Mədəniyyətimiz
xaricdə təbliğ olunur
Arye Qut:”Bu işdə bütün
dəstəyi göstərməyə hazırıq və
lazımi potensialımız var”
Layihə çərçivəsində
müsahibimiz Azərbaycan-İsrail Beynəlxalq
Assosiasiyasının(AZİZ) mətbuat katibi, siyasi elmlər
üzrə doktor Arye Qutdur. Onunla müsahibəmizdə
İsraildə Azərbaycan mədəniyyətinin təbliğu
məsələləri barədə danışdıq. A.Qut
söhbətə belə başladı:
-AZİZ
beş ildir ki, yaranıb. Biz siyasi məsələlərdən
əlavə, Azərbaycan mədəniyyətinin təbliği
ilə də geniş məşğul oluruq. Öncə qeyd
edim ki, siyasi sferada məsələn, “erməni
soyqırımı”, Xocalı
faciəsi ilə bağlı ciddi və məqsədyönlü
iş aparırıq. Bu ilk dəfə olaraq İsraildə
akademiya səviyyəsində elmi-praktiki konfrans keçirəcəyik.
Orada faktiki olaraq bütün İsraildə yaşayan, Azərbaycanda
fəaliyyət göstərən, Qafqazla, Azərbaycanla,
keçmiş Sovetlər birliyi məsələləri ilə
məşğul olan professorlar, mütəxəssislər
olacaq. Faktiki olaraq biz orada akademik səviyyədə
Xocalıda baş vermiş soyqırımını müzakirə
edəcəyik. Eyni zamanda Xocalı faciəsini siyasi müstəvidə
müzakirə edib bununla bağlı qərara gəlinməsinə
çalışırıq. Ümumiyyətlə, Azərbaycan
həqiqətlərinin burada dolğun əksini tapmasına və
bu barədə zəngin informasiyanın geniş
yayılması bizim əsas hədəflərimiz
sırasındadır. Çünki Azərbaycan həqiqətləri,
xüsusən də Xocalı soyqırımı barədə
problemlərimiz oradan başlayır ki, biz özümüz
deyib özümüz eşidirik. Dünyaya həqiqətlərimizi
çatdırmaq üçün
biz ermənilərdən müdafiə
olunmamalıyıq, əksinə, ermənilərə
qarşı intellektual aqressiya
aparmalı, hücumu gücləndirməliyik. Bu baxımdan həm
siyasi aqressiya, həm də mədəniyyət sahəsində
aqressiya olmalıdır. Qeyd etdiyiniz kimi, mədəniyyət
sahəsində bu baxımdan aktivliyin gücləndirilıməsi
olduqca məqsədəuyğundur. Bildiyiniz kimi, Yeganə
xanım Salmanın başçılıq etdiyi Azərbaycan
mədəniyyəti ilə bağlı mərkəz
İsraildə fəaliyyət göstərir. Onun Azərbaycan
mədəniyyəti ilə bağlı fəaliyyəti və
İsrail cəmiyyətində geniş miqyasda təbliğat
aparmaq, eləcə də dünya səviyyəsində mədəniyyətimizi
tanıtmaq əsas vəzifələrdən biridir. Bu
baxımdan düşündüyümüz bir sıra layihələr
var. Məsələn, may ayında Azərbaycan
karikaturaçılarının İsraildə böyük
bir sərgisi keçiriləcək. Bu baxımdan bizə həm
İsrailin Xarici İşlər Nazirliyi yardım edir, eyni
zamanda İsraildə olan Karikaturaçılar Assosiasiyası
da köməyini əsirgəmir. Eyni zamanda
üç-dörd ay bundan öncə - oktyabrda Azərbaycanın Dövlət
Müstəqilliyi Gününü qeyd etdik. Bu tədbirə
Azərbaycan mədəniyyətinin tanınmış
nümayəndələri də gəlmişdi. Bu sıradan
olan tədbirlər əvvəllər də keçirilib, bu tədbirlərdə
istər İsrailin, istərsdə Azərbaycan mədəniyyətinin
nümayəndələri
iştirak ediblər. Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin
təbliği və tanıdılması konketstində burada
bütün dövlətçilik və milli
bayramlarımız keçirilir və təntənəli
şəkildə qeyd olunur. Biz Azərbaycandan olan diaspor
nümayəndələri olaraq bu tədbirlərin
keçirilməsində və təşkil olunmasında
heç bir şeyi əsirgəmirik. Amma qeyd etməliyəm
ki, bu baxımdan bizə Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyindən böyük bir kömək hələki
yoxdur. Biz bu köməyi gözləyirik, burada daha geniş
