“Diaspor
televiziyası yaranmalıdır”
İsmayıl Ağayev: «Avropanın
aparıcı dövlətlərində
bələdiyyə, yaxud
digər seçkili orqanlarda azərbaycanlıların
daha çox təmsil olunmasına ehtiyac var»
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü artıq ənənəvi bayramlarımızdan
birinə çevrilib. Xarici ölkələrdə
yaşayan azərbaycanlıların
təşkilatlanması və
birliyinin möhkəmlənməsi,
Vətənlə əlaqələrinin
güclənməsi diaspor
quruculuğunun mühüm
tərkib hissəsini təşkil edir. Hazırda dünyanın müxtəlif
ölkələrindəki həmvətənlərimizin
yaratdıqları qurumlar
Azərbaycan hökumətinin
də ardıcıl dəstəyi sayəsində
daha mütəşəkkil
fəaliyyət göstərirlər.
Ölkəmizdə fəaliyyət göstərən
diaspor təşkilatları
da bu istiqamətdə
davamlı tədbirlər
həyata keçirirlər.
Müsahibimiz Beynəlxalq
Diaspor Mərkəzinin
sədri İsmayıl
Ağayevdir:
-Son illər sözün həqiqi mənasında ölkə rəhbərliyinin
diaspor fəaliyyətində,
quruculuğunda apardığı
xətt və siyasət, dünyada fəaliyyət göstərən
başqa millətlərin
diaspor quruculuğuna verdiyi töhfələrdən
daha böyük və genişdir. Birmənalı şəkildə gənclərə diaspor fəaliyyətində göstərilən
qayğı, Gənclər
Forumunun keçirilməsi,
dünya azərbaycanlılarının
Azərbaycançılıq ideyası ətrafında formalaşmasını ölkə
başçısı aktual
bir mövzu kimi daim nəzərdə
saxlayır. Bütün çıxışlarında,
müraciətlərində Azərbaycan diasporunun xalqın müdafiəsinə
qalxması, gələcəyi
düşünməsi haqqında
fikirlər öz əksini tapır. Beynəlxalq Diaspor Mərkəzi olaraq bizim əsas
fəaliyyətimiz Azərbaycandan
kənardadır. Ancaq
ölkə daxilində
də QHT olaraq tədbirlər planı həyata keçiririk, mütəmadi, ardıcıl
olaraq Azərbaycanın
haqq səsinin dünyaya çatdırılması
istiqamətində iş
aparırıq. Azərbaycan diasporu
ilə bağlı bu gün istədiyimiz
səviyyədə, ideallaşdırdığımız,
daha güclü bir formaya tam nail olmasaq da, ümumilikdə
ötən illərə
baxdıqda çox aktiv və fəal
formada fəaliyyət
göstərməsini qeyd
etmək olar.
- Dünya Azərbaycanlılarının sonuncu
qurultayında ölkə
başçısı diaspor
fəaliyyətinin daha
da güclənməsi
istiqamətində bir
sıra tapşırıqlar
verdi. Bu istiqamətdə həyata
keçirilən tədbirlərlə
bağlı nə deyərdiniz?
- Azərbaycan diaspor hərəkatının ölkədən
kənarda fəaliyyətinə
nəzər saldıqda
bu istiqamətdə işlərin görüldüyünün
şahidi oluruq. Məsələn, Fransadakı diasporumuzla
oradakı səfirliyimizin
Ermənistan səfirliyi
qarşısında birgə
keçirdiyi aksiyalarda
3-cü qurultaydan sonra
ciddi canlanmanın şahidi oluruq. Ümumiyyətlə, istədiyimiz nəticəni
əldə etmək üçün müəyyən
zaman lazımdır.
Əvvəllər diaspor
təşkilatları ilə
bəzi səfirliklərimiz
arasında rəqabət
olduğunu hiss etsək
də, artıq bu gün birlikdə
bir mübarizənin aparıldığının şahidi
oluruq. Hamıya bəllidir ki,
bir dövlətimiz var, Ermənistan Azərbaycan torpaqlarını
işğal edib, burada həm diaspor, həm səfirliklərimiz vahid bir nöqtəyə vurmalıdırlar, mübarizəni
birgə formalaşdırmalıdırlar.
- Ötən il “Xocalıya
ədalət” kampaniyası
daha böyük vüsət aldı. Siz bu kampaniyanın Xocalı faciəsinin dünyaya çatdırılmasında
rolunu necə qiymətləndirirsiniz?
- Rusiyanı Azərbaycanlı
Gənclər Təşkilatının
sədri Leyla Əliyevanın başladığı
"Xocalıya ədalət"
kampaniyası dövlətin
ən uğurlu kampaniyalarından biridir. Ötən illər ərzində
apardığımız mübarizə,
fərdi, yaxud təşkilat şəklində
artıq bir pik nöqtəsinə gəlib çatdı.
Möhtərəm Prezidentimizin
rəhbərliyi altında
Azərbaycanda keçirilən
yürüş, eləcə
də İstanbulda təşkil olunan möhtəşəm yürüş
bir daha onu göstərdi ki, artıq “Xocalıya ədalət” kampaniyası vasitəsilə
ölkəmizdə ciddi
bir vəziyyəti dünyaya çatdırmaq
istiqamətində yuxarıdan
aşağıya qədər
formalaşma birmənalı
şəkildə öz
əksini tapıb. Yəni, artıq kimsə bu prosesdən kənarda qalmaq istəmir. Ölkə başçısı bu istiqamətdə artıq konkret olaraq mövqe qoyub və bu
sahədə bütün
dünyaya ermənilərin
Xocalıda törətdiyi
soyqırımın çatdırılmasında
bacarıldığı qədər
ardıcıl mübarizə
aparılır. Bu da Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında
bir zəmin yaradır. Ancaq təəssüf ki, bəzi ölkələr
bu məsələyə
hələ də laqeyd yanaşır. Bunun səbəbini isə müsəlman və türk olmağımız
kimi qiymətləndirmək
lazımdır.
