim Hikmətin  110 illiyi, İsmayıl Şıxlının anadan olmasının  90 , Məmməd Səid Ordubadinin anadan olmasının 140 illiyi müxtəlif   tədbirlər, ədəbi- bədi gecələr, disput, oxucu konfransları , sərgilər  vasitəsilə qeyd olunub. Milli bayramımız olan Novruz bayramı da  müəssisələrdə yüksək fəallıq  şəraitində keçirilib.Xüsusilə, rayonun  Şirinbəy, Adıgün, Sarıcalar, Qara Nuru,  Nəsimikənd mədəniyyət  evlərində, Uşaq Musiqi Məktəbində, Mərkəzi rayon kitabxanasında, Tarix-Diyarşünaslıq Muzeyində, Dövlət Rəsm Qalereyasında, Qırağı, Varxankənd, Adıgün, Cəfərxan, Şirinbəy, Sarıcalar kitabxanalarındada bu el şənliyi fəallıq şəraitində keçirilib. Kitabxana-informasiya sahəsi ilə bağlı dövlət başçısı tərəfindən Dövlət Proqramı qəbul edilib. Bununla əlaqədar olaraq rayon kitabxanalarında mühüm islahatlar aparılıb, mərkəzi rayon kitabxanasında 2 yeni şöbə-Kitabxana–Resurs Mərkəzi və Kitabxana işininin avtomatlaşdırılması şöbəsi yaradılıb, kənd  kitabxanalarında fəaliyyəti zəif,  bina şəraiti əlverişsiz,  müasir   tələblərə cavab verə bilməyən 6 kitabxana kənddə fəaliyyət göstərən digər kitabxana ilə birləşdirilib,  bir kitabxana isə ləğv edilib. Bu istiqamətdə işlər hazırda da davam etdirilir, 2012- ci ilin  sonunadək ölkə  başçısının  bu mühüm sərəncamını  layiqincə  icra etmək üçün Mərkəzləşdirilmiş Kitabxana Sisteminə  «İRBİS»  proqramının  alınması  üçün   işlər  davam  etdirilir.

- Hərbi hissələrlə əməkdaşlıq edirsinizmi?

- Mədəniyyət və Turizm Nazirliyinin respublikanın teatr-konsert  müəssisələri və  Mədəniyyət və Turizm şöbələrinin hərbi  vətənpərvərlik  və mədəni  hamilik sahəsində gördüyü işin  vəziyyəti haqqında  əmrinin icrası ilə  bağlı Mədəniyyət və Turizm Şöbəsində  əlavə tədbirlər planı tutulub, teatrların, mədəniyyət evlərinin, klubların bədii özfəaliyyət kollektivləri, xalq kollektivləri cəbhə bölgələrində olur, əsgər və zabitlər qarşısında  maraqlı konsert proqramları ilə  çıxış edirlər. Mədəniyyət və Turizm Şöbəsinin işçiləri  rayonumuzda  yerləşən hərbi qospitalda  ayda iki dəfə  maraqlı konsert proqrammı ilə çıxış edir, əsgərlərimizdə vətənpərvərlik  hissini qüvvətləndirir, döyüş əzmini möhkəmləndirir. Şöbəmiz  Beyləqanda  yerləşən  «N» saylı   hərbi hissəni hamiliyə  götürüb. Rayon Mədəniyyət Sarayının bədii özfəaliyyət kollektivi  Tovuzda yerləşən hərbi hissədə  geniş proqramla konsert verib və bu hərbi hissəni də hamiliyə götürmüşük. 

- Hansı problemləriniz var?

- Bütün  görülən işlərlə əlaqədar olaraq, Mədəniyyət  və Turizm Şöbəsində  həllini  gözləyən  bir  sıra  problemlər  qalmaqdadır. Belə ki, ayrılan  vəsaitlər  az  olduğu  üçün   mədəniyyət  müəssisələrini  inventar    avadanlıqlarla  tam  təhciz  edə  bilmirik.  Müəssisələrdə  işləyən  işçilərin  əksəriyyətinin  ixtisas  təhsili  yoxdur. Bu  isə  görülən  işlərə  mənfi  təsir  edir, onun keyfiyyətini  aşağı  salır. Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan mədəniyyət obyektləri mərkəzdən xeyli uzaqda olmasına baxmayaraaq, heç bir xidməti nəqliyyat vasitəsinin olmaması işimizdə müəyyən problemlər yaradır. Mədəniyyət evlərinin  və klubların  2-li tabelliyi , yaxud paralelçiliyin  aradan  qaldırılması   kimi  hələ    problem  məsəllələr  qalmaqdadır.Regionlarının sosial- iqtisadi  inkişafı  Dövlət Proqramının uyğun olaraq uzun  illər  rayonda  fəaliyyət  göstərən  bir  sıra  sosial- mədəni  obyektlərin  tikintisi   nəzərdə  tutulub. Bu  mühüm  dövlət  tədbirinin həyata  keçirilməsi    üçün    şöbədə  tədbirlər  planı  tutulub.  Tədbirlər  planına  uyğun  olaraq əlaqədar   təşkilatlar  qarşısında  məsəllələr   qaldırılmış,  tədricən  problem  məsəllər  həllini  tapmaqdadır.  Belə ki,  1985- ci ildən  fəaliyyət  göstərən  10 000 – dən  artıq   eksponatı olan  Tarix- Diyarşünaslıq  Muzeyi    Dövlət  Rəsm Qalereyası  üçün   birtipli  lahiyə  əsasında   bina  tikintisi  reallaşır. Bundan  başqa    Gənclər  Mərkəzi,  rayon Mədəniyyət  Sarayının  əsaslı  təmiri,  100000  min  cildlik  Mərkəzi  rayon  kitabxanası  üçün  yeni  binanın  tikilməsi  üçün   tədbirlər  görülür. Regionların  sosial iqtisadi  inkişafı  üzrə  Dövlət  Proqramı   rayon  iqtisadiyyatına ,  təhsil,mədəniyyət    səhyyə  sistemi  üçün  bir  çox   yeniliklər  gətirməklə yanaşı   çoxsaylı  istehsal  sahələrinin  yaradılması,  sosial-  mədəni obyektlərin   tikintisi    kimi  işlərin reeallaşdırılması ilə   nəticələnməkdədir. Bütün  bunlara  baxmayaraq,  Saatlı rayon Mədəniyyət  və Turizm  şöbəsinin  rəhbərliyi    var  qüvvə ilə  çalışır ki, ölkə başçısının, rayon rəhbərliyinin və Mədəniyyət  və Turizm Nazirliyinin  qarşımıza  qoyduğu  tələbləri  vaxtında    keyfiyyətlə  icra  edərək ki, rayon əhalisi mədəniyyət naliyyətlərinsdən maksimum  yararlansınlar. 

 

 

Anar Miriyev

 

Palitra.-2012.-24 aprel.-S.11.