«Uşaq və gənclərimizi
mədəniyyətin müxtəlif sahələrinə cəlb
etməliyik»
Məlahət Abdullayeva: «Kitabxana ilə
əlaqə onları elmə, yaradıcılığa həvəsləndirmək
baxımından əvəzolunmazdır»
Layihə çərçivəsində
müsahibimiz Abşeron rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru Məlahət Abdullayevadır:
- Məlum olduğu kimi kitabın yayılıb, təbliğ olunmasında, qorunub saxlanmasında, gələcək nəslə ötürülməsində ən etibarlı vasitə kitabxanalardır. Yazılı ədəbiyyatın yarandığı gündən bəri kitab bilik mənbəyi kimi elmi-mədəni və milli irsin daşıyıcısı kimi təbliğ olunaraq yayılıb. Kitabxanaların qorunub saxlanması mədəni irsin qorunub saxlanması deməkdir. Odur ki, bu sahəni təbliğinə böyük ehtiyac var. Eyni zamanda hər sahədə möhkəm bünövrə əsas şərtdir. Kitabxanalar dövlət müəssisəsi olduğundan dövlət büdcəsinin vəziyyəti kitabxanaların vəziyyətinə birbaşa təsir göstərir. Komplektləşdirmədən başlayan kitabxanalarımızın vəziyyəti köhnə struturun dağılması, əlifba qrafikinin dəyişdirilməsi, oxucu sorğusuna dolğun cavab verə bilməmək, çap məhsullarının lazımınca daxil olmaması və s. bu kimi çətinliklərdən asılı olub. Dövlət başçısının 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə klassik və müasir ədəbi əsərlərin latın qrafikası ilə yenidən çap olunub kitabxanalara hədiyyə edilməsi kitabxanalarda oyanış əmələ gətirdi. Sərəncama müvafiq olaraq bu günədək kitabxana fondlarına sistemli şəkildə çoxlu adda yüzlərlə kitab daxil olub və bu proses hazırda da davam edir.
- Kitabxananız oxucularla işi necə
təşkil edir?
- Abşeron rayon Mərkəzi Kitabxanası Xırdalan şəhərində uyğunlaşdırılmış binada yerləşdirilib. Kitabxana 1952-ci ildə yaradılıb və hazırda 12 filialı əhatə edir. Rayonun əhalisinin böyük bir qismi kitabxanalarımızdan istifadə edir. Mərkəzi Kitabxana Komplektləşdirmə və kitabişləmə, Oxu zalı, Metodika və biblioqrafiya, Kitabxana- biblioqrafiya proseslərinin avtomatlaşdırılması, İnformasiya-resurs, Oxuculara xidmət və Uşaq şöbələrindən ibarət olub bütün sahə və yaş qruplarını əhatə edən oxuculara xidmət edir. Kitabxananın nəzdində yaradılmış «Od parçası» ədəbi birliyinin yaradıcı üzvləri, orta məktəb şagirdləri və tələbələrin köməyindən ardıcıl istifadə olunur. Məlum olduğu kimi, müasir dövrdə yeniyetmələrimizin, gənclərimizin pis vərdişlərdən uzaq tutulması çox aktual məsələdir. Bu sahədə hər kəs çalışdığı sahədə üzərinə düşən işi məsuliyyətlə yerinə yetirməlidir. Uşaq və gəncləri mədəniyyətin müxtəlif sahələrinə, incəsənətə, kitabxanaya cəlb etmək vacibdir. Güclü sənətkar olmaslar belə, ən azı pis vərdişlərdən uzaq olarlar. Eyni zamanda kitabxana ilə əlaqə onları elmə, yaradıcılığa həvəsləndirir, zərərli vərdişlərindən çəkindirir, eyni zamanda kütləvi tədbirlərdə istifadə etməklə onları daha da həvəsləndirmək mümkündür. Mərkəzi Kitabxana ayda bir neçə dəfə seminar məşğələləri keçirir, filiallara məsləhət və tövsiyyələr veririk. Kitabxanaçılarmızın ixtisasartırma kurslarında iştirakını təmin edirik. Mərkəzi Kitabxana Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitab və digər materialların qeydini aparır, onların işlənib sistemli şəkildə paylanmasını təşkil edir. Bu il MKS- ə M. Seyidzadə adına Mərkəzi şəhər Uşaq kitabxanasından 