NAXÇIVAN TƏHSİLİ İNTİBAH DÖVRÜNDƏ

 

Görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin inkişaf və tərəqqi strategiyasının layiqli davamçısı İlham Əliyev Azərbaycan Respublika­sının Prezidenti seçildiyi ilk gündən ölkəmizdə təhsilin inkişafına böyük önəm vermiş, onun müasir dünya standartları səviyyəsinə çatması üçün bütün imkanları səfərbər etmişdir. Bu gün Azərbaycanda həyata keçirilən iri­miqyaslı layihələrin və proqramların reallaşması birinci növbədə ölkənin kadr potensialından asılıdır. Bu potensialın formalaşmağında başlıca sahə isə təhsildir. Müasir dövrdə təhsilin rolu və əhəmiyyəti getdikcə artmaqdadır. Bunu nəzərə alan Azərbay­can rəhbərliyi təhsil sahəsinə ayrılan vəsaitin həc­minin hər il artırılmasını təmin edir. Təkcə 2009-cu ildə təhsilin inkişafına 1.3 milyard manat vəsait ayrılmışdısa, 2012-ci ilin dövlət büdcəsində isə təhsil xərcləri üçün 1575861,3 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2011-ci ilin proqnoz göstəricisindən 12,6 faiz çoxdur. Təhsil sahəsində əldə olunan uğurlar təkcə məktəblərin maddi-texniki bazasının möhkəmlən­di­rilməsi ilə məhdudlaşmır. Təhsil islahatlarının həya­ta keçirilməsi istiqamətində atılan addımlar təhsillə bağlı dəyərlərin yeniləşdirilməsi, müasirləşdirilməsi və son nəticədə Azərbaycan cəmiyyətinin yeni keyfi­yyətinə nail olunması üçün təhsil faktorundan istifa­də edilməsinə şərait yaradır. Bu Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına verdiyi ən böyük töhfədir. Ölkə təhsilinin inkişafı məqsədilə nəzərdə tutulan proqramlar və layihələr bütün ölkədə oldu­ğu kimi, Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir.  Naxçıvan Muxtar Respublikasında təhsilin, maarif və mədəniyyətin inkişafı Muxtar Respublikanın sosial-iqtisadi inkişafı ilə qırılmaz surətdə əlaqədar olub, bütövlükdə ölkəmizdə həyata keçirilən düzgün, düşünülmüş inkişaf strategiyasının məntiqi nəticəsi hesab edilməlidir.  Son on beş il ərzində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni həyatında böyük irəliləyişlər yaranıb. Dünənə qədər adi və ucqar bir əyalət mərkəzini xatırladan, işıqsız, qazsız qalan Naxçıvan son illər Şərqin, Avroranın inkişaf etmiş şəhərləritək yenidən qurulub, gözəlləşib. Təməli xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdən qoyulan yeni həyat quruculuğu xətti uğurla davam etdirilib. 1995-ci il dekabrın 16-da birinci çağırış Naxçıvan MR Ali Məclisinin sessiyasında Ali Məclisin Sədri seçilən Vasif Talıbov ulu öndərin quruculuq və inkişaf xəttinin konkret bir regionda davam etdirərək ağır blokada şəraitində yaşayan Naxçıvanda öz gəngin zəhməti və əməyi ilə fəal yaradıcı gücə malik olmasını sübut edib.  