"Binəqədi rayonunun
sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrası sahəsində Bakının Binəqədi rayonunda
da xeyli proqres əldə edilib. Rayonda
son dövrlər ərzində sosial-iqtisadi inkişafın, abadlıq və
rifahın təmin edilməsi istiqamətində nəzərəçarpan
uğurlar qazanılıb. Bu
barədə faktları çatdırmaq üçün
öncə rayona aid ərazilərdə,
qəsəbə və mikrorayonlarda
lazımi müşahidələr apardıq, rəylər
öyrəndik. Eyni zamanda
da rayonun İcra Hakimiyyətindən rəsmi məlumatlar
əldə etdik.
Sosial-iqtisadi
rifah Beləliklə, öncə
rayonun sosial-iqtisadi və
abadlıq göstəriciləri barədə bildirək.
2012-ci ilin 9 ayında rayonda
121 milyon 170 min və ya keçən ilin müvafiq dövründən 2.4 faiz çox sənaye məhsulu
istehsal edilib, xidmətlər
göstərilib. Bu müddətdə
rayonda 3937 yeni iş yeri
açılıb. Bunun da
hamısı daimi iş
yerləridir. Bu il
oktyabrın 5-də Məşğulluq Mərkəzi ilə
birlikdə səyyar əmək birjası təşkil edilib. Rayonun İcra Hakimiyyətindən
aldığımız məlumatda bildirilir
ki, işaxtaran vətəndaşlara
807 boş iş yeri təqdim olunub, 21 nəfərə
müxtəlif vakansiyalar üzrə
işə düzəlmək üçün
göndərişlər verilib, 17 nəfər
peşə kurslarına cəlb olunub.
Həmin müddətdə
sahibkarlığın inkişafına dəstək verilməsi
istiqamətində bir sıra tədbirlər
həyata keçirilib. "2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial
- iqtisadi inkişafına dair
Dövlət Proqramı"nında Binəqədi rayonuna aid 103 bənd
nəzərdə tutulub. Bu tədbirlərin 50-si təhsil
sahəsinə, 6-sı səhiyyə, 2-si mədəniyyət,
3-ü idman, 2-si ekologiya,
7-si su və kanalizasiya
təsərrüfatı, 4-ü istilik təsərrüfatı,
6-sı sahibkarlığın inkişafı sahəsinə,
13-ü əhalinin təhlükəsizliyi tədbirlərinə,
10-u isə digər sahələrə aiddir.
Bu tədbirlərin 11-nin icrası 2011-ci
ildə, 26-nın icrası
2012-ci ildə, 66-nin icrası isə 2013-cü ildə başa çatması
planlaşdırılıb. Bu kimi göstəricilər rayonun
sosial-iqtisadi sahəsində nəzərəçarpan
irəliləyişlər olduğunu deməyə
əsas verir.
Abadlıq işləri rayonun
simasını dəyişir
Dövlət proqramı çərçivəsində rayonun qəsəbələrində abadlıq sahəsində də xeyli iş görülüb. Sulutəpə qəsəbəsində IV mədən yolu və 217 saylı məktəbin ətrafındakı küçələr, M.Ə.Rəsulzadə qəsəbəsində Binəqədi şossesinin sol tərəfindəki yeni yaşayış massivinin əsas daxili yollarından biri, Biləcəri qəsəbəsində Məlik Aslanov küçəsi, 1 May yaşayış massivinin əsas küçəsi, 1-ci və 2-ci yeni yaşayış massivlərinin əsas küçələri, Binəqədi qəsəbəsində G.Ramazanov, Ələkbərov küçələrində II mədən 93-cü korpus, I mədən 18, 19 və 20-ci korpuslara asfalt örtüyü çəkilib, ümumilikdə bu qəsəbələrdə 200 min kv.m sahəyə və ya 35 km yola asfalt döşənib.Eyni zamanda "Azəryolservis"in xətti ilə Binəqədi - Mehdiabad yolu və Binəqədi şossesi yenidən qurulub. Biləcəridə Y.Hüseynov və A.Zeynallı küçələrində, Xocasən qəsəbəsində Dəyirman yolu, Binəqədi qəsəbəsində Novxanı yolunda yolların əsaslı təmiri işləri aparılır. Bu il rayonun bütün qəsəbələrində əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması üçün 26 obyekt üzrə uzunluğu 151 km olan yeni qaz xətləri çəkilib, 11038 ədəd mexaniki sayğaclar "smart-kart" tipli sayğaclarla əvəz edilib. 100, 246, 244, 3, 276, 102 saylı məktəblərin əsaslı təmiri, vaxtında və keyfiyyətlə başa çatdırılıb. 159, 153, 294, 274 və 211 saylı uşaq bağçalarının tikintisi və əsaslı təmiri, 6 saylı Birləşmiş şəhər xəstəxanasının əsaslı təmiri, F.Əmirov adına 6 saylı musiqi məktəbinin əsaslı təmiri, 11 saylı musiqi məktəbi üçün əlavə sinif otaqlarının tikintisi davam etdirilir.
