İmkan yaradırıq ki, nəşriyyatlarımız dünya səviyyəsinə, beynəlxalq tədbirlərə çıxışlarını asanlaşdırsınlar”

 

Vaqif Quliyev: “Bu isə onların fəaliyyətlərinin daha intensiv və keyfiyyətli olmasına, səmərə gətirməsinə imkan yaratmış olur”

Layihə çərçivəsində müsahibimiz Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevdir. Vaqif müəllim bizimlə budəfəki söhbətində kitab nəşri, nəşriyyatların fəaliyyəti və onların fəaliyyətinin stimullaşdırılması ilə bağlı fikirlərini bildirdi.

-          Vaqif müəllim, bu yaxınlarda keçirilməsi planlaşdırılan  III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası barəsində fikirlərinizi bildirərdiniz.

-         Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində kitab nəşrinin təşviq edilməsi, dəstəklənməsi və həvəsləndirilməsinə böyük diqqət və qayğı var. Bu, nazirliyin fəaliyyətində əsas məqamlardan biridir. Nazirliyin xətti ilə iki dəfə  - I və II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib. Hazırda isə III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirilməsi ilə bağlı hazırlıqlar aparılır. Bu dəfə də dünyanın hardasa 60-70-dən çox ölkəsindən  burada nümayəndə iştirak edəcək. Ümumiyyətlə, budəfəki sərgi-yarmarka ilə bağlı hərtərəfli hazırlıqlar gedir. Həm də özümüz iştitak etdiyimiz beynəlxalq sərgi və tədbirlərdə bu keçirəcəyimiz beynəlxalq sərgi-yarmarka barəsində ətraflı informasiyalar vermişikxarici ölkələrin nümayəndələrini bu tədbirə dəvət etmişik. Buna arxayınıq ki, çoxlu sayda beynəlxalq iştirakçı sərgimizdə iştirak edəcək və bu tədbirimiz də çox mühüm, maraqlı və ölkə ictimaiyyəti, mədəniyyətimizin, kitablarımızın tanıdılması üçün önəmli olacaq. Bu tədbirlə bərabər Avropa milli kitabxanalarının rəhbərləri də burada görüşəcək, bir araya gələcək. Belə bir təşəbbüs Mirzə Fətəli Axundov adına Milli Kitabxanabizim tərəfimizdən qaldırıldı. Hansı ölkələrdən bura milli kitabxanaların nümayəndələri gələcəklərsə, onlar sərgi-yarmarkada öz milli ekspozisiyaları ilə çıxış edəcəklər. Bütün bu kimi tədbirlər də göstərir ki, sözügedən sərgiyə hazırlıq yüksək səviyyədə gedir. Bundan başqa nazirlik Azərbaycanda fəaliyyət göstərən nəşriyyatlara da özünün layihələrini sifariş edir. Məsələn, Sabirin, Hüseyn Cavidin, Xəlil Rzanın əsərlərindən ibarət kitabların nəşri bu sırada qeyd edilə bilər.

-         Bu kitablar hansı prinsiplərlə nəşr olunur? Yəni hansı nəşriyyatlar bunları nəşr edir?

