2012-ci il
"İdman ili”dir: fiziki və mənəvi kamilləşməyə
aparan yol
Məlumdur ki, Azərbaycanda idmana göstərilən
diqqət və qayğı ölkəmizi sözün həqiqi
mənasında bir idman ölkəsinə çevirib. Azərbaycan əhalinin,
xüsusən də gənclərin kütləvi şəkildə
idmanla məşğul olduğu, bu barədə məqsədyönlü
siyasət həyata keçirilən bir dövlətdir. Ölkəmiz sosial-iqtisadi göstəricilərinə
görə regionda və dünyada lider olduğu kimi, idman sahəsində
də liderlik statusu əldə edib. Bu
status son zamanlarda idmanın demək olar ki, bütün sahələrində
əldə edilən uğurlar sayəsində daha da möhkəmlənməkdədir.
Beləliklə, gənclərin hərtərəfli
inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni
inkişafı ilə sıx əlaqələndirilir. Bu isə
xalqımızın genefondunun sağlamlığının təmin
edilməsində, hətta ölkəmizin milli təhlükəsizliyinin
qorunmasında vacib şərtlərdən biri
sayılmalıdır. Bəllidir ki,yeni
nəslin inkişafının əsas vasitəsi olan gənclərin
dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi
və mədəni həyatında lazımi səviyyədə
iştirakı təmin edilməlidir. Bu
baxımdan birinci növbədə gənc nəslin sağlam
fiziki və mənəvi tərbiyə alması, o cümlədən
idmanla məşğul olması çox məqsədəuyğundur.
Bu prinsip əsasında da Azərbaycanda gənc
nəslin idmana və düzgün fiziki tərbiyəyə
meyli məqsədli bir şəkildə gücləndirilir.
Beləliklə, dövlətin gənclər
siyasətində gənclərin
sağlamlığının qorunması və fiziki
inkişafı əsas yerlərdən birini tutur. İdman artıq ölkəmizin ictimai həyatının
mühüm hissəsidir. Qəbul edilən qanunlar,
proqramlar, tikilən idman qurğuları, Olimpiya kompleksləri,
idman infrastrukturunun yenilənməsi də bu zərurətdən irəli gəlir.
İdman
şərəfli və məsuliyyətli işdir
Azərbaycanda
idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi
və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ
etdirməkdən əlavə, bu sahədə yüksək
nailiyyətlər əldə etmək və dünya
şöhrətli idmançılar hazırlamaq
üçün əlaqədar qurumlar qarşısında
konkret vəzifələr qoyulub. Burada isə
artıq peşəkar idmanla məşğul olmaq və
sırf bu sahədə ciddi uğurlar qazanmaq kimi daha konkret hədəflər
müəyyənləşdirilib. Bu isə eyni zamanda,
mötəbər beynəlxalq yarışlarda ölkəmizi təmsil edən,
qalib olan, himnimizi səsləndirən idmançların nə
qədər şərəfli bir işlə məşğul
olduğunu ortaya qoyur. Bu fakt isə bir daha idmanın hər bir ölkə
üçün ən önəmli strateji sahələrdən
biri olduğunu göstərir. Buna görə
də son dövrlərdə ölkəmizdə sözügedən
cəhətdən də idmanın inkişafına ciddi fikir
verilir. Bu sahədə çox ciddi nailiyyətlərə
imza atılıb. İdmançılar
ölkəmizin təbliğində böyük rol oynamağa
başlayıblar. Hər dəfə
bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi
hər bir azərbaycanlı üçün çox
qürurvericidir. Həmçinin ölkəmizə gətirilən
saysız qızıl, gümüş və bürünc
medallar, ən mötəbər yarışlar nəticəsində
ildən-ilə çempionlarımızın sayının
getdikcə kütləviləşməsi də idmanın
çox şərəfgətirici bir sahə olduğunu bir
daha sübut edir.O da məlum olduğu kimi, bu il
ölkədə “İdman ili” elan edilib. Bu
baxımdan sözügedən sahədə daha böyük
nailiyyətlər qazanmaq, yeni zirvələri fəth etmək
və yeni hədəfləri müəyyənləşdirmək
idmançılar qarşısına əsas vəzifə kimi
qoyulub. Prezident İlham Əliyev Azərbaycanın
hər yerində idmanla məşğul olmaq üçün
müasir tələblərə cavab verən idman
infrastrukturunun formalaşdırılmasını mühüm
vəzifələrdən biri kimi qarşıya qoyub.
