«Xalqa ən böyük və mədəni xidmət kitabla xidmətdir»
Məlahət
Abdullayeva: «Kitabxanamız Abşeronda keçirilən tədbirlərin
təşkilində yaxından iştirak edərək yeni ədəbiyyat
sərgiləri, oxucu konfransları, ədəbi-bədii gecələrin
keçirilməsini təşkil edir»
Layihə
çərçivəsində müsahibimiz Abşeron Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru Məlahət Abdullayevadır. O,
müsahibəyə kitabxana haqqında məlumat
verməklə başladı:
-
Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin əsası 1952-ci ildə Xırdalan qəsəbəsindəki
uşaq bağçasının yerləşdiyi binada qoyulub.
Sonradan bir
neçə binaya köçürülən
kitabxana 1975-ci ildə Xırdalan şəhəri,
27-ci məhəllə, 4a saylı binaya
yerləşdirilib və bugünədək həmin binada fəaliyyət göstərir. Kitabxana
1977-ci ildən rayonun qəsəbə və
kəndlərindəki kitabxanalarla birlikdə
Abşeron Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin mərkəzi
olub. İndiki
Xızı rayonunun qəsəbə və
kənd kitabxanaları da vaxtilə Abşeron rayon MKS-in filialları olub və
1992-ci ildə Xızı rayonu
ayrılandan sonra Abşeron
rayon MKS-in 16 filialı
fəaliyyət göstərir. Hazırda mərkəzi
kitabxananın 5 şöbəsi var:
Kitabişləmə və komplektləşdirmə
şöbəsi, Metodika və biblioqrafiya şöbəsi, Vahid
fond, Xidmət və abonement
şöbəsi və Uşaq şöbəsi.
Rayonun
əhalisi hazırda 220491 (daimi əhali - 196842 nəfər, məcburi
köçkünlərin sayı - 23649 nəfər) nəfərdir
ki, onun da 22720-si kitabxanalarımızdan istifadə edir. Kitab fondu 243255 nüsxə olub
ki, onun da 206772 nüsxəsi Azərbaycan, 36445
nüsxəsi rus, 38 nüsxəsi isə
digər dillərdədir. Ötən il
MKS-ə Prezidentin sərəncamı ilə
çap olunan və kitabxanalara hədiyyə edilən 32 adda 770 nüsxə kitab daxil olub. M.F.Axundov adına Milli Kitabxanadan isə 68 adda 94
nüsxə kitab alınıb. Şəxsən
müəllif tərəfindən və digər təşkilatlardan
140 adda 406 nüsxə kitab,
24 jurnal hədiyyə olunub.
Müqavilə yolu ilə Kitabxana Kollektorundan il ərzində 45 adda 167
nüsxə, 2000 manat məbləğində
kitab, kitabxana
texnikası alınıb, inventar və qeydiyyat kitabları dəyişdirilib. İl ərzində Mərkəzi Kitabxana 665 adda 1820 nüsxə
kitabın qeydiyyatını aparıb, kitablara
inventar sayları verib,
kataloqlaşdırıb, mərkəz və filiallara sistemli şəkildə
paylayıb. Ötən il ərzində
3607 nüsxə kitab silinib.
Oxu zalı və Xidmət şöbəsinə
il ərzində 594 nüsxə kitab, 1262 qəzet, 96 jurnal
daxil olub.
- MKS-in filiallarının işi hansı səviyyədə
təşkil edilib?
- MKS-in 10
qəsəbə və
6 kənd filialı fəaliyyət göstərir.
2011-ci ildə Ceyranbatan qəsəbə
klubu nəzdində fəaliyyət göstərən
Ceyranbatan 2 saylı
filial kitabxanasının binası
yenidən tikilib istifadəyə verilib.
Qobu qəsəbə kitabxanası
üçün binanın
tikintisinə başlanılıb.
Qəza vəziyyətində olan bir neçə filialın yenidən inşası və əsaslı təmiri nəzərdə tutulub ki, bu da
dövlətimizin kitabxanalara
diqqət və qayğısının təzahürüdür.
Ötən il ərzində qəsəbə
kitabxanalarına 294 adda
714 nüsxə, kənd
kitabxanalarına 133 adda
362 nüsxə kitab işlənib verilib, qəsəbə kitabxanalarından
2451 nüsxə kitab silinib ki, qəsəbə
kitabxanalarının fondu
119343 nüsxə, kənd
kitabxanalarının fondu
isə 59295 nüsxə
olub. Filiallarda ixtisaslı kadrlara
ehtiyac var. Onların azlığı, ixtisaslı
kadrların başqa müəssisələrə getməsi
işə mənfi təsir göstərir.
MKS-ə məxsus avtomobilin olmaması da işə mənfi təsir göstərir. MKS-in bu təminatı filiallara gedişlərin daha da sıx
olmasına şərait
yaradardı. Buna baxmayaraq filiallara gedişlər təşkil
olunur və lazımı əlaqələr
yaradılır. Filiallarımızda işin yüksək səviyyədə qurulmasına
çalışırıq. Abşeron rayonu Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin 9 saylı Fatmayı kənd Kitabxana-İnformasiya
Mərkəzi kənd
kitabxanası kimi ötən əsrin 50-ci illərində yaradılıb.
