“Kənd təsərrüfatının
intensiv yolla
inkişafına nail olmalıyıq”
Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı görülən tədbirlərin öz nəticəsini verdiyini bildirdi. Ölkə başçısı qeyd etdi ki, kənd təsərrüfatı 10 faizdən çox artıb ki, növbəti illərdə çalışıb bu dinamikanı saxlamaq lazımdır:
“Kənd
təsərrüfatı Azərbaycan iqtisadiyyatının
şaxələndirilməsi üçün əsas sahələrdən
biridir və məşğulluğun təmin edilməsi
üçün demək olar ki, əsas sahədir. Çünki
əhalimizin təxminən yarısı bölgələrdə,
yəni, kənd yerlərində yaşayır. Burada həm
yeni təşəbbüslərin icra edilməsi, eyni zamanda, təkmilləşmə
proseslərinin sürətlə getməsi daha da gözəl
nəticələr verəcək”. Bu istiqamətdə
görülən işlərlə bağlı
suallarımızı Kənd Təsərrüfatı
Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq
ehtiyatlarının dövlət tənzimlənməsi
şöbəsinin müdiri Sabir Vəliyev
cavablandırdı:
- İclasda ölkə
başçısının toxunduğu məsələlərdən
biri də iri fermer təsərrüfatlarının
yaradılması ilə bağlıdır. Bu istiqamətdə
həyata keçirilən tədbirlərlə bağlı nə
deyə bilərsiz?
-
İri fermer təsərrüfatlarının
yaradılmasına başlanıb. Taxılçılıqla
bağlı iri fermer təsərrüfatlarının
yaradılması istiqamətində çox böyük təkliflər
var. Biz çalışırıq iri toxumçuluq təsərrüfatlarının
yaranması başqa sahələrə mənfi təsir
göstərməsin. Ona görə də ilkin olaraq Beyləqan
və Ağcabədi rayonları ərazisində 5 min hektar
ayrılıb. Artıq orada meliorativ tədbirlər
görülür. Meliorasiya və Su Təsərrüfatı
ASC tərəfindən çox böyük işlər
görülür. Kollektor-drenaj sistemlərinin bərpası
üçün vəsait ayrılıb və şoran-şorəkətliyə
qarşı mübarizə gedir. Çünki xaos
dövründə kənd təsərrüfatı
torpaqlarına çox böyük ziyan dəymişdi. Onu birdən-birə
bərpa etmək çətindir.
Ölkə başçısının qarşıya
qoyduğu iri fermer təsərrüfatları ona görə
yaradılır ki, 2015-ci ildə hektarın məhsuldarlığı
ilə bağlı 32 sentnerə nail olmalıyıq. İndi biz ölkə üzrə 25-26 sentner
məhsul alırıq. Birdən-birə həmin rəqəmin
6 sentner qaldırılması bu istiqamətdə tədbirlərin həyata
keçirilməsi ilə bağlıdır. Meliorativ tədbirləri elə
düzəltməliyik ki, torpaqlar
münbitləşdirilsin, suvarma sistemi yaxşılaşdırılsın, kollektor-drenaj drenaj sistemi bərpa olunsun ki, orada şoranlıq əmələ
gəlməsin, eyni zamanda
şorakənd torpaqların gipsləmə prosesini
reallaşdırmaq istəyirik. Çünki
bu gün bir sıra yerlərdə 480 min hektara yaxın şorakənd torpaqlar
var. Bu tədbirlər həyata keçirildikdən sonra hektarın məhsuldarlığı prosesi qarşıya qoyulub.
Ölkə başçısı tərəfindən 2008-ci
ildə təsdiq edilən Ərzaq təhlükəsizliyinin təminatına
dair Dövlət Proqramına əsasən,
biz kənd təsərrüfatının
intensiv yolla inkişafına
nail olmalıyıq. Bu
gün bitkiçilik
məhsulları ilə özümüzü
1,7-1,8 dəfə təmin edirik. Məsələn,
kartofa 440 min ton tələbat var, amma istehsal 1 milyona çatıb. Yaxud,
tərəvəz-bostan bitkilərinin istehlak
səbətinə görə, 1,9 dəfə tələbatımız
ödənir. Ancaq xaricdən kartofun idxalını məhdudlaşdıra
bilmərik. Çünki bizim
sahibkarlıq haqqında qanunumuz, iş adamlarımız var.
