Ölkədə
15 yaşından yuxarı hər 1000 qadından 745-i ali və tam orta təhsillidir
Hər bir millətin
qadın siyasətinin əsasında müəyyən mənbələr
dayanır. Cəmiyyətin əsas
dayaqlarından biri olan
qadınların xidməti insan
hüquqlarının qorunmasında, dövlət quruculuğunda, elmin
inkişafında, vətəndaş cəmiyyəti quruculuğunda, siyasət, mədəniyyət,
səhiyyə və digər sahələrdə heç də kişilərdən az deyil.
Konstitusiyada qadınların
kişilərlə bərabər hüququ təsdiqlənib
İslama
qədər də Azərbaycan xalqının qadınlara
xüsusi münasibəti mövcud olub. Hələ Manna,
Atropatena dövlətlərinin tarixində qadınların
dövlətdə oynadığı rolla bağlı məlumatlar
var. Kişilərlə bərabər, qadınlar bu dövlətlərdə
dövlət quruculuğunda iştirak ediblər. İslam mənbələrində
qadın daha çox ailənin başında duran müqəddəs
varlıq kimi göstərilir. “Dədə Qorqud” dastanında qadın Burla
xatunların simasında mərd, qeyrətli, nəslin, ailənin
namusunu qoruyan bir qəhrəman kimi təqdim
olunur. Ondan sonrakı
dövrdə Azərbaycan qadın siyasətinin əsasında
milli-mənəvi dəyərlərin formalaşması prosesi başlayır. Səfəvilər
dövründə Azərbaycanda qadının İslamdan
gəlmə müqəddəsliyi saxlanmaqla,
qəhrəmanlığı mühafizə etməklə
qadının ictimai həyatda rolu artırıldı. Bu
dövrlərdə də qadın ictimai xadim kimi təqdim edilib, Azərbaycan
şahlarının sarayında diplomatik
işlə məşğul olub. Burada Sara Xatunun
fəalliyyətini qeyd etmək kifayətdir.
Sonrakı dövrlərdə də o
cümlədən, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə Şərqdə ilk dəfə Azərbaycan qadınına
seçib-seçilmək hüququ verilib. Amerika qadınlara seçib-seçilmək hüququ vermədiyi bir
dövrdə, 1918-ci ildə bizim ölkədə
qadınlara cəmiyyətin formalaşmasında iştirak etmək, ictimai
həyata, siyasətə qatılmaq hüququ
verildi ki, bu, o zaman
nə türklərdə, nə ərəblərdə, nə
də bu gün dünya sivilizasiyasının təməlini
qoymaqla öyünən avropalılarda yox idi. Mövcud
qadın siyasəti sovet hökuməti
dövründə də davam edib. Müasir qadın siyasətinin əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulub. 1993-cü ildə ulu
öndərin hakimiyyətə gəlməsindən sonra onun ilk
bəyanatlarından biri o
oldu ki, Azərbaycan
dövlətinin varlığının əsasında
qadınlar dayanır və onlar cəmiyyət
quruculuğunda, dövlət siyasətində
və digər sahələrdə də kişilərlə bərabər
iştirak etməlidir. Ulu
öndər H.Əliyev qadınların problemlərinin həlli,
ölkənin siyasi, sosial,iqtisadi
və mədəni həyatında onların rolunun
artırılması məsələlərinə böyük diqqət ayırıb. Müstəqil Azərbayçanın 1995-çi ildə
qəbul edilən ilk konstitusiyası
qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və
demokratik dövlət quruculuğu
prosesində onların fəal iştirakının hüququ bazasını yaradıb. Qadınların kişilərlə hüquq
bərabərliyinin, xüsusilə onların dövlət idarəçiliyi
sistemində lazımi səviyyədə təmsil