Naxçıvan MR-in rəhbərliyi, Ali Məclisin Səd­ri, Cənab Vasif Talıbov Muxtar Respublikada təhsi­lin inkişafı məsələsini daim diqqətdə saxlayır, bu sahəni sosial-iqtisadi və mənəvi inkişafın əsas prio­ritet sahəsi hesab edir. Muxtar Respublikada təhsilə dövlət qayğısı  və diqqət birinci növbədə bu sistemin maddi-texniki bazasının daha da möhkəmlən­diri­lmə­si və müasir tələblər səviyyəsində yeniləşdirilməsində özünü göstərir. Naxçıvan MR-sı rəhbərliyinin səyləri nəticə­sində burada 140-dan çox dünya standartlarına tam cavab verən məktəb binası inşa olunmuş və bu iş bu gün də çox uğurla davam etdirilir. Şagirdlərin asudə vaxtlarının, onların intel­lek­tual səviyyəsini və istedadlarının üzə çıxarıl­ma­sının səmərəli təşkili məqsədilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Muxtar Respublika Texniki Yaradıcılıq, Ekologiya Tərbiyə, Turist Di­yar­şünaslıq Mərkəzləri, Şahmat və Musiqi məktəb­ləri üçün yeni binalar əsaslı şəkildə təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz edilərək şagirdlərin asu­də vaxtlarını səmərəli keçirmələri üçün onların istifadəsinə verilmişdir. Həmçinin Naxçıvan Texniki Kollecinin, Tibb məktəbinin binaları yenidən qurul­muşdur. Məktəbəqədər tərbiyə müəssisələrinin də ti­kintisi və təmiri diqqətdən kənarda qalmamış, şəhər və kəndlərdə yeni uşaq bağçaları tikilmiş, əksəriyyəti isə əsaslı təmir edilmişdir.  Ümumtəhsil məktəblərində təhsil alan şagird­lərin dərslik, dərs vəsaiti və bədii ədəbiyyatla təmin edilməsi də Muxtar Respublika rəhbərlərinin daim diqqət mərkəzində saxlanılır. 2005-ci ildən  2010-cu ilədək 1.257918 nüsxə dərslik, 475 adda 606813 ədəd latın qrafikası ilə çar olunmuş bədii ədəbiyyat, jur­nal və məcmuə, dərslərdə əyaniliyin təşkili, müasir təlim texnologiyalarının tətbiqi məqsədilə 200 adda 86750 ədəd müxtəlif fənləri əhatə edən rlakat, 1020 ədəd elektron tədris vəsaitləri, məktəbəqədər tərbiyə müəssisələri üçün 2131 ədəd SD-ləri, 1618 ədəd intel­lekt oyun fiqurları, həmçinin 1450 ədəd Azər­bay­can Milli Ensiklopediyası, 450 ədəd Naxçıvan Abidələri Ensiklopediyası məktəb kitabxanalarına verilmişdir. Bununla yanaşı, 2008-ci ildə kurrikulumun tədrisi ilə əlaqədar olaraq 3380 ədəd dərslik və müəllimlər üçün vəsait, Heydər Əliyev Fondu hesabına 15 fənn üzrə 140 adda 74510 ədəd tədris vəsaiti, birinci sinif şagirdləri üçün 5025 ədəd çanta və digər dərs ləvazimatları gətirilərək məktəblərimizə  paylanmışdır. 2009-cu ildə daha 158239 dərslik paylanmış, 12 ayda 4493 bədii ədəbiyyat, 440 ədəd «Naxçıvan xanlığı» kitabı məktəblərə hədiyyə edilmişdir. Ümumtəhsil məktəblərinin kadrlarla təmin olunması işi daim diqqətdə saxlanılmışdır. Azərbay­canda ilk dəfə olaraq təhsil yarmarkası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Muxtar Respublikada keçirilmişdir. Artıq ənənəvi hal alan təhsil yarmarkası 5 ildir ki, keçirilir və bu xəttlə kənd və ucqar kəndlərimizdə 391 nəfər müəllim kadr ehtiyacı olan ixtisaslar üzrə işlə təmin olunmuşdu. Təkcə 2009-cu ilin yarmarkasında 126 nəfər gənc kadr ucqar kənd­lərə göndərilmişdir. Tədris müəssisələrinin fasiləsiz fəaliyyət gös­tərməsi üçün onların maddi təchizatı, istiliklə təmin olunmasına xüsusi diqqət yetirilmişdir. Əgər 2007-2008-ci tədris ilində 77 tədris müəssisəsi istilik siste­minə qoşulmuşdursa, 2008-2009-cu tədris ilində ar­tıq 100 tədris müəssisəsi istilik sistemi ilə işləməyə başlamış, növbəti ildə isə bütün məktəblərdə avto­nom istilik sistemi fəaliyyət göstərməyə başlamışdır.   