«Abşeronun gənc istedadının adı Azərbaycanın “Qızıl Kitabı”na salınıb»

 

«Atabala Manafzadə Serbiyada keçirilən gənc pianoçuların IX beynəlxalq müsabiqəsində, müsabiqə tarixində ilk dəfə olaraq 2 yaş qrupunda müsabiqənin Qran Pri və I dərəcəli mükafata layiq görülüb»

Layihə çərçivəsində müsahibmiz Abşeron rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafovdur: 

- Mədəniyyət və Turizm Şöbəsinin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, rayonda yeni-yeni gənc istedadlar yetişir. Bu istedadların üzə çıxmasında və inkişafında rayonun uşaq musiqi və incəsənət məktəblərinin rolu xüsusi qeyd olunmalıdır. Respublika miqyaslı baxış –müsabiqələrdə, festivallarda bu kollektivlərin, yaradıcı gənclərin və fərdi ifaçıların iştirakı müntəzəm olaraq təmin edilir, onlara hər cür qayğı göstərilir. Belə münasibətin nəticəsidir ki, hər il Sumqayıt şəhərində keçirilən xor kollektivlərinin respublika baxışlarında rayonumuzun uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri müəvəffəqiyyətlə çıxış edirlər. Eyni zamanda qeyd edilməlidir ki, Türkiyə Respublikasının İzmir şəhərində “V Azərbaycan Novruz festivalı” nda iştirak etmək üçün dəvət olunan Xırdalan şəhər uşaq musiqi məktəbinin xalq çalğı alətləri orkestri kiçik heyətdə festivalda müvəffəqiyyətlə çıxış etdiklərinə görə festivalın  I dərəcəli diplomu ilə təltif olunub. 2012-ci ilin mart ayının 29-da  ölkə başçısı adları Azərbaycanın “ Qızıl Kitabı”na salınmaqla musiqi sahəsində gənc istedadların Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülməsi haqqında sərəncam imzalayıb. Fərəhli haldır ki, sərəncamda qeyd olunan gənc istedadların sırasında dəfələrlə respublikanın və beynəlxalq müsabiqələrin iştirakçısı olmuş və müxtəlif mükafatlarla təltif edilmiş Xırdalan şəhər uşaq musiqi məktəbinin fortepiano sinfinin şagirdi Atabala Manafzadə də var. Atabala Manafzadə fevral ayında Serbiya Respublikasında keçirilən gənc pianoçuların IX beynəlxalq müsabiqəsində, müsabiqə tarixində ilk dəfə olaraq 2 yaş qrupunda müsabiqənin Qran Pri və I dərəcəli mükafata layiq görülüb.

- Rayonun gənc istedadları başqa beynəlxalq tədbirlərə qatılırmı?

- Bəli qatılırlar. Məsələn, Belarus Respublikasında keçirilmişArt qorod” adlı 6-cı Beynəlxalq uşaq rəsmləri müsabiqəsində Azərbaycandan olan 300-ə yaxın iştirakçıdan 10 nəfər qalib olub ki, onlardan da 2-si rayonumuzun incəsənət məktəblərinin şagirdləridir. Əlcazairin Tlemsen şəhəri 2011-ci ilin İslam Mədəniyyəti Paytaxtı elan olunmuşdu. Bununla əlaqədar keçirilən festivalda YUNESKO-nun qeyri maddi mədəni irs üzrə reprezrentativ siyahısına daxil olan Azərbaycan muğamı, aşıq, xalçaçılıq sənəti, habelə Novruz bayramı ilə bağlı eksponatlar Tlemsen şəhərinin İncəsənət və tarix muzeyində keçirilən sərgidə nümayiş etdirilib. Abşeron rayon Mədəniyyət EvininAbşeron” aşıqlar qrupu Tlemsen şəhərində olubgeniş konsert proqram ilə çıxış edib. Nümayəndə heyəti festival proqramına uyğun olaraq Tlemsen şəhərinin qədim və tarixi yerlərinə ekskursiya edib, yerli KİV- də Azərbaycan aşıq sənətinin tariximilli dəyərləri mövzusunda çıxış ediblər. Görkəmli yazıçı və şəxsiyyətlərin yubileyləri münasibəti ilə keçirilən tədbirlərdən Xalq şairi Nəbi Xəzrinin 85 illik yubileyi, Xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi, şair Hafiz Baxışın-80 illik yubileyleri ədəbi-bədii gecə formasında keçirilib və tamaşıçıların böyük marağına səbəb olub. Beynəlxalq Ailə Günü münasibətilə “Anam mənim dünyamdır” , “Ailəm xəzinəm” adlı mövzu gecələri mütəmadi olaraq keçirilib.

- Tarixi abidələrin qorunması işi necə təşkil edilir?