Regionlarda Olimpiya idman kompleksləri və digər idman
qurğularının istifadəyə verilməsindən
başqa, hər bir idman növünün inkişafı naminə
məqsədyönlü işlər
görülüb.Bütün bunlar isə idmanın eyni
zamanda çox məsuliyyətli bir iş olduğunu, həmçinin
idmançıların bu baxımdan çox məsuliyyətli
olmalarını, özlərinə hər baxımdan hesabat
verməli olduqlarını diktə edir. Bütün qeyd
edilənlər özlüyündə aydındır. Bununla belə, “İdman ili” olduğu
üçün bir məsələyə toxunmağı
lazım bilirik. Belə ki, bir sıra məqamlar
baxımından idmançılar arasında kütləvi
olaraq kulturoloji seminarlar təşkil edilməsinə ehtiyac
var. Beləliklə, burada
diqqət
yetirilməli olan bir neçə məqam
hansılardır
və
bu məqamlar nədən irəli gəlir?Birincisi, qeyd edək
ki, idmançılar yarış meydanı və ya tatamidən
başqa, yarışa yollandıqları xarici ölkələrdə
ölkəmizi başqa cür də təbliğ etmək
imkanlarına malikdirlər. Bu baxımdan onların
milli dəyərlərimiz, tariximiz və mədəniyyətimizlə
bağlı maarifləndirilməsi, ayrıca onların bu
mövzularda xarici ölkələrdə yaymaq
üçün vəsaitlərlə təchiz ediıməsi
çox məqsədəuyğun olardı. Nəzərə alınmalıdır ki,
işğalçı Ermənistana qarşı mübarizə
şəraitində yaşayırıq, buna görə, xaricə
ölkəmizi təmsil etməyə yollanan hər bir vətəndaşımız
peşəsindən asılı olmayaraq sözügedən məsələdə
ciddi ideoloji silahlandırılmalıdır. İkincisi,
araşdırmalar göstərir ki, bütün
karyerasını idmanda görən, uşaq yaşlarından
fəaliyyətini idmana həsr edən uşaq və yeniyetmələrin,
gənclərin bir çoxu orta məktəb təhsilindən,
deməli, maariflənmədən yayınanlardır. Bu cür uşaq və yeniyetmələrin idmana
üz tutması çox yaxşı haldır, bununla belə,
onların təhsil alması ilə bağlı balans da
gözlənilməlidir. Belə hallarda təhsil
natamamlığı isə bəzilərinin
dünyagörüşünə, vətəndaşlıq məsuliyyətinə
öz təsirini göstərmiş olur. Əlbəttə,
idman zallarına kütləvi maraq çox yaxşı
göstəricidir və bu, “sağlam bədəndə
sağlam ruh” prinsipinin yeniyetmə və gənclər
arasında reallaşdığını göstərir.
Məhz həmin kütləvi maraqdan istifadə
edərək, onların vətəndaşlıq və dəyərlər
baxımından təkmil formalaşamasına yardım etmək
üçün idman zallarında kulturoloji seminarların təşkil
olunması xeyli effekt vermiş olardı. Bu
cür kulturoloji maarifləndirmələr müxtəlif
üsul və vasitələrlə həyata keçirilə
bilər. Belə ki, burada hökumətə
aid təhsil və idman qurumları, eyni zamanda da qeyri-hökumət
təşkilatları effektli layihələr həyata
keçirə bilərlər. Yaxud müxtəlif
idman federasiyaları öz fəaliyyətlərində bu barədə
islahatlar apara bilərlər.
Üçüncüsü, idmanda
qızların sayı son illər xeyli artsa da, bizdə hələki
idman sahəsi daha çox bircinsli məşğuliyyət sahəsi
kimi qəbul olunur - xüsusən də regionlardakı idman
komplekslərində əsasən oğlanların sayı
üstünlük təşkil edir. Bu isə
müəyyən mənada hərbi xidmətdəki ab-havaya bənzər
bir aura yaratmış olur. Hərbi xidmət
zamanı əsgərlərin hərbi hazırlıqdan
başqa humanitar hazırlıq fənnindən dərs
keçmələri və maariflənmələri bu baxımdan
çox yaxşı təcrübə kimi yararlanıla bilər.