Muxtar Respublika məktəblərinin informa­siya və kommunikasiya texnologi­ya­ları ilə təmin edilməsi istiqamətində də səmərəli işlər ararılır. Azər­baycan Respublikası Prezidentinin sərəncamı ilə 21 avqust 2004-cü il tarixdə təsdiq edilmiş «Ümum­təhsil məktəblərin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı üzrə Dövlət Proqramı»­nın icrasına başlandığı 2005-ci ildən etibarən Naxçı­van Muxtar Respublikası ümumtəhsil məktəblərinin kompüterlərlə təchiz edilməsi ardıcıl davam etdirilir. Dövlət Proqramına uyğun olaraq hər 33 nəfər şa­girdə bir kompüter nəzərdə tutulduğu halda, Mux­tar Respublikada hər 23 şagirdə bir komrüter ol­maq şərtilə ümumtəhsil məktəblərin hamısı kom­püter və avadanlıqlarla tam təchiz olunmuşdur. Mək­təb­lərə 2290 ədəd kompüter dəsti verilmiş, onların da əksəriyyəti internetə qoşulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 iyun 2008-ci il tarixli «2008-2012-ci illər­də Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» öl­kə­mizdə yeni texnologiya­dan istifadə olunmaqla təhsilin informasiya mühitinin yaradılması və əha­linin informasiya cəmiyyətinə hazırlanması işində çox mühüm rol oynamaqdadır. Proqramdan irəli gələn vəzifələrə uyğun olaraq artıq 2009-cu ilin sonlarında Muxtar Respublika məktəblərində 2335 kompüter mövcud idi ki, onun da 100-ü internet şəbəkəsinə qoşulmuşdur. İnformasiya texnologiya­larının məktəblərdə daha səmərəli tətbiqinə nail ol­maq üçün 147 nəfər müəllim informasiya kursla­rında hazırlıq keçmişdir. Bu məsələ Naxçıvan MR Ali Məclis Sədrinin daim diqqətdə saxladığı məsələ­lər­dəndir. Ali Məclisin Sədri Vasif Talıbov tərəfin­dən təhsildə yüksək göstəricilərə nail olmuş 165 nəfər şagirdə şəxsi istifadələri üçün kompüter dəsti hədiyyə edilmişdir.   Orta məktəblərdə tədrisin əsas göstəricisi məzunların ali məktəblərə qəbulu ilə ölçülür. Bunu müxtəlif illərin göstəricilərinin müqayisəli təhlili də sübut edir. 2004-2005-ci tədris ilində isə bu rəqəmlər aşağıdakı kimi idi: məzunların sayı 5409, ərizə verənlərin sayı 3074 (56,83%), qəbul olanların sayı 1024 (33,31%). 2006-cı ildə 3312 abituriyentdən 1110 (35%), 2007-ci ildə 3099-dan 1183 (38%) tələbə adını qazanmışdır. 2008-ci ildə Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin 4714 məzunundan 3216 nəfəri (68,09%) ali məktəblərə sənəd vermiş və onlardan 1270 nəfəri (35,56%) ali məktəblərə qəbul olunmuşdur. 2009-cu ildə 4390 məzundan 3230 nəfəri (73,57%) ali məktəblərə sənəd vermiş və onlardan 1348 nəfəri (41,73%) (7, 2009, 29 dekabr;  2010, 27 yanvar), 2010-cu ildə isə 4321 məzundan 3293 nəfəri (76,20 %) ali məktəblərə sənəd vermiş və  1622 nəfəri (49%) tələbə adına layiq görülmüşdür. Muxtar Respublikada yüksək bal torlayan məzunların da sayı artmışdır. 