miqyaslı işləri görə bilərik. Məsələn,
bu yaxında belə bir məsələ meydana
çıxdı ki, Rusiyada çoxlu azərbaycanlı
yaşamasına baxmayaraq orada azərbaycanlıların siyasi
lobbisi hələki təzə formalaşır. Amma bizdə - İsraildə artıq
formalaşmış Azərbaycan
siyasi lobbisi var. Bu baxımdan İsrailin həm Mədəniyyət,
həm də Xarici İşlər nazirliklərinə,
bütün nazirliklərə müraciət edəndə
bizimlə əməkdaşlıq edirlər. Ona görə
ki, İsraildə Azərbaycana çoz önəmli və
prioritet ölkə kimi baxırlar. Bu baxımdan mədəniyyətimizi
tanıtmaq və digər Vətən üçün
faydalı işləri görməyə biz həmişə
hazırıq. Məsələn,
bu yaxında Ofir Naxşon adlı İsrailin çox
tanınmış telejurnalisti ilə söhbətim oldu. Ona
dedim ki, yaxşı olar ki, Azərbaycan haqqında bir sənədli
film çəkilsin. Yəni Azərbaycan “Eurovision”a
hazırlaşır, bu məsələ hamımız
üçün çox önəmlidir. Bunun
üçün Azərbaycana səfər etməyi, orada
çəkilişılər aparmağı müzakirə
etdik. İsrailli telejurnalist mənim bu ideyama böyük dəstək
verməyə hazırdır. Burada çoxları Azərbaycanın
mədəniyyəti və təbiəti,.gözəllikləri
barədə hələ də səthi məlumatlara malikdirlər.
Bu aradan qaldırılmalıdır. Ermənistanda daş
daş üstündə yoxdur, amma onlar guya mədəniyyətlərinin
və turizm potensiallarının yüksək olduğu barədə
ciddi təbliğat aparırlar, vəsait sərf edirlər. Ermənilər burada qələmə
verirlər ki, guya Ermənistan gözəl kurort mərkəzidir.
Mədəniyyət baxımından isə Ermənistanın
“yaratdığı” mədəniyyət Azərbaycan mədəniyyətinin
surətidir. Dünya bunu bilmir, biz bunu yaxşı formada
dünyaya çatdırmalıyıq. Bu baxımdan çoxlu
layihələr həyata keçirmək olar. Biz də bu
gün hazırıq ki, Azərbaycan mədəniyyətin təbliği
baxımından hansı məsələni qaldırmaq istəyirsə,
bu barədə də bütün gücümüzü sərf
edək. Biz burada Azərbaycanın diaspor ordusuyuq. İndiyə
qədər Mədəniyyət və Turizm Nazirliyinə bir
neçə dəfər müraciət etmişik, amma o tərəfdən
hələki yetərincə dəstək gözləyirik.
Hazırda bizim işlərə
real dəstəyi Heydər Əliyev Fondu, Diasporla
İş üzrə Dövlət Komitəsi göstərir.
Siyasətçilər arasında bizə ən böyük dəstəyi
çox hörmət etdiyim və Azərbaycan naminə real
çalışan millət vəkili Qanirə xanım
Paşayeva edir. Bizim tədbirlərin keçirməyində,
Qənirə hanımın rolu əvəzsizdir. Bu baxımdan Azərbaycan filmlərini,
Azərbaycan televiziyasını da bura gətirmək olar.
Televiziyalararası münasibətləri inkişaf etdirmək
olar. Azərbaycan mədəniyyətinin gözəl bir hissəsi
olan xalçaçılığı təbliq etdirmək və
tanıtmaq olar. Bu gün dünyada çox yerdə bilmirlər
ki, bir çox ölkələrin adlarına
çıxılan xalçalar əslində Azərbaycan mədəniyyətinə
aid, azərbaycanlıların yaratdıqları, toxuduqları
xalçalardır. Bu barədə bir neçə dəfə
özüm müraciət etmişəm ki, bu xalçalar Azərbaycan
mədəniyyətinə aiddir, çünki hamısı
tarixi Azərbaycan xalçaçılıq məktəbinin
nümunələridir. Bütün bunları biz dünyaya deməyi
bacarmalıyıq, bu barədə ciddi təbliğat
olmalıdır. Əslində mədəniyyət Azərbaycanın
təbliği üçün ən effektli sahələrdən
biridir və bu potensialdan istifadə edilməlidir. Bir
nüansı deyim ki, biz Xocalı soyqırımının
Knessetdə müzakirəsi üçün
çalışırıq -
Xocalı məsələsini Knesset səviyyəsinə
çatdırmaq istəyirik.