Əhalinin
enerji təchizatı yaxşılaşdırılır Əhalinin enerji təchizatının
yaxşılaşdırılması məqsədilə 3
yarımstansiya yenidən qurulub, 3 yarımstansiyada isə əsaslı
təmir işləri aparılıb. Böyük Şor
və Xocasən göllərinə kanalizasiya,
texniki və sair
suların axıdılmasının qarşısının
alınması məqsədilə tədbirlərin
görülməsi ekoloji vəziyyətlərinin
yaxşılaşdırılması və meşə
zolaqlarının, parkların salınması, Binəqədi
qəsəbə
İdman Kompleksinin
qarşısındakı gölün
qurudulması və gölə məişət
tullantılarının atılmasının
qarşısının alınması burada
meşə zolağının və parkın salınması
tədbirləri Prezident
İ.Əliyev tərəfindən
xüsusi nəzarətə götürülüb və yaxın vaxtlarda bu tədbirlərin
icrasına başlanacaq. Gələn il dövlət proqramına uyğun
olaraq Binəqədidə çoxsaylı
obyektlərin, xüsusilə təhsil müəssisələrinin
əsaslı təmiri və tikintisi nəzərdə
tutulur. Bu obyektlərin
bir qismi icrası
2012-ci ildən növbəti ilə keçən obyektlər,
digərləri isə 2013-cü ildə nəzərdə tutulan obyektlərdir. Rayonun
Azadlıq prospektində yerləşən, ümummilli
lider Heydər Əliyevin adını
daşıyan parkın ərazisində planlaşdırma
işləri tamamlanmaqdadır. Azadlıq prospekti ilə Z.Bünyadov
prospektinin kəsişdiyi ərazidən yol genişlənməsi ilə başlanacaq abadlıq işlərinə dair layihəyə uyğun
olaraq, ərazilərdə tikinti
işlərinə başlanması
üçün kommunikasiya
xətlərinin ərazidən çıxarılması
istiqamətində müvafiq dövlət
qurumları ilə iş aparılır.
Məlum olduğu kimi
hazırda bir çox
binaların zirzəmilərində anti-sanitar
və komunal xətlərin qəzalı vəziyyətdə
olması əhalinin haqlı narazılıqlarına səbəb
olur. Bu barədə rayonun ətraf ərazilərində
apardığımız müşahidə və
araşdırmalar da aşağıda qeyd ediləcək. Bu cür problemlərin aradan
qaldırılması rayon rəhbərliyində
ən vacib məsələlərindən
biri sayılır. Artıq ümumilikdə
105 evin zirsəmisində su
və kanalizasiya xətti əsaslı təmir
edilib və 16 binada
işlər davam etdirilir.
Kanalizasiya şəbəkəsinin xidməti
ərazilərində 3650 m xətt təmir
olunub və yenilənib, 8 ədəd kanalizasiya lyuku
quraşdırılıb, 450 ədəd kanalizasiya
lyuku və yağış
barmaqlıqları təmizlənib. Asfalt örtüyünün altından 13 lyuk və yağış qəfəsi aşkar edilərək bərpa edilib. Rayon Qaz istismar
sahəsi tərəfindən Xocəsən, Binəqədi,
Sulutəpə, 1 May və Rəsulzadə qəsəbələrinin
ərazisində ümumi uzunluğu
780 p/m korroziyaya uğramış qaz
xəttləri yenisi ilə əvəz edilib, 6 ədəd qaz tənzimləyici
quraşdırılıb. Xocəsən qəsəbəsi
ərazisində bütün küçələrin
yenidən qazlaşdırılması həyata keçirilir. Rayon icra başçısının əhali ilə
intensive görüşləri də vətəndaşlar
tərəfindən təqdir edilir. Təsdiq
olunmuş qrafikə uyğun
olaraq Rayon İcra Hakimiyyəti
başçısının bu ilin 9 ayında 32 görüşü
keçirilib. Bu
görüşlərdə ümumilikdə 4496 rayon sakini iştirak
edib və həmin görüşlərdə
vətəndaşlar tərəfindən 468 məsələ
qaldırılıb. Qaldırılan sosial
və digər məişət məsələlərinin bir qismi yerindəcə həll
edilib, digərləri isə
planlaşdırılaraq həll edilməsi işinə başlanıb.
Bu baxımdan rayon rəhbərliyinin
vətəndaşların problemlərinə və istəkərinə
tam həssaslıqla
yanaşdığını qeyd etmək
lazımdır.
