“Təbriz məktəbi istisna
olmaqla, bütün məktəblərin
xalçalarını eyni dərəcədə
toxuyuruq”
Əlisəfa
Nuriyev: “İndi xalça istehsalı ilə məşğul olan müəssisələrin hamısı iddia edir ki,
guya onlar istehsal prosesində təbii boyadan
istifadə edirlər. Əgər hamı təbii boyadan bu qədər məhsul
istehsal etsə, hesab edin ki, Azərbaycanda bitki qalmaz”
Layihə çərçivəsində
müsahibimiz “Azərxalça” Elmi Yaradıcılıq
İstehsalat Birliyinin rəhbəri Əlisəfa Nuriyevdir:
- Azərbaycan milli mədəniyyət tarixində Xalq Tətbiqi sənətinin müxtəlif sahələri, o cümlədən dulusçuluq, misgərlik, zərgərlik, xalçaçılıq və sairləri geniş yayılaraq ölkəmizə şan-şöhrət gətirib. Lakin xalça sənəti tətbiqi sənət növlərinin ən çox diqqət tələb edən sahəsidir. Ölkəmizdə Xalq Tətbiqi sənətinə, xüsusilə də əl xalçaçılığına istər xalqımız, istərsə də hakimiyyət dairələrində xüsusi qayğı mövcuddur. Məhz bu səbəbdən də Milli Məclis tərəfindən 7 dekabr 2004-cü il tarixdə “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib və Prezidentimizin 7 fevral 2005-ci il tarixli Fərmanı qüvvəyə minib. Dünyada ilk dəfə olaraq professor Lətif Kərimovun təşəbbüsü ilə məhz Azərbaycanda Xalça Muzeyi (L. Kərimovun adını daşıyır) yaradılıb. Hazırda Milli Parkın ən görkəmli yerində Lətif Kərimov adına Xalça Muzeyinin yeni binası inşa edilir. “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinə gəldikdə isə xalça sahəsini koordinasiya etmək, onu dövlətin nəzarəti altında saxlamaq məqsədilə bu qurum ilk öncə 1927-ci ildə artel kimi, 1980-ci illərdən “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi kimi fəaliyyət göstərməyə başlayıb. 1995-ci ildən etibarən xalq rəssamı Kamil Əliyevin rəhbərliyi altında “Azərxariciticarət” Birliyinin vasitəsilə birlik öz məhsullarının satışını müstəqil olaraq xarici bazara çıxardı. Artıq 1998-ci ildə Dünya Ticarət Liderləri Klubu tərəfindən ilk dəfə olaraq İsveçrədə “Ən yaxşı ticarət markası” və Amerikada yüksək keyfiyyətə görə “Qızıl Amerika” nişanına layiq görüldü.
- Biz xalçalarımızı
dünyada yetərincə təbliğ edə bilirikmi?
- Bilirsinizmi, bizim milli sərvətlərimiz çoxdur, lakin onların içərisində xalqımızı dünyada tərənnüm edən sərvətlərimizdən bəlkə də ən önəmlilərindən biri əl olsa da belə, bütövlükdə xalqımızın adına şərəf və üzağlığı gətirir, onun qədim mədəniyyətə malik olduğunu sübuta yetirir. Xalçalar üzərində yaradılmış gözəllik dünyası xalqımıza–tariximizə, mədəniyyətimizə və ümumilikdə bütün problemlərimizə laqeyd olan buz qəlbləri əridərək siyasətdə də, xalqlar arasında da dostluğa körpü salır. Bəli, biz dünyada xalçalarımızı gözəl təbliğ etmişik. Elə Azərbaycan xalçalarının YUNESKO-nun Qeyri-Maddi, mənəvi İrs Siyahısına daxil edilməsi çox böyük uğurdur. Lakin bütün görülən işlərin gələcəkdə daha da geniş diapazonda davam etdirilməsi gənc nəslin üzərinə düşür. Belə ki, xalçalarımızın dünyaya yayılmış şan-şöhrəti və yaratdığı imici bizi sevməyən və paxıllıq hissini boğa bilməyən düşmənlərimizi hərəkətə keçirib. Niyə belə deyirəm? Çünki xaricdə çox tez-tez onların fitnəsindən doğan təhlükələrlə qarşılaşırıq. Bütün sahələrdə qazandığımız nailiyyətlər bədnam qonşularımızın diqqətindən yayınmır və maddi sərvətlərimiz kimi mənəvi sərvətlərimizə də tamah salırlar. Hazırda ermənilər tərəfindən dünya miqyasında mənəvi sərvətlərimizə qarşı aparılan plagiat prosesi Rusiyanın vassalı olan erməni dövlətinin və xalqının, xüsusilə də onların lobbi və diasporunun milli konsepsiyasına çevrilib. Torpağımıza təcavüzdən əl çəkməyən mənfur ermənilər müxtəlif sahələrə, o cümlədən maddi-mənəvi sərvətlərimizə göz dikməklə yanaşı, ardıcıl həmlələrində israrlıdırlar. Xüsusilə, zəngin çeşidlərə malik əl xalçalarımızı özününküləşdirmək sahəsində “önəmli və mətin addımlar” atırlar. Bu işlər Ermənistanın mütəşəkkil və məqsədyönlü dövlət siyasətinə çevrilməklə və erməni diasporunun, əsasən də Beynəlxalq təsisatlarda yerləşdirilərək kök salmış erməni xalqının nümayəndələrinin böyük səyi ilə geniş arenada yüksək templə həyata keçirilir. Dünyanın bir sıra ölkələrində ən mötəbər nəşrlərdə, yeni-yeni kitablarda “Azərbaycan xalçaları” öncə bir müddət “Qafqaz xalçaları” adıyla, sonradan isə erməniləşdirilərək verilməkdədir. Bir zaman ola bilər ki, ermənilər himayədarlarının vasitəsilə bizim milli xalçalarımızı saxta sübutlarla “erməni xalçası” adıyla damğalayıb, bizə öz xalçalarımızı toxumağa qadağa da qoydura bilərlər.