2006-cı ildə 500-700 bal torlayanların sayı 135 nəfər idisə, 2007-ci ildə bu rəqəm 160, 2008-ci ildə 219 nəfər, 2009-cu ildə 232 nəfər, 2010 ildə isə 280 nəfər olmuşdur. Göründüyü kimi, təhsilin bu kefiyyət faizi ilbəil artmaqdadır.2005-ci ildən başlayaraq 500-700 intervalında bal torlayan məzunların Naxçıvan Muxtar Res­pub­likası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən qəbul edilməsi, onların pul mükafatı və hədiyyələrlə mükafatlandırılması ənənə halını almış və şagird­lə­rin daha yüksək nəticələr əldə etməsinə həvəslən­di­ril­məsi baxımından mühüm əhəmiyyət kəsb etmiş­dir. Orta təhsil bazasından orta ixtisas məktəb­lə­rinə qəbulda da müəyyən nailiyyətlər əldə edil­miş­dir. Belə ki, 2007-ci ildə orta ixtisas məktəblərinə 147, 2008-ci ildə 277, 2009-cu ildə isə 422 nəfər qəbul olunmuşdur. Məzunları ali məktəblərə qəbul olmayan məktəblərin sayca ilbəil azalması da bu gün Muxtar Respublika təhsilinin ümumi səviyyəsinin yüksəl­mə­sinin məntiqi nəticəsidir. Müqayisə üçün 2005-ci ildə qəbulu olmayan məktəblərin sayı 34 idisə, 2006-cı ildə 28, 2007-ci ildə 20, 2008-ci ildə 15, 2009-cu ildə 10 təşkil etmişdir. Deməli, beş il ərzində onların sayı iki dəfə azalmışdırsa, 2010-cu ildə isə ali məktəblərə qəbulu olmayan məktəblərin sayı sıfıra enmişdir. Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da hərbi peşəyə maraq ildən-ilə artmaqdadır. 2008-ci ildə Naxçıvan şəhə­rin­dəki Heydər Əliyev adına Hərbi Liseyə 770 nəfər sənəd vermiş, onlardan 250 nəfəri kursant adına layiq görülmüşlər. Bu liseyi 2008-ci ildə bitirmiş 140 nəfər məzundan 13 nəfəri ali hərbi məktəblərə daxil olmuşsa, 2009-cu ildə 144 nəfər kursantdan 141 nəfəri ali hərbi məktəbə daxil olmuşdu. Bütövlükdə 2009-cu ildə Muxtar Resrub­lika orta məktəb məzunlarından 29 nəfəri ali hərbi məktəbə daxil olmuşdur. Azərbaycanın ən yaxşı məktəbləri sırasına düşən məktəblərin sayına görə də Naxçıvan Muxtar Resrublikasının göstəriciləri ilbəil artmaqdadır. Əgər 2007-ci ildə respublika üzrə ən yaxşı məktəbləri sırasına 11 məktəbin adı daxil edilmişsə, 2008-ci ildə Muxtar Resrublika üzrə 20 məktəbin, 2009-cu ildə 32 məktəbin, 2010-cu ildə isə 43 məktəbin adı Azər­baycan Respublikasının «Ən yaxşı ümumtəhsil mək­təbi» sırasına daxil edilmişdir.  2007-2008-ci tədris ilində Muxtar Resrublikanın üç orta məktəbi - Nax­çıvan şəhəri Heydər Əliyev adına orta məktəbi (direktor - Məmmədyarov Hüseyn), Naxçıvan şəhə­ri A.Cəlilov adına 12 saylı orta məktəbi (direktor - Süleymanova Məfkurə) və Ordubad rayonu M.Fü­zu­li adına şəhər internat məktəbi (direktor - Həsə­nov İlqar) ən yaxşı ümumtəhsil məktəbi kimi Azər­baycan Respublikası Prezidentinin müvafiq sərən­ca­mına əsasən pul mükafatı ilə mükafatlan­dırıl­mışdır.  