- Lobbiçilik fəaliyyətinin daha da genişlənməsi istiqamətində hansı
addımlar atılmalıdır?
- Lobbiçilik fəaliyyəti
çox çətin
bir sahədir. Ölkə başçısı III qurultayda
diaspor fəaliyyətinin
lobbiçiliyə keçməsinin
istiqamətlərini müəyyənləşdirib.
Ümumiyyətlə, bu istiqamətdə
maliyyə xərclərinə
ehtiyac var, “Azərbaycan evləri” qurulmalıdır. Artıq bir
neçə ölkədə
belə “Azərbaycan evi”, Mədəniyyət mərkəzləri fəaliyyət
göstərir. Bunu daha
da genişləndirmək,
fəaliyyəti daha da gücləndirmək lazımdır. Bu gün Avropanın aparıcı dövlətlərində
bələdiyyə, yaxud
digər seçkili orqanlarda azərbaycanlıların
daha çox təmsil olunmasına, daha güclü işlərin görülməsinə
ehtiyac var. Bizim diasporumuz yeni yaranıb, çox gəncdir. Ermənilərin diasporunun bu
istiqamətdə uzun müddətdir fəaliyyət
göstərməsinin səbəbi
onların məkanı,
evi, torpaqlarının,
demək olar ki, olmaması ilə bağlıdır.
Ancaq biz də dayanmadan bu sahəni gücləndirməliyik. Bu
gün Azərbaycan dövlətinin güclü
imkanları var, maliyyə durumu yüksəkdir. Daha çox
diaspor təşkilatlarına
maliyyə ayrılması
önəmlidir. Azərbaycandan kənarda mütəmadi olaraq tədbirlər keçirilməli, bu istiqamətdə dövlət
proqramı işlənilməlidir.
Düşünürəm ki, artıq bu proqram üzərində
iş gedir, xaricdə yaşayan gənclərimizin, iş adamlarımızın arxasında
durulmalıdır, onların
yaşadıqları ölkələrdəki
ali icra
orqanlarına təsir
etmək imkanları artırılmalıdır. O zaman
bizim səsimiz daha ucadan səslənər,
tərəfdarlarımız parlamentdə təmsil oluna bilər, bizim səsimizi çatdıra bilərlər.
- Qarşıdan
Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
gəlir. Həmrəyliyimizin göstəricisi kimi bu günü necə qiymətləndirirsiniz?
- Əvvəlki illərə
baxdıqda həmrəyliyimiz
daha da güclənir. Daha çox
bir-birimizə yaxınlaşmağımıza
ehtiyac var. Dünyaya səpələnmiş soydaşlarımız
artıq hamısı
başa düşür
ki, hamımızın
bir Vətəni var, o da Azərbaycandır.
Harada yaşamasından asılı olmayaraq onlar bu gün
Azərbaycanı düşünməlidirlər.
Artıq
bir Azərbacançılıq
məfkurəsi və
ideologiyası platforması
istiqamətində işlər
gedir. Düşünürəm ki, daha da geniş təbliğata
ehtiyac var. Hesab edirəm ki, diaspor televiziyası yaranmalıdır. Vətəndaşlarımızın Azərbaycanla daha
geniş əlaqələrinin
qurulması vacibdir.
Azərbaycanda keçirilən yarışlar, beynəlxalq
simpoziumlar, tədbirlər
ölkəmizi dünyaya
tanıdır və ölkəmizin bir müstəqil, demokratik dövlət kimi imicini formalaşdırır.
Hesab edirəm ki, hər bir Azərbaycan
vətəndaşı ölkəmizin
çiçəklənməsi, daha da gözəl
olması üçün
imkanları daxilində
apardığı işlə
ölkəsinə xidmət
etmiş olar. Bu da onların
həmrəyliyinin göstəricisidir.
BDM təşkilatı olaraq ölkəmizlə bağlı bütün tədbirləri qeyd etmişik. Artıq bizim Avropadakı nümayəndəliklərimiz fəaliyyət
proqramları üzərində
iş aparırlar. Bugünlərdə mənim Tiflisə
səfərim var, orada Avropadan gələn qonaqlarla görüşlər keçirəcəyik,
hazırda nümayəndə
heyətimizin Belarusiya
və Çexiyaya səfəri təşkil
olunub. Bizim təşkilatın fəaliyyətinin
əsas hissəsi odur ki, xaricdəki
ölkələrin vətəndaşları
ilə birlikdə iş görürük. Təşkilatımız adından bütün
dünya azərbaycanlılarını
Həmrəylik Günü
münasibətilə təbrik
edirik, yeni-yeni uğurlu fəaliyyətlər
arzu edirik. Arzu edirəm ki, apardığımız mübarizə
nəticəsində yeni
nailiyyətlərə nail olaq,
torpaqlarımız işğaldan
azad olunsun.
Nigar Abdullayeva
Palitra.-2012.-28 dekabr.-S.8.