- Rayon ərazisində orta əsrlər üçün mədəni həyat tərzinin göstəricisi olan ictimai hamamların bir neçəsi qorunub saxlanılıb.  O cümlədən, XIX əsrdə Qobuda Hacı Kazım tərəfindən, Xırdalanda Məşədi İmam Baxış tərəfindən inşa edilmiş hamamların tikililəri qalmaqdadır.  Qədim Abşeron kəndlərində su ilə təminatda çox mühüm rol oynamış övdanlar Güzdək və Xırdalan yaşayış məntəqələrinin ərazisində indiyədək qalmaqdadır. Rayonun ərazisində digər tarixi abidələr, o cümlədən, Fatmayıda, Digahda, Masazırda, Hökməlidə və Sarayda XIII-XVIII əsrlərə aid türbələrin və s. qalıqları mövcuddur. Güzdək qəsəbəsi ərazisində XIX əsrə aid dörd ədəd "Dəvəlik" adlanan təsərrüfat tikilisi mövcuddur. Teymur Həmidova, Məlik və Məmməd Rzayevlərə məxsus həmin tikililər təsərrüfat məqsədilə istifadə olunmasa da qorunub saxlanılır. XIX əsrdə Görədildə həmin kəndin sakini Hacı Qurbanın tikdirdiyi Əbdürrəhman məscidi, Digahlı Mir Qohum ağanın tikdirdiyi məscid, XVIII əsrdə Xırdalan kənd icması tərəfindən tikilmiş məscid, Məmmədlidə XVIII əsrdə Qaradağlılar nəsli tərəfindən inşa edilmiş məscid, XIX əsrdə Məmmədli kəndində Şahsevənlər tərəfindən tikilmiş məscid, Novxanıda XIX əsrdə Hacı Səfəralının ibadət və dini tədris məqsədilə tikilmiş məscid-mədrəsə, həmin kənddə XVII əsrdə Şahsultan Hüseyn adlı şəxs tərəfindən tikilmiş məscid, Fatmayıda XIX əsrdə tikilərək kənd ağsaqqalı Əlbattinin adı verilmiş məscid, XVII əsrdə tikilmiş Hacı Heybət məscidi, XVIII əsrdə tikilmiş Salam məscidi, Saray kəndindəki XIX əsrə aid Hacı bədəl məscidi mövcuddur ki, bunların da əksəriyyəti son onillikdə bərpa olunaraq əhaliyə xidmət edir.

- Rayonun mədəniyyət müəssisələrinin vəziyyəti necədir?

- Mədəniyyət müəssisələrinin müntəzəm olaraq maddi-texniki bazasının möhkəmləndirilməsi və təmir-tikinti, abadlıq sahəsində bir sıra işlərin  görülməsi diqqət mərkəzindədir. Abşeronda yenimüasir mədəniyyət müəssisələri tikilib və şəbəkədə fəaliyyət göstərən bir neçəsi isə əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib. Belə ki, Xırdalan şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkı əsaslı təmir olunub. Parkın mərkəzində ulu öndər Heydər Əliyevin abidə kompleksi ucaldılıb və Heydər Əliyev Mərkəzi tikilib istifadəyə verilib və hazırda mərkəz üçün yeni bina inşa edilir. Eyni zamanda, Tarix-Diyarşünaslıq Muzeyininrayon Mədəniyyət Evinin binaları müasir tələblərə uyğun əsaslı təmir edilib. Kənd və qəsəbələrdə də bu istiqamətdə işlər görülür. Fatmayı kəndində yeni klubkitabxana binası, Ceyranbatan qəsəbəsində Mədəniyyət Mərkəzi tikilib. Müəssisələr inventar və avadanlıqlarla, texniki vasitələrlə təmin olunub və əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərilməsi üçün bütün şərait yaradılıb.      Rayon ərazisindəki bir neçə tarix və mədəniyyət abidələrində əsaslı təmir və bərpa işləri aparılıb. Belə ki, Xırdalan şəhərində XIX əsrə aid Məşədi İmamabaxış hamamı, Novxanı, Görədil, Fatmayı kəndlərində XVII-XIX əsrlərə aid məscidlər xeyriyyəçi sakinlər tərəfindən əsaslı bərpa olunub və hazırda həmin abidələr təyinatı üzrə sakinlər tərəfindən istifadə olunur. Ölkəmizin hərtərəfli inkişafı, əhalinin sosial rifah halının yüksəlməsi mədəniyyət işçilərinin də qarşısına yeni-yeni vəzifələr qoyurbiz mədəniyyət işçiləri bu inkişafdan qalmamağı, zamanla ayaqlaşmağı, işimizi daim günün tələbləri səviyyəsində qurmağa çalışacağıq. 

 

Anar Miriyev 

Palitra.-2012.-12 dekabr.-S.13.