163 adda 355 nüsxə elektron kitab, M.F.Axundov adına Milli Kitabxanadan isə 58 adda 138 nüsxə kitab alınıb. Şəxsən müəllif və digər təşkilatlardan 45 adda 205 nüsxə kitab hədiyyə olunub. Müqavilə yolu ilə Kitabxana Kollektorundan il ərzində 61 adda 259 nüsxə kitab, kitabxana texnikası alınıb, inventar və qeydiyyat kitabları dəyişdirilib. İl ərzində Mərkəzi Kitabxana 232 adda 461 nüsxə kitabın qeydiyyatını aparıb, kitablara inventar sayları verib, kataloqlaşdırıb mərkəz və filiallara sistemli şəkildə paylayıb. İlin sonuna olan məluamta əsasən MKS-in kitab fondu 243716 nüsxə kitabdan ibarətdir. Mərkəzi Kitabxana keçirilən seminar və tədbirlərin təşkilində yaxından iştirak edir, filial və mərkəzin xidmət şöbələrinə ardıcıl olaraq metodiki tövsiyyələr verir, illik və rüblük iş planlarının tərtib edilib, həyata keçirilməsində lazımı köməklik göstərir. Mövzu və yeni ədəbiyyat sərgilərinin təşkilində, oxucu konfransları, kitab təqdimatları, ədəbi-bədii gecələrin keçirilməsini təşkil edir, məruzə və mühazirələr hazırlayır, MKS-yə daxil olan yeni ədəbiyyat haqqında bülletenləri nəzərə çatdırır. Bir sözlə mərkəz oxucuların kitaba, kitabxanaya cəlb olunmasında yaxından iştirak edir. Mərkəzi Kitabxanada il ərzində əlamətdar günlərlə, şair və yazıçılarımızın yubileyləri ilə əlaqədar tədbirlər keçirilir. Eyni zamanda kitab sərgiləri, təqdimat və müzakirələrinin keçirilməsi də daim diqqət mərkəzində saxlanılır. Əsas vəzifələrimizdən biri də oxucularla işin yüksək səviyyədə qurulmasıdır. Oxuculara kitab və digər materialların çatdırılmasını təşkil edən, eyni zamanda oxucuların kitabxanaya cəlb olunması, tədbirlərin hazırlanmasını həyata keçirən Oxu zalı və Xidmət şöbəsinə bu il ərzində 461 nüsxə kitab, 1347 nüsxə qəzet, 120 nüsxə jurnal daxil olub. Uşaq şöbəsi ilə birgə Mərkəzi Kitabxananın şöbələrinə 2012–ci il ərzində fonda oturdulmuş yeni kitabların bölgüsünü analiz etdiklə görürük ki, elm sahələrini əks etdirən ədəbiyyat azlıq təşkil edir. Vahid mərkəzin olmaması, müəlliflərin öz hesabına çap etdirdikləri kitabları şəxsən satmaları kitabların kitabxanadan yan düşməsinə səbəb olur. Oxucuların elmi ədəbiyyata olan tələbatı 2012-ci ildə də tam ödənilməmiş qalıb.
- İKT-nin imkanlarından istifadə
hansı səviyyədədir?
- MKS- nin işində müasir informasiya texnologiyasının istifadəsinə gələndə, 2007- ci ilin sonunda kitabxanaya bir kompyuter dəsti alınıb. 2009-cu ildə daha 2, 2010-cu ildə 2 kompyuter dəsti alınıb, kitabxananın saytı açılıb. 2011-ci ildən mərkəz və Fatmayı kənd kitabxanasının internetə çıxışı təmin olunub. 15 yaşa qədər uşaqlara xidmət göstərən Uşaq şöbəsi Mədəniyyət Evinin nəzdində yerləşib və Mərkəzi Kitabxananın bir şöbəsi kimi fəaliyyət göstərir. Şöbə 17990 nüsxə fondla oxucuya xidmət edir. 2012 -ci ilin gerid qalan ayları ərzində kitabxanaya 2635 oxucu cəlb edilib. Oxuculara kitab verilişi 32750 nüsxə, oxucuların kitabxanaya gəlişi 34170 nəfər olub. Məktəb proqramını nəzərə alaraq kitabxanada elmin bütün sahələri üzrə maraqlı, rəngarəng tədbirlər keçirilir. Bura ictimai-siyasi tərbiyə, hüquq tərbiyəsi, vətənpərvərlik tərbiyəsi, əmək, ekoloji və əxlaq tərbiyəsini əhatə edən tədbirlər aiddir.
Anar Miriyev
Palitra.-2012.-21
dekabr.-S.11.