“Nəsimi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”

 

Dövlət başçısının rəhbərliyi altında ölkədə həyata keçirilən siyasiiqtisadi islahatlar nəticəsində Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən dövlətə çevrilib. Azərbaycanın əldə etdiyi bu inkişaf modeli dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən öyrənilir. Ölkəmizin inkişafında həyata keçirilən dövlət proqramlarının böyük rolu var.  

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı dövlət başçısı bildirib ki, altı ayda ölkə iqtisadiyyatı uğurla inkişaf edib: “Ümumi daxili məhsul 1,5 faiz artmışdır. Bu rəqəm əvvəlki dövrlərlə müqayisədə o qədər də böyük rəqəm deyildir. Ancaq ölkəmizin ümumi iqtisadiyyatı artdıqca hər bir faizin daha da böyük qiyməti və dəyəri vardır. Onu qeyd edə bilərəm ki, iqtisadiyyatın hər bir faizi təxminən 700 milyon dollara bərabərdir və iqtisadiyyatımızın 1,5 faiz artımı onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir. Ancaq bizi daha çox sevindirən qeyri-neft iqtisadiyyatımızın inkişafı olmuşdur. Bu, demək olar ki, iqtisadi siyasətimizin əsas istiqamətidir və altı ayda qeyri-neft iqtisadiyyatımız 11,3 faiz artmışdır. Bu, hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricidir”.  

Sənaye məhsulu istehsalı 32,2 faiz artıb 

Ölkəmizin bu inkişafında paytaxt rayonlarının öz yeri var. Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nəsimi rayonu da son illər əldə etdiyi sosial-iqtisadi uğurlarla ölkədəki ümumi inkişafa öz töhfəsini verir. Nəsimi rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları göstərir ki, rayonda qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib. Rayon ərazisində 27 iri sənaye müəssisəsi, 4 elmi-tədqiqat və layihə institutu, 18 bank və onların filialları, 9 rabitə müəssisəsi, 12 mehmanxana fəaliyyət göstərir. Cari ilin yanvar-mart aylarında rayonun sənayesində 83 mln. 700 min manatlıq  ya əvvəlki ilin səviyyəsindən 32,2% çox sənaye  məhsulu istehsal edilib və xidmətlər göstərilib. Sənaye istehsalının 32.3%-i məhsul istehsalının, 67.7 % sənaye xarakterli xidmətlərin payına düşür. Sənayenin dövlət sektorunda 31 mln.100 min manatlıq və ya ümumi istehsalın 37.2 %-i qədər, qeyri-dövlət sektorunda isə 52 mln. 600 min manatlıq və ya ümumi istehsalın 62.8%-i səviyyəsində sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. İlin birinci rübündə istehlakçılara 86 mln. manatlıq və ya bütün sənaye  istehsalının 102.7%-i qədər sənaye məhsulu göndərilib. 2012-ci ilin aprel ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 900 min manat olub. 2012-ci ilin I rübündə istehlak bazarı dinamik inkişaf etməkdə davam edibrayon əhalisinə 260 mln. 700 min manatlıq geniş çeşidli istehlak malları satılıb və pullu xidmətlər göstərilib. İlin I rübündə rayonda rabitə müəssisələri tərəfindən hüquqifiziki şəxslərə faktiki qiymətlərlə 5 milyon manatlıq rabitə xidməti göstərib. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə 93 mln. 800 min manatlıq görülüb və xidmətlər göstərilib ki, bu da əvvəlki ilin səviyyəsindən 33.2% çoxdur. İlin birinci rübündə rayonda iqtisadisosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 57 mln. 300 min manat məbləğində investisiya yönəldilib. Cari ilin yanvar-fevral aylarında rayon üzrə işçilərin sayı 136 min 735 nəfər olub. İlin I rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əməkhaqqının  səviyyəsi 8.0 faiz artaraq 409 manat 30 qəpik olub.  

