“Hazırda şəbəkələşmiş qəzet köşkləri kimi kitab satışı şəbəkəsi yaratmaq olar

 

Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev: “Hesab edirəm ki, belə təşəbbüslər olsa, dövlət dərhal öz dəstəyini göstərəcək”

Layihə çərçivəsində müsahibimiz Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevdir. Vaqif müəllim bizimlə bu dəfə müasir ədəbi yaradıclıq prosesi, ədiblərimizin stimullaşdırılması və kitab satışı məsələləri barədə danışdı:  

-         Mədəniyyət və Turizm Nazirliyi ədəbiyyatı Azərbaycanın milli sərvətlərinin son dərəcə nəhəng, önəmli bir qolu hesab edir. Ona görə də biz çalşırıq ki, yazıçılarla, şairlərlə, Azərbaycan Yazıçılar Birliyi ilə sıx əlaqədə işləyək. Buna görə də nazirliyin bu sahədə həyata keçirdiyi tədbirlərdə Azərbaycanın yazıçı və şairləri, ədəbiyyat insanları həqiqətən də yaxından iştirak edirlər və bu cür tədbirlərdən bəhrələnirlər. Ümumiyyətlə, biz nazirlik olaraq çalışırıq ki, ədəbiyyat korifeylərimiz, klassiklərimizlə bağlı tədbirlərdə də birinci növbədə, yazıçı və şairlərin səsi daha gur eşidilsin. Həmçinin elm adamlarının – nizamişünasların, nəsimişünasların sözünün bu cür tədbirlərdə gur eşidilməsinə çalışırıq. Yəni sözə peşəkar dəyər verən insanların bu cür tədbirlərdə önə çəkilməsi məqsədəuyğundur. Bununla bəzilərinin diletant ədəbi özfəaliyyətindən qurtulmaq mümkündür. Bizbu prinsipi əsas götürürük. Bu da hər hansı bir sahə ilə bağlı tədbirlərə kompleksbitkin yanaşmanı əks etdirir. Bu müəlliflərlə bağlı bizim “Qızıl kəlmə” ədəbi mükafatı adlı layihəmiz həyata keçirilir. Bu mükafat Azərbaycan səviyyəsində ədəbiyyat sahəsində ən ümdə mükafat sayılır. Bu mükafat vəsaitlərin həcminə görə də ən birincimühüm sayılır. Çünki burada ədəbiyyat üzrə bütün nominasiyalar öz əksini tapıb. Nəsr, poeziya, tənqid-publisistika, tərcümə və sairi bura aid etmək olar. Qeyd edim ki, artıq bu mükafatla bağlı iki dəfə laureatlar elan olunub. Üzümüzə gələn 2013-cü ildə isə bu silsilədən daha bir mükafatlandırma layihəsi həyata keçiriləcək. Bizim ədiblərimizi, bizim şairlərimizi populyarlaşdırmaq, onları cəmiyyətə daha yaxından tanıtmaq və stimullaşdırmaq indiki zamanda daha çox məqsədəuyğundur. Çünki bizdə hələ də bu baxımdan keçid dövrünün stereotipləri var, buna görə də indiki zamanda ədəbiyyat insanları qayğıya ehtiyac duyurlar. Bu prosesdə bir qədər həssas, zərif sahələr daha çox qayğıya ehtiyac duyur. Ona görə də nazirlik çalışır ki, bu məqamla bağlı da boşluqlar yaranmasın, hər şey normal və yaxşı səviyyədə təşkil olunsun.  “Qızıl kəlmə” mükafatının laureatlartı da hamıya, bütün cəmiyyətə məlumdur. Bunlar Azərbaycan ədəbiyyatında say-seçmə insanlardır. Yalnız ona görə yox ki, onların adları cəmiyyətdə tanınır. Həm də ona görə ki, onlar bu gün ədəbi prosesi yaradan insanlardır. Biz bütün parametrlərinə görə laureatların seçilməsini aparırıq.

-          Müsabiqəyə hansı və nə vaxt yazılmış kitablar təqdim olunur?