10896 nüsxə kitab fondu ilə oxuculara xidmət edən filial kitabxana uyğunlaşdırılmış
köhnə binada yerləşmişdi. 2009-cu ildə Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüs
və köməyi ilə 9 saylı Fatmayı kənd filial kitabxanasının binası
yenidən tikildi və 2010-cu ildə oxucuların istifadəsinə
verildi. Kitabxana istilik sistemi,
yeni inventar və avadanlıqla təmin olunub. Kitabxanaya 2 kompyuter dəsti, üzçıxardan aparat
hədiyyə edilib, telefon xətti çəkilib, internetə
çıxış təmin
olunub. Milli Kitabxanadan 1242 nüsxə
kitab pay verilib. Elmi-texniki tərəqqinin inkişaf
etdiyi, virtual şəbəkənin
kütləviləşdiyi, müasir informasiya texnologiyalarından istifadənin
genişləndiyi nəzərə
alınaraq kitabxananın
avtomatlaşdırılması istiqamətində işlər
davam etdirilir. Mərkəzi Kitabxana ayda
bir-iki dəfə
seminar məşğələləri keçirir, filiallara məsləhət və tövsiyələrini verir,
kitabxanaçıların ixtisasartırma
kurslarında iştirakını
təmin edir.
- Kitabın təbliğ olunması üçün
nə etmək lazımdır?
- Mən deyərdim ki, xalqa ən
böyük və mədəni xidmət kitabla xidmətdir. Doğrudur,
ilk baxışdan bu xidmət o qədər də nəzərə çarpmır. Ancaq dərinə
varanda görürsən
ki, bütün xidmətlərin kökündə
kitab, kitabxana dayanır. Dekart
deyirdi ki, «Yaxşı kitabları oxumaq keçmişin ən yaxşı adamları ilə söhbət etmək deməkdir. Bu həm
də elə bir söhbətdir ki, o adamlar bizə
özlərinin yalnız
ən yaxşı fikirlərini deyirlər».
Böyük, ağıllı adamlar kitabı tacdan qiymətli hesab ediblər. Və ya taca, digər
rütbələrə yol
kitabdan keçir.
Ağıllı, savadlı, elmli
adamın siyasəti də güclü və uzunömürlü
olur. M.Qorki deyib: “Əmək və bilik “ikinci təbiəti”yaradır,
bu isə sözün dəqiq və əsil mənasında mədəniyyətdir».
Yaradan insanı digər canlılardan ayırıb
ona elmli, savadlı və mədəni olmağın
yolunu göstərib.
Bu yoldan çıxanlar
itkiyə, zərərə,
məğlubiyyətə uğrayıb.
Bu gün elm, texnika o dərəcədə
inkişaf edib ki, bilgisayarlar, internerə çıxış
çoxunu çaşdırıb.
Qoy adını nə qoyurlarsa qoysunlar, o, elmi, biliyi, yüksək
keyfiyyətləri təbliğ
edirsə, onun kökündə insana, insanlığa xidmət dayanırsa, qoy olsun. Kitabın adını dəyişib
nə adlandırırlarsa
adlandırsınlar, əsası
odur ki, mahiyyət, məzmun dəyişməsin. Dünənin bu günə, bu günün sabaha ötürülməsindəki
bağlılıq qırılmasın.
Kitab biliyə, uğura, kamilliyə yüksəlmək deməkdir.Kitabxanamız
rayonda keçirilən
seminar və tədbirlərin
təşkilində yaxından
iştirak edir, filial və mərkəzin xidmət şöbələrinə
ardıcıl olaraq metodiki tövsiyə və məsləhətlərini
verir, illik və rüblük iş planlarının tutulub həyata keçirilməsində lazımı
köməklik göstərir.
Mövzu
və yeni ədəbiyyat sərgilərinin,
oxucu konfransları, kitab təqdimatları, ədəbi-bədii gecələrin
keçirilməsini təşkil
edir, məruzə və mühazirələr
hazırlayır, MKS-ə daxil
olan yeni ədəbiyyat haqqında
bülletenləri diqqətə
çatdırır. Bir sözlə,
mərkəz oxucuların
kitaba, kitabxanya cəlb olunmasında yaxından iştirak edir. Kitabxananın nəzdində yaradılmış
«Od parçası»
ədəbi birliyinin yaradıcı üzvləri
orta məktəb şagirdləri və tələbələrin köməyindən
ardıcıl istifadə
edir. Ədəbi birlik 2001-ci ilin
sentyabr ayında Məlahət Yusifqızı
Qaramuradlının təşəbbüsü
ilə yaradılıb.
Anar Miriyev
Palitra.-2012.-14 fevral.- S.7.