- Bu mübarizə necə
ararılır və ararılmalıdır?
-
Avrora Birliyinin “Saxta məhsul istehsalına qarşı
mübarizə” haqqında Qanunu mövcuddur. Bu sahədə yarana biləcək
effektiv mübarizə metodlarının tətbiqi
üçün belə bir
qanunverici sənədin Azərbaycanda da qəbul olunmasına ehtiyac
var. Odur ki, Azərbaycan
Resrublikası Beynəlxalq Patent Əməkdaşlığı
Sazişinə qoşulub. Artıq “Azərbaycan
Xalçaları”nın milli müəlliflik
hüququnun müvafiq
beynəlxalq təşkilatlarda təsdiqlənməsinə
şərait yaranıb. Azərbaycan
xalçasına qarşı edilən mütəşəkkil
həmlələrlə yaranmış gərgin vəziyyətdən
çıxış yolunun
tarılması, bu sahədə də
haqq-ədalətin zəfərinə Dövlət himayəsi-bir
mərkəzdən koordinasiya etməklə,
Dövlət rroqramı çərçivəsində və
gənc nəslin mütəşəkkil mübarizəsi formalaşmadan
nail olmaq mümkün deyil.
- Hazırda siz xarici ölkələrə
xalça ixrac edirsinizmi?
- Təəssüf ki, indi yox. Ancaq
fərdi sifarişlər olur. Onu da qeyd edim
ki, bu günə kimi “Azərxalça” EÜİB milli dəyərlərimizi qorumaqla
yanaşı, müxtəlif ölkələrin siyasi və ictimai xadimlərinin
rortretləri əks olunan əsərlərdən
ibarət sifarişləri icra edir və bu sahədə uzun illər müəssisəmizdə
çalışan, xalça üzərində rortret
yanrının banilərinin–rrofessor Lətif Kərimovun və
xüsusilə də Xalq rəssamı, rrofessor Kamil Əliyevin dəyərli
və əvəzedilməz sənətini yaşadır.
-Hansı məktəbin
xalçaları daha rahat və asan satılır? Alıcılar
daha çox hansı xalçalara üstünlük verirlər?
- “Azərxalça”da Təbriz məktəbi istisna olmaqla, bütün məktəblərin xalçalarını eyni dərəcədə toxuyuruq. Amma deməliyəm ki, ən çox tələb olunan Quba, Şirvan xalçalarıdır. Buna da səbəb onlarda daha çox naxışların olmasıdır. Naxışların zənginliyi göz oxşayır və bu da alıcıları cəlb edir. Quba xalçalarına nisbətdə Qarabağ məktəbinin xalçaları daha az toxunur. Çünki onun alıcı səviyyəsi aşağıdır. Amma bütün bunlar o demək deyil ki, tələbi az olan məktəblərin xalçalarını istehsal etmirik , qətiyyən belə deyil, o sahələri diqqətdən kənarda saxlamaq doğru deyil.
-Qarabağ xalçalarından
söz düşmüşkən, səhv etmirəmsə,
birliyinizin həmin bölgələrdə müəssisələri
var idi. İşğaldan sonra o müəssislərin taleyi necə
oldu?
-
Doğru qeyd etdiniz. “Azərxalça”nın Qarabağda müəssisələri var idi. Məsələn,
Cəbrayıl, Ağdam. Amma
işğaldan sonra Ağdam müəssisəmizi Bərdədə
bərpa edə bildik. İndi
də fəaliyyətini davam etdirir. Amma Cəbrayıldakı
müəssisə məhv oldu. Hamı dərbədər
düşdü. Nə qədər
çeşnilər, ləvazimatlar, xalçalar
işğalçıların əlinə keçdi.
-İstehsal prosesində təbii yoxsa kimyəvi boyalardan
istifadə edirsiniz?
- Biz həmişə sözün
düzünü demişik,
indi də elə edəcəm. “Azərxalça” kütləvi istehsalda əsasən kimyəvi yaxud da hazır
alınmış liflərdən
istifadə edir. Təbii boyadan isə yalnız sifarişçinin sifarişinə
əsasən istifadə
edirik. Bilirsiniz ki, təbii
boyadan hazırlanan xalça daha baha və daha
əziyyətli başa
gəlir.
İndi xalça
istehsalı ilə məşğul olan müəssisələrin hamısı iddia edir ki, guya
onlar istehsal prosesində təbii boyadan istifadə edirlər. Bu yalandı.
Əgər hamı təbii
boyadan bu qədər məhsul istehsal etsə, hesab edin ki,
Azərbaycanda bitki qalmaz.
- Kadr problemi ilə üzləşirsinizmi?
- “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin uzun illər formalaşmış texniki və kadr rotensialı çox güclüdür. Xalçaçılıq həm çox ağır, həm də monoton sənətdir. Əsl xalça sənətkarı istehsal rrosesində rüxtələşən sənətkardır. Təcrübə göstərir ki, hansısa reşə məktəbini, kursları bitirənlər heç də həmişə xalçaçı ola bilmirlər. “Azərxalça”ya gələn hər kəs üç aylıq sınaq müddətində sınanır. Onlar əvvəl kiçik suvenirlər toxumaqla başlayırlar, özlərini təsdiq edənlər iri xalça istehsalına cəlb olunurlar. Biz xalçaçıları belə yetişdiririk.
Nigar Abdullayeva
Palitra.-2012.-19 dekabr.-S.12.