Özünüidarə mədəniyyəti
Kulturoloq Fuad Məmmədov: “Mədəni
inkişaf prosesi həm də insanın yaşadığı
mühitin formalaşdırılmasını, insan
sağlamlığı və səadəti üçün
aktual əhəmiyyət daşıyan, onun digər insanlarla
münasibət ekologiyasını nəzərdə tutur”
Layihə çərçivəsində
professor, “Simurq”Azərbaycan Mədəniyyət
Assosiasiyasının rəhbəri, kulturoloq Fuad Məmmədov
bizə özünüidarə mədəniyyəti mövzusunda
apardığı tədqiqatdan danışdı. Qeyd edək
ki, F.Məmmədovun həmçinin “Özünüidarə
mədəniyyəti” adlı kitabı da rusca çar olunub. Həmin
kitabın azərbaycanca nəşri də yaxın zamanlarda çap
olunacaq ki, azərbaycandilli oxucular bu kitabdan bəhrələnə
biləcəklər. Kulturoloq bizə açıqlamasında
bildirdi ki, mədəniyyət – hər şeydən əvvəl,
insan həyatının yaxşılaşdırılması
və qorunması haqqında qayğının əks
olunduğu tarixi prosesdir. Həyati zərurətlər insan enerjisini
yaradır. Fasiləsiz idrakla bağlı olan yaradıcı fəaliyyət
insan ömrünü uzadır, onu daha mənalı edir. Lesli
Uayt mədəniyyəti enerji anlayışı ilə əlaqələndirir, belə ki, o, bioloji enerjinin fasiləsiz
hərəkət prosesidir. Bodo Şefer, Con Temrlton və digərləri
həyatı kainatdakı qanunauyğun enerji mübadiləsini
əks etdirən hadisə kimi nəzərdən keçirir.
İnsanlar arasındakı
münasibətlərin əsasını da fasiləsiz
mübadilə təşkil edir. İnsanlar daim nə isə
verir və nə isə əldə edir. Belə mübadilənin
məhsuldarlığı insanın digər insanlara
münasibətdə səxavət, şəfqət, mərhəmət
bildirməyindən, xeyirxahlığından, digər insanlara
xidmət etmək qabiliyyətindən, onlara müəyyən
şeylər vermək, hədiyyə, dəyər, bilik, hiss,
qayğı, diqqət, empatiya bəxş etmək, insanlara müəyyən problemlərin
həllində və onların ehtiyacı olduqları şeyləri
əldə etmələrində yardımçı
olmağından asılıdır: “Bu “enerji” mövzusu Bodo
Şefer tərəfindən diqqətlə nəzərdən
keçirilib. O, hesab edirdi ki, hətta bizim istəklərimiz
belə, müəyyən enerji daşıyıcı olaraq, ətraf
aləmi yaradır. Buna görə də, insanın müsbət
enerjisi bu dünyanı yaxşılığa doğru dəyişə
bilər. L.Uaytın özünün mədəni inkişaf rroseslərinin
izahı üçün istifadə etdiyi enerji konsepsiyasındakı
təkamül prinsipi düzgün praktik tətbiq edildiyi təqdirdə
insanın həyat qabiliyyəti potensialının yüksəldilməsinə
yardım edə bilər. Bu, özünüidarə mədəniyyəti
üçün mühüm əhəmiyyət kəsb edir.
Bunun üçün öz qüvvələrinə inanmaq,
mütərəqqi dəyişikliklərə hazır olmaq, təhlükələrdən
qorxmadan inadla irəliləmək, mühüm nəticələr
əldə etmək üçün qeyri-müəyyənlik
qarşısında yaranan qorxu hissini dəf etmək
lazımdır. Bunun üçün
düzgün, düşünülmüş qərarlar
qəbul etmək və onu həyata keçirmək
lazımdır. Düzgün qərar – o zaman yeni imkanlara
çevrilir ki, o məntiqə, elmi biliklərə və rraktik
təcrübəyə əsaslansın. Qətiyyətsizlik ən
möhtəşəm başlanğıcları məhv edə
bilər”. Kulturoloq bildirir ki, özünüidarə mədəniyyətində
vacib amillərdən biri odur ki,
insan özü üzərində tam hakim olmağı
bacarmalı və özünü qələbəyə
ruhlandırmalıdır: “Daimi özünütəkmilləşdirmədə
şəxsiyyətin inkişafının, onun həyat keyfiyyətinin
yüksəldilməsinin geniş imkanları mövcuddur.
