Kinomuzda ciddi kadr çatışmazlığı var

 

 Prodüser Fehruz Şamıyev: “Kino sahəsində ciddi layihələr ols da, bu işin təbliğat mexanizmi səhv qurulub

Layihə çərçivəsində müsahibimiz “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri, prodüser Fehruz Şamıyevdir:

-  “Cinema”  Mərkəzinin son layihəsi Bakı Film İnstitutu və onun tərkibində kino sahəsi ilə bağlı kursların açılışıdır. Bakı Film İnstitutunun yaranma səbəbləri ilə bağlı nə deyə bilərsiniz?

- Məqsəd yüksək səviyyəli peşəkarların yetişdirilməsidir. Bu gün kinematoqrafiyanın Azərbaycandakı vəziyyəti haqda söz demək çox çətindir. Ötən il mətbuatda bu haqda məndən soruşanda, bildirirdim ki, böyük işlər başlayıb və bunlar göz qabağındadır. Amma  indi bu fikri bir az yumşaltmaq lazımdır. Kino sahəsində müəyyən işlər görülsə də, bundan  ictimaiyyətin xəbəri olmur. Mənə  belə gəlir ki, ötən iki ildə görülən işlər böyük və kiçikliyindən asılı olmayaraq daha çox təbliğ olunurdu. İndi  isə demək olar ki, ciddi layihələr gözə dəymir. Düşünürəm ki, ciddi layihələr davam edir, sadəcə bu işin təbliğat mexanizmi səhv qurulub. Kino çəkən insanlara elə gəlir ki, onlar həm də yaxşı təbliğ etməyi, reklamı bilirlər. Bu belə deyil. Dünya təcrübəsində də belədir ki, filmin istehsalçısı bir, reklamı ilə məşğul olan şirkət isə başqası olur. Hələ üstəlik filmin yayım- distribusiya işini isə tamamən başqa şirkət öz üzərinə götürür. Çox heyif ki, bu məsələyə bizdə hələ də barmaqarası baxılır. Əlavə edim ki, bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi maraqlı layihələr hazırlamışdı və hazırda milli filmlərin xarici festivallara göndərilməsi müstəqil şirkətlərdən birinə həvalə olunub. Amma  bu məsələnin az  bir  hissəsidir.  Cinema  olaraq, belə düşünürük ki, bu problem ilk növbədə prodüser institutunun inkişaf etməməsi və bəzi kino prodüserlərin öz işlərinə biganə yanaşmalarının nəticəsidir. Yəni, bu problem üzündən filmlərimiz nə yerli, nə də xarici bazara çıxa bilmir. Məhz bu boşluğu aradan qaldırmaq üçün bu layihəni hazırladıq. İlk buraxılışımız kinoprodüserlər oldu.

-Kurslarda təhsil prosesi necə qurulub? 

- Təhsil ödənişlidir bu o deməkdir ki, bu kurslara qatılan şəxs verdiyi pulun qarşılığı olaraq keyfiyyətli təhsil görmək istəyir. Üstəlik, həmin şəxs öz layihələrini həyata keçirməyin yollarını öyrənmək istəyir. Düşünürəm ki, BFİ Azərbaycan kinosunun inkişafında, gənclərin kinoya cəlb olunmasında ən böyük layihələrdən biridir. Bizim kurslara təkcə Mədəniyyət İncəsənət Universitetini bitirmiş şəxslər deyil, incəsənətdən kənar olan,  amma menecer, prodüser bacarığı olan şəxslər müraciət edir. Bizim  kurslarda yerli xarici mütəxəssislər dərs deyir. Adətən, bizdə bütün sahələrdə yerli mütəxəssislərə şübhə ilə yanaşırlar. Amma məsələ budur ki, xarici mütəxəssislərin  hərəsinin öz proqramı olur onlar asanlıqla bu proqlamlardan mühazirə oxuyurlar. Biz düşünürük ki, bu kurslarda yerli mütəxəssislərin olması vacibdir, çünki onlar ölkədə baş verən proseslərdən xəbərdardırlar. Deməli, onlar bu problemin  həllini başqalarından yaxşı bilirlər. Buna görə biz onlara üstünlük  verəcəyik. Ötən kursda Avropa Kino AkademiyasınınƏn yaxşı kinoprodüsermükafatını almış, çox maraqlı filmlərə prodüserlik edən  Zeynəb Özbatur Atakanın master-klassları oldu. Zeynəb xanım birbaşa olaraq “Cinema” mərkəzinin dəvəti ilə Bakıya gəlmişdi. Ondan başqa bu sahəni bilən insanlara da məlumdur ki, kinoda menecerlərə böyük ehtiyac var. Kinomuzun  ən böyük problemlərindən biri kinoya menecerlərin, iqtisadçıların, reklamçıların yaxın buraxılmamasıdır. Mənə  belə gəlir ki,  kinoda rəqabət  lazımdır   bu rəqabət təkcə rejissorlardan yox, menecerlərdən, reklamçılardan asılıdır. Bu baxımdan BFİ-nin kurslarında isə təkcə kino xadimləri dərs demir. Biz  mütəmadi olaraq  reklamçıları, marketoloqları dəvət edirik. Əlavə edim ki,  BFİ- kinorejissor kursları da fəaliyyətə başlayıb. Burada sənəd vermiş şəxsləri beynəlxalq təcrübədə olduğu kimi kurs rəhbəri özü seçir. Bir qrupda 10 nəfər tələbə təhsil alacaq. Yaxın gələcəkdə montaj, operator kursları da elan ediləcək. 

