Yeni nəslin sosial-mədəni adaptasiya prosesi nisbətən mürəkkəbləşir”

 

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Turizm İnstitutunun İctimai fənlər kafedrasının baş müəllimi, sənətşünas Sevil Kərimovadır: 

 

- Son vaxtlar bir sıra xarici ölkələrdə olmusunuz. Həmin ölkələrdəki tədris prosesi, maraq doğuran faktlarla bağlı deyə bilərsiniz?

- Bu il Koreya Fondunun təşəbbusü ilə təşkil edilən “Next - general liders” (Gələcək nəsil liderləri) proqramında ölkəmizi Azərbaycan Turizm İnstitutunu  təmsil etmişəm. Proqram Koreya Fondunun hər il təşkil edilən qlobal layihələrindəndir. Dünyanın müxtəlif ölkələrindən seçilən nümayəndələr Cənubi Koreya Respublikasına dəvət edilir. Məqsəd Cənubi Koreyanı tanıtmaq dünyada onun haqqında nüfuzlu fikir yaratmaqdır. Gərgin qrafikli proqrama həm rəsmi görüşlər, həm bir neçə ekskursiya daxil idi. Bizim qrupu 10 MDB dövlətini təmsil edən nümayəndə təşkil edirdi. Mənim üçün bu, gözlədiyim bir fürsət idi. Postsovet ölkələrindən mənimlə eyni sosial statusa mənsub olan şəxslərlə tamam fərqli məkanda fikirlərimizi bölüşmək üçün ideal şərait yaranmışdı. Qürurla qeyd etmək istərdim ki, MDB məkanında Azərbaycan haqqında çox müsbət fikir formalaşıb. Ünsiyyətdə olduğum zaman, müzakirələr vaxtı daim ulu öndərimiz Heydər ƏliyevinMən fəxr edirəm ki, azərbaycanlıyam!” şüarını bir daha şərəflə xatırlayırdım. Orada mədəniyyətin təbliği haqqında söhbətimizə başlayanda öncə qədim zəngin irsimizin mövcudluğu haqda məumat verdik. Biz vətənimizdə yaşayaraq bunları təbii hal kimi qəbul etməyə vərdiş etmişik. Lakin insan elə bir varlıqdır ki, isə itirəndə yaxud ondan uzaqlaşanda həmin dəyərin mahiyyətini anlamağa başlayır, ona dərəcədə bağlı olduğunu o zaman tam hiss edir. Mənə bu hissləri Koreyada Azərbaycan musiqisi yaşatdı. Rəsmi görüşlərin birindən qayıdanda avtobusdaSən gəlməz oldunmahnısı səsləndirilirdi. Dərhal maraqlandım sürücü yarı ingilis, yarı koreya dilində açıqladı ki, internetdən mahnıları toplayarkən bu mahnını çox bəyənib. “Niyə məhz bunu?”- deyə soruşarkən bildirdi ki, “burada kədər var, amma o kədər insanı dəyişdirməyə, daha incə olmağa çağırır. Nifrət, aqressiya heç yoxdur”. Təsəvvür edin, bu insanın Azərbaycanın mövcudluğu barədə anlayışı belə yoxdur! Ancaq Azərbaycan musiqisini qəlbinə yaxın bilib səsləndirir. Beləliklə, “Sən gəlməz oldunbizim qrupun himni oldu. Azərbaycan musiqisi haqqında təqdimat hazırladım, musiqinin müasir vəziyyətindən danışdım, Heydər Əliyev FondununMuğam” multimedia toplusunu hədiyyə etdim. Rəsmi görüşlər çərçivəsində Cənubi Koreyanın bir neçə ali təhsil ocağında tədqiqat institutunda olduq. Bunlardan ən nüfuzlusu Koreya Universitetidir. Akademik heyətlə görüşdə Azərbaycan haqqında, bizim təhsil sistemi, tariximiz mədəniyyətmiz haqqında bir çox sualları cavablandırdıq. Maraqlı mühazirələrdən biri İqtisadi İnkişafa dair Tədqiqatlar İnstitutunda məhşur iqtisadiyyatçı, prof. J.Pak tərəfindən keçirildi. O, ölkənin intensiv inkişafı yüksək nailiyyətlərinin tarixi perspektivləri, nəzəri əsasları haqqında danışdı. Dövlət qurumlarında olarkən çox maraqlı bir fakt mənim üçün yenilik oldu. Olduğum yerlərin heç birində uşaqlara bu dərəcədə xüsusi diqqətlə rastlaşmamışdım. Ümumiyyətlə, bu amil ölkənin daxili siyasətində mühüm istiqamətlərdəndir: sağlam mənəvi mühitdə yetişən genefond gələcəkdə sağlam dövlətin dövlətçiliyin zəmanətidir. Kiçik yaşlarından başlayaraq uşaqları vətənlərinin tarixi xüsusən dövlətçilik tarixi ilə yaxından tanış edirlər bu proses getdikcə təkmilləşdirilir. Koreya Memorial Muzeyinin qarşısında narıncı rəngli geyimlərdə olan çoxlu (100-150 nəfər) azyaşlı uşaq gördük. Kostyumlarının eyni olması ümumiyyətlə, 3-5 yaşlı körpələrin vətəndaş müharibəsinə həsr edilmiş muzeydə etdikləri ilə maraqlananda gidin verdiyi cavaba heyrətləndim: “1950-1953-cü il müharibəsində çoxlu uşaq tələf olub (1 mln.-a yaxın). Biz bu körpələri bura dəvət edirik ki, oynasınlar ölənlərin ruhu şad olsun. Bağça uşaq evləri ilə işləyirik. Narıncı rənq Günəşdir, işıqdır”. Milli Parlament binası həftənin iki günü məktəblilər üçün açıqdır. Buraya təşkil olunan ekskursiyalar zamanı parlamentin tarixi, müasir qrafiki, çıxış qaydaları, qanunların təqdimi müzakirəsi kimi amillər haqqında məlumat verilir. Bu proses sərbəst bir mühitdə, sual-cavab edilərək keçirilir. Danışdırdığım 7 şagirddən 4-ü Azərbaycanı tanıdı: “Orada neft var qədim kitablardaOdlar yurduadlanır”. Sizi əmin edirəm, avropalı ibtidai sinif şagirdindən belə cavab eşitmək mümkün deyil! Ümumiyyətlə, Azərbaycanla Koreyanın iqtisadi mədəni münasibətləri uğurlu ümidverici məqamdadır. Mövzumuza dair qeyd etmək istərdim ki, Koreyanın təbliğ siyasətində mədəniyyət dövlətçilik eyni mahiyyətli amillər kimi təbliğ olunur. “Next” proqramına daxil olan ekskursiya turları ölkənin pozitiv qavranılmasına, tarix boyu mövcud olan milli ənənələrin, milli xüsusiyyətlərin müasir Koreyanın formalaşmasındakı rolunun dərk olunmasına yönəlib. Buddizm abidələri, orta əsr rəsədxanası, “Hyundai Motors” sənaye şəhərçiyi, İmperator Sarayı Prezident İqamətgahı sanki heç zaman qırılmamış incə zəncirlə bir-birinə bağlıdır.