Mərkəzi icra orqanları şərait
yaratmalıdırlar ki, insanlar
bunun ətrafında yaşaya
bilsinlər. İdxal-ixrac prosesi
ilə iş adamları biznesini
qururlar. Məsələn, bir
vaxtlar Türkiyə geridə
qalmış ölkə idi və lakin sabiq prezident
T. Özalın hakimiyyəti dövründə artıq açıq ticarətin
inkişafı nəticəsində ölkə iqtisadiyyatı
çox möhkəmləndi. Ona görə də biz
ticarətə kömək etməliyik. Ölkə
qanunları çərçivəsində bu
nizamlanmalıdır. Ulu öndər
dövründən indiyədək
hər 5 ildən bir cüzi
torpaq vergisindən başqa
kənd təsərrüfatı məhsulları
istehsalçıları bütün
vergilərdən azad olunur.
Dünyanın heç bir
yerində bu yoxdur. Xarici ölkələrdə vergilər verirlər,
hətta bu vergilərdən bezirlər.
Bizdə dövlətimiz azad edib, çünki dövlətimizin
qüdrəti, başqa sərvətlərimiz
var. Bizdə bu balans dövlət büdcəsi ilə
nizamlanır, kənd təsərrüfatının
inkişafına kömək edilir ki, bu sahə inkişaf etsin. Nə vaxtsa gələcəkdə kooperativlər, böyük fermer təsərrüfatları,
həm istehsal, həm də emalla məşğul olan
şirkətlər yaranacaq, onda hökumətin köməyi azalacaq. Onda ola bilsin ki,
əksinə, həmin şirkətlər dövlətə vergi ödəsinlər. Çünki
dövlət büdcəsi nizamlanmalıdır. Kənd təsərrüfatının
inkişaf yolu ilə
bağlı yerlərdə ayrı-ayrı kooperativlər yaransa biz təklif edirik ki, özlərinin tədarük
satış bazalarını yaratsınlar. Özlərinə soyuducu anbarlar tiksinlər,
özlərinin nəqliyyatı olsun ki, müxtəlif ölkələrlə
müqavilələr bağlasınlar. Bizdə elə məhsullar
var ki, başqa
ölkələrdə yoxdur. Burada kredit-maliyyə sisteminin
tətbiqinə də böyük ehtiyac var. Onu
da qeyd edim
ki, Azərbaycanda bankların sayı çox olsa da kənd təsərrüfatına xeyri o qədər də yoxdur. İstehsalçılar banklara
müraciət etdikdə elə rəqəmlərlə
çıxış edirlər ki,
artıq problemə çevrilir. Yaxud, Bakıda girov,
daşınmaz əmlakının olması kimi
təkliflər irəli sürürlər. Bu
sistem sadələşməlidir. Yerlərdə
kredit birlikləri yaransa
bunlara ehtiyac olmaz.Bundan başqa tədarükolunma
bir qədər mürəkkəb prosesdir. Məsələn, Londonda
böyük satış bazası var və hər gün
köhnə meyvə-tərəvəzi götürüb
emala verirlər, yenisini
gətirirlər. İnsanlar yeni meyvə-tərəvəz alırlar. Bu sistem çox
düzgün qurulub, istehsal olunan yerlərdən
xüsusi xidmət orqanları var ki, onu
alıb nəqliyyatla paytaxda
çatdırırlar. Bizdə də bu sistemin tətbiqi lazımlıdır. Eləcə
də taxılı istehsal olunan
dövrdə çox ucuz
qiymətə almaq, qış aylarında
baha qiymətə satmaq
olar. Arada olan fərq vəsaiti hesabına dövriyyə
fondu yaratmaq olar.
- Meliorativ tədbirlər, iki
böyük böyük layihənin həyata keçirilməsi
istiqamətində hansı işlər görülür?