  -Son illərdə Azərbaycan kinosunu, onun problemlərini, istehsalatın  özünü araşdıranda hansı nəticələrə gəlmək olar?

- Kinomuzda ciddi kadr çatışmazlığı var. Ölkəmizdə son 5 il ərzində 30-a qədər film çəkilib, amma onları tamaşaçılar görmür. Kinodan başı çıxan hər kəs bilir ki, son  illər ölkədə çəkilən filmlərin heç birini yaymaq olmur. Kinoteatrların vəziyyəti məlumdur, düzdür, “Nizamikinoteatrının açılışı olub oradakı zalların birində son illər çəkilmiş Azərbaycan filmləri nümayiş olunur. Bundan başqa, respublikanın bir sıra bölgələrində-İmişlidə, Qəbələdə, Şəkidə s. müasir tələblərə uyğun kinoteatrlar istifadəyə verilib.  Deməli,  işləmək  zamanı gəlib. Bizdə isə çəkilən filmlər neçə ildir rəflərdə yığılıb qalır. Bu filmlərin nümayişində, onların xarici bazara çıxmasında eləcə başqa dövlətlərlə müştərək layihələrin hazırlanmasında prodüser çox vacib faktordur. Hamı bilməlidir ki, kinoprodüser filmin sahibidir. O, filmin ideya yaranan anından başlayaraq son anına qədər hər şeylə maraqlanan, narahat olan bir insandır. Film hazır olandan sonra  isə onun yerli xarici bazarda yayılmasına, reklam olunmasına çalışır. Prodüser  istehsalçı olmaqla yanaşı, reklamçıları da, distrübütorları da tanımalıdır. Bizim verdiyimiz üç aylıq təhsil prodüser institutunun yaranması üçün baza rolunu oynaya bilər. Belə ki, məhz bu kurslar sayəsində Azərbaycanda kinoprodüser məktəbinin əsası qoyulacaq kadr çatışmazlığı qismən olsa, aradan qaldırılacaq. Tələbələrimiz  isə müxtəlif ixtisaslara sahib insanlar idi. Onların arasında Mədəniyyət İncəsənət Universitetlərində kinoşünas, kino rejissor təhsili alan tələbələrlə yanaşı,  orada dərs deyən müəlim, eləcə   neft şirkətinin işçisi, Londonda kino televiziya üzrə nəzəri magistr təhsili alan şəxs, iqtisadçılar da var.

- Biz İran Türkiyə kino təcrübəsindən istifadə etməliyikmi? Bu iki ölkənin kino modelindən Azərbaycana uyğun hansıdır?

