«Gənclərin vətənpərvərlik tərbiyəsi həmişə ön plandadır»

 

Layihə çərçivəsində müsahibimiz Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyevdir: 

 

- Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsi üzrə 2012-ci ilin iş planları təsdiq edilib, müxtəlif tədbirlər icra olunub. Şöbənin nəzdində fəaliyyət göstərən Mədəniyyət Şurasının, hərbi hamilik koordinasiya şurasının iş planları, yanğın təhlükəsizliyi tədbirləri, habelə mədəni-maarif müəssisələrinin fəaliyyət planları həyata keçirilib, əmək intizamının daha da yüksəldilməsi istiqamətində tədbirlər reallaşdırılıb. Qeyd edim ki, əhalinin asudə vaxtının daha səmərəli təşkili, mədəni-kütləvi tədbirlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər davam etdirilib. Mədəni-maarif müəssisələrində müxtəlif səpgili mədəni-kütləvi tədbirlər hazırlanaraq rayon əhalisinə mədəni xidmət göstərilib. İlin əvvəlində rayonun bütün mədəni-maarif müəssisələrində Yeni il şənlikləri təşkil edilib, klub müəssisələrində və məktəblərdə şənliklər keçirilib. Yeni il şənlikləri və məktəblilərin qış tətili günləri ilə əlaqədar rayonun bir sıra məktəbləri və klub müəssisələrində stolüstü oyunlar üzrə yarışlar təşkil edilib, qaliblərə hədiyyələr təqdim olunub. Rayon Mədəniyyət və Turizm Şöbəsinin tədbirlər planına əsasən 20 Yanvar ümumxalq hüzn gününün 22-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Mədəni-maarif müəssisələrində “20 Yanvar - şərəf tariximizdir” devizi ilə guşələr, kitab və rəsm sərgiləri, kitab müzakirələri, ədəbi-bədii tədbirlər, dəyirmi masalar, söhbətlər, görüşlər, anım tədbirləri qeyd olunub. Rayon Tarix- Diyarşünaslıq Muzeyində “Bakı - 1990-cı il” adlı guşə, Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Qanlı Yanvar hadisələri” adlı dəyirmi masa, rayon Mədəniyyət Evində 20 Yanvara həsr olunmuş ümumrayon tədbiri və rayonun Şəhidlər xiyabanında anım mərasimləri keçirilib.Eləcə də rayonda 2 fevral Gənclər Günü yüksək səviyyədə qeyd olunub, gənclərin vətənpərvərlik tərbiyəsi ön plana çəkilib, gənclərə hədiyyələr verilib. Hərbi Hava Qüvvələri Günü (14.02.1992) ilə bağlı Kürdəmir Hərbi Qarnizonunda tədbir keçirilib. Beynəlxalq Ana dili Günü ilə əlaqədar rayonun klub müəssisələri arasında şeir müsabiqəsi keçirilib, qaliblərə diplom və fəxri fərmanlar təqdim olunub.Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı geniş tədbirlər planı hazırlanıb və silsilə tədbirlər keçirilib. Rayonun klub müəssisələrində, kitabxanalarında, muzeylərində və Uşaq İncəsənət Məktəbində guşələr, kitab və rəsm sərgiləri, müzakirələr, söhbətlər, ədəbi- bədii kompozisiyalar, görüşlər təşkil olunub, Xocalı faciəsini əks etdirən filmlər nümayiş etdirilib. Xocalı faəciəsinin 20-ci ildönümü ilə əlaqədar rayon Mədəniyyət Evində keçirilən tədbir yüksək səviyyədə təşkil olunub. Tarixi faciəyə həsr olunmuş “Xocalı göyərçinləri” kitabı müzakirə edilib, faciəni əks etdirən sənədli xronika nümayiş olunub. Fevral ayında “Mədəni-maarif” jurnalının 45 illiyi ilə bağlı Mərkəzləşdirilmiş Kitabxana Sistemində dəyirmi masa təşkil edilib. Mart ayı əlamətdar günlər və bayramlarla zəngin olub. Ay ərzində Ümumdünya Mülki Müdafiə Günü, Azərbaycanın BMT-yə qəbul olunmasının 20-ci ildünümü, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü və digər tarixi günlər qeyd olunub. Rayonun Yenikənd, Qarasaqqal, Ərşəli, Köhünlü kənd, Qarabucaq qəsəbə mədəniyyət evlərində, Qurdbayram, Çərtəyəz, Şüşün klublarında, MKS və filiallarında guşələr, kitab sərgiləri, söhbətlər, məlumatlar və s. tədbirlər keçirilib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin 8 mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar geniş tədbirlər planı həyata keçirilib. Mədəni-maarif müəssisələri bayramların qeyd edilməsi üçün geniş hazırlıq işləri görüb, məktəblərlə əlbir işləyərək rəngarəng tədbirlər təşkil ediblər. 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı klub müəssisələrində ədəbi-bədii tədbirlər keçirilib. Klub müəssisələrinin və rayon Uşaq İncəsənət Məktəbinin iştirakilə mahnı və şeir müsabiqəsi, Kürdəmir Dövlət Rəsm Qalereyasında rayonun həvəskar rəssam və dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgisi, Uşaq İncəsənət Məktəbinin  müəllim və şagirdlərindən ibarət ansambllarının konsertləri maraqla qarşılanıb. Rayon Mədəniyyət Evində və parklarda bayram konserti verilib. Novruz adətlərinə uyğun olaraq xüsusi hazırlıq işləri görülüb, rayonun bir sıra kəndlərində və rayon mərkəzində bayramın müjdəsi olan çərşənbələr qeyd olunub, konsertlər verilib. Novruz bayramı tədbirlərinin hazırlanıb keçirilməsində klub müəssisələri kənd icra nümayəndəlikləri, yerli bələdiyyələr və məktəblərlə birlikdə çalışıblar. Novruz bayramı ilə bağlı çoxsaylı tədbirlərin yekunu olaraq rayon mərkəzində teatrlaşdırılmış ümumrayon tədbiri keçirilib. Tədbir çərçivəsində milli adət-ənənələrimizi əks etdirən səhnələr, milli idman növləri, milli oyunlar və qədim sənətkarlıq nümunələri nümayiş edilib. Bayram günlərində Kosa və Keçəlin şəhər gəzintisi də təşkil edilib.