olunmasını artırmaq məqsədilə müvafiq qanunlar qəbul edilib və
beynəlxalq standartlara
uyğunlaşdırılıb, ölkə
başçısının fərman və sərəncamları
imzalanıb, eləcə də
ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Bu gün qadınlar Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və
mədəni həyatında geniş fəaliyyət
göstərir, mühüm funksiyalar yerinə yetirirlər və ölkənin
ümummilli problemlərinin həllinə mühüm töhfələr verirlər. 1993-cü ildən başlayan
Azərbaycanın yeni ailə, qadın,
onların cəmiyyətə inteqrasiyası siyasəti, ailə
institutunun əsasında fəal
qadınların birləşdirilməsi siyasəti hazırda Prezident İlham Əliyev
tərəfindən də uğurla davam edir. Beləliklə, Azərbaycan
qadınının cəmiyyətdə rolu
getdikcə artır. Hazırda Azərbaycanın mühüm institutlarına qadınlar rəhbərlik
edir. Buna misal olaraq TQDK, Ombudsman Aparatı, AQUPDK, ali
məktəblər və digərlərini göstərmək
olar. 2006-çı ildə ölkədə
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi yaradılıb. Cəmiyyətdə formalaşmış gender streotiplərinin aradan
qaldırılmasında ölkədə insan
hüquq və azadlıqların təmin
edilməsi, bunun tərkib hissəsi kimi gender bərabərliyinin
təmin olunması Azərbaycanın dövlət siyasətinin
prioritet istiqamətlərindən biridir. Qadın və kişilərin hüquq bərabərliyi, bu
hüquqların həyata keçirilməsi üçün
bərabər imkanlar və sosial şərait yaradılması istiqamətində
mühüm tədbirlər həyata keçirilib. Gender bərabərliyinin
təmin edilməsi istiqamətində davamlı tədbirlər
reallaşdırılır. Prezident
yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının xətti ilə 2008-2009-cu illərdə ailə,
qadın və uşaq problemləri ilə
bağlı onlarla layihə maliyyələşdirilib.
Son 5 ildə doktorluq dərəcəsi
olan qadınların sayı 22 faiz artıb
Bu
gün Azərbaycan qadınlarının ictimai həyatın
bütün sahələrində fəallığı
müşahidə olunur. Dövlət qulluğunda
çalışanlar arasında qadınların payı 29 faiz,
sahibkarlar arasında 15 faiz təşkil edir. Dövlət
Statistika Komitəsinin məlumatına görə, ölkədə
15 yaşından yuxarı olan hər 1000 qadından 745-i ali və
tam orta təhsillidir. Elmin inkişafında da qadınların
müstəsna rolu var. Hazırda doktorantların 46 faizini,
bütün elmi işçilərin isə 51 faizini
qadınlar təşkil edir. Son 5 ildə doktorluq dərəcəsi
olan qadınların sayı 22 faiz artıb. Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvlərindən
12-si, akademiklərdən 3-ü qadındır.Milli Məclisdə
qadın millət vəkillərinin sayı da artır.
1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci
ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu
gün parlamentində qadınların xüsusi çəkisi
16 faizə yüksəlib. Son bələdiyyə seçkilərində
bələdiyyə üzvü seçilmiş
qadınların sayı əvvəlki seçkilərə
nisbətən 4,9 dəfə artaraq 4081 nəfərə
çatıb və bələdiyyə üzvləri
arasında onların xüsusi çəkisi 26,2 faiz olub.
Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında
fəal iştirak edən azərbaycan qadınlarının məşğul
əhalinin ümumi sayında xüsusi çəkisi 48,6
faizdir. Ümumtəhsil və orta ixtisas təhsil müəssisələrində
müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində
46 faizi, həkimlərin 63 faizi qadınlardır.BMT-nin
Qadınlar üçün İnkişaf Fondu tərəfindən
hazırlanan "Azərbaycanda qeyri-formal məşğulluq
sahəsində çalışan qadınların
hüquqları" adlı mövcud vəziyyətin təhlili
üzrə ilkin layihədə qeyd olunur ki , ölkədə
qadınların təhsil və savadlılıq səviyyəsi
ilbəil artır. Ümumtəhsil məktəblərində
şagirdlərin 46 faizi, orta ixtisas təhsili məktəblərində
oxuyanların 66 faizi, ali təhsil müəssisələrinin
tələbələrinin 46 faizi qızlardır. Əhalinin
siyahıyaalınması üzrə qadınların
savadlılıq səviyyəsi 99,5 faizə çatıb. Sənəddə
nəqliyyat vasitələrinin idarə olunması
üçün sürücülük vəsiqəsi alan
qadınların sayının da ildən-ilə
artdığı qeyd olunub. Hesablamalara əsasən, 2005-ci ildə
belə qadınların sayı 2285 nəfər olduğu
halda, 2010-cu ildə 5650 nəfərə çatıb. Azərbaycan
Avropa Şurasının qadınlarla bağlı bürosunda
təmsil olunur, BMT-nin qadın məsələləri üzrə
komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə
respbulikamız «Qadınlara qarşı ayrı-seçkiliyin
bütün formalarının aradan qalıdırlması»
haqqında Konvensiyaya qoşulub. Qanunvericilikdə qadın və
kişilər arasında rəqabət üçün
hüquqi baza təmin olunub. Belə ki, Azərbaycanda dövlət
quruculuğu və ictimai fəaliyyət sahəsində
qadınlar və kişilər bərabər hüquqa malikdir
və bərabər imkanlar əldə
etməkdədir. Ailə, əmək, cinayət məcəllələrində
qadınlara münasibət öz əksini tapıb. Hazırda
cəmiyyətdə iştirak və dövlət quruculuğu
təmsilçiliyində qadınlarla kişilər
arasında fərq yoxdur. Azərbaycanda gender bərabərliyi
haqqında qanun qəbul edilib.
Xarici ölkələrdə Azərbaycanı
təmsil edən səfir qadınlarımız yoxdur
Dövlət
qadın hüquqlarının müdafiəsi sahəsində
qarşıya qoyulan vəzifələrin həyata
keçirilməsi istiqamətində bir sıra addımlar
atır. Ölkədə aparılan sosial siyasət
qadınların öz potensiallarını
reallaşdırmasına daha geniş zəmin yaradır.
Müasir Azərbaycanda qadınların dövlət
strukturlarında təmsilçiliyi getdikcə artır. Bu
gün ölkənin ictimai-siyasi həyatında önəmli
yer tutan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
fəaliyyəti sosial sahənin çox böyük spektrini əhatə
edir ki, buraya digər sahələrlə yanaşı qadın
hüquqlarının müdafiəsi kimi layihələr də
daxildir. Məhz Mehriban Əliyevanın təşəbbüsü
ilə “Məişət zorakılığının
qarşısının alınması haqqında” qanun Milli Məclis
tərəfindən qəbul edilib. Həmçinin Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə
Rusiyada diasporumuzun fəaliyyəti getdikdə daha da genişlənir.
Eləcə də xaricdə fəaliyyət göstərən
bir sıra diaspor təşkilatlarına rəhbərlik edən
Tomris Azəri, Leyla Kiani, Gülşən Lətifqızı,
İradə Axundova kimi fəal qadınlarımız var.
Ölkədə vətəndaş cəmiyyətinin, dialoqun
inkişafı nəticəsində qadın QHT-lərinin
potensialı da gündən-günə artır. Bu gün
ölkədə qadınlarla bağlı əsasən məişət
zorakılığı, erkən nikahlar, insan alveri kimi problemlər
olsa da onların həlli istiqamətində tədbirlər
davam edir. Belə ki, məişət zorakılığı
haqqında qanunun qəbul edilməsi, erkən nikahlarla
bağlı qızlarda nikah yaş həddinin
qaldırılması bunun bariz nümunəsidir.Qeyd etdiyimiz
kimi hazırda qadınlarımız ölkənin ictimai-siyasi
həyatında təmsil olunsa da hələ ki, xarici ölkələrdə
Azərbaycanı təmsil edən səfir qadınlarımız
yoxdur. Hazırda bu vəzifəni icra edəcək kifayət qədər
layiqli qadınlarımız var və inanırıq ki,
yaxın gələcəkdə onları xaricdəki nümayəndəliklərimizin
rəhbərləri kmi görəcəyik.
Nigar Abdullayeva
Palitra.-2012.-21 fevral.-S.11.