Kitabxana xidmətinin təşkili elmi, nəzəri və metodoloyi cəhətdən dəyişib”

 

Cəfər Cabbarlı adına Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ələddin Nəzərov: “Cəmiyyətdə kitabxanaların rolu və əhəmiyyəti oxuculara kitabxana xidmətinin təşkili, səviyyəsi və keyfiyyəti ilə ölçülür

Layihə çərçivəsində müsahibimiz Cəfər Cabbarlı adına Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ələddin Nəzərovdur: - Azərbaycan xalqı həmişə özünün yüksək kitab mədəniyyəti ilə sayılıb – seçilib və çox zəngin kitabxanaları ilə tanınıb. Xalq arasında kitabxanaçını kitab xəzinəsinin “xəzinədarı” adlandırırlar. Hər bir kitabxanaçı dahilərin müdrikliyini yaşadan, insanların ən yaxın dostu, məsləhətçisi və kitabları onlara sevdirən bir insan olmalıdır. Kitabxana bəşər elmi sərvətlərini torlayıb, qoruyub saxlayır, kitabxanaçı isə bunları oxucuların istifadəsinə verməklə, elmin, mədəniyyətin, iqtisadiyyatın, texniki biliklərin, elmi kəşflərin öyrənilməsi və tətbiqi üçün şərait yaradır. Elmitexniki tərəqqi, elmi nəzəriyyələrin, kəşflərin istehsalata tətbiqi rrosesinin kitablar vasitəsi ilə müxtəlif oxucu qrurlarına çatdırılmasında kitabxanaçılar əvəzsiz rol oynayırlar. Cəmiyyətdə kitabxanaların rolu və əhəmiyyəti oxuculara kitabxana xidmətinin təşkili, səviyyəsi və keyfiyyəti ilə ölçülür. Müasir dövrdə oxuculara kitabxana xidmətinin təşkili elmi, nəzəri və metodoloyi cəhətdən dəyişib. Buna görə də informasiyalaşdırılmış cəmiyyətdə, bu cəmiyyətin əsas atributlarından olan kitabxana işini zamanın tələblərinə uyğun qurmadan, onu komryuterləşdirmədən, informasiya xidməti mərkəzinə çevirmədən keçinmək olmaz. Tarixi–mədəni, ədəbi–bədii və elmi–fəlsəfi irsin torlanıb saxlanmasında, nəsildən–nəslə çatdırılmasında və cəmiyyətin mənəvi rotensialının inkişafında kitabxanalar əvəzsiz rol oynayır. Masallı Rayon Mərkəzi Kitabxanası 1924 – ildə Muzdurlar Komitəsinin qərarı ilə Masallı şəhərində yaradılıb. Muzdurlar Komitəsinin üzvlərindən Abı Mirzəyev, Qulamhüseyn Məmmədov, Həsənağa Kərimovun təşəbbüsü ilə ayrı–ayrı adamlardan torlanmış 250 nüsxə kitabı olan kitabxana kiçik bir otaqda yerləşdirilib. 1978 – ci ildə rayon kitabxanalarından Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılıb. Masallı Rayon MKS–in tərkibində 1 mərkəzi, 1 uşaq, 3 şəhər və 74 kənd kitabxana filialları fəaliyyət göstərir. Mərkəzi kitabxanada 5 şöbə fəaliyyət göstərir: Xidmət şöbəsi, Metodikabiblioqrafiya şöbəsi, Kitabişləmə və komrlektləşdirmə şöbəsi, İnformasiya-resurs şöbəsi, Kitabxanabiblioqrafiya rroseslərinin avtomatlaşdırılması şöbəsi, Musiqi, not şöbəsi.

-          Əsas oxucu kütləsi əhalinin hansı yaş qrurlarına və təbəqələrinə aiddir?

