«Dövlətçilik tarixi ilə bağlı silsilə verilişlərin, silsilə təbliğat mexanizminin olması vacibdir

 

Layihə çərçivəsində növbəti müsahibimiz Milli Düşüncə İnstitutunun (MDİ) rəhbəri Taryel Faziloğludur: 

- Azərbaycanın böyük dövlətçilik tarixi var. Ancaq dövlətçilik tariximizin iki mərhələsi var ki, bunları bir-birinə qatmaq, eyni zamanda ayırmaq da olmaz. Birincisi, ta qədimdən 5 min illik tarixə malik olan dövlətçilik tarixidir. Eradan əvvəl III minillikdə bu ərazilərdə Aratta kimi şəhər-dövlətləri ilə başlayan dövlətçilik tarixinin birinci mərhələsi Gülüstan-Türkmənçay müqaviləsinə qədər ümumi bir xətt üzrə gəlir. Ondan sonra dövlətçilik tariximizin ikinci mərhələsi başlayır. Ona bağlı olsa da, tam fərqli bir şəkildə inkişaf edir. Çünki burada artıq çar Rusiyasının tərkibi məsələsi qısa da olsa, 23 aylıq müstəqil cümhuriyyətimiz dövrü var. Sonra Azərbaycanın SSRİ tərkibində özünü tanıtması qəbul edilməsi, nəhayət, 1991-ci ildən artıq müstəqil dövlət kimi yoluna davam etməsi var. Bəzən 5 min illik tarix ümumi götürülür o zaman İranla birgə tarix meydana gəlir ki, bu da müəyyən qədər həm yanlışlıqlara səbəb olur, həm tarixi həqiqəti təhrif etmiş olur. Bəziləri isə dövlətçilik tarixini cümhuriyyətdən bu yana götürür ki, bu zaman da tamamilə bir çox şeyləri unudurlar. Çünki Azərbaycan dövlətçilik tarixi cümhuriyyət dövründən başlaya bilməzdi o, özü müəyyən bir tarixin üzərində quruldu. Cümhuriyyəti quran insanların çıxışında belə Qafqazdakı türklərin müstəqilliyi əsas fikir olub. Yəni bu məsələnin eyni kökdən gəldiyini, amma müəyyən dövrdən sonra Azərbaycanın dövlətçilik tarixinin ayrılan bir xətt üzrə inkişafını qəbul edərək bu prosesə qiymət vermək lazımdır.

- Sizcə, bu gün dövlətçilik tariximiz kifayət qədər təbliğ olunurmu?

- Azərbaycan dövlətçilik tarixinin, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı bir sıra problemlər mövcuddur. Belə ki, Azərbaycan dövlətçilik tarixi ilə bağlı silsilə verilişlərin, silsilə təbliğat mexanizminin olması vacibdir. Bu istiqamətdəAzərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasıdərc olunub. Ancaq onun təbliği həyata keçirilməlidir. Əsasən peşəkar adamlar, sırf tarixçilər bu ensiklopediya ilə maraqlanırlar. Bəzən milli-mənəvi dəyərləri köhnə fikir, gerilik kimi qəbul edənlər var. Mövcud problemlərdən biri ailə institutu ilə bağlıdır. Hər bir millət öz kökündən, dəyərlərindən qopmamalıdır. Tarix elmi elə bir elmdir ki, iki cür təqdim olunur: ilk olaraq akademik baxış, yəni tarixi faktlar təhrif olunmadan konkret olaraq mütəxəssislər tərəfindən tədqiq olunan tarix, ikinci olaraq da populyar, yəni cəmiyyətə təqdim edilən tarix. Populyar tarixdə dövlət siyasəti önəm daşıyır siyasətin ona təsiri labüddür. Amma akademik yanaşmada bütün tarixi faktlar reallıq qəbul edilir. Etnoqrafiya, şifahi xalq ədəbiyyatı, folklor, milli-mənəvi dəyərlərlə bağlı güclü qorunma mexanizminin olması vacibdir. Bu, xüsusi diqqət, yanaşma, baxış tələb edir. Mentalitet köhnəlikdirdüşüncəsi gənclərin bir qisminin əxlaq sistemi ilə bağlı problemlərinin yaranmasına gətirib çıxarır. Bu gün gənclərin bir-birinə yanaşmasında fərqliliklər müşahidə olunur. Onlarda inamsızlıq var, ailə dəyərlərinə inamı yoxdur. Ancaq bütün bunlar Azərbaycanın özünü tanıtmasında böyük rol oynayan dəyərlərdir. Bu dəyərlərə antipatiya formalaşmasına imkan verməməliyik. Çünki bu nəinki bu gün, gələcək üçün təhlükəli ola bilər.

- Aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanan tarixi abidələrin qorunması, təbliği istiqamətində hansı addımların atılmasını vacib hesab edirsiniz?  

