Böyük elmin magistral
yolunda
Naxçıvan Dövlət Universitetində
ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr
olunmuş Tələbə
Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilən tələbə elmi-tədqiqat
işlərinin yekunlarına
həsr olunmuş elmi konfrans keçirildi. Konfransı giriş
sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Tələbə
Elmi Cəmiyyətini böyük elmin magistral yolunda ilk məktəb, başlanğıc
laboratoriya adlandırdı.
Vurğulandı ki, universitetin 1968-ci ildən fəaliyyətə başlayan
Tələbə Elmi Cəmiyyəti ali
təhsil tarıxındə,
bugünkü tanınmış
elm xadimləri və pedaqoqların alim-ziyalı
kimi yetişməsində
özünəməxsus rola
malikdir. Qeyd olundu ki, burada
iştirak edən tələbələr bilik
və dünyagörüşü,
natiqlik qabiliyyəti, elmi auditoriyalara alışqanlıq qazanir,
magistratura pilləsində
təhsil ala biləcək
real namizədlərə çevrilirlər.
Rektor Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilən builki elmi-tədqiqat işlərinin
ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müasir elmi kontekstdən araşdırılması
baxımından da əhəmiyyət kəsb
etdiyini bildirdi, tələbələrə uğurlar
arzuladı. Elmi işlər
üzrə prorektor, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək
universitetin Tələbə
Elmi Cəmiyyətinin
son nailiyyətlərindən danışdı. Qeyd olundu
ki, 167 tələbənin
elmi-tədqiqat işi
müvafiq olaraq I, II və III yerlərə layiq görülmüş,
qiymətləndirmə zamanı
obyektivlik və şəffaflıq gözlənilmışdir.
Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri, Hüquqşünaslıq
ixtisası üzrə
I kurs tələbəsi,
Prezident təqaüdçüsü
Ramazan Abdullayev Tələbə Elmi Cəmiyyətinin yekun hesabatını diqqətə
çatdırdı. Bildirildi
ki, 2011-2012-ci tədris
ilində Tələbə
Elmi Cəmiyyətinin
üzvləri universitetdə
keçirilən Qafqaz
Universitetlər Birliyinin
Birinci Naxçıvan
Beynəlxalq Simpoziumunda,
Bakı Slavyan Universitetində keçirilən
Tələbələrin XXII Ümumrespublika konfransında
və konfrans çərçivəsində keçirilən “Müstəqilliyimiz
əbədidir, daimidir,
dönməzdir” inşa
müsabiqəsində, ali
məktəb tələbələrinin
XVII Respublika Fənn Olimpiadasında uğurla iştirak etmişlər. Habelə Naxçıvan Dövlət
Universitetinin Gənc Alimlər Şurası ilə birlikdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” elmi konfransı təşkil edilib. Konfransda TEC xətti ilə yerinə yetirilən, elmi yeniliyi ilə
xüsusi fərqlənən
tədqiqat işlərindən
bəziləri auditoriyaya
təqdim olundu. Beynəlxalq münasibətlər
ixtisası üzrə
III kurs tələbəsi
Gülçin Ağayevanın
eyniadlı Beynəlxalq
münasibətlər kafedrasının
müəllimi Seymur Talıbovun rəhbərliyi
ilə “Azərbaycan Respublikasının enerji siyasətinin formalaşmasında
ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda, Pediatriya ixtisası üzrə IV kurs tələbəsi Osman Cəfərlinin Pediatriya kafedrasının müdiri,
dosent Adil Mirişlinin elmi rəhbərliyi ilə “Uşaqlarda şəkərli
diabetin gedişi xüsusiyyətləri” mövzusunda
hazırladıqları elmi-tədqiqat
işləri konfans iştirakçıları tərəfindən
maraqla qarşılandı.
Sonda universitet TEC təşkilatçılarına,
fakültə üzrə
TEC sədrlərinə üzvlük
vəsiqələri paylandı,
yer tutan tələbələrə diplomlar
təqdim olundu.
Mehriban SULTAN
Palitra.-2012.-6 iyun.-S.10.