Birinci rübdə 696 yeni iş yeri açılıb 

İlin birinci rübündə rayonda 696 yeni iş yeri açılıb ki, bunun 69-u yeni yaradılan, 107-si mövcud müəssisə və təşkilatlarda, 520-si fiziki şəxslər üzrə olub. 2012-ci ilin 3 ayı ərzində Məşğulluq Mərkəzinə 1296 nəfər müraciət edib. Müraciət edənlərdən 226 nəfəri daimi işlə təmin edilib ki, bu da keçən illə müqayisədə 42 nəfər çoxdur. Sosial müdafiəyə daha çox ehtiyacı olan işaxtaranişsiz vətəndaşların, o cümlədən qaçqın və məcburi köçkünlərin, gənclərin, qadınların, əlillərin sosial müdafiəsinin gücləndirilməsi məşğulluq xidmətinin daim diqqət mərkəzindədir. İşlə təmin olunanların 55,7%-i və ya 126 nəfəri, peşə kurslarına cəlb olunanların 75%-i və ya 60 nəfəri, işsizlik müavinəti alanların 31,3%-i və ya 26 nəfəri gənclər, işlə təmin olunanların 123 nəfəri və ya 54,4%-i, peşə hazırlığı kurslarına cəlb olunanların 45%-i və ya 36 nəfəri qadınlar olub. Keçən dövr ərzində ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqindən aztəminatlı qaçqın və məcburi köçkün ailələri də diqqətdən kənarda qalmayıb. Belə ki, 171 ailə, o cümlədən 2012-ci ilin 3 ayı ərzində 46 qaçqın və məcburi köçkün ailəsi ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. 359 nəfər tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilib. Məcburi köçkünlərin mənzillərdə və məskunlaşdığı yataqxanalarda qaz, su, istilik, enerji problemi olduqda Rayon İcra Hakimiyyəti tərəfindən vaxtında aradan qaldırılıb.    

Genişmiqyaslı abadlıq və yenidənqurma işləri  

Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilir. Vaqif pr. 3, 5, Azadlıq pr. 89a, 91, 97, Nizami küçəsi, 118, Süleyman Rüstəm küçəsi, 55 binalarının fasadlarında təmir işləri, Nizami, Zorge, Xəqani və digər küçələrində əsaslı təmir işləri aparılır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azadlıq və Vaqif prospektləri genişləndirilərək əsaslı təmir olunurbordyurlar dəyişdirilir, 28 May və Ənvər Qasımzadə küçələri əsaslı təmir olunurbordyurlar dəyişdirilir, Səməd Vurğun küçəsinin Füzuli küçəsindən Şamil Əzizbəyov küçəsinə qədər hissəsi isə genişləndirilib və əsaslı təmir olunub. Rayon ərazisində 18 küçənin genişləndirilməsi ilə bağlı Nəqliyyat Nazirliyi qarşısında məsələ qaldırılıb. Əhalinin istirahəti və asudə vaxtının səmərəli keçirilməsi məqsədilə rayonda 12 istirahət parkı, 1 mədəniyyət evi, 5 kinoteatr, 6 kitabxana fəaliyyət göstərir. Bütün bunlardan əlavə Heydər Əliyev Sarayı, Heydər Əliyev adına İdman Konsert Kompleksi, Bakı Dəmir Yolu Vağzalı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, 28 May, C.Cabbarlı, 20 YanvarMemar Əcəmi metrostansiyaları Nəsimi rayonunun əraisində yerləşir.Bu ilin mayın 9-da dövlət başçısının iştirakı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışı olub. Yeddi mərtəbədən ibarət yeni bina ən müasir tələblər səviyyəsində inşa edilib. Ümumi sahəsi 5 min kvadratmetr olan bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada həmçinin üç müşavirə zalı, arxiv, rabitə otaqları, yeməkxana, 25 avtomobillik yeraltı qaraj da yaradılıb. Binada elektron idarəetmə və məlumat bazası quraşdırılıb. Ölkə başçısının “elektron hökumət”in yaradılması barədə tapşırıqlarına uyğun olaraq İcra Hakimiyyətinin elektron idarəetmə və məlumat bazasında vətəndaşların ərizə və şikayətlərinin qəbulu da reallaşır. Rayonun hər bir sakini İcra Hakimiyyətinin binasına gələrək bu sistem vasitəsilə elektron ərizə yazamüvafiq şöbəyə göndərə bilər. Bununla yanaşı vətəndaşlar bu sistemdən internetlə Rayon İcra Hakimiyyətinin rəsmi saytına və ya bu bazaya daxil olaraq evlərindən birbaşa müraciət edə bilərlər. Vətəndaşların qəbulunu operativ və səmərəli həyata keçirmək üçün vətəndaşların qəbulu otağında geniş imkanlar var. Binada ekspo-mərkəz də var. Mərkəzdə paytaxtımızın keçmişmüasir vəziyyətini əks etdirən maraqlı fotolar yerləşdirilib. Gələcəkdə burada rayon məktəblilərinin müxtəlif sərgilərinin keçirilməsi nəzərdə tutulur. Operativ idarəetmə mərkəzində yaradılan rayonun maketi xüsusi proqramla təchiz edilib. Rayon ərazisində yerləşən bütün tikililər barədə proqram vasitəsilə məlumat almaq mümkündür. Xüsusi proqram rayondakı bütün mənzil-istismar sahələrinin ərazilərinin bölgüsünü aydın göstərir. Təbii fəlakətlərin, istehsalat qəzalarının, dağıntıların yaranması təhlükəsi baş verəcəyi təqdirdə mərkəzdə idarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi də yaradılıb. Rayon ərazisində hər hansı bir hadisə baş verdikdə mərkəzdə yaradılan şərait birbaşa xüsusi proqram vasitəsilə aidiyyəti orqanlarla qısa zamanda videoəlaqənin yaradılmasına imkan verir. Yeni inzibati binanın qarşısındakı park da əsaslı təmir edilib.  