- Gənclərin mədəniyyətə marağını necə qiymətləndirirsiniz?

- Bizim mentalitetimizdə gənclərə dair maraqlı xüsusiyyət var. Onları tərifləməkdən çəkinirik. Bu, xalq pedaqogikasının effektiv metodu kimi əsrlər boyu pozitiv nəticə göstərib yəqin ki, belə davam edə bilər. Lakin Azərbaycan müasir, dünyəvi cəmiyyətə meyilli eyni zamanda ənənəvi, patriarxal Şərq mədəniyyətinin fundamental əsaslarını mənəvi vasitə kimi səmərəli istifadə edən dövlətdir. Bu aspektdən cıxış edərək yeni nəslin sosial-mədəni adaptasiya prosesi nisbətən mürəkkəbləşir. Biz  20 ildir ki, müstəqil dövlətik artıq müstəqillik şəraitində formalaşmış nəsil mövcuddur. onlar bizlərdən cox fərqlidir. Adətən bu nəsli qınamaq, danlamaq, yönəltmək təşəbbüsləri heç xoş nəticələr vermir. Mən müəlliməm mənim işim tələbəyə səviyyəli akademik bilik bazası verməklə onun fərdi qabiliyyətlərini araşdırıb tapmaq, təhsil prosesində düzgün istiqamətləndirməkdir. Ancaq qloballaşma adlandırdığımız bu dövrdə bu yetərli deyil. Mədəni həyatımızın umumi panoramasına kütləvi mədəniyyət aktiv müdaxilə edir. Onun məhsulu daha rahat anlamlıdır. Bugünkü tələbə kitabı oxumaz, onun film versiyasına üstünlük verər. Məhz bu baxımdan yuxarıda qeyd olunduğu kimi, mədəniyyət vətənpərvərliyin ümumi kontekstdə təbliği məqsədəuyğundur.

- Tədris ili başa catdı. Tələbələrin bu sahədə bilik səviyyəsi sizi qane edirmi?

- Keçən ilin göstəricilərinə görə, bu il ATİ-nin tələbələri daha yüksək nəticələr əldə ediblər. İnstitutun ümumi panoramasında tədris etdiyimMuzeyşünaslıq - Diyarşünaslıq” (Tarixi - mədəni turizm) ixtisası üzrə məzunlarımızın göstəriciləri yüksəkdir. Təqdim olunan dörd diplom işinin mövzuları da aktual maraqlı idi: “Azərbaycanda uşaq muzeylərinin yaranma perspektivləri”, “Tarixi-mədəni turizmə çoxaspektli yanaşmalar onlar müvəfəqiyyətlə müdafiə olundular. Bu ixtisas üzrə hələki ikinci buraxılışımız olmasına baxmayaraq məzunlarımız haqqında artıq müəyyən fikirlər bizi sevindirir. Məzun gecəsində nüfuzlu muzey rəhbərlərimizin “ATİ-nin tələbələri təcrübələr zamanı bilik məsuliyyətləri ilə digərlərindən çox üstündürlərdemələri bizi ümidləndirir. Sözsüz ki, biz daha da yüksək nailiyyətlər gözləyirik. Bunun əsas səbəbi 4 il tədris etdiyin tələbənin potensialına bələd olaraq onun bəzən sadəcə tənbəlliyinin yaxud məsuliyyətsizliyinin qurbanı olmasını imkansız etməkdir. Bu baxımdan institutumuzda tələbələri sərbəst araşdırmaya yönəltmək yeni tədris ilinin istiqamətlərindən ola bilər.  

 

 

Nigar Abdullayeva 

 

Palitra.-2012.-8 avqust.-S.10.