Öyrənmə və əqli əmək – həyatın
stimullaşdırılması və qocalıq prosesinin
azaldılmasının sonsuz prosesidir”. Mədəni inkişaf
prosesi yalnız insanın maddi və mənəvi tələbatlarının
ödənilməsini nəzərdə tutmur, həm də,
onun yaşadığı mühitin
formalaşdırılmasını, insan
sağlamlığı və səadəti üçün
aktual əhəmiyyət daşıyan, onun digər insanlarla
münasibət ekologiyasını nəzərdə tutur: “Beləliklə,
sağlamlıq və səadət – dərk edilmiş və dərk
edilməmiş insan tələbatlarının məcmunudur
ki, onların ödənilməsi insanın düzgün
özünüidarəsini tələb edir. İnsanın fərdi
mədəniyyətinin inkişafı təbiət-coğrafi
şərait, irsi keyfiyyətlər, sosial mühit, tarixi şərait
və mədəni mübadilə kimi obyektiv-tarixi amillərlə
bağlı olaraq, onun tərbiyə və təhsili ilə, tələbat,
intellekt, mədəni dəyərlər sistemi, ideallar, məqsədlər,
xarakter, qabiliyyət, fəaliyyət və imkanları ilə
şərtlənir. Bunların
arasında ilk növbədə tərbiyə və təhsili
ayırmaq vacibdir. Sokrat biliyi xeyirxahlıq hesab edirdi, tərbiyəni,
“özünü və ətrafındakıları təhsilləndirməyi
isə” hər bir insanın müqəddəs borcu hesab
edirdi”. Kulturoloq qeyd edir: “Mənim əqidəmə görə,
insanın ən böyük qiyməti onun yüksək mədəniyyətli
insan deyə adlandırılmasıdır. İnsanın ruhi mədəniyyəti
– dünyanın hansı nöqtəsində olursa-olsun, insan dəyərinin
meyarıdır. Bu keyfiyyət nə milli, nə də dini
aidiyyətdən asılı deyil. Bu, irsiyyət, təhsil, tərbiyə,
milli və dini aidiyyətdən uca, nisbətən irqi, cinsi,
yaş, etnos və yaşayış yerindən asılı
olan əlamətlərin cəmidir. Bütün dünyada
insan dəyərinin bundan artıq meyarı yoxdur. Bizim insani dəyərimiz
tutduğumuz vəzifə ilə yox, mədəniyyət,
bilik, həyata keçirdiyimiz fəaliyyətin əhəmiyyəti
və onun nəticələri ilə
müəyyənləşdirilir. Bununla belə, bizim keçmiş
xidmətlərimiz bugünkü məhsuldar
çalışmamağımız üçün meyar ola bilməz, çünki,
insan daim inkişaf etməli, böyüməli, özü
üçün yeni imkanlar açmalı, gələcəyi
görüb, onu qurmağı bacarmalıdır. Mədəni
insan daim təkmilləşməyə can atmalı, öz həyat
və fəaliyyətinin texnologiyalarını yüksəltməli,
əməyinin səmərəliliyini artırmalı, yeni
ideyalar torlamalı, uğur üçün innovasiyalı
imkanlar yaratmalıdır. İnsan haqqında onun dediyi sözlərinə
görə yox, əməlinə görə fikir
yürütmək olar. İnsanları öz fəaliyyətində
inandırmaq lazımdır. Digərlərinə təsir
göstərmək üçün, onları öz
inamını təsdiq etməklə, şəxsi fəaliyyətinlə
həvəsləndirmək lazımdır. Bizim sözlərimizin
ən yaxşı inandırıcılıq vasitəsi bizim fəaliyyətimiz
və əldə etdiyimiz nəticələrdir. İnsan
özündə təbii eqoizmi
və altruizmi şüurlu şəkildə birləşdirməyi
bacarmalıdır. Belə ki, digərlərinin tələbatlarını
inkar edən, normadan artıq olan eqoizm daxili, ruhi sakitliyin
itirilməsi ilə nəticələnir ki, bu da uğur
üçün çox yüksək itkidir.
