Bir əsərdə 52 ağac növündən istifadə etmişəm”

 

Rəssam Cəbrayıl Quliyev: “Tələbələrimin olmasını çox istəyirəm.Amma çox zəhmət tələb etdiyindən heç kim bu sənətlə məşğul olmaq istəmir”

 

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Cəbrayıl Quliyevdir:

- Rəssamlığa həvəsim uşaq yaşlarından başlayıb. Ailəmin dəstəyi ilə indiki Tofiq İsmayılov adına Uşaq-gənclər yaradıcılıq sarayının dərnəklərinə yazıldım. 6 il bu sarayda rəsmlə məşğul oldum, müxtəlif sərgilərdə iştirak etmişəm. Hətta fərdi sərgim açılıb. Daha sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq şöbəsində oxumuşam. 1988-1993-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil almışam. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. 1990-cı ildən başlayaraq müxtəlif miqyaslı sərgilərin iştirakçısı olmuşam. Əsərlərim İngiltərə, Yaponiya, Fransa, Rusiyabaşqa ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.  Mən uzun illər Moskvada  işləmişəm. İşlədiyim yerdə taxta işləri ilə məşğul olanlar  çox idi. Özümüntaxtaya böyük həvəsim var idi. İlk vaxtlar uşaqlar üçün taxtadan müxtəlif heyvan fiqurları: pişik, meymun düzəltməyə başladım. Sonra kiçik peyzajlara keçdim. Yavaş-yavaş daha iri əsərlər yaratmağa başladım. Artıq 15 ildir ki, bu sənətlə məşğulam və heç peşman deyiləm. Bu sənətin adı  intarsiyadır. İntarsiya 3 ölçülü, mozaika şəkilli forma düzəltmək üçün müxtəlif formalı, ölçülü və müxtəlif növ ağacların bir-birinə keçirilərək quraşdırıldığı ağac işidir.  İntarsiya metodu ilə döşəmə, divarya stolların üst səthi və digər mebellər taxta mozaik işləmələrlə örtülür, bunun əksinə olaraq, ağac mozaikasında karkas üzərinə yapışdırılmış birqat fanerlərdən forma yığılır. Belə təxmin olunur ki, “İntarsiyasözüdaxil etmək” mənasını bildirən latın sözüinterserere” sözündən yaranıb. On yeddinci əsrdə Misir ərəblərin hakimiyyəti altına düşdükdə artıq tayı- bərabəri olmayan bəzək nümunələri kimi tanınmış yerli intarsiyaağac oyma sənətləri geniş yayılmaya başladı. İntarsiya metodu Siciliya və Əndəlus vasitəsilə xristian Avropasına yayılana qədər artıq İslam dininin bərqərar olduğu Şimali Afrikada xeyli təkmilləşmişdi. Daha sonra bu sənət Sienada inkişaf etmiş, bundan sonra isə Siena ustaları tərəfindən təsviri intarsiyanın ilk dəfə təxminən 1330-cu ildən başlayaraq 15-ci əsrin ortalarına qədər yarandığı Orvieto kilsəsində, 15-16-cı əsrlərdə Şimali İtaliyada inkişaf etdirilib, buradan isə 17-ci əsrin sonlarında Alman mərkəzlərinə və holland sənətkarları tərəfindən Londona təqdim olunub. Təxminən 1620-ci ildən sonra ağac mozaikası şəhərlərdə xarratlıq sahəsində intarsiyanı əvəz etməyə başladı. Bütünlüklə ağacla işləyirəm. İntarsiya müxtəlif növ ağacların seçilməsi və formada dəyişikliyə nail olmaq üçün onların təbii quruluş və rəngindən istifadə olunması ilə yaradılır. Ona görə müxtəlif ağac növləri seçildikdən sonra hər bir ağac kəsilir, formaya salınır və cilalanır. Bəzən dərinliyi daha da artırmaq məqsədi ilə formanın bəzi hissələrinin hündürlüyünü artırmaq üçün əlavə taxtadan istifadə olunur. Taxta parçaları ayrı-ayrılıqda hazırlandıqdan sonra kəsik-kəsik şəkil formasında bir-birinə keçirilirdayaq rolunu oynayan taxtaya yapışdırılır. Sonra isə dayaq rolunu oynayan taxta hazır formanın konturlarına uyğun kəsilir. Dayaq rolunu oynayan taxta üzərində ayrı-ayrı taxta hissələrini saxlayan yapışqan bərkiyəndə son qat da çəkilir və bununla da tamamlanır.

- Ağacla işləməyin hansısa üstünlükləri varmı və rəngləri necə əldə edirsiz?

