«Qəbələdə müntəzəm şəkildə sərgilər təşkil edirik»

 

 

Layihə çərçviəsində müsahibmiz Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarovadır. O, qəzetimizə müsahibəsində cari ildə rayonda görülən işlər haqqında məlumat verməklə başladı: 

- Qəbələ rayon  Mədəniyyət və Turizm  Şöbəsi üzrə  ilin 6 ayı ərzində tarixi hadisələr, yubileylər və əlamətdar günlərin qeyd olunması  istiqamətində  məqsədyönlü işlər aparıb. İlin əvvəlində tədbirlərimiz çox zəngin olub. Belə ki, klublarda və mədəniyyət evlərində məktəblilər üçün  yeni il şənlikləri təşkil edilib. Vəndam qəsəbə Mədəniyyət Evi, Nic qəsəbə Mədəniyyət Evində yerli əhali üçün yeni il  tədbirləri hazırlanıb. 20 Yanvarın 22  illiyi münasibətilə bütün müəssisələrdə anım mərasimləri keçirilib, fotostendlər  tərtib edilib. Xalqımızın yaddaşında qara hərflərlə yazılmış, Qarabağ torpaqlarının  ermənilər tərəfindən işğalı nəticəsində hazırda  erməni  tapdağı altında olan rayonların hər birinin  işğal günü  müəssisələrdə hər il ənənəvi olaraq anılır. Eyni zamanda 26 fevral-Xocalı soyqrımının 20-ci  ildönümü  münasibətilə bütün mədəniyyət müəssisələrimizdə “xatirə saatları”  təşkil  olunub. “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya hazırlanaraq geniş ictimaiyyət qarşısında nümayiş olunub. Mart ayı da həmişə tədbirlərlə zəngin olur. 8 Mart  qadınlar bayramı münasibətilə bir çox klub müəssisələrində qadınlar  üçün musiqi proqramı təşkil etmişik. Xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə martın 20-də Atçılıq Cıdır Mərkəzində geniş tədbir keçirilib. Tədbirdə meydan  tamaşaları göstərilib, rayon Mədəniyyət EvininÇinarinstrumental ansamblı, “Gülbutafolklor qrupu, Hacallı kənd Mədəniyyət Evinin   Gülüstan  folklor qrupu  tədbirlərdə fəallıqla çıxış  ediblər. Qeyd edək ki, hər il olduğu kimi bu il də Bakıda keçirilən Novruz şənliklərində  Qəbələ rayon mədəniyyət işçiləri yüksək fəallıqla təmsil olunublar. 31 Mart Azərbaycanlıların Soyqrımı Günü  münasibətilə bütün müəssisələrdə anım mərasimləri  keçirilib,  fotostendlər, guşələr təşkil  olunub.

- Rayonunuz cari il respublika müsabiqələrində təmsil olunubmu?

- Bəli olunub. Aprel ayında Bakıda keçirilən Xan Şuşinski adına II Respublika muğam müsabiqəsində rayon İncəsənət Məktəbinin şagirdi Hacıbaba Abdurahmanov I  yer tutub. Həmin ay Şəkidə keçirilmiş Respublika  incəsənət  məktəblərinin şagirdlərinin xor müsabiqəsində rayon  İncəsənət Məktəbinin xor kollektiviuğurla çıxış edib. Mayın 8-də Masallıda  keçirilmiş Respublika uşaq muğam müsabiqəsində rayonumuzun İncəsənət Məktəbinin şagirdlərindən Hacıbaba Abdurahmanov, Bağırov Fəqan da iştirak edibdiplomla təltif olunublar. Qəbələ rayon  İncəsənət Məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün müəssisəyə kitab şkafı, stul, stol, musiqi əsərlərini qoymaq üçün pult alınıb. Eyni zamanda məktəb təhsilin keyfiyyətini  yüksəltmək üçün yeni dərs vəsaitləri ilə təmin olunub. Bu il məktəbi 61 nəfər şagird 6 ixtisas üzrə bitirib. Qeyd edim ki, may ayında Şuşanın işğalının  20 illiyi ilə əlaqədar  şöbə tərəfindən tədbirlər planı hazırlanıb. Kənd klub müəsssisələrində və kitabxanalarda bununla əlaqədar daimi sərgilər, fotostendlər, guşələr təşkil edilib, anım mərasimləri  keçirilib.