Başqalarına özünə olan münasibəti göstərmək,
ətrafdakıların uğurunu anlamaq və səmimi qəlbdən
buna can atmaq, hər bir insanın ehtiyacı olduğu bir
duyğu kimi, inam, etibar və istək, bizə yardım etmək,
bizimlə dostluq və əməkdaşlıq etmək istəyi yaradır”. Dünyanı ruhi mədəniyyət
– ağıl mədəniyyəti
və ürək mədəniyyəti idarə edir: “Krinstian
Bove tərəfindən bütün qanunlardan ən möhtəşəmi
adlandırılan, mütərəqqi inkişafın hərəkətverici
qüvvəsi, ən canlı hissəsi məhz odur. Öz şüuruna və iradəsinə
sahib olmaq, həyata nikbin münasibət yaratmaq insanın
mütərəqqi inkişafı üçün həlledici
əhəmiyyət daşıyır. Əgər günəşin
həyatverici enerjisinin mənbəyi daxili təbii
istilik-nüvə reaksiyalarıdırsa, mədəniyyət – həyat və
insan inkişafının, xeyirxahlıq, yaradıcılıq
və səadətin münbit enerjisi, tükənməyən
süni mənbəyidir. Mədəniyyətin enerjisi
insanın həyat təminatı üçün təbii
işıq, hava, su, od, torpaq, bitkilər, heyvanlar, qida, hərəkət
və yuxu qədər
mühüm əhəmiyyət kəsb edir. Özünüidarənin
effektivlik düsturu barədə danışan professor deyir:
“İnsanın yüksək ruhi mədəniyyəti – bilik,
bacarıq, mütəşəkkillik, mənəviyyatlılıq
və yaradıcı fəaliyyətin birliyi olaraq,
özünüidarəetmə mədəniyyəti olmadan təsəvvür
edilə bilməz. Piter Druker insanın öz şəxsi
menecmentini insana yanaşmada inqilab adlandırır və qeyd
edir ki, “o, hər birimizdən, xüsusilə də əqli əmək
işçilərindən
tamamilə yeni fəaliyyətlər tələb edir”.
Şəxsiyyətin menecmenti məsələlərinə
toxunarkən, o, alınan biliklərin tətbiqinin həyat fəaliyyətinin
effektivliyinə xidmət etməsindən, öz keyfiyyət və
qabiliyyətlərinin
yaxşılaşdırılmasından, eləcə də,
öz mənəvi prinsirlərinə xidmət etməkdən
və mənəvi dəyər sisteminin qorunmasının mühüm əhəmiyyyətindən
bəhs edir. O, qeyd edir ki, uğurlu vəzifə
inkişafı üçün həyatda öz yerini tapmağın,
hər hansı bir yeni, dəyişgən imkanların
açılmasına hazır olmaqdan, öz münasibətlərini
məcburiyyət üzərində yox, inam və
qarşılıqlı anlaşma üzərində
qurmağın mühüm əhəmiyyəti var”. Əgər
özünüidarə mədəniyyətinə onun mahiyyəti
baxımından yanaşsaq, hamısının birlikdə
bizim həyatımızı təmin edən bütöv prinsiplər,
metodlar, məqsədli yönəlmələr və
qaydalar sistemini aşkar etmiş
olarıq: “Özünü idarə etmək - öz həyatını
düzgün qurmaq, öz sağlamlığını qorumaq,
şəxsiyyət kimi formalaşmaq, öz bilik və
bacarıqlarının səviyyəsini yüksəltmək,
başqaları ilə düzgün münasibət qurmaq,
möhkəm ailə yaratmağı bacarmaq, öz qabiliyyətlərimizə
uyğun sevimli peşə seçmək, vicdanla
çalışmaq, öz fəaliyyətində yüksək
nəticələrə nail olmaq, çətinliklər
qarşısında geri çəkilməməkdir ki, bizi cəmiyyət,
dövlət və bəşəriyyət üçün
faydalı və qüdrətli edir.
Özünü idarə etmək – həyatın çətinliklərindən
və problemlərindən qaçmaq demək deyil, əksinə,
öz həyat dözümlülüyünü və cəsarətini,
özünün mübarizə aparıb qalib gəlmək
qabiliyyətini möhkəmləndirməkdir, belə ki,
çətinliklər uğurun tərkib hissələridir.