- Ağac kimi mülayim, həssas, səxavətli, sözəbaxan digər material yoxdur. Bundan başqa ağac həm də itkisiz materialdır. Taxta ilə təmasda olanda onda olan bütün müsbət enerji sənə keçir. Ağac neçə illər təbiətlə, günəşlə təmasda olduğundan o qədər enerjisi olur ki, istər-istəməz onunla məşğul adama da o enerjini ötürə bilir. Taxta istidi, nəfəs alır, canlıdır. Mən həmişə taxtanın təbii rənglərindən istifadə edirəm. Heç bilirsiniz, ağacların üzərindəki xəstəliklərdən yaranmış ləkələrdə nə qədər təsvir var? Hətta üzərindəki girinti-çıxıntılardan belə naxış kimi istifadə oluna bilər. Əsas odur ki, bu incəlikləri görüb tətbiq etməyi bacarasan. Mənim palitram-ağacların öz rəngləridir. 70 ağac növündən istifadə edirəm. 20-yə qədər Afrikadan, eləcə də Cənubi Amerikadan gəlmə ağaclar var. Əvvəllər isə əsasən  Moskvadan gətirilən ağaclardan istifadə edirdim. Demək olar ki, bütün meyvə ağacları:  heyva, albalı, nar  ağaclarından istifadə edirəm. Elə ağac var ki, emaldan sonra rəngi dəyişir, eləsi də var ki, dəyişmir. Xoşuma gələn ağac növündən rəng ala bilirəm. Azərbaycanın təbiəti də çox zəngindir. Təkcə qoz ağacından 15-20-yə yaxın rəng almaq mümkündür. Ağacların rəngləri onların harada, necə məskunlaşdıqlarından da asılıdır. Məsələn, gündə və kölgədə olan ağacların rəngləri müxtəlif olur. Ağaclar kölgə tərəfdə bir rəng, günəş düşən tərəfdə başqa rəng olur. Ağac kəsimlərinin  içinə doğru onun rəngləri də getdikcə tündləşir. Bir ağac növündən olan ağaclar harda yetişdirilməsindən asılı olaraq da bir-birilərindən fərqlənirlər. Bu həmin zonanın təbiəti, havası, günəşin düşmə bucağından asılı da ola bilər. Məsələn, Amerika qozu ağacı ilə yerli qoz ağacının, eləcə də palıd ağacının rəngləri arasında nəzərəçarpacaq dərəcədə fərq mövcuddur. Amerika, Rusiyabizim palıdı yan-yana qoysanız, tamamilə başqa rənglərlə qarşılaşacaqsınız. Eyni zamanda ağacların yaşlı, gənc olması da onların rənglərinə təsir edir. Məsələn, bir əsərdə 52 ağac növündən istifadə etmişəm. Ağacların rənglərini, onların xarakteristikasını bu əsər vasitəsilə göstərmək istəmişəm. Bu əsərdə  elə incəliklər var ki, onu ancaq özüm bilirəm. Ala bilmədiyim rənglər də var. İş prosesində təmiz , qara, mavi, göy, yaşıl və s. rəngləri ala bilməsəm də, rəngləri bir-biri ilə imitasiya edərək ona yaxın rənglər hazırlayıram, ya da süjeti elə qururam ki, o rənglər lazım olmasın. Çünki intarsiyada rənglərin tətbiqi vacib deyil. Hər şey süjetdən asılıdır. Yaradıcılığımda hansısa mövzunun üstünlük təşkil etdiyini demək çətindir. Amma bu sənətə ilk başlayanda kiçik peyzajlardaha çox Abşeron motivli peyzajlar hazırlayırdım. İndi müxtəlif mövzularda (natürmort, janrlı kompozisiyalar, peyzajlar, fəlsəfi) işləyə bilirəm. Eyni vaxtda bir neçə əsər üzərində işləyirəm. Emalatxanada bir əsas böyük, digərləri isə xırda  işlər olur. Birindən yorulanda, o biri üzərində işləyirəm. Bu zamana qədər 100-lərlə əsər yaratmışam.

- Sizin yolunuzu davam etdirən, eləcə də bu sənəti öyrənmək istəyən  tələbələriniz varmı?

- Bu işdə istedad, zəhmətkeşlik, təmkin, böyük zəhmət, dəqiqlik, incəlik tələb olunur. Bunlar kompleks şəkildə olanda yaxşı bir əsər meydana gəlir. Çətin sənətdir. Bu sənətə ailəmdə ancaq 7 yaşlı qızımın həvəsi və güclü fantaziyası var.   Özünün emalatxanada balaca hissəsi var. Amma tələbələrimin olmasını çox istəyirəm. Çünki bizdə də bu sənət növünün geniş yayılmasının arzulayram. Amma çox zəhmət tələb etdiyindən heç kim bu sənətlə məşğul olmaq istəmir. 

- Əsərlərinizin satışını necə təşkil edirsiniz?

- 6-7 il əsərlərimi satmadım. Elə bilirdim ki, onları satsam, mən daha heç bir görə bilməyəcəm. Sonra bir dostumun məsləhəti ilə əsərlərimi satmaq qərarına gəldim. Həm yaratdığımız əsərlər onları bəyənənlərin evində yaşamalıdır, həm də bu sənətlə davamlı məşğul olmaq üçün maddi gəlir lazımdır. Sərgilərdə nümayiş etdirəndə, tez satılır. Əsərlərimin qalereyalarda satılmasına can atmıram, ona görə də çox az qalereyaya əsər verirəm. Çünki indiki qalereyalarda rəngkarlıq, heykəltəraşlıq, qrafika işləri bərabər satılır. İntarsiya daha çox tətbiqi sənətə yaxındır. Ona görə də onlar bir-birinin yanında baxılmır, alınmır. Birki, sifarişlərim olur. Dövlət qurumlarından, adixarici vətəndaşlara sifarişli əsərlər hazırlayıram.  Xaricilər daha çox milli ornamentlərimizin əks olunduğu əsərlərlə maraqlanırlar. Qiymətinə gəldikdə isə əsərin böyük və kiçikliyinə baxır. Amma hərdən elə əsər olur ki, balaca da olsa, böyük işdən çətin başa gəlir. Mövzusunu da diqqətə almaqla kiçik əsərləri  400-500 manata, böyük əsərləri 5 min manata qədər satdığım vaxtlar olub.

 

Nigar Abdullayeva

Palitra.-2012.-26 dekabr.-S.11.