-         Biz ədəbiyyat nümayəndələrimizin əsərlərindən ibarət kitabların çapı ilə bağlı tender elan edirik nəşriyyatlar da tender əsasında seçilərək bu kitabları çap edirlər. Amma özümüz kitabların həm dizaynına, həm yüksək keyfiyyətli olmasına nəzarət həyata keçiririk. Eyni zamanda bu cür kitabların vaxtında nəşr olunmasına kömək edirik. Sərgi zamanı yerlər nəşriyyatlarımıza pulsuz, ödənişsiz verilir. Tədbir müddətində onlar həm kitabları nümayiş etdirirlər, həm oxucularla təmasda olurlar, həm kitablarını sata bilirlər. Tədbir keçirilən 3 gün ərzində onlar kitablarını əməlli-başlı satmaq imkanı qazanmış olurlar. Bu nəşriyyatlarımızı stimullaşdırmaq üçün sərgidə onlar üçün yaratdığımız şəraitin bir növüdür. Bundan başqa biz dünyanın beynəlxalq sərgilərində iştirak edəndə nəşriyyatlarımıza da dəvət göndəririk ki, bizimlə bir yerdə həmin beynəlxalq sərgilərdə iştiraik etsinlər. Bu, həm təcrübə qazanmaq, həm xarici qurumlarla əlaqə qutmaq, həm tanınmaq baxımından çox sərfəlidir. Biz bu baxımdan onların yüklərinin xaricə daşınması, xarici sərgilərdə onlara ödənişsiz stendlərin verilməsinə qədər təşkil edirik. Bu kimi güzəştlər təyin edirik ki, nəşriyyatlarımız dünya səviyyəsinə, beynəlxalq tədbirlərə çıxışlarını asanlaşdırsınlar. Bu isə onların fəaliyyətlərinin daha intensiv keyfiyyətli olmasına, səmərə gətirməsinə imkan yaratmış olur. Bu cür beynəlxalq tədbirlərdə nəşriyyatlarımız, eyni zamanda, xarici müəlliflərlə tanışlıq, onların kitablarını çap etmək imkanı da qazana bilər. Bu cür tədbirlər kitabın dəstəklənməsinin nümunəsidir. İkinci bir tərəfdən bizim nazirliyin müdafiə etdiyi, Azərbaycan mədəniyyət siyasətinə uyğun nəşr etmək istədiyimiz kitabların çapını da nəşriyyatlarımıza həvalə edirik. Bu cür dəstək növü iqtisadi baxımdan nəşriyyatların xeyrinədir. On-iyirmi il bundan öncə elə bilirdik ki, sovet dağılıb, daha nəşriyyatların tənəzzülü dönməzdir, onlar bir daha üzə çıxmayacaqlar.  Amma dövlətin kitabın, nəşriyyatların dirçəldilməsi ilə bağlı siyasəti öz bəhrəsini verməkdədir.  Sovet dönəmində Azərbaycanda uzaqbaşı 4-5 nəşriyyatın adını çəkə bilərdik. O dövrdə nəşriyyatlarımızın sayı barmaqla sayıla biləcək qədər idi. Doğrudur, onların çap etdiklri kitabılar dövlət tərəfindən maliyyələşirdi tir5ajları da çox olurdu. Amma indi biz sərgi təşkil edəndə nəşriyyat işi ilə məşğul olan yüzdən çox nəşriyyatın olduğunu görürük. Bunların əksəriyyəti ən azı 20-30 adda kitab buraxır. Bu cür faktlar da göstərir ki, Azərbaycan dövlətinin, Mədəniyyət Turizm Nazierliyinin bu sahəyə diqqəti dəstəyi böyükdür bu dəstək getdikcə artır. Bu isə öz növbəsində nəşriyyatların daha da dirçəlməsinə, fəaliyyətlərini gücləndirməsinə səbəb olur. Kitab sahəsinə diqqət öz nəticələrini bəhrələrini verir. Bu sahədə ciddi göstəricilər irəliləyişlər var. Biz artıq lider nəşrtiyyatlardan danışa bilərik.  Şərq-Qərbnəşriyyatı, “Təhsilnəşriyyatı, “Adiloğlunəşriyyatı,  Azpoliqrafnəşriyyatı, “Çaşıoğlunəşriyyatı sairlərinin adlarını çəkmək mümkündür. Bir sıra qurumların öz güclü poliqrafik qurumları nəşrləri var ki, onlar dünyada belə, məşhurdur. Məsələn, Heydər Əliyev Fondunun nəşrləri həm poliqrafik keyfiyyəti, həm məzmunu ilə çox yüksək göstəricilərə malikdir. Ona görə həmin nəşr kitabların əvəzi yoxdur. Məsələn, biz sərgilərdə görürük ki, digər nəşriyyatlar da öz ekspozisiyalarında bu nəşrləri nümayiş etdirirlər. Bir qayda olaraq biz hansı xarici tədbirlərdə sərgilərdə oluruqsa, Heydər Əliyev Fondunun nəşrləri nümunəvi bir şəkildə həmin sərgi tədbirlərdə təmsil olunur. Onlar Azərbaycan mədəniyyəti, Azərbaycanda elmin, təhsilin, mədəniyyətin inkişaf səviyyəsi haqqında çox doğru, dolğun məlumatlar verir. Buna görə bu cür kitablar Azərbaycan mədəniyyətinin xarici ölkələrdə dairələrdə təbliğatı baxımından misilsiz rol oynayır. Dəfələrlə şahidi olmuşuq ki, bir çox hallarda Azərbaycanla bağlı xaricilərə dolğun informasiya vermək lazım gələndə bir belə kitab da olsa, çox kara gəlmiş olur. Çünki bu cür kitablar mədəniyyətimizin təbliği baxımından çox üstün keyfiyyətə malikdir. Bu cür kitablar eyni zamanda, Azərbaycanda poliqrafiyanın, kitab çapının da çox yüksək səviyyədə olduğundan xəbər verir.   Bundan başqa, “XalqBankdeyilən bir təşkilat var. Bu təşkilatXalq əmanətilayihəsi adlı bir layihə həyata keçirməyə başlayıblar. Onlar artıq yeddi adda bu cür kitab çap ediblər. Onlar həm korifey rəssamlarımıza aid, həm ədiblərimizlə bağlı keyfiyyətli kitablar çap etməyə başlayıblar. Onu da qeyd edim ki, iştirak etdiyimiz sonuncu İstanbul beynəlxalq kitab sərgisində bu kitabları da nümayiş etdirdik. Bu kitablarımız da sərgi iştirakçıları tərəfindən çox böyük maraqla qarşılandı. Biz əslində bu cür layihələrin hamısını özümüz həvəsləndiririk, stimullaşdırırıq. Bu isə həmin layihələrin dövlət tərəfindən dəstəklənməsinə səbəb olur. Nəticədə bu cür kitab layihələri çox uğurla alınır. Bütün bunlar Azərbaycan kitabının inkişafına töhfədir. Eyni zamanda qeyd edim ki, kitabı yaradan müəllifdir. Biz bu cür layihələrə dəstək olmaqla, eyni zamanda müəlliflərimizin, xüsusən müasir müəlliflərimizin ədəbi fəaliyyətinin stimullaşdırılmasına, onların daha da həvəsləndirilməsinə fəaliyyətlərinə  dəstək verilməsinə töhfə vermiş oluruq.

 

 

İlkin AĞAYEV

Palitra.-2012.-18 dekabr.-S.11.