Ən gənc Olimpiya çempionumuz

 

Azərbaycana Londonda ilk qızıl medalı qazandıran sərbəst güləşçimiz Toğrul Əsgərov (60 kq) 1992-ci il sentyabrın 17-də Gəncədə anadan olub. Olimpiya çempionumuzun ilk uğuru 2010-cu ilə təsadüf edib. O, həmin vaxt gənclər arasında dünya birinciliyinin finalına kimi yüksəlib Avropa çempionu adını qazanıb.  

1 il sonra isə yenə gənclərin dünya birinciliyinə qatılıb burada fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 60 kq çəki dərəcəsində mübarizə aparan qəhrəmanımız 2010-cu ildə böyüklərin Dünya Çempionatında qüvvəsini sınayıb burada da gümüş medala sahib olub (55 kq çəki dərəcəsində). Bu il Avropa çempionu adını qazanan Əsgərov 2011-ci ildə Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrəQızıl qran-pribeynəlxalq turnirinin final mərhələsinin bürünc mükafatçısıdır. Toğrul Olimpiadaya Bolqarıstanın paytaxtı Sofiyada Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində çempion olmaqla lisenziya qazanmışdı. O, Londonda isə müvafiq olaraq, Almaniya, Yaponiya, ABŞ Rusiya güləşçilərinə gücünü göstərərək, 19 yaşında Olimpiya çempionluğu sevinci yaşayıb. Olimpiya çempionu Toğrul Əsgərov həm yeni rekordçu olub. London Olimpiadasının qızıl medalını 20 yaşı tamam olmamış qazanan sərbəst güləşçimiz bununla da ən gənc Olimpiya çempionumuz olub. Çempion yarışdan sonra bunları bildirib: “Hazırda sevincimin həddi-hüdudu yoxdur. Bunu sözlə ifadə etmək mümkün deyil. Olimpiadaya çox ciddi hazırlaşmışdıq. Demək olar ki, 1 ildən çoxdur bunu daha da intensivləşdirmişdik. Mənim əsas rəqibim isə finalda qarşılaşdığım rusiyalı Besik Kuduxov idi. Bunu hamı bilirdi. Həm yalnız digər rəqiblərimdən fərqli onunla güləşməmişdim. Onu da məğlub etdim, qələbəmi hamı gördü. Çox sevinirəm ki, vətənə qızıl medal bəxş etdim”. T.Əsgərov bildirib ki, Kuduxov görüşdən sonra çox əsəbi görünüb hətta təbrik üçün lazımi cəsarəti çatmayıb. Kuduxov isə Rusiya mətbuatına bunları bildirib: «Finala gedən yolda bütün ciddi rəqiblərimi keçdim. Son dünya çempionatlarının hamısında qalib oldum. Olimpiadada da favorit sayılırdım, ancaq bəxtim gətirmədi. Əlbəttə, Allahın uğur bəxş etdiyinə sevinmək lazımdır. Ancaq istənilən halda, qalib gəlməməyim çox xoşagəlməzdir. Mən çox məyusam. isə, Rio-de-Janeyrodakı Olimpiadada qızıl medal qazanmağa çalışacağam. Azərbaycanlı rəqib ilə heç vaxt güləşməmişdim düşünmürdüm ki, mənə belə döyüş verər. Toğrul isə döşək üzərinə çıxıb, dərhal hücum elədi. Mən taktiki cəhətdən döyüşü bir az düzgün qurmadım. Hər döyüşdən-döyüşə daha yaxşı güləşirdim. Finalda niyə belə alındığını bilmirəm. Qızıl qızıl medaldır, gümüş medal isə bürünc kimidir». Qeyd edək ki, Azərbaycan Prezidenti XXX London Yay Olimpiya Oyunlarında inamlı qələbə qazanaraq qızıl medallar almaları münasibətilə sərbəst güləşçilərimiz Toğrul Əsgərovu, Şərif Şərifovu, məşqçilər Saypulla Absaidovu Firdovsi Umudovu təbrik edib. Dövlət başçısı Azərbaycanın idman şərəfini layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti yüksək qiymətləndirib, idmançılarımıza onların məşqçilərinə yeni qələbələr arzulayıb. 

 

 

Palitra.-2012.-14 avqust.-S.4.