Özünüidarə özü və digərləri
qarşısında, özünə və yaxınlarına
görə, sözünə, əməlinə
və fəaliyyətinin nəticələrinə görə məsuliyyətli olmağı nəzərdə
tutur ki, bütün bunlar sonda
hörmət və etirafla mükafatlandırılır. Mənə
elə gəlir ki, şəxsiyyətin özünüidarəsinin
effektivlik formulunu aşağıdakı tələblərlə
şərtləndirmək olar: biologiya, fiziologiya, psixologiya, antorologiya,
tibb, ekologiya, fiziki mədəniyyət, düzgün qidalanma,
etika, insan münasibətləri mədəniyyəti,
hüquq, din və insan fəaliyyətinin
digər sahələrinin əsaslarını bilməklə,
insanın digər insanlarla münasibətlərinin
harmoniyasına və ətraf mühitə münasibətində
məsuliyyətinə yardım edən təbiət və cəmiyyət
qanunlarının əsaslarını bilməklə, həyatın
mənəvi prinsirləri və məqsədin düzgün
seçilməsinə əsaslanan müdrikliklə, öz təfəkkür,
niyyət, və davranışını şur vasitəsi ilə
istiqamətləndirmək və nəzarətdə saxlamaq bacarığı
ilə, insanın seçdiyi prinsirlərin həyata keçməsini
təmin edən möhkəm
iradə, düzgün həyat tərzi və insan
davranışı mədəniyyəti ilə. Lusi Anney Seneka
deyib ki, öz üzərində hakim olmaq - ən yüksək
hakimiyyətdir. Həyatda
qarşıya qoyulmuş məqsədlərə
çatmaq, eləcə də, insanları uğurla idarə
etmək üçün, insan əvvəl özünü
idarə etməyi bacarmalıdır. Bu, kifayət qədər
çətin və yerinə yetiriləcək bir məsələdir.
O, müəyyən bilik və praktik
incəsənət, məqsədyönümlülük,
mütəşəkkillik, iradə, etika, vicdanlı əmək
tələb edir. Özünə tabe ola bilmirsənsə, digərlərini
özünə tabe edə bilməzsən. Özünüidarə mədəniyyətinin
formalaşdırılması üçün universal kulturoloji
biliklərə yiyələnmək vacibdir. Onlar bizə öz
həyatımızı düzgün qurmağa, həyatda səadəti,
mənəvi və fiziki sağlamlığımızı
qorumağa yardım edir. Çox zaman biz öz-özümüzə
insanın amalı, həyatının mahiyyəti,
mövcudluğumuzun məqsədi, böhran və çətinliklərin
səbəbləri, həyatda nəzarətin zəruriliyi
haqqında, düzgün qərarların vaxtında qəbul
edilməsi haqqında suallar veririk.
Bu və bu kimi həyat əhəmiyyətli suallara
düzgün cavab almaq, çətinlikləri dəf etmək
və ahəngdar inkişaf etmək üçün,
şüurumuzun məntiqi yolunu
“kulturoloji piramidanın” pillələri üzərindən
salmaq vacibdir. Mahiyyət,
xüsusiyyət, tarix və nailiyyətlərin ardıcıl
olaraq dərk edilməsi təbiət və cəmiyyətin
inkişaf qanunlarını dərk
etməyə doğru, eləcə də, həyatın
yaxşılaşdırılmasının və yeni gələcəyin
qurulmasının kreativ imkanlarının
açılmasına imkan verən – həyat fəaliyyətinin
texnologiyalarına doğru aparır”.
Professora görə, bu düstur nəinki milli və
qlobal səviyyəli idarəçilik qərarları
üçün, həm də, şəxsiyyətin
özünüidarə sisteminin təkmilləşdirilməsi
üçün ədalətlidir. Bu universal kulturoloji metodun praktik
əhəmiyyəti - konkret vəziyyətin düzgün planlaşdırılması
və qiymətləndirilməsinə, idarəçilik
sisteminin hərəkət vektorunu korreksiya etməyə,
gözlənilən nəticələrə nəzarət etməyə,
insanın baza tələbatlarına və dəyişən
maraqlarına uyğun şüurlu modellər yaratmağa şərait
yaratmasındadır.
İkin AĞAYEV
Palitra.- 2012.- 3
fevral.- S. 6.