"Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

 

Ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  Prezident İlham Əliyev çıxışında 2012-ci ilin uğurlu başladığını bildirib.  

Birinci rübdə bütün vəzifələrin icra edildiyini, əsas iqtisadi göstəricilərimizin də çox müsbət olduğunu deyən ölkə başçısı bildirib ki, I rübdə ümumdaxili məhsul 0,5% artıb: “Ancaq qeyri-neft sektorunda ümumi daxili məhsul 7,7%, qeyri-neft sənayemiz 16,5% artıb. Bu, müstəqillik dövründə ən yüksək, rekord göstəricidir. Hazırda tikilməkdə olan iri sənaye müəssisələri gələcəkdə fəaliyyətə başlayandan sonra qeyri-neft sənayemizin inkişafına böyük töhfə verəcək. Makroiqtisadi göstəricilər müsbətdir. İnflyasiya cəmi 3,1%-dir. Əhalinin pul gəlirləri isə təxminən 14% artıb. Əhalinin pul gəlirləri inflyasiyanı 10%-dən çox üstələyir. Bütövlükdə bu onu göstərir ki, bizim büdcəmiz ildən-ilə artır və bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur. İcmal büdcə təqribən 25 milyard dollara bərabərdir. Sosial proqramlar uğurla icra edilir. İnsanların rifah halının yaxşılaşdırılması istiqamətində yeni, mühüm addımlar atılır. Bu ilin I rübündə strateji valyuta ehtiyatlarımız daha da artıb və 43 milyard dollardan çoxdur. Bu, nəinki ölkəmiz üçün, dünya miqyasında strateji valyuta ehtiyatlarına malik olan suveren ölkələr arasında çox gözəl göstəricidir. Ölkəmizdə bütün istiqamətlərdə işlər plan üzrə, proqramlar üzrə gedir. Hazırda ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur layihələri icra edilir. Onların tam əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Yollar, su-kanalizasiya layihələri, qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilməsi və s. göstərmək olar”. Bugünlərdə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən ölkə başçısı bildirib ki, bu istiqamətdə ötən il qarşıya yeni proqramın qəbul edilməsi məsələləri qoyuldu: ““Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” artıq bir ildir ki, icra edilir. Mən çox şadam ki, Proqramın təsdiq edilməsi günündən dərhal sonra qəsəbələrdə və Bakı şəhərində işlər daha da sürətlə getməyə başlayıb. Qarşıya vəzifə qoyulub ki, qəsəbələrdə bütün sosial-iqtisadi infrastruktur məsələləri öz həllini tapsın və bu bir il ərzində biz bu işlərin uğurlu icrasını görürük”.   

Nizami rayonunda hansı yeniliklər gözlənilir?    

Ölkədəki dinamik inkişafın təmin edilməsində Nizami rayonunun da öz yeri və payı var. Cari ilin 22 fevral tarixində İcra Hakimiyyətində keçirilən 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov bildirib ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə 2011-ci ildə əldə olunmuş uğurları, sosial-iqtisadi sahədə qazanılmış nailiyyətlərlə yanaşı digər sahələrdə də davamlı inkişaf dinamikasını qoruyub saxlayıb, siyasi münasibətlər kontekstində, beynəlxalq aləmdə misligörünməmiş qələbələrə imza atılıb. Hesabat yığıncağında İcra Hakimiyyətinin başçısı Tahir Budaqov 2012-ci ildə rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açıb, bununla əlaqədar müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verib. Bugünlərdə Nizami Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri (KİV) arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda dəyirmi masada Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov rayonda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərindən danışaraq jurnalistlərə rayonun ictimai-siyasisosial-iqtisadi həyatında baş verən yenilikləri işıqlandırmaları üçün bütün imkanların yaradıldığını bildirib. Jurnalistlərə açıqlamasında icra başçısı paytaxtın tez-tez tıxaclara məruz qaldığı prospektlərindən olan Qara Qarayev, eləcə də bu prospektinXalqlar Dostluğumetrosundan “Neftçilər” metrosuna qədər olan ərazisində həm də çoxsaylı ticarət mərkəzləri və bazarın olmasının hərəkətin intensivliyinə səbəb olması, digər tərəfdən paytaxtın bəzi rayonlarına hərəkət edən marşrut avtobuslarının 90 faizinin bu prospektdən keçməyə məcbur olması ilə bağlı bildirib ki, yaxın vaxtlarda bu problem öz həllini tapacaq. Belə ki, yaxınlıqdakı E.Süleymanov küçəsi 12 metrədək genişləndiriləcək və eyni istiqamətə alternativ yol açılacaq. Bu yolun tez-tez sökülməməsi üçün bütün infrastruktur, su, kanalizasiya xətləri eyni vaxtda paralel olaraq dəyişdiriləcək. Nizami Rayon İçra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyəti və ARDNŞ-in iştirakı ilə keçirilən geniş müşavirə ilə bağlı Nizami rayon icra hakimi Tahir Budaqov bildirib ki, müşavirədə Nizami rayonundakı məktəbəqədər tədris müəssisələri, bağçalarla bağlı məsələ müzakirə olunub. Belə ki, bu rayondakı bağçaların çoxunda məcburi köçkünlər məskunlaşdığından valideynlər körpələrini aparmağa uşaq bağçası tapa bilmirlər. İcra başçısının sözlərinə görə, məhz buna görə də yaxın vaxtlarda məcburi köçkünlərin bağçalardan köçürülməsi və başqa yerdə mənzillə təmin edilməsi nəzərdə tutulur. 