-         Mükafatla bağlı olaraq iki il ərzində çıxan kitablar təqdim olunmalıdır. Bu kitabların məzmunu da yeni əsərlərdəın ibarət olmalıdır. Bu əsərlərin səviyyəsinə çox ciddi baxılır və qiymət verilir. Bundan başqa bir məqam da var. Belə ki, yazar kitabı yazır, kitab çap edilir. Bəs bundan sonra həmin kitabın taleyiolacaq? Bu barədə tədbirlər görmək də bizim şöbəmizin əsas işlərindən birini təşkil edir. Siz bilirsiniz ki, sovet dövründə indiki kimi yaraşıqlı, hündür binalar olmasa da, demək olar ki, hər binanın altında bir kitab mağazası fəaliyyət göstərirdi. Yəni o dövrdə həqiqətən də kitab mağazası bolluğu vardı. Bir kitab dükanından çıxıb rahatca o birinə girirdin, kitab çeşidi ilə bağlı seçim edirdin. Bundan başqa o vaxt kitabların qiyməti də çox münasib idi. 15 qəpiyə, uzaqbaşı 80 qəpiyə, 1 manata yaxşı kitablar almaq olurdu. Yəni ən bahalı kitablar sovet dövründə bir manata satılırdı. Amma həmin mağazalar indiki dövrün tələblərinə uyğun çətin ki fəaliyyətini normal qaydada davam etdirə biləydi. Orası da doğrudur ki, hazırda tək-tük də olsa, bu cür özəl mağazalar fəaliyyət göstərməyə başlayıb. Amma sayları kifayət qədər deyil. Məsələn, Ədəbiyyat Muzeyinin altında çox gözəl bir kitab mağazası var. Həvəsli oxucu üçün bu kitabxanada hər cür kitablar var. Ən çətin tapılan kitab ola bilsin ki, orda yox, Milli Kitabxanada tapılsın. Amma müasir dünyanın nəşri və poeziyasına aid bütün əsas kitablar o mağazada satılır. Həmçinin Prezident Kitabxanasının nəzdində bir kitab mağazası var ki, orada çox qiymətli kitablar var. “Əli və Nino” sərbəst kitab satışı şəbəkəsinə daxil olan mağazalarda da qiymətli və çeşidli kitablar  satıldığını görmək olar. Bir neçə başqa misal da çəkmək mümkündür. Yəni demək istədiyim budur ki, bu sahə də dirilir. Kitab satışı dirçəlmək üzrədir. Amma kitab satışının əvvəllərdə olduğu kimi kütləvi olmasına bir şeymane olur. Belə ki, hazırda sürətli internet var. Elektron mütaliə inkişaf edib. Mətbəədə çap olunan kitabların oxunması artıq ikinci plana keçib. İnsanlar elektron kitablara daha çox meyil göstərirlər. Xüsusən gənc nəsil elektron mütaliəyə daha çox üstünlük verir. Bu da zamanın tələbi ilə bağlıdır. Hər halda, bu cür hallar kitab satışının daha da kütləviləşməsinin qarşısını alır. Amma buna baxmayaraq, kitab satışı sahəsi respublika səviyyəsində yenidən canlandırılmalı qənaətbəxş səviyyəyə gətirilməlidir. Bu məsələ həm müvafiq qurumların, həm bütövlükdə cəmiyyətin özünə aid olan məsələdir. Bu məsələdə özümüzə tənqidi yanaşmalıyıq. Bu baxımdan kitab satışı ilə məşğul olan sahibkarlara da çağırış edirəm ki, kitab satışının daha da kütləviləşməsində təşəbbüslər yeni ideyalarla çıxış etsinlər. Müəyyən ideyalarla çıxış etmək olar. Məsələn, hazırda şəbəkələşmiş qəzet köşkləri kimi kitab satışı şəbəkəsi, şəbəkələşmiş köşklər yaratmaq olar. Bu cür kitab şəbəkələrinin davamlı olması üçün onları bir neçə mənbədən əlaqələndirilmiş bir şəkildə kitabla təmin etmək olar. Bu, çox vacib bir məsələdir. Onu da deyim ki, bu məsələyəkitab mədəniyyət hadisəsidirprinsipi ilə yanaşıb, işin başına bir ədəbiyyat insanını gətirməklə bir nailiyyət əldə etmək olmaz. Bu işin başına əslində yaxşı biznes təfəkkürü olan, bu sahəni yaxşı bilən peşəkar satışçılar cəlb olunmalıdır. Mən belə hesab edirəm kii, belə təşəbbüslər olsa, dövlət dərhal öz dəstəyini göstərəcək. Əgər məktəb kitabxanalarını saymasaq, respublikada uzaqbaşı 10 min kitabxana var. Əvvəllər kitabxanaalrın sayı 12 min civarında idi, amma sonradan bir çox filiallar birləşdirildikdən sonra onların sayı azala bilər. Beləliklə, hazırda təxminən 10 min kitabxananın 3500-4000-i Mədəniyyət Turizm Nazirliyinə bağlı olan kitabxanalardır. Bəlkə həmin kitabxanalara satış şöbəsi yaratmaqla bağlı ixtiyar verilə bilər. Əslində  bu cür tədbir həyata keçirməklə biz bəlkə ölkədə əlavə 8-10 min kitab satışı mərkəzi qazanmış olarıq. Bu əslində təşəbbüslər təşkilati baxımdan baş verməlidir. Bizim sovet dövründən qalma bir qurum varRespublika Kitabxana Kollektoru. Bu qurum kitabları kitabxanalara paylamaqla məşğuldur. Hər il nazirlik adından kitabxanalara bu vasitə ilə 70-80 adda kitablar hədiyyə edilir. Bu kitabların hamısını həmin o kollektor yerləşdirir. Eyni zamanda da kitabxana texnikası da kitabxanalara verilir. Az miqdarda digər nəşriyyatlardan oxunaqlı kitabları alaraq, onları da kitabxanalara bu qurum təklif edir. Bu təcrübəni yeniləməklə kitab satışını genişləndirmək olar. Düşünürəm ki, kitabların qiymətini, qədrini eləcə satışını kitabxana sistemində çalışanlardan yaxşı bilən olmaz.      

 

İlkin AĞAYEV   

Palitra.-2012.-19 dekabr.-S.11.