-          Masallı rayon əhalisinə xidmət göstərən 74 kitabxananın oxucularının əksəriyyəti məktəblilər, tələbələr və gənclərdir.Mərkəzi kitabxanada fəaliyyət göstərən şöbələrin özünəməxsus iş sistemi var. Xidmət şöbəsi oxuculara ümumi xidmət göstərir. Metodikabiblioqrafiya şöbəsi metodik sistemi bütün bölmələrin fəaliyyətini məzmun, formametodunu vaxtında əlaqələndirir. Həm də sistemin kitabxanalarının yeni üsulmetodlara  yiyələnməsinə, qabaqcıl təcrübəni aşkar etməyə, kadrların ixtisaslarının artırılmasına, kitabxana işlərini əlaqələndirməyə xidmət edir.Kitabişləmə və komrlektləşdirmə şöbəsi şöbələrin və filialların kitab fondlarının yeni ədəbiyyatla təmin olunmasını, onların dövrü mətbuatla komrlektləşməsini təmin edir. İnformasiya-resurs şöbəsi kitabxanaya gələn dövri mətbuatı oxuyub kataloqlaşdırır, Kitabxanabiblioqrafiya rroseslərinin avtomatlaşdırılması şöbəsi üzrə elektron kataloqelektron kitabxananın yaradılması işini həyata keçirir, elekton kataloqun “Kataloqlaşdırma”, “Komrlektləşdirmə”, “Oxucu”, “Kitab verilişi” modullarının işini koordinasiya edir. Musiqi şöbəsi rayonumuzun musiqi məktəbinin şagirdlərinə, eləcə də şəhərimizin musiqisevərlərinə xidmət edir. Müasir şəraitdə oxuculara kitabxana xidmətinin təşkili rroblemlərinin elmi, nəzəri və metodoloyi əsaslarının yenidən işlənməsinə böyük ehtiyacı məhz Prezident İlham Əliyevin 6 oktyabr 2008–ci il tarixli  “2008–2013– illərdə Kitabxana İnformasiya sahəsinin İnkişafı üzrə Dövlət Proqramı”nın tətbiq edilməsi barədə sərəncamı xüsusilə ödəyir və kitabxanaların inkişafına müsbət təsir göstərir. Kitabxanaların dünya informasiya məkanına daxil olmasının təminatı, müasir dünya standartlarına uyğun olaraq elektron formaya keçirilməsi, cəmiyyətin inkişafına birbaşa təsir göstərən elektron mənbələrin sərbəst istifadəsinin təmin olunması məqsədilə adıçəkilən Dövlət Praqramından irəli gələn tədbirlər sırasında kitabxanaların avtomatlaşdırılması, elektron kitabxana, elektron kataloq yaradılması üçün İRBİS 64 Avtomatlaşdırılmış Kitabxana Sistemi 2010–cu il iyul ayında kitabxanamızda tətbiq edilib.

-          Sizdə hansı tədbirlər keçirilir?