2008-2009-cu tədris ilində Muxtar Respub­likanın üç orta məktəbi - 705 saylı Hərbi Hissənin orta məktəbi (direktor - Bayramov Nazim), Heydər Əliyev adına Hərbi Liseyi (direktor - Əliyev Rasim) və Kəngərli rayon Qıvraq kənd orta məktəbi (direk­tor - Cavadov Mahmud), 2009-2010-cu tədris ilində Muxtar Respublikanın yenə də üç orta məktəbi - Naxçıvan şəhər 5 saylı orta məktəbi (direktor - Xəlilova Əsmər), Ordubad şəhər 1 saylı orta məktəbi (direktor - İsmayılova Könül), Şərur rayonu Muğanlı kənd orta məktəbi (direktor - Hüseynov İsa) Azərbaycan Resrublika­sı Prezidentinin müvafiq sərəncamları ilə ilin «Ən yaxşı ümumtəhsil məktəbi» adına layiq görülmüşlər. Naxçıvan Muxtar Resrublikası ümümtəhsil müəssisələrində istedadlı, yaradıcı şagirdlərin üzə çıxarılması sahəsində xeyli işlər görülmüşdür və bu iş indi də davam etdirilir. Naxçıvan Muxtar Res­rublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tə­şəb­büsü və qayğısı nəticəsində bir neçə məktəblinin şeir kitabları işıq üzü görmüşdür. 2002-ci ilin 20 noyabrında Naxçıvan şəhər A.Cəlilov adına 12 saylı məktəbdə məktəbli yazarlarla görüş oldu. Həmin tədbirdə Naxçıvan MR Təhsil Nazirliyinin Muxtar Respublika uşaq yazarlarının şeirlərinin torlu halında nəşr edilməsi təşəbbüsü irəli sürüldü. 2003-cü ildə Naxçıvan MR Təhsil Nazirliyinin müvafiq qərarı ilə Muxtar Respublika ümumtəhsil mək­təbləri şagirdlərindən 29 nəfərinin şeirlərindən ibarət «Pöhrələr - 1» almanaxı işıq üzü gördü. Naxçıvan Muxtar Respublikasında böyü­mək­də olan gənclərin bədii-estetik zövqünün formalaş­dı­rıl­masına, onların yaradıcılıq potensialının aşkar edilərək inkişafına böyük diqqət və qayğı göstərilir. Bu işdə Muxtar Respublikada fəaliyyət göstərən 27 musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri böyük rol oynayırlar. Onların əksəriyyəti XX əsrin 70-80-ci illərində açılsa da, yerləşdikləri binalar son illərdə yenidən qurularaq uşaqların istifadəsinə verilmişdir. Bu istiqamətdə Muxtar Respublikada fəaliyyət göstərən texniki yaradıcılıq, ekoloyi tərbiyə mərkəzlərinin, idman və şahmat məktəblərinin də böyük xidmətləri vardır. Muxtar Respublikada 44 bu tip tərbiyə müəssisəsində 2320 qrupda 30251 nəfər şagird məşğul olur ki, onların da tərbiyəsi ilə 1039 nəfər müəllim məşğul olur. Gənc nəslin hərtərəfli inkişafı və dünyagö­rüşünün formalaşmasında ölkəmizdə təhsilin birinci mərhələsi sayılan məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin də xüsusi əhəmiyyəti vardır. Məktəbdənkənar müəssisələr təhsil sisteminin tərkib hissəsi olub uşaqların, yeniyetmələrin, gənc­lərin mənəvi və texniki inkişafını, onların yaradıcılıq tələbatlarını təmin etmək üçün təşkil edilirlər. Mək­təbdənkənar müəssisələr bir və ya çoxprofilli olmaq­la məktəbli gənclərin asudə vaxtlarının düzgün təş­kilində onlara şərait yaradır. 