Yəni əksəriyyəti kişi cinsinə mənsub olan
yeniyetmə və gənc idmançıların dəyərlər,
davranışlar və mədəniyyət baxımından
düzgün formalaşması üçün də
kulturoloji-maarifləndirici seminarların keçirilməsi
çox faydalı olardı.Dördüncüsü, bu cür
maarifləndirmə işinin təşkili eyni zamanda
idmançıların ruh yüksəkliyini və
yarış, mübarizə əzmini daha da artırmış
olacaq. Bu iş,
qeyd edildiyi kimi, onların davranış məsuliyyətini
artıracaq və onların mənəvi-ideoloji baxımdan
daha yaxşı hazırlıqlı olmasına yardım edəcək...
İdmanın
fəlsəfəsi yeniyetmə və gənclərə daha
aydın aşılanmalıdır
Ən nəhayət, idmanın fəlsəfəsi
yeniyetmə və gənclərə daha aydın
aşılanmalıdır. Qiymətləndirmək
lazımdır ki, idman təkcə uğurlu nəticələr
əldə etmək, fəxri kürsüyə qalxmaq, zirvələri
fəth etmək imkanı yaradan vasitə deyil. O, eyni
zamanda, hər bir uşaq, yeniyetmə və gənc
üçün ilk növbədə fiziki-mənəvi
sağlamlıq, pozitiv qüvvə deməkdir. Tarix
boyu insanlarda vətənə məhəbbət, milli qürur
hissləri, xeyirxahlıq aşılayan idman güclü təsir
imkanına malik olmaqla dövlətin hərtərəfli
inkişafında, dünya miqyasında tanınmasında
mühüm rol oynayan təbliğati-siyasi vasitədir. İdman və bədən tərbiyəsi müasir
dünyamızda fiziki və mənəvi tərbiyənin
mühüm vasitələrindən biri hesab olunur. Fiziki və mənəvi mədəniyyətin təsirli
vasitəsi olmaqla yanaşı, idman həm də özündə
humanizm əlamətlərini daşıyır. İdman
dünyada sülhün və əmin-amanlığın
qorunmasında,xalqlar arasında dostluq tellərinin
möhkəmlənməsində xüsusi rol oynayır.
İdman elə bir sahədir ki, burada görülən işlər
bir- biri ilə qırılmaz zəncir kimi bağlıdır,
bir iş digərini tamamlayır. O cümlədən buraya
idmançılarda düzgün və məsuliyyətli
ictimai davranış mədəniyyəti formalaşdırmaq
da aid edilməlidir. Nahaq yerə demirlər ki, məhz
bədən tərbiyəsi və idmanın inkişafında
bəşəriyyət, əvvəlki sivilizasiyaların
böhran tarixində olduğu kimi, öz xilasını tapa
bilər - burada isə ilk növbədə mədəniyyət
və humanizm önə keçir. Bu mənada
idman və ümumiyyətlə, bədən tərbiyəsi
bütünlüklə təkcə insanın yaşamı,
onun daim dəyişən ətraf mühitə
uyğunlaşması baxımından vacib deyil, eyni zamanda, ətraf
aləm və öz təbiəti üzərində
üstünlüyünün təmin olunmasına yönəlib.
İdmanın əsas ideya mayasında insanın
öz imkanlarının hüdudlarından kənara
çıxmaq, mövcud real varlığının sərhədlərini
aşaraq, mənəvi-fiziki və yaradıcı
potensialını həyata keçirməsi ilə bərabər,
ictimai davranış məsuliyyəti durur. İdman bu yolla özündə fiziki və estetik,
eləcə də etik çalarları birləşdirən
bir sosio-mədəni hadisə olaraq dərk edilir.
İdman fəlsəfəsinə görə, idman Xeyirin fəlsəfəsini
təsdiqləyir və Şərin anlaşılmaz mühakiməsini
rədd edir... Xülasə, qeyd edilənlər
göstərir ki, yeniyetmə və gənc idmançlar
arasında kulturoloji-maarifləndirici seminarların
keçirilməsi ilə bağlı ictimai müzakirələrin
aparılması, bu cür davamlı maarifləndirmə tədbirlərinin
həyata keçirilmə üsullarının müəyyənləşdirilməsi
və nəhayət onların həyata keçirilməsini təmin
etmək lazımdır. Belə olarsa, bəzilərinin cəmiyyətdə
idmançı adına yaraşmayan, qeyri-adekvat davranışlarına
bir daha rast gəlinməz...
İlkin
AĞAYEV
Palitra.-2012.-11 iyul.-S.7.