Cari ilin I rübündə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün əsas kapitala 13,6 milyon manat həcmində investisiya yönəldilib  

Aparılan uğurlu yenidənqurma işləri nəticəsində Nizami rayonunun sənaye müəssisələrinin fəaliyyəti daha da canlanıb, bir sıra yeni müəssisələr fəaliyyətə başlayıb, sakinlərin qarşılaşdığı sosial problemlərin həlli istiqamətində konkret işlər görülüb. Sənaye sahəsi üzrə həyata keçirilən tədbirlər nəticəsində 2012-ci ilin yanvar-mart aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən 107,1 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da ötən ilin müvafiq dövründə istehsal olunmuş məhsuldan 2,3 faiz çoxdur. İstehsal olunan sənaye məhsulunun 34,1 faizi qeyri-dövlət sektoruna aiddir. Sənayenin dövlət sektorunda 70,6 milyon manatlıq və ya ümumi istehsalın 65,9 faizi qədər məhsul istehsal edilib və xidmətlər göstərilib. Rayonda həyata keçirilən tikinti işləri ilə bağlı da addımlar atılıb və 2012-ci ilin I rübündə daxili resurslar hesabına yerinə yetirilən podrat işlərinin həcmi 56,2 milyon manat olaraq ötən ilin müvafiq dövrünə nisbətən 58,1 faiz artıb. Qeyd edək ki, rayonda cari ilin yanvar-mart aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 13,6 milyon manat həcmində investisiya yönəldilib.Ticarət sahəsinə gəldikdə isə əvvəlki illərdə olduğu kimi, 2012-ci ilin ötən dövründə əmtəə dövriyyəsi və pullu xidmət göstəriciləri xeyli yüksəlib. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin real həcmi 40,9 faiz artaraq 407,9 milyon manat olub. Eləcə də 2012-ci ilin yanvar-mart aylarında rabitə sahəsində 24,1 milyon manat dəyərində, əvvəlki ilə nisbətən 2,5 dəfə çox, nəqliyyat sahəsində 13,8 milyon manat dəyərində, əvvəlki ilə nisbətən 45,8 faiz çox xidmətlər göstərilib.  