Apardığımız
müşahidələr nələri üzə
çıxardı? Qeyd edək ki, Biləcəri,
Sulutəpə, Xocasən, 28 May kimi qəsəbələrdə müşahidələr
apardıq. Bu yerlərdə son illərdə
ciddi dəyişikliklər baş verib.Məsələn, Sulutəpə,
Xocasən kimi ərazilərdə əvvəllər
asfaltlanmış, normal yol
yox idi. İşə-gücə
gedən sakinlər ayaqqabıları batmasın deyə,
qışın palçıqlı vaxtlarında çəkmə
geyirdilər ki, palçıqdan
çıxandan sonra onu
ayaqqabı ilə əvəzləsinlər. Hazırda isə
bu ərazilərdəki məhəllədaxili
yolların çoxu asfaltlanıb, yol kənarları abadlaşdırılıb.
Xocasəndə Moskva Dövlət Universitetinin Bakı Filialı istifadəyə
verilib. Bu sahədə
abadlaşdırma və quruculuq işləri
daha da artıb. Bununla belə, bu qəsəbələr
yeni məskunlaşdığı və onlarda birdən-birə tikinti
bumu getdiyi üçün təbii ki,
şəhərsalma kriteriyaları baxımından bəzi
çətinliklər hələ də həllini gözləyir.
Həmin yerlərdə yaşayan vətəndaşlarla
onları düşündürən problemlər barədə
söhbətlər apardıq. Onlar üçün həlli vacib
olan məsələləri bu cür ümumiləşdirmək
olar: Evlərin sənədləşdirilməsi,
kommunal xidmət təminatının
gücləndirilməsi, kanalizasiya sisteminin formalaşdırılması, qəsəbələrin
ucqarlarına işləyən ictimai nəqliyyatın
intensivləşdirilməsi.Onu da qeyd edək ki, rayona aid qəsəbələrdən
biri də Rəsulzadə qəsəbəsidir
ki, bu qəsəbə
də son illərdə tamamilə
simasını dəyişməkdədir. Rəsulzadə qəsəbəsi
həm də rayonun inzibati
mərkəzidir. Çünki Binəqədi
Rayon İcra Hakimiyyəti,
Polis İdarəsi, Rayon
Məhkəməsi və digər qurumlar bu qəsəbədə cəmlənib. Qəsəbədə
son illər görülən abadlıq və
quruculuq işləri bura
müasir və xoş
görkəm verib. Burada
kommunal xidmətlər, kanalizasiya
və sair nüanslar
sarıdan heç bir
sıxıntı gözə dəymir. Binəqədi rayonuna aid Binəqədi qəsəbəsi
də yeni sima
qazanır və getdikcə daha çox məskunlaşır. Bu
baxımdan rast gəlinən bəzi şəhərsalma
preoblemlərinin tez bir
zamanda həll olunmasına
çalışılır. Aldığımız məlumata
görə, bu qəsəbədə də
abadlıq işləri aparılır, yollar
asfaltlanır, kommunikasiya sistemləri yenidən
qurulur. Binəqədi rayonunda
yerləşən 4 mikrorayonda da şəhərsalma tədbirləri,
abadlıq, kommunal xidmətlərin standartlara uyğun
qurulması prosesi gedir.
Bu proseslər son zamanlar daha da
sürətlənib və ümumiyyətlə, rayon ərazisində rast gəlinən
bütün problemlər rayon
rəhbərliyinin xüsusi nəzarətindədir.
Bu problemlərin həlli üçün
tədbirlər planı müəyyənləşdirilib və
onun icrasına daimi
diqqət yetirilir. Rayon
İcra Hakimiyyətindən
aldığımız məlumata görə də Binəqədidə
uzun illərdən bəri qalmış həlli
vacib problemlərin hamısı rayon rəhbərliyi tərəfindən diqqətə
götürülüb: “Bu
gün rayonun ən ciddi problemlərindən biri
su və kanalizasiya
sistemlərindəki problemlərdir. Bu
günlərdə artıq Binəqədi qəsəbəsində
su təchizatı və kanalizasiya
sisteminin yenidən qurulmasına
başlanıb”.O da bildirilir
ki, Binəqədi, 28 May,
Xocasən və Biləcəri kimi qəsəbələrin
daha çox yeni yaşayış massivlərində kanalizasiya şəbəkəsi
olmadığı üçün əhali
sıxıntı çəkir. Həmçinin Biləcəri
və Məmməd Əmin Rəsulzadə, eləcə də
7 və 8-ci mikrorayonlarda çoxmənzilli
yaşayış binalarının bir hissəsində
istiliklə təchizatı məsələsi öz
həllini tapmayıb və sair. Bütün bu
çatışmazlıqlar rayon rəhbərliyi
tərəfindən də qeyd edilir və bildirilir ki, onların plana əsasən
aradan qaldırılması nəzərdə tutulur.
Bununla yanaşı, rayonun
yeni yaşayışlar salınan qəsəbələrində
sosial infrastrukturun
gücləndirilməsi, təhsil, səhiyyə və sair yeni sosial
obyektlərin tikintisi həyata keçiriləcək.
İlkin
AĞAYEV
Palitra.-2012.-12 dekabr.-S.12.