Güclümodern dövlətin uğurları qarşısıalınmazdır

 

Azərbaycanda keçirilən hər hansı bir beynəlxalq tədbir ölkəmizin yüksək inkişaf səviyyəsini, modern bir dövlətə çevrildiyini açıq ortaya qoyur. O cümlədən, Azərbaycanda keçirilmişEurovision” müsabiqəsi də bütün parametrlər baxımından digər ölkələrdə keçirilən öncəki eyni müsabiqələrdən fərqli, unikal və nümunəvi bir şəkildə keçirildi. Bunu bütün dünya KİV-ləri və eləcə də müsabiqə zamanı Azərbaycana gələn, müsabiqəni seyr edən iştirakçılar da dönə-dönə bildirirlər.  

Bu müsabiqənin lüzumsuz yerə siyasiləşdirilməsi kimi uğursuz cəhdlərə baxmayaraq, “Eurovision” Azərbaycan mədəniyyətinin qüdrətini, ölkəmizin tərəqqisini əyani şəkildə bir daha dünyaya göstərdi. Buna baxmayaraq müstəqil, modern və tərəqqi edən Azərbaycanın dünya çapındakıl nailiyyətlərini görmək istəməyən düşmən qüvvələr qısqanclıqlarını fürsət düşdükcə göstərməyə çalışırlar. Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə fikirlərini belə bildirib: “Bakıda keçirilmişEurovision” müsabiqəsi hesab edirəm ki, başqa şəhərlər üçün nümunə ola bilər. Ancaq bununla bərabər, biz gözlənilməz kampaniya ilə də üzləşdik. Bu, bizim üçün gözlənilməz idi. Çünki yenə də deyirəm, “Eurovisionun tarixində heç vaxt siyasi məqamlar olmamışdı. Burada antiazərbaycan qüvvələrin birləşməsi prosesi sürətlə gedib. İlk növbədə, erməni lobbisibu məsələ ilə bağlı mən əvvəllər də demişəm, bu gün də deyirəm, “Eurovision” müsabiqəsi bir daha mənim sözlərimi təsdiqləyir ki, bizim üçün, Azərbaycan xalqı, Azərbaycan dövləti üçün bir nömrəli düşmən dünya erməni lobbisidir. Onlar gündəlik fəaliyyətdə Azərbaycanı ləkələmək, qaralamaq, şayiə, böhtan yaymaq üçün çalışırlar və bütün maliyyə-siyasi qüvvələrini səfərbər edirlər ki, təki Azərbaycana zərbə vursunlar. Erməni lobbisi, ondan sonra digər qurumlar, digər dairələr, Avropada islamofobiya xəstəliyinə düçar olmuş bəzi dairələr bu kampaniyaya qoşuldu. Bunu da mən təəssüf hissi ilə deyə bilərəm. Belə fikirlər səsləndi ki, müsəlman ölkəsində Avropa müsabiqəsi keçirilə bilməz. Bu, əlbəttə ki, çox məyusedici bəyanatlardır. Düzdür, belə qüvvələrin Qərb dünyasında, siyasi müstəvidə çəkisi çox aşağı səviyyədədir. Ancaq bu qüvvələr, belə partiyalar, bu fikirdə olan siyasətçilər əfsuslar olsun ki, vardır. Əgər belə təsnifat aparsaq deyə bilərəm ki, üçüncü qüvvələr sadəcə olaraq Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən, Azərbaycanın böhranlı illərdə bu qədər inkişaf etdiyini həzm edə bilməyən və sadəcə olaraq uğurlarımıza qısqanan, paxıllıq edən dairələrdir. Onları qıcıqlandıran budur ki, necə ola bilər ki, hər yerdə böhran, hər yerdə problem, nümayişlər, polis ilə əhalinin toqquşması, - indi bəzi şəhərlərdə bu ənənəvi hal almışdır, - ancaq burada sakitlik, rahatlıq, inkişafxoş ovqat hökm sürür”.Xüsusilə təəssüfləndirici bir haldır ki, ölkəmizdəki müxalif dairələr arasında milli məfkurəyə və Vətən manefeyinə zidd olan, sırf lokal maraqlarından çıxış edərək, Azərbaycan maraqlarını hər an qurban verməyə hazır olanları da var. Onların məhz bu cür patoloji həvəsi və meyli bu müxalifləri asanlıqla istənilən xarici qüvvənin təsiri altına salır. Bu məqamla bağlı Prezident belə qeyd edib: “İnkişafımızı qəbul etməyən qüvvələr, insanlar, siyasətçilər varbiz onları tanıyırıq. Bunlara qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr vardır. Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm daha dəqiq olar, - bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalanböhtan üzərində kampaniya aparmağa başlamışlar. Həm xarici, həm daxili mətbuatda qəsdən müəyyən təxribatların baş verməsini onlar təşkil etmişlər. Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək - bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi. Əlbəttə, Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir. Demək olar ki, bütün Azərbaycan xalqı bu bir ay ərzində sevinc içində idi. Bu qədər qonaq gəlir, hər kəs istəyirdi ki, öz ölkəsini təqdim etsin, tanıtdırsın, gözəl yerləri göstərsin. Antimilli qüvvələr isə xarici qonaqlara deyirdilər ki, siz baxmayın ki, bura belə gözəldir, gəlin biz sizi kənara aparaq, siz görərsiniz ki, bura necə pisdir. Yəni, adamın ağlına gəlmir ki, bu dərəcədə antimilli duyğularla yaşayan insanlar burada ümumiyyətlə özləri üçün necə yer tapa bilirlər?! Yəni, onlar üçün hər gün dərddir, hər gün faciədir. Bir yenilik görəndə üzülürlər, bir inkişaf görəndə yasa batırlar. Bunlar doğrudan da, çox ağır bir psixoloji durumda olan insanlardır, özüuzun illər ərzində. Çünki Azərbaycanın inkişafı bu günün işi deyil. Bu, ardıcıllıqla gedən bir inkişafdır. 1990-cı illərin ortalarından bu günə qədər hər il inkişaf, gözəllik, abadlıq - indi Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bunu biz demirik, xarici qonaqlar deyirlər. Bunlar üçün bu, daimi stressdir və yəqin ki, onların məntiqsiz hərəkətləri illərcə yığılmış bu stressin təzahürüdür. Çünki o hərəkətləri başqa cür izah etmək mümkün deyildir.“Eurovisiona qədər 20-ci Sahədə ayrılan yerdə üç mitinq keçirilmişdir. Mən bir daha demək istəyirəm ki, onlar üçün ən məqbul yer 20-ci Sahədir və özləri də öz xoşu ilə 20-ci Sahədə mitinqləri çox sakit şəkildə keçirdilər. Heç kim onlara dəymədi. Amma görəndə ki, hər dəfə, - yəni üç dəfə belə yığıncaqlar keçirildi, - oraya gələn insanların sayı getdikcə azalır, yeni taktikaya əl atdılar. Şəhərin mərkəzində qanunsuz piket, ya mitinq keçirməklə xarici mətbuatın diqqətini cəlb etməyə cəhd etdilər. Bu, sırf təxribat xarakteri daşıyan bir addım idi. Yaxşı, “Eurovision” artıq qurtardı. Haradadır o piketlər, haradadır o mitinqlər?! Hacıbala Abutalıbov onlara müraciət etsin və onları 20-ci Sahəyə dəvət etsin. “Eurovision” növbəti dəfə nə vaxt Azərbaycanda keçiriləcək, biz bilmirik. Yəni, biz o qədər gözləyə bilmərik...”. Müxalifətin radikal kəsiminin bu cür spontan davranılşarı olduqca ironiya doğurur. Onların hər hansı bir aksiya, siyasi kampaniyaya beynəlxalq tədbir öncəsi xarici sifarişlə “aktivləşmələri” bu qüvvələrin sırf xarici, düşmən qüvvələrin nəhs fikir, ifadə və əməl yedəkçiləri olduğunu sübut edir. Elə buna görə də, xalq onları rədd edironlar hər dəfə tam fiaskoya uğrayaraq siyasi mövcudluqlarını tamam itirməyə məruz qalıblar. Prezident müşavirədə qeyd edib: Bu, nə qədər gülməli olsa da, bir o qədər də acınacaqlıdır. Çünki doğrudan da öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar - milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr. Ancaq bütün bu cəhdlərə və bizə qarşı bu çirkin kampaniyaya baxmayaraq, yenə də biz qalib gəldik - Azərbaycan dövləti, Azərbaycan xalqı qalib gəldi. Çünki biz güclüyük. Bizim gücümüz xalqın dəstəyidir və biz haqlıyıq. Haqlı qüvvə qalib gələndə o zaman ədalət zəfər çalır və əminəm ki, biz bundan sonra da həmişə qalib gələcəyik!”.Göründüyü kimi, dövlətin mövqeyi hər məsələdə olduğu kimi, bu məsələdə də haqqaxalqa söykənir. Beləliklə, ümumi mənafelər naminə birlik nəticəsində  bütün sınaqlardan uğurla çıxan, bütün təxribatları dəf edən, güclü, sürətli inkişafı dönməz olan, beynəlxalq arenadakı uğurları tükınməz olan Azərbaycan ərsəyə gəlib. 

 

İlkin AĞAYEV

Palitra.-2012.-13 iyul.-S.5.