- Rayonunuz paytaxtda keçirilən bayram tədbirində təmsil olunubmu?

- Bəli, Novruz bayramı ilə əlaqədar Bakı şəhərində keçirilən bayram tədbirlərində rayonumuz yüksək səviyyədə təmsil olunub. Respublika əhəmiyyətli bu tədbirdə rayonun yüksək səviyyədə təmsil edilməsində Kürdəmir rayon rəhbərliyinin əməyi böyük olub. Bayram günlərində rayonun parklarında rəngarəng konsert proqramları ilə çıxışlar təşkil edilib. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı guşələr, kitab və foto sərgiləri, söhbətlər, məlumatlar, müzakirələr təşkil edilib. Soyqırımla bağlı ümumrayon tədbiri keçirilib.1 aprel Ümumdünya Gülüş Günü münasibətilə “Ən yaxşı lətifə söyləmək” adlı  müsaqibə keçirilib. Rayonumuzda 7 aprel Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş “Sağlam həyat  yolu” devizi  ilə  silsilə  tədbirlər təşkil  edilib. Müəssisələrdə  Ümumdünya  Aviasiya  və Kosmonavtika Gününə  dair  guşələr, kitab  və foto  sərgilər təşkil  edilib, əlamətdar  günlə bağlı  məlumatlar verilib.  Bütün mədəni-maarif müəssisələrində 15 aprel Beynəlxalq Mədəniyyət Günü, 17 aprel Ümumdünya Hemofiliya Günü, 18 aprel Tarixi  Abidələrin  Mühafizəsi Günü, 22 aprel Beynəlxalq  Kitab  və Müəllif  Hüquqları   Günü və  digər əlamətdar  günlər və hadisələrlə  bağlı guşələr, sərgilər  təşkil  olunub.

- Bu il «İdman ili»dir. Şöbənizin «İdman ili»nə töhfələri olacaq?

- Bildiyiniz kimi, Prezidentin 2012-ci ilin «İdman ili» elan edilməsi  ilə bağlı sərəncamına uyğun olaraq  rayon  Mədəniyyət  Turizm  Şöbəsinin təsdiq etdiyi  tədbirlər  planına  əsasən  2012-ci  ilin aprel-dekabr  aylarında  tədbirlərin  keçirilməsi  nəzərdə tutulub bu  istiqamətdə  işlər davam etdirilir. Belə ki, «İdman  ili» ilə  bağlı  təbliğat  xarakterli  tədbirlər, idmanın  inkişafı  ilə  əlaqədar  sərgilər, fotostend  fotomontajlar, stolüstü  idman  oyunları  yarışlar təşkil edilib. 2012-ci  ilin  may  ayı  əlamətdar  tarixi günlər  yubileylərlə zəngin olub. Ümummilli liderin anadan  olmasının  89-cu ildönümü  ilə  əlaqədar  şöbənin  təsdiq  etdiyi  tədbirlər  planı  icra  olunub, 3-5  may 2012-ci  il tarixlərində  rayon Mədəniyyət Evində ənənəvi  İstedad  baxış-müsabiqəsi keçirilib, bədii  qiraət, musiqi, rəqs, rəsm   dekorativ  tətbiqi  sənət nominasiyaları üzrə qaliblər seçilib. Qaliblərə  diplomlar, fəxri fərmanlar    hədiyyələr  verilib.

 

 

Anar Miriyev

 

Palitra.-2012.-24 avqust.-S.11.