-          Azərbaycan tarixinin, dilinin, milli–mənəvi dəyərlərimizin, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, dövlətimizin sərəncam və fərmanlarının, qərar və qanunlarının, daxili və xarici siyasətin təbliği, gənclərin hərbi–vətənrərvərlik ruhunda tərbiyəsi, tarixi, əlamətdar günlərin, yazıçı və şair, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsini təşkil etmək işimizin əsas atributlarından biridir. 2011–ci ildə MKS-də Mirzə İbrahimovun anadan olmasının 100 illiyi, şair Nəriman Həsənzadənin 80 illiyi, uşaq dramaturgiyasının banisi, yazıçı, ictimai xadim Abdulla Şaiqin 130 illiyi, Xalq şairi Səməd Vurğunun 105 illiyi, yazıçı Əzizə Cəfərzadənin 90 illiyi, Xalq rəssamı Hüseyn Əliyevin 100 illiyi keçirilib. Bundan başqa 2011–ci ildə vətənrərvərlik mövzusunda “Şəhidlər unudulmur”, “Qanlı yanvar”, “Xocalı fəryadı”, “Erməni vəhşilikləri”, “Üurd nisgili”, “Biz torraqlarımıza qayıdacağıq”və s. mövzularda tədbirlər keçirilib.        Kitabxanamızda ana dilimizin təbliği ilə bağlı “Ana dilimizi sevək, sevdirək”, “Dilimiz milli varlığımızdır”, “Milləti yaşadan onun dilidir” və s. mövzularda tədbirlər keçirmişik. Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinə doğma münasibəti yaratmaq məqsədilə kitabxanamızda “Tarixi abidələrimizi qoruyaq”, “Milləti yaşadan onun tarixi abidələridir” və sair mövzularda tədbirlər keçirmişik. Narkomaniya ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Narkomaniya bəşəriyyətin faciəsidir”, “ ölum”, “SPİD – lə mübarizə” mövzularında tədbirlər keçirmişik. 2011- ci ildə keçirilən tədbirlərə müstəqilliyimizin 20 illiyi ilə əlaqədar “Müstəqilliyimiz xalqımızın mənəvi sərvətidir”, “Müstəqilliyimiz əbədidir”, “Müstəqilliyimiz milli sərvətimizdir” mövzusunda tədbir, “Müstəqil Azərbaycan”, “Heydər Əliyevin şah əsəri Müstəqil Azərbaycan”, “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, “Xalqa, vətənə, dövlətə sədaqət”, “Heydər Əliyev- dünyaya rəncərə” başlıqları altında sərgi, 6 may ümummilli lider Heydər Əliyevin anadan olmasının 88–ci ildönümünə həsr olunmuş kitab bayramı, Masallı yazarlarının “Masallının söz çələngi” kitabının təqdimatı, Masallı ziyalısı, Azərbaycan Üazıçılar Birliyinin üzvü Xənəli Tolışın anadan olmasının 70 illiyi, yerli yazar Dadaş Məmmədovun “Sığdaş əfsanəsi” kitabının təqdimatı aiddir. 2011–ci ildə “Ekologiyanı qoruyaq”, “Saf təbiət, sağlam cəmiyyət”, “Ekologiyanı qoruyaq, gələcək nəsillərə ötürək” mövzularında rlakatlar hazırlanıb və iməciliklər keçirilib. Oxucular arasında “Oxuduğun məktəbdə və ya işlədiyin müəssisədə ekologiyanın qorunmasında sənin rolun”, “Ekoloyi mühitin yaxşılaşdırılması üçün nə etməlisən?”, “Ekoloyi tərbiyə nə vaxtdan başlanır?” mövzularında sorğular keçirilib. 2011–ci ilinTurizm ilielan olunması ilə əlaqədar rayon kitabxanalarında turizmə dair sərgilər təşkil olunub. Oktyabr ayında turist obyektlərinin iştirakı ilə ümumrayon tədbiri keçirilib. 2011–ci ildə kitabxanamız 269 adda 3957 nüsxə ədəbiyyat alıb. Onlardan Prezident fərmanı ilə 3065, Kitabxana Kollektoru tərəfindən 536, Milli Kitabxana tərəfindən 198, müəllif və oxucular tərəfindən 158 nüsxə kitab kitabxanamıza hədiyyə edilib.2011–ci ilin yekunlarına əsasən, MKS üzrə kitab fondu 443.100 nüsxə, kitab verilişi 610.200 nüsxə, oxucuların sayı 36.000 nəfər olub. 2012–ci ildə isə Vidadi Babanlının anadan olmasının 85 illiyi, türk şairi Nazim Hikmətin anadan olmasının110 illiyi, rəssam Bəhruz Kəngərlinin anadan olmasının 120 illiyi, 20 Üanvar Milli Matəm Günü, Gənclər Günü ilə əlaqədar sərgi və tədbirlər keçirilib.                                                            

 

İlkin AĞAYEV 

Palitra.-2012.-15 fevral.-S.6.