09 arrel 2002-ci il tarixdə ümumtəhsil işçilərinin ümumi yığıncağında Naxçıvan Muxtar Respublika məktəblərində vahid məktəbli formasına keçid haqqında qərar qəbul edilmiş, bu Azərbaycan təhsil sistemində ilk addım olmuşdur. Təhsil alan şagirdlər 2002-ci ildən vahid məktəbli forması ilə məktəblərə qədəm qoyurlar. Həmçinin ümumtəhsil məktəblərin müəllimləri də vahid formada dərsə gəlirlər. Muxtar Respublikanın ali və orta ixtisas məktəblərində də tələbə-müəllim heyətinin vahid forma ilə dərslərdə iştirakına nail olunmuşdur. Vahid məktəbli formasının tətbiq olun­ması tədris müəssisələrində tədrisin, təlim-tərbiyənin, intizamın yüksəldilməsinə, şagird və tələbə­lər arasında sosial fərqin aradan qaldı­rıl­ma­sına müs­bət təsir göstərmişdir. Muxtar Respublikada yeni məktəblərin ti­kin­tisi, onların texniki və kadr təminatının yaxşılaş­dırılması, təhsil müəssisələrinin informasiya-kom­mu­nikasiya texnologiyaları və rulsuz dərsliklərlə təmin edilməsi, məktəb kitabxanalarının fəaliy­yə­tinin təkmilləşdirilməsi sahəsində tədbirlər bu gün də davam etdirilir. Hazırda Muxtar Respublikada fəaliyyət göstərən 222 ümumtəhsil məktəbinin hamı­sı komrüterlə təchiz edilmiş, məktəblərə hər 19 şagirdin istifadəsi üçün 1 dəst olmaqla 2674 kom­püter verilmişdir. Təhsilin keyfiyyətini artırmaq üçün ilk dəfə olaraq 2009-cu ildə 122 elektron lövhə alınaraq quraşdırılmışdır. Təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, son 5 ildə (2004-2009) Muxtar Respublikada yüksək nəticələr göstə­rən 35 nəfər müəllim Azərbaycan Respublika­sının, 45 nəfəri isə Muxtar Respublikanın «Əməkdar müəllimi» fəxri adlarına layiq görülmüş, 32 nəfəri isə «Tərəqqi» medalı ilə təltif olunmuşlar. Hazırda Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı ixtisaslı fəhlə kadrlara olan ehtiyacı kəskin surətdə artırmışdır. Bu isə öz növbəsində təhsilin vacib hissəsi olan peşə-ixtisas təhsilinə diqqətin art­masına, bu sahədə zəruri islahatların aparılmasına səbəb olmuşdur. Əgər 2004-cü ildə bu təhsil sahəsinə 5,4 mln. manat vəsait ayrılmışdırsa, 2009-cu ildə bu rəqəm 26 mln. manata çatmışdır. Peşə-ixtisas təhsilinə dövlət tərəfindən bu qə­dər önəm verilməsi isə səbəbsiz deyil. Müasir dövrü­müzdə ilk peşə-ixtisas təhsili ölkənin sosial-iqtisadi infrastrukturunun qurulmasında müstəsna əhəmiy­yət kəsb edir. Bu gün Azər­bay­can iqtisadiyyatının müasir inkişafı, bazar münasi­bətləri ilə bağlı səriştəli ustaları olan ehtiyac isə reşə-ixtisas təhsilinə daha böyük diqqət və qayğı ilə yanaşmağı tələb edir. Çünki reşə təhsili sadəcə tex­ni­ki iş deyildir, bu zamanın tələbidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3 iyun 2007-ci ildə «Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)»nın təsdiq edilməsi məhz bu diqqət və qayğının nəticəsidir. Bu dövlət Proqramı müvafiq qurumlar qarşısında konkret vəzifələr qoymuşdur. Naxçıvan Muxtar Respublikasında reşə-ixti­sas təhsili Muxtar Resrublika Təhsil Nazirliyinin nəz­dində fəaliyyət göstərən Naxçıvan və Şərur şə­hər­lərindəki peşə liseyləri, Ordubad və Culfa rayon­larındakı peşə məktəbləri və Muxtar Resrublika Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Naxçıvan Regional Peşə Tədris Mərkəzi həyata keçirir. Əsası ümummilli lider Heydər Əliyev tərəfin­dən qoyulmuş hərbi təhsil sistemi müasir mərhələdə daha da inkişaf etmiş, maddi-texniki bazası möh­kəm­lənmişdir. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 27 fevral  2005-ci il tarixli sərənamı ilə Naxçıvan  Hərbi Liseyinə onun yaradıcısı Heydər Əliyevin adı verilmişdir. 2005-ci il iyunun 15-də Heydər Əliyev adına Hərbi Liseyin yeni tədris korpusu və yardımçı binalarının rəsmi açılış mərasimi oldu. Həmin il dekabrın 19-da Prezi­dent İlham Əliyev Naxçıvana səfəri zamanı liseydə olmuş, kursantların təhsili və yaşayışı üçün yaradıl­mış şəraitdən razı qaldığını bildirmişdir. 750 yerlik hərbi lisey kompleksi bütün müasir tələblərə cavab verən sinif otaqlarına, laboratoriyalara, kabinələrə, kitabxana və idman kompleksinə malikdir. Liseydə kursantların fiziki hazırlığı və təhsili ilə yanaşı hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Hərbi liseyə göstərilən dövlət qayğısı və diqqəti konkret nəticələrini verməkdədir. Məktəb 2008-2009-cu tədris ilində Muxtar Respublika üzrə «İlin ən yaxşı məktəbi» adına layiq görülmüşdür. Filial kimi 56 nəfər kursantla fəaliyyətə başlayan Hərbi Liseydə indi 641 nəfər şagird təhsil alır. Kursant­ların təlim-tərbiyəsi ilə 62 nəfər müəllim məşğul olur. Liseyi bitirən kursantlar nəinki Azərbaycanın, həmçinin bir sıra xarici ölkələrin ali hərbi məktəb­lərində öz təhsillərini davam etdirirlər. Naxçıvan Muxtar Resrublikasında fəaliyyət göstərən orta ixtisas məktəbləri re­gionun və ölkə­mizin orta mütəxəssis  kadrlarla təmin olunmasında mühüm rol oy­na­mış və oynayırlar. Hazırda təhsilin bu forması və mərhələsi Naxçıvan Dövlət Texniki kolleci, Naxçıvan Tibb texnikumu və Naxçıvan Musiqi məktəbi ilə təmsil olunur. Ümummilli liderimiz Heydər Əliyevin müəy­yən­ləşdirdiyi, Azərbaycan Res­pub­likasının Prezi­den­­ti İlham Əliyevin davam etdirdiyi təhsil strate­giyası bu gün Nax­çıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Bunu son 15 ildə Muxtar Res­­pub­likada Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun bilavasitə rəh­bərliyi ilə təhsillə bağlı həyata keçirdiyi tədbirlər, qazanılmış nəticələr də sü­but edir. Son 15 ildə Naxçıvan Muxtar Respubli­ka­sın­da təhsilin inkişafında əldə olunan nailiyyətlər Mux­tar Respublikanın qazandığı cahanşümül uğurların tərkib hissəsidir. Lakin Muxtar Respublikanın təhsil işçiləri bu nailiyyətlərlə məhdudlaşmır, Muxtar Res­publika təhsilini daha da inkişaf etdirmək, müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, dünya təhsil sisteminə sürətli və uğurlu inteqrasiyasına səy göstərirlər.  

 

 

HƏMZƏ CƏFƏROV,

Tarix elmləri doktoru,

professor

 

Palitra.- 2012.- 8 fevral.- S. 11.