Əhaliyə satılan istehlak mallarının keyfiyyətinə nəzarət edilir 

Dövlət başçısı keyfiyyətsiz məhsullar və süni qiymət artımına qarşı ciddi mübarizə aparılmasını müvafiq dövlət orqanları qarşısında bir vəzifə olaraq qoyub. Prezidentin bu göstərişini rəhbər tutan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə rayon ərazisində istehsal olunan və satılan istehlak mallarının keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə komissiya yaradılıb. Rayon ərazisində bu istiqamətdə çoxsaylı reydlər keçirilir və nəticələr barədə İcra Hakimiyyətinin başçısına mütəmadi olaraq məlumat verilir. Bazarlarda kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin bahalaşması, onu doğuran səbəblər və eləcə də onların qarşısının alınması yollarından biri kimi Bakı şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil edilməsi qərara alınıb. Həmin qərara uyğun olaraq Nəsimi rayonunda nümunəvi, müasir tələblərə uyğun «Təzə Bazar» MMC-nin və 3-cü mikrorayon ərazisində yerləşən «Kəndli yarmarkası»nın ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilir. Yarmarkada bazar qiymətlərindən aşağı qiymətə kənd təsərrüfatı məhsullarının satılması əhalinin rifah halının yaxşılaşmasına, süni qiymət artımının qarşısının alınmasına xidmət edirİcra Hakimiyyəti əməkdaşları tərəfindən daimi nəzarətdə saxlanılır. Dövlət başçısının tövsiyyə və göstərişlərini rəhbər tutaraq rayon rəhbərliyinə edilən müraciətlərin heç biri cavabsız qalmır və vətəndaşların problemlərinin aradan qaldırılması üçün mütəmadi işlər görülür. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2011-2013-cü illər)"nın icrası ilə əlaqədar Nəsimi rayonunda tədbirlər davam etdirilir və görülən işlər rayon rəhbərliyinin daim nəzarətindədir. 

 

Anar Miriyev 

Palitra.-2012.-13 iyul.-S.11.