Qəbələdə «kitab
bayramı»
Bugünlərdə Qəbələ şəhər
Heydər Əliyev adına Mədəniyyət və
İstirahət Parkında “Kitab bayramı”
tədbiri keçirilib. Rayon
Mədəniyyət və Turizm
Şöbəsindən «Palitra»ya verilən məlumatda qeyd
edilir ki, tədbirdə
çıxış edənlər kitabın təbliğ
edilməsinin əhəmiyyətinə toxunublar.
Bildirilib ki, müasir şəkildə qurulan
rayon kitabxanasının saytından istifadə
etməklə kitablarla tanış olmaq mümkündür.
Belə ki, saytın “Elektron
kitabxana” bölməsi istifadəçilərə
kitabla daha yaxından
tanış olmaq imkanı yaradır.
İstənilən vaxt sayta
daxil olub orda yerləşdirilmiş vəsaitlərdən
yararlanmaq mümkündür.
500 nəfərdən
çox rayon sakininin iştirak etdiyi tədbirdə “Şifahi
xalq ədəbiyyatı”, “Dünya ədəbiyyatı inciləri”,
“Azərbaycan klassikləri”, “Ümummilli lider”, “Yerli yazarlar”,
“Uşaq ədəbiyyatı”, “Nağıl dünyamız”,
“Elektron kitablar”. “Musiqi ədəbiyyatı”
“Qədimi kitablar” “Azərbaycan
Respublikası Prezidentinin hədiyyə
kitabları” başlığı altında kitab
sərgiləri nümayiş etdirilib. “Şifahi xalq ədəbiyyatı” sərgisinin
önündə Hacallı kənd Mədəniyyət Evinin “Gülüstan” folklor qrupu
çıxış edib. “Azərbaycan
klassikləri” sərgisinin önündə rayon
Mədəniyyət Evinin C.Məmmədquluzadə
adına xalq teatrının ifasında nümayiş etdirilən M.F.Axundovun
“Hekayəti Müsyö Jordan”
əsərindən bir parça
tamaşaçılar tərəfindən
alqışlanıb. Tədbiri öz çıxışları ilə daha da maraqlı edən
şəhər 2 saylı məktəbin birinci
sinif şagirdləri ilk
öncə “Əlifba”nı səsləndiriblər, daha sonra kiçik
səhnəciklərlə «ən yaxşı müəllim» olan kitablardan öyrəndiklərini
nümayiş etdiriblər. Bağça uşaqlarının göstərdiyi
“Turp nağılı” əsasında səhnələşdirilmiş
səhnəcik tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Onlar
öz şirin
çıxışları ilə yaddaqalan
maraqlı səhnələr canlandırıb və
kitabların əslində nəyə qadir
olduğunu tədbir
iştirakçıları ilə paylaşıblar. Tədbirdə
xüsusi qonaqlar da iştirak edib. Rayon İcra
Hakimiyyətinin nümayəndələri, Heydər Əliyev Muzeyinin işçi kollektivi, Qəbələ rayon
sakinləri, fəal oxucular kitabxana işçilərini təbrik ediblər.
Qonaqlar sərgiyə
xüsusi maraq göstərib,
kitablara diqqətlə yanaşıblar. «Kitab bayramı»na həsr olunmuş
şirniyyat süfrəsi və kitab şəklində hazırlanmış tort mənəvi sərvətimiz olan kitaba olan
hörmətin nümunəsi sayıla bilər.
Heç bir kompyuter kitabı əvəz edə bilməz Məlumatda qeyd edilir ki, kitabxanalar xalqın mənəvi xəzinəsidir. Yüksək dəyərlərə malik olan bu xəzinəni qorumaq, onun əbədiyaşar olmasını təmin etmək, kitabxananı, kitabı oxuculara sevdirmək kitabxanaçıların şərəfli vəzifəsidir. İndiki müasir dövrdə, elm və texnikanın sürətlə inkişaf etdiyi informasiya məkanında kitabxanaların rolu heç də zəifləməyib. Heç bir kompyuter kitabı əvəz edə bilməz. Ümumiyyətlə, oxucuların geniş maraq dairəsinin səmərəli təşkilini əhatə edən amillərdən biri də zəngin kitab fondunun olmasıdır. Belə ki, ölkə Prezidentinin məlum 12 yanvar 2004-ci il sərəncamı kitabxanaların latın qrafikası ilə çap olunmuş ədəbiyyatla zənginləşməsinə səbəb oldu. Rayon kitabxanasının fondunda hal-hazırda latın qrafikası ilə çap olunmuş ədəbiyyatdan 85000 nüsxə var ki, bu da oxucuların müxtəlif sorğularını ödəməyə imkan verir. 2012- ci ildə kitabxana kollektoru ilə 3 min manatlıq müqavilə bağlanıb. Kollektordan 1300 manatlıq kitab alınaraq işlənib, şöbə və filiallara göndərilib. Oxuculara kitabla xidmət işi kitabxana fəaliyyətinin ən mühüm sahəsini əhatə edir. Mərkəzi kitabxananın xidmət şöbəsi, oxu zalı və filial kitabxanalar il ərzində 16000 nəfər oxucu cəlb ediblər. Bu oxuculara 210 000 nüsxə kitab veriblər. Bu məqsədlə mərkəzi və filial kitabxanalarda müxtəlif oxucu qruplarının kitabxanaya cəlb olunması üçün geniş sərgilər təşkil olunub. Belə ki, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini və ölkə Prezidentinin Qəbələyə səfərlərini əhatə edən fotostendlər, kitab sərgiləri oxucuların daha çox maraq dairəsinə səbəb olub.