- Son vaxtlar arxeologiya sahəsində bir sıra yeniliklər müşahidə olunur. Belə ki, yeni-yeni arxeoloji abidələr aşkarlanıb. Ağcabədi ərazisində şəhər qalıqları, Ağsuda XV əsrə aid şəhər qalıqları, Salyanda tanrıçılığa aid, sufi ayinlərini özündə ehtiva edən əmək alətləri, saxsı qablar tapılıb. Son zamanlar Azərbaycan arxeologiya elmindəki inkişaf bizi çox sevindirir bu, Azərbaycanın tarixi, qədimliyi ilə bağlı çox yaxşı amildir. Ancaq mən eyni zamanda istərdim ki, həmin tapıntıların qorunma mexanizmi formalaşsın. Çox təəssüflə demək olar ki, Quba soyqırım məzarlığı hələki mühafizə sistemi ilə əhatə olunmayıb. Orada aşınma prosesi gedir bu davam edərsə, problemlər yarana bilər. Ancaq həmin məzarlıq tarixi faktdır əlimizdə olan ən böyük ideoloji, informativ silahlardan biridir. Bundan başqa Şəmkirdə tapılan qala ilə bağlı da eyni vəziyyətdir.Yaxud Goranboy ərazisində arxeoloji qazıntı aparılan ərazidə restoran yerləşib. Tarixi abidələrimizin aşkarlanması çox müsbət haldır, ancaq onların aşkarlanması işin başlanğıcıdır. Onların qorunub dövlət irsinə, mühafizəsinə salınaraq mənəvi xəzinələrin tərkibində saxlanması əsas şərtdir.

- Sizin rəhbərliyinizlə yeni Milli Düşüncə İnstitutu yaradılıb. Təşkilatın yaranma səbəbi ilə bağlı deyərdiniz? 

- Məqsədimiz təbliğat, tədqiqat tətbiqi bir yerə toplayan, özündə ehtiva edən bir təşkilat yaratmaqdır. Azərbaycanın milli düşüncəsində, təfəkküründə fikirlərin, hansısa boşluqlar nəticəsində yaranmış problemlərin araşdırılması, ortadan qaldırılması, ideoloji təfəkkürün tətbiq edilərək cəmiyyətə təqdim olunmasını özündə ehtiva edir. Fəaliyyət istiqaməti üç mərhələdən ibarət olacaq. Bütün sahələr üzrə tədqiqat işləri aparılması, bu tədqiqatlar aparıldıqdan sonra onların təbliğatının təşkil edilməsi, eyni zamanda bir çox tədbirlər səviyyəsində həmin  fikirlərin cəmiyyətə çatdırılması kütləvi tədbirlərin təşkili əsas planına daxildir. Çalışırıq ki, Milli Düşüncə İnstitutu sözün əsl mənasında öz üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirsin. Yeni təşkilat olduğu üçün hələki hazırlıq mərhələsindədir. Sentyabrın sonu-oktyabrın əvvəlindən aktiv fəaliyyətə başlayacağıq.

- Bu gün ölkədə bir çox QHT fəaliyyət göstərdiyi bir vaxtda MDİ hansı fərqli fəaliyyət təqdim edəcək?  

- Ölkədəki çoxsaylı QHT-lərin bir neçə faizi milli məsələlərə yönəlmiş fəaliyyətlə məşğuldur. Bəziləri liberal dəyərlər, insan hüquqları, dövlət maraqlarından kənar, ümumbəşəri məsələlərlə məşğul olan, konkret olaraq milli mental dəyərləri qəbul etməyən insanlar tərəfindən qurulan təşkilatlardır. Bu baxımdan mən düşünürəm ki, o cür təşkilatların ölkədə meydan sulaması nəticə etibarilə Azərbaycanın dövlət dövlətçilik maraqlarına heç yaxşı xeyir vermir. Dövlətin əsasını təşkil edən milli dövlət maraqlarıdır. İstənilən dövlət o zaman güclü olur ki, onun vətəndaşı dövlətlə fəxr edir onun fəaliyyəti, inkişafı üçün müəyyən işlər görməyi özünə borc sayır. Təəssüf ki, ölkədə fəaliyyət göstərən bəzi təşkilatlar xaricdən maliyyələşdiyinə görə, yaxud müxalif cəbhənin insanları olaraq, siyasi maarifçiliyi zəif olduğu üçün, bilərəkdən, yaxud bilməyərəkdən hökumətə qarşı narazılıqlarını bildirmək naminə dövlət maraqlarını tamamilə çeynəyirlər. Bu mənada Azərbaycanda fəaliyyət göstərən QHT-lərin içərisində düşünürəm ki, milli maraqları, milli təfəkkürü cəmiyyətə təqdim edən, insanlarda Vətən, millət, dövlət sevgisi qürur aşılayan təşkilatlara böyük ehtiyac var. Mən iddia etmirəm ki, biz bütün bunların hamısını edəcəyik. Amma düşünürəm ki, təşkilat olaraq Milli Düşüncə İnstitutunun Azərbaycan insanının Vətəninə, millətinə, dövlətinə sevgi qürur hissinin aşılanmasında kiçik olsa öz payı olacaq.

 

 

Nigar Abdullayeva 

 

Palitra.-2012.-29 avqust.-S.11.