“Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı ölkəsi, iqtisadi və mədəni mərkəzidir”

 

Rəsmi şəxslərdən və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin təmsilçilərindən ibarət Argentinanın geniş tərkibli ticarət missiyası ölkəmizdə səfərdədir. Səfərin məqsədi Azərbaycan şirkətləri ilə işgüzar görüşlərin keçirilməsi, yerli sahibkarlarla əlaqələrin yaradılması və Azərbaycan bazarının öyrənilməsidir.  

Səfər çərçivəsində dünən Argentinanın xarici işlər naziri Hektor Timermanın rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, iqtisadi əməkdaşlığın inkişafı imkanları müzakirə edilib. Görüşdə Ş.Mustafayev ölkəmizin əlverişli coğrafi mövqeyə, böyük tranzit potensialına, zəruri infrastruktura malik olduğunu, Azərbaycanda möhkəm siyasimakroiqtisadi sabitliyin hökm sürdüyünü vurğulayıb, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib. Görüşdə müqavilə-hüquq bazasının genişləndirilməsi, prioritet investisiya layihələri barədə məlumat mübadiləsinin aparılması, təhsil, turizm, ixracyönlü kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı və qablaşdırılması sahəsində iki ölkə şırkətləri arasında əməkdaşlıq və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, biznes-forum və sərgilərin təşkili, AZPROMO ilə Argentinanın aidiyyəti qurumu arasında əlaqələrin genişləndirilməsinin Azərbaycan-Argentina iqtisadi əməkdaşlığının inkişafında əhəmiyyəti qeyd edilib. Argentinanın xarici işlər naziri Hektor Timerman çıxışında Argentina tisarət missiyasının Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ikitərəfli əlaqələrin inkişafında ölkələrimizin böyük potensiala malik olduğunu vurğulayıb.Həmin gün Bakıda İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Argentinanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Argentina biznes-forumu keçirilib. Tədbirdə Argentina tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, ərzaq, şərabçılıq, aqrokimya, neft, sənaye, İKT, inşaat, əczaçılıq, tekstil, xidmət və s. sahələrdə fəaliyyət göstərən 300-ə yaxın adamı iştirak edib. Azərbaycan tərəfi isə biznes-forumda rəsmi şəxslər və analoji sahələrdə fəaliyyət göstərən sahibkarlarla təmsil olunub.Biznes-forumda çıxış edən iqtisadi inkişaf naziri Ş.Mustafayev Azərbaycanın qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda həyata keçirilən uğurlu daxilixarici siyasət, iqtisadi sahədə reallaşdırılan ardıcıl və məqsədyönlü islahatlar, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri və yaradılmış əlverişli biznesinvestisiya mühiti nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun aparıcı ölkəsi, iqtisadi və mədəni mərkəzidir. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı xarici ölkələrin Azərbaycana marağını daha da artırıb. Bu baxımdan, Argentina nümayəndə heyətinin  geniş tərkibdə Azərbaycana səfər etməsi təsadüfi deyil. Bu gün Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı həm də investisiya ixracatçısıdır. Ş.Mustafayev biznes-forumda müzakirə edilən məsələlərin və adamları arasında ikitərəfli görüşlərin ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin daha da genişlənməsində əhəmiyyətini qeyd edib, adamlarını hər iki ölkədə birgə layihələr həyata keçirməyə dəvət edib. Argentinanın xarici işlər naziri Hektor Timermandaxili icarət üzrə dövlət katibi Giyermo Moreno çıxışlarında geniştərkibli Argentina ticarət missiyasının Azərbaycana səfərinin məqsədi barədə məlumat verib, argentinalı adamlarının Azərbaycanda yaradılmış biznesinvestisiya mühitindən yararlanmaqla azərbaycanlı tərəfdaşları ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Timerman deyib ki, Azərbaycanla Argentina arasında münasibətlər cəmi iki il əvvəl qurulsa da, bu müddət ərzində ikitərəfli münasibətlər gözləniləndən də çox inkişaf edib. Onun sözlərinə görə, hazırda 200-dən artıq Argentina şirkəti Azərbaycana gəlib və onlar yerli şirkətlərlə görüşlər keçirmək niyyətindədir: «Bu, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini, dünyada vacib rol oynamasını, eləcə də iki ölkə arasında iqtisadi əməkdaşlığın dünya iqtisadi böhranına qarşı mübarizədəki rolunu bir daha sübut edir». Nazir hər iki tərəf üçün əməkdaşlığın vacib tərəflərini açıqlayarkən deyib ki, Azərbaycanda energetikaneft sənayesi, Argentinada isə kənd təsərrüfatı sənayesi xüsusi inkişafa malikdir: «Bu mənada iki ölkənin iqtisadiyyatları bir-birini tamamlaya bilər». Nazir qeyd edib ki, biznes-forumda iki ölkə şirkətlərinin investisiya yatırması məsələləri də müzakirə ediləcək: «Forumda konkret layihələr və sərmayə sahəsində təmsil olunan şirkətlər, o cümlədən banklar iştirak edironlar azərbaycanlı tərəf müqabilləri ilə əlaqədar ortaq layihələr üzərində çalışmağa başlayacaqlar ki, həm Argentinada, həm də Azərbaycanda ortaq maliyyələşdirməyə malik layihələr üzərində işləyəcəklər». Nazir açıqlamasında onu da bildirib ki, Azərbaycanla Argentina arasında neft sektorunda əməkdaşlıq barədə danışıqlar aparılacaq. Onun sözlərinə görə, neft sahəsi iqtisadiyyatın önəmli sahəsi olduğu üçün bu sahədə müvafiq danışıqlar aparılacaq. Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan-Argentina biznes-forumunun açılışından sonra Argentina nümayəndə heyəti Azərbaycan Dövlət Neft Şirkətində görüşlərə gedib.AZPROMO-nun vitse-prezidenti Gülşən Rzayeva təqdimatında qurumun fəaliyyəti, eləcə də ölkəmizdə yaradılmış əlverişli biznes mühitiinvestisiya imkanlarına dair məlumat verib.Biznes-forum çərçivəsində Argentina tərəfindən ölkə təqdimatı keçirilib. Tədbir iştirakçıları Argentina şirkətlərinin biznes forumda nümayiş olunan malları ilə tanış olublar. Biznes-forum adamları arasında ikitərəfli görüşlərlə davam edib. Bu gün isə adamları arasında iqtisadiyyatın müxtəlif sektorları üzrə görüşlər keçiriləcək. 

 

 

İlkin 

Palitra.-2012.-4 iyul.-S.10.