Sərgilərin materialları vaxtaşırı yenilənir Mərkəzi Kitabxanada təşkil olunan «Sirli dünyamız», «Elm guşəsi» sərgiləri uzun müddətdir ki, öz aktuallığını itirmir və geniş oxucu marağına səbəb olur. Sərgilərin materialları vaxtaşırı olaraq yeniləri ilə əvəz olunur. Bu sərgilərdə dünyada baş verən qeyri-adi hadisələr və elmin müxtəlif sahələrinə dair məlumatlar yer alır. Kitabxanada geniş oxucu marağına səbəb olan sərgilərdən biri də «Azərbaycanın Milli Qəhrəmanları» fotostendidir. Bu fotostenddə azərbaycanın süverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmış 209 Milli qəhrəmanımız haqqında məlumatlar yer alıb. Daimi fəaliyyət göstərən “Qəbələ” diyarşünaslıq guşəsində Qəbələnin tarixi keçmişindən müasir dövrümüzə qədər olan dövrü əhatə edən nəşrlər yer alıb. Bu sərgidə qəbələli müəlliflərin qələmindən çıxmış kitablar da yer alıb. “Doğma Azərbaycanım” sərgi-guşəsində əhalinin müxtəlif oxucu qrupları Azərbaycan haqqında geniş məlumat ala bilərlər. Burada Azərbaycan haqqında coğrafi statisik məlumatlar öz əksini tapıb. Bu sərgidə həmçinin Azərbaycanın bütün bölgələri haqqında mədəni-tarixi və iqtisadi materiallar öz əksini tapıb. Bundan başqa kitabxanada oxuculara ölkəmizdə baş verən hadisələr, beynəlxalq vəziyyət, dövlətimizin yeritdiyi siyasət haqqında söhbətlər aparılır. Kitabların və dövrü nəşrlərin köməyi ilə onlarda ictimai məsələlərə maraq oyadılır. Oxucuların maraqlarına uyğun olaraq kitabxanada ədəbi-bədi gecələr, oxucu konfransları və digər tədbirlər də vaxtaşırı olaraq keçirilir. Kitabxanada narkomanlığın və alkoqolizmin zərərli vərdişlər olmasını gənclərə və digər oxucu qruplarına aşılamaq məqsədilə mütəmadi olaraq sərgilər, fotomontajlar təşkil olunur, hüquq- mühafizə orqanlarının işçiləri ilə oxucuların görüşləri təşkil olunur.
Axundovun 200 illiyi ilə əlaqədar oxucu konfransı Bu il 8 Mart qadınlar bayramı münasibətilə kitabxanada sərgilər, fotostendlər təşkil olunub, rayonun fəal qadınları ilə çay süfrəsi arxasında görüş təşkil olunub. Novruz bayramı münasibətilə kitabxanada sərgilər, fotomontajlar təşkil olunub, Qəbələ şəhər Mədəniyyət Evi ilə birlikdə meydan tamaşaları təşkil olunub. Respublika Günü münasibətilə sərgi və fotostend təşkil olunub. Həmçinin keçirilmiş ədəbi-bədii gecədə dəvət olunmuş oxuculara Xalq Cümhuriyyəti haqqında məlumat verilib. Hazırda Mərkəzi Kitabxanada M.F. Axundovun 200 illiyi ilə əlaqədar oxucu konfransı keçirmək üçün geniş hazırlıq işləri gedir. Kitabxanada oxucuların asudə vaxtının səmərəli keçməsində kompyuterlərin böyük rolu var. Bu məqsədlə kitabxanada gənc oxucuların kompyuter biliklərinə yiyələnməsi, onların internetdən istifadəsi üçün hər cür şərait yaradılıb. Onlar internetə daxil olaraq istədikləri informasiyanı əldə edə bilirlər. Hal-hazırda kitabxanada kompyuter istifadəçilərinin 80 faizini gənclər təşkil edir.
Anar Miriyev
Palitra.-2012.-10 iyul.-S.11.