-Deyirik ki, dünyaya öz mədəniyyətimizlə çıxmalıyıq. Deməli, birinci növbədə həmin mədəniyyəti yaxşı bilən ssenarist olmalıdır. Bu, İran kinosunda da, türk kinosunda da belədir. Misalları ona görə onlardan gətirdim ki, mədəniyyət olaraq həm bizə yaxındırlar, həm də 1990-dan 2005-ci ilə kimi İran kinosu dünyaya yaxşı mənada meydan oxuyub. 2003-cü ildən sonra Türkiyə kinematoqrafiyası Avropanı heyrətləndirməyə başlayıb. Hər iki ölkənin filmlərində milli adət-ənənələri və düşüncəni görmək mümkündür. Onların mədəniyyəti də bizim mədəniyyətlə demək olar ki, eynidir. Bu bizə imkan verir ki, onların kino ənənənlərindən yararlanaq. Qeyd edim ki, İran kinematoqrafiyası azbüdcəli filmlərə daha çox üstünlük verir. Hazırda bizdə bir filmə 1,5 milyon dollar vəsait ayrılırsa, İranda orta səviyyəli bir film 500 min dollara çəkilir. Maraqlıdır ki, filmlər dramaturgiya, estetika, rejissor yozumu baxımından bizimkilərdən üstündür. Deməli, bizdə çatışmayan çox məsələlər var. Biz, ümumiyyətlə, səmimi millət deyilik. Buna görə qonşunun hasarının kərpicini sayıb öz hasarımızı ondan bir kərpic yuxarı etmək istəyirik və ya qonşunun maşınına baxıb ondan daha yaxşısını almaq istəyirik. Bizdə insanlar ürəklərinin səsi ilə yox, kənarda gördükləri ilə işlərini reallaşdırırlar. Filmlərimizdə yaşadığımız həyat əvəzinə süni fəlsəfələri,  guya qlobal məsələləri önə çəkirik. Halbuki, “Bizim Cəbiş müəllim”, “Şərikli çörək” rejissorun yaşadığı həyat, eşitdiyi, gördüyü hadisələr əsasında çəkilib. Əgər rejissor kənddə doğulubo mədəniyyəti bilirsə, deməli, oranın hadisəsini ekranlaşdırmalıdır. Məsələn, gürcü filmlərini götürək. Onlar öz qəhrəmanlarını gülməli situasiyaya salmaqdan çəkinmirlər. Amma bizdə isə mütləq filmin qəhrəmanı əlini çənəsinə dayayıb filosof pozası almalıdır. Hətta  bu  qəhrəman adi  dəyirmançı olsa belə.

-“Cinema” hələlik bir film istehsal edib. Davamı olacaqmı? 

- Biz 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” kino müsabiqəsində qalib gəldik. Yəni bizim layihə 55 layihə arasından seçilmiş 3 qalibdən biri oldu  şərtlərə əsasən də nazirlik bu üç layihəyə vəsait ayırdı. Çəkdiyimiz “Yol” bədii filminin quruluşçu  rejissoruprodüseri mənəm. Nazirliyin xətti ilə qalib gəlmiş 3 film Beynəlxalq Muğam  Mərkəzində tamaşaçılara təqdim olundu. Filmi izləyənlərin bildirdiyinə görə, Qarabağ probleminə  fərqli bir yanaşma var bu filmdə. Hazırda bir neçə qısa bədii  film layihəmiz də var, sadəcə maliyyə axtarırıq. Sənədli  film layihəmizi isə başqa studiyalardan biri bəyənib.

- Bildiyimizə görə ermənilər sizin çəkdiyiniz filmə oxşar film də istehsal ediblər.

- Bizim filmin ssenarisi  hekayədən və ermənilərin çəkdikləri filmdən fərqlidir. Bizim filmlə cəmiyyətə ünvanlanan mesajımız başqadır. Biz Elçin Hüseynbəyli ilə məsləhətləşdik, onun razılığından sonra kiçik, mobil komandamız əsəri ssenariləşdirməyə başladı. Bir neçə əlavə hadisə artırdıq, obrazların xarakterlərində müəyyən düzəlişlər etdik və nəhayət, alındı. Dəyişikliyə Elçin Hüseynbəylinin də etirazı olmadı. Təbii ki, Elçin Hüseynbəylinin də, ssenari ilə bağlı bəzi məsləhətləri oldu. Bizim filmin belə bir şüarı var: “Doğulduğun yerdə ölməlisən”. Filmin verdiyi əsas mesaj budur. Yəni, hekayədə və ermənilərin filmlərində “sülh ağacı” bizdə başqa mesajla əvəzlənib.  Biz bu filmlə Azərbaycan vətəndaşına hər dəfə xatırlatmaq istəyirik ki, “Sənin orda torpaqların var”. Hamımız bunu düşünməliyik, bilməliyik ki, bizim orda torpağımız var. Qarabağ bizim hamımızın taleyindən keçir.

 

Nigar Abdullayeva

Palitra.-2012.-12 dekabr.-S.11.