Biz Xocalı soyqırımının dünyada
tanıdılması üçün əsas təşəbbüs
göstərən diaspor qurumlarından öndə gedəniyik.
Bunun üçün bütün təbliğat
maşını işə salınmalıdır və
diasporun gücündən tam bəhrələnmək
lazımdır. Məsələn, çox vaxt ermənilərin
istifadə etdiyi musiqilərin Azərbaycan musiqisi olduğunu
dünya bilmir. Biz bununla bağlı dərhal burada reaksiya
veririk və hesab edirəm ki, bu barədə ayrıca aqressiya
nümayiş etdirmək və ermənilərin bu məsələdə
surətçıxaran olduqlarını dünyaya sübut
etdirmək lazımdır. Xüsusilə, Rusiya
telekanallarına yol tapan ermənilərin Azərbaycan mudiqisini
oğurladıqları aşkar görünür, bu kimi
halların qarşısını almaq üçün
aqressiyanı gücləndirmək lazımdır, informasiya
savaşında yeni metodlar və üsullar axtarıb
tapılmalıdır. Azərbaycan mədəniyyət
nümayəndələri daha çox və mütəmadi
İsrailə göndərilməlidir, biz də öz növbəmizdə
onlarla görüşləri təşkil edə bilərik.
Bu baxımdan bizim üçün burada heç bir problem
yoxdur.
- Hazırda İsraildə Azərbaycan
mədəniyyəti ilə bağlı bilgiləri necə
xarakterizə edərdiniz?
- Təkcə
İsraildə yox, bir sıra ölkələrdə bəzən
Azərbaycanın yerini səhv salırlar. Məsələn,
belə bir hal olub ki, mən Azərbaycandan olduğumu demişəm,
bunun müqabilində dəqiqləşdirmək
üçün soruşublar ki, “bu, Özbəkistandadırmı?”.
Bu, əslində bir çox ölkələrlə
bağlı informasiya qıtlığından qaynaqlanan məsələdir.
Belə hal olduqda, mən bu cür insanlar üçün xəritə
təşkil edib, Azərbaycanı göstərirəm, onun mədəniyyəti,
həqiqətləri barədə müfəssəl məlumat
verirəm, lazımi informasiya resurslarını təqdim edirəm.
Bu cür işləri hər bir diaspor nümayəndəsi
canla-başla yerinə yetirməlidir, bunun üçün Vətənə
hər zaman sevgi və səbir nümayiş etdirmək
lazımdır. Düşünürəm ki, mən ötən
ilin iyul ayında diaspor nümayəndələrinin qurultayında iştirak edəndə
Prezident İlham Əliyev çıxışında gözəl
bir fikir işlətdi və dedi ki, mən istəyirəm ki,
Azərbaycanın bütün yerlərində Azərbaycan evləri
yaradılsın. Bu, çox böyük bir ideyadır. Mən
də çox istəyirəm ki, Azərbaycan evi həm də Tel-Əvivdə yaradılsın.
Bizim nə gücümüz varsa, bu işə sərf edə
bilərik. Buna böyük bir vəsait də lazım deyil.
Sadəcə, dəstək olsa, bu evi özümüz yaradacağıq.
Bununla bağlı lazım olanlar bizdə var. Azərbaycanın bir az
yardımı olsa, biz bu evi yaradarıq. Bundan sonra daha geniş
miqyasda və effektli bir şəkildə mədəniyyətlə
bağlı tədbirlər keçirə, təbliğat
apara bilərik. Belə bir ev yaradılsa, ora insanlar da kütləvi
axın edəcək. Azərbaycanlıların özləribni
də İsraildə öz evləri yoxdur. Eyni zamanda,
İsraildə yaşayan diaspor nümayəndələrinin də
təşkilatlanmış bir mərkəzdən - Azərbaycan evindən toplanmaq və
yaxşı fəaliyyət göstərmək
üçün imkanları olacaq.
İlkin AĞAYEV
Palitra.-2012.-21 fevral.-S.6.