-
Ölkə iqtisadiyyatının inkişafında meliorasiya sahəsinin
də öz yeri var. Ulu öndər H.Əliyevin bilavasitə rəhbərliyi
ilə yaradılan melirosiya və su təsərrüfatı
kompleksi hazırda ölkə başçısının
diqqəti nəticəsində daha da inkişaf etdirilir. Son 9
ildə bütün maliyyə mənbələri hesabına
sahəyə əsasalı kapital qoyuluşu 32 dəfəyə
yaxın artıb. Bunun nəticəsində mövcud meliorasiya
və irriqasiya obyektlərinin istismarı xeyli
yaxşılaşıb, 1400-dən artıq maşın və
mexanizm alınıb, 1272 km uzunluğunda suvarma
kanallarının və 874 km uzunuğunsda kollektor-drenaj şəbəkələrinin
tikintisi, təmir bərpası və yenidən qurulması
işləri həyata keçirilib. 147 min hektar sahədə
suvarılan torpaqların meliorativ vəziyyəti, 121 min hektar ərazidə
yeni suvarılan sahələr də daxil olmaqla suvarılan
torpaqların su təminatı
yaxşılaşdırılıb. Ölkə
başçısının da qeyd etdiyi kimi hazırda
meliorativ tədbirlərin həyata keçirilməsi prosesi
gedir. Bu sahədə iki böyük layihə icra edilir.
Samur-Abşeron kanalı-Taxtakörpü su anbarı və
Şəmkirçay Dəryaçası tikilir. Hər iki
layihə qlobal layihədir. Ölkə iqtisadiyyatına, yəni,
bir layihəyə qoyulan investisiya baxımından bəlkə
də ən böyük layihələrdir və kənd təsərrüfatının
inkişafı üçün ən vacib layihələrdir.
Hazırda tikinti işləri uğurla davam edir.
- Kənd təsərrüfatı
məhsullarının istehsalında özümüzü
yüz faiz təminetmə prinsipini tətbiq etmək
mümkün olacaqmı?
-
Yaxın vaxtlarda Azərbaycanın ərzaq məhsulları ilə
özünü təmin etməsi ilə bağlı ayrı-ayrı icra orqanları
qarşısında böyük vəzifə durur və ondan
irəli gələn məsələlər həll edilməlidir.
Çünki Ərzaq məhsullarının təminatına
dair Dövlət Proqramı çərçivəsində
artıq ildən-ilə kənd təsərrüfatı məhsulları
istehsalı artır. Əhalinin ərzaq məhsullarına olan
tələbatının ödənilməsi ilə
bağlı həm bilavasitə, həm də
yardımçı tədbirlər həyata keçirilir.
Bütün kənd təsərrüfatı məhsulları,
xüsusilə də taxılla bağlı məsələni
həll etmək üçün biz taxılın məhsuldarlığını
qaldırmalıyıq. Əgər məhsuldarlığı
40 sentnerə qaldırsaq, ölkə üzrə taxıla olan
tələbatımızı tam ödəyəcəyik və
xaricdən idxala ehtiyac qalmayacaq. Başqa məhsulların
idxal-ixrac prosesində əhalinin, ayrı-ayrı
sahibkarların iş fəaliyyətinin
yaxşılaşdırılması naminə ölkə
başçısı tərəfindən hər zaman şərait
yaradılır. İstehlak bazarında isə insanlar müxtəlif
ölkələrdə istehsal olunan məhsulları müqayisəli
şəkildə istifadə etməlidir və qiymət verməlidir.
Ölkədə istehsal olunan keyfiyyətli, xalq seleksiyası tərəfindən
yaradılan məhsullara üstünlük verməlidirlər.
Seleksiya sahəsində bu məhsulların
artırılması istiqamətində həm də elmi-tədqiqat
institutları qarşısında çox böyük vəzifələr
durur. Bioloji xüsusiyyətinə uyğun olaraq məhsulların
insan tələbatına uyğun müxtəlif vaxtlarda
yetişdirilməsi nizamlanmalıdır. Ona görə də
biz kənd təsərrüfatı ilə bağlı
inkişaf strategiyasını müəyyən etmişik.
Ayrı-ayrı bölgələrdə məhsulların
inkişafı üçün şərait yaradırıq
ki, məhsullara qıtlıq yaranmasın. Məsələn,
biz istəyirik ki, çayçılıq inkişaf etsin,
sitrus bitkilərinin inkişafını artırmalıyıq.
İqlim şəraiti də bölgələrdə istənilən
kənd təsərrüfatı məhsulu istehsalı
üçün şərait yaradır. Ölkə
başçısının qarşımıza qoyduğu vəzifələri
yerinə yetirsək, gələcəkdə Azərbaycan əhalisini
tam daxili istehsal hesabına tələbatını ödəyə
bilərik.
Nigar Abdullayeva
Palitra.-2012.-1 avqust.-S.5.