- Rayon kitabxana  filiallarının birləşdirilməsi məsələsi həll edilbmi?

- Prezidentin 6 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında  kitabxana-informasiya sahəsinin 2009-2013-cü illərdə  inkişafı üzrə Dövlət Proqramı”nın  müvafiq bəndində şəhər, rayon kitabxana  filiallarının birləşdirilməsi, onların daha səmərəli fəaliyyət göstərməsi  nəzərdə tutulub. Bu istiqamətdə Qəbələ rayonunda  kitabxanaların müasir oxucu tələblərinə cavab verməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib. Mərkəzi Kitabxana Sistemi  və filiallarında yeni avadanlıqlar alınıb, kompyuterlər verilib. Respublika  kitabxana kollektorundan yeni kitablar gətirilib. Eyni zamanda, “Elektron kitabxana” yaradılması istiqamətində Mərkəzi Kitabxanada  bir çox işlər görülüb. May ayında elektron kitabxananın  fəaliyyət göstərməsi üçün vacib olan 1300 manat dəyərində SD formatda kitablar alınıb. 10 kəndin kitabxanası internet ilə təchiz edilib. İlin sonunadək elektron kataloqların işlənməsi üçün vacib olan yeni modulların alınması nəzərdə tutulur. 28 may Respublika Günü münasibətilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında geniş bayram tədbiri keçirmişik. 1 İyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə də Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında tədbir keçirilib. Tədbirdə Qəbələ rayon İncəsənət Məktəbinin şagirdlərdən ibarət ansamblı, rayon Mədəniyyət Evinin kolllektiviuşaq yaradıcılıq mərkəzinin rəqs qrupu fəal iştirak edib. Eyni zamanda bir çox klub müəssisələrində, o cümlədən Hacallı kənd Mədəniyyət Evi, Vəndam qəsəbə Mədəniyyət Evi, Tüntül kənd Mədəniyyət Evində uşaqlar üçün musiqili proqramlar təşkil  olunub. Daha sonra 15 iyun Qurtuluş Günü  münasibətilə kəndlərdə yerləşən klub müəssisələrində yerli inzibati ərazi  nümayəndəlikləri ilə birgə tədbirlər təşkli olunub. Bütün mədəniyyət müəssisələrində müntəzəm şəkildə mühazirələr keçirilib, rayon Mədəniyyət Evi tərəfindən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında bayram konserti təşkil edilib. 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə bütün müəssisələrdə mühazirələr oxunub. Qəmərvan kənd Mədəniyyət Evi və Tikanlı kənd Mədəniyyət Evi tərəfindən sərhəd qoşunlarının hərbi zastavasında musiqili proqramlar təşkil edilib. Qəbələ rayon Mədəniyyət EvininÇinarinstrumental ansamblı Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissənin əsgər və zabit heyəti qarşısında geniş konsert proqramı ilə çıxış edib. Laza və Qəmərvan kəndlərində yerlşən zastavalarda əsgərlər üçün konsert proqramları keçirilib. Belə tədbirlərin keçirilməsi əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradır. Ümummilli liderin irsinin təbliği istiqamətində keçirilən tədbirlər baxımından may ayı çox zəngin olub. Heydər Əliyev Mərkəzində rayon mədəniyyət, təhsil və səhiyyə işçiləri ilə, ağsaqqalveteranlarla, gənclərlə, məktəblilərlə keçirilən tədbirlərdə ulu öndərin xatirəsi böyük ehtiramla yad edilib, həyat və fəaliyyəti haqqında geniş məlumatlar verilib, filmlər nümayiş etdirilib. Uşaq Yaradıcılıq Mərkəzində Qəbələ Dövlət Rəsm Qalareyası tərəfindən aprel ayında Əzim Əzimzadənin  yaradıcılığına həsr olunmuş mühazirələr keçirilib.

 

 

Anar Miriyev. 

Palitra.-2012.- 18 iyul.- S. 4.