2003-cü ildən 2012-ci ilin 1 aprel tarixinədək rayonda 18935 yeni yeri açılıb 

Rayon İcra Hakimiyyətinin məlumatına görə, beynəlxalq təcrübəyə əsaslanaraq aztəminatlı ailələrin sosial müdafiəsi yoxsulluğun azaldılması istiqamətində mükəmməl sistem yaradılması məqsədilə respublikamızda ilk dəfə olaraqÖzünədəstəkmexanizminin Bakı şəhərinin Nizami rayonunda pilot layihə kimi sınaqdan keçirilməsinə başlanılıb. Özünədəstəkproqramının ünvanlı sosial yardım proqramının mövcud büdcəsi tərkibində maliyyələşdirilməsi nəzərdə tutulur. Belə ki, “Özünədəstəkproqramında iştirak edəcək ailə ünvanlı sosial yardım almayacaq sosial reabilitasiya edildikdən sonra tədricən yoxsulluq həddindən çıxarılacaq. Növbəti ildənÖzünədəstəkmexanizminin sınaqdan keçirilməsinə başlanacaq. Cari ilin ötən dövründə rayonda 532 yeni yeri açılıb ki, ondan 58-i yeni açılmış müəssisə təşkilatlara, 473-ü isə fiziki şəxslərə aiddir.Ümumilikdə 2003-cü ildən 2012-ci ilin 1 aprel tarixinədək rayonda 18935 yeni yeri açılıb ki, onun da 18842-i daimi yerləridir. Onu da qeyd edək ki, 2012-ci ilin yanvar-fevral aylarında rayon üzrə orta aylıq əməkhaqqı 377,4 manat təşkil edib.2012-ci ilin birinci rübündə rayonun təhsil, səhiyyə mədəniyyət sahələri üzrə bir sıra işlər həyata keçirilib. Belə ki, 13-25 fevral tarixlərində rayonda Xocalı soyqırımının 20-ci ildönümü silsilə tədbirlərlə qeyd olunub. 26 yanvarda Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi rayon İcra Hakimiyyətinin təşkilatçılığı iləSağlam ailə sağlam gələcəyin təminatıdıradlı aksiya çərçivəsində geniş tədbir təşkil edilib. Martın 1-də Prezident İlham Əliyev 110 H-li körpələr evi-uşaq bağçasının əsaslı təmir yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Ölkə başçısına məlumat verilib ki, 110 H-li bağça 1965-ci ildə inşa olunub son dəfə 1976-cı ildə əsaslı təmir edilib. Müəssisə 12 qrup olmaqla 220 uşaq üçün nəzərdə tutulub. Hazırda burada fəaliyyət göstərən 7 qrupda 150 uşaq tərbiyə alır. Qalan 5 qrup otağında isə məcburi köçkünlər məskunlaşıb. Ümumi sahəsi 1700 kvadratmetr 6 korpusdan ibarət körpələr evi-uşaq bağçasının ikimərtəbəli binası dövlət başçısının tapşırığı ilə qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq əsaslı təmir edilib. Qazanxana yenidən qurulub, yeni istilik sistemi yaradılıb, bina isti soyuq su ilə tam təchiz olunub. Bağçanın bir hektarlıq həyətyanı sahəsində abadlıq quruculuq işləri görülüb. Burada uşaqların əylənməsi üçün xüsusi guşələr yaradılıb. Binanın ərazinin işıqlandırma sistemi tamamilə yenidən qurulub, təhlükəsizlik kameraları quraşdırılıb. 2012-ci ilin 1-ci rübü ərzində Nizami Rayon Polis İdarəsinin fəaliyyətinə gəldikdə isə hesabat dövründə şəxsiyyət əleyhinə 79 cinayət hadisəsi baş verib açılması 100 % təmin olunub. İctimai təhlükəsizlik ictimai qaydalar əleyhinə 85 cinayət hadisəsi baş verib ki, açılması 85,0% faiz olunub. Naməlum şəraitdə 112 cinayət hadisəsi qeydə alınıb onlardan 63-ü açılıb, açılması 56,25 % təmin olunub. RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 36 nəfər üzvü olmaqla 15 cinayətkar qrup zərərsizləşdirilib 21 cinayət hadisəsinin açılması təmin edilib. Narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə əlaqədar 55 cinayət faktı aşkar edilib, onlardan 11-i narkotik vasitələrin satışı ilə əlaqədar olub. Onu da qeyd edək ki, 2012-ci ilin I rübündə rayon İcra Hakimiyyətinə vətəndaşlardan 355 müraciət daxil olub. Ərizə şikayətlərə rayon İcra Hakimiyyəti başçısı aparatının aidiyyəti şöbələri tərəfindən vaxtında baxılıb, süründürməçiliyə, səthi yanaşma hallarına yol verilməmiş, zərurət yarandıqda ərizəçilərin iştirakı ilə araşdırmalar aparılıb. Vətəndaşlar tərəfindən məlumatların İcra Hakimiyyətinə operativ çatdırılması üçün 422-10-01 nömrəli telefondanqaynar xəttkimi istifadə olunur.

 

 

Nigar Abdullayeva 

Palitra.-2012.-3 iyul.-S.12.