Azərbaycan investisiya ixrac edən ölkəyə çevirilib

 

Dünən Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının baş nazirinin müavini Rizvan Qazımaqomedovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət elm xadimi, uzun müddət Dağıstana rəhbərlik etmiş Əziz Əliyevin məzarlarını da ziyarət edərək, üzərinə çiçək dəstələri düzüblər. Qonaqlar həmçinin, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər. Sonra Dağıstan nümayəndə heyəti İqtisadi İnkişaf Nazirliyində nazir Şahin Mustafayevlə görüşüblər. Görüşdə mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri investisiya qoyuluşu imkanları müzakirə edilib. Həmin gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə biznes forum keçirilib. Tədbirdə Azərbaycan Respublikası Rusiya Federasiyasının Dağıstan Respublikası tərəfdən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən adamları iştirak edib.Biznes forumda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib, sahibkarlıq fəaliyyəti genişlənib, biznes investisiya mühiti daha da yaxşılaşıb. Görülən genişmiqyaslı işlər ölkəmizin iqtisadi qüdrətini daha da artırıb, Azərbaycan investisiya ixrac edən ölkəyə çevirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Şimali Qafqaz regionunda investisiya imkanlarının araşdırılması məqsədilə 25-30 noyabr 2011-ci il tarixlərində bu regionda (Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz,Kabardin-Balkar, Stavropol diyarı) səfərdə olub. Keçirilən biznes forum da verilən tapşırıqların icrası istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Tədbirdə Azərbaycan Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə məlumat verilib, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib. Rusiya Federasiyası Dağıstan Respublikasının baş nazirinin müavini Rizvan Qazımaqomedov Rusiya Federasiyası Dağıstan Respublikasının Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi Dağıstana investisiya qoyuluşu imkanları barədə məlumat verib. AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes investisiya mühiti barədə təqdimatla çıxış edib. Sonra Azərbaycan Dağıstan iqtisadiyyatına, biznes investisiya imkanları barədə təqdimatlar keçirilib. Tədbir adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşlərdə işgüzar əlaqələrin inkişafı perspektivləri müzakirə edilib. Səfər çərçivəsində Dağıstan nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında,  Binə qəsəbəsindəkiQrintekistixana kompleksində istehsal prosesi ilə tanış olacaqlar. Qonaqlar Azərbaycanın turizm imkanları müasir texnologiyalara əsaslanan müəssisələrin fəaliyyəti ilə tanış olmaq üçün Qəbələ Xaçmaz rayonlarına səfər edəcəklər.  

 

 

İlkin

 

Palitra.-2012.-27 aprel.-S.10.