“Kukla sənəti inkişaf etməlidir və biz
də bir “ana teatr” olaraq bunun
üçün
çalışırıq”
“Bizim teatrın təmirindən sonrakı təchizatı sayəsində hər hansı ölkədən nəinki geri olmadığımızı, əksinə, onları qabaqladığımızı görürük”
Layihə çərçivəsində müsahibimiz A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadədir:
-
Ötən il bizim teatrımız üçün çox
uğurlu olub. Belə ki,
aprel ayında Mərakeşdə
keçirilən XII Beynəlxalq Uşaq
Teatrları Festivalında iştirak etdik, burada N.Gəncəvinin
«Xeyir və Şər» əsəri əsasında
hazırlanan tamaşa ilə
çıxış etdik və
festivalın birinci mükafatına layiq görüldük.
May
ayında Kazanda keçirilən X Beynəlxalq
«Novruz» Festivalında Kamran
Şahmərdanın «Ağ və Qara» tamaşası ilə uğurla
çıxış etdik. «Ən
yaxşı tamaşa» nominasiyasında fərqləndik.
Ötən il Həsən Əbluc
adına Bədii Qiraət Festivalında teatrımızın
aktrisası Cəmilə Allahverdiyeva ikinci mükafata layiq görüldü. Sentyabr ayında teatrımız UNİMA təşkilatına
üzv oldu və qurumun Azərbaycanda Milli Mərkəzi
yaradıldı. Bunun ardınca,
noyabrın 1-dən 5-dək möhtəşəm bir festivalın şahidi olduq. Milli teatrımızın tarixində ilk
dəfə olaraq Bakı şəhəri
I Beynəlxalq Kukla Teatrları
Festivalına ev sahibliyi
etdi. 16 ölkədən 23 teatrın iştirak etdiyi festival Azərbaycan teatrının
inkişafını, onun ənənələrə
söykənən müasir meyillərini
və ümumilikdə bu sənətə
olan yüksək münasibəti göstərdi.
Festival çərçivəsində
keçirilən simpoziuma dünyanın
aparıcı teatr təşkilatlarının
rəhbərləri qatıldılar. Noyabrın 3-də isə
UNİMA Azərbaycan Milli Mərkəzinin
birinci yığıncağı keçirildi. Bütün
bu nailiyyətlər Azərbaycan
teatrının uğuru və dövlətin
bu sənətə olan
qayğı və diqqətinin nəticəsidir. “Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq həyata
keçirilən bu işlər milli teatrımızın inkişafına
yönələn tarixi addım hesab olunmalıdır
- Teatrda
repertuar necə tənzimlənir?
- Bizim auditoriya əsasən azyaşlılar olsa da, çox tələbkardırlar. Heç kimə sirr deyil ki, uşağı nəyəsə məcbur etmək çox çətindir. O, bizim tamaşaçı zalında əyləşsə belə səhnədə baş verənlər onu cəlb etmədikdə istər-istəməz onda teatra maraq oyanmır. Ona görə də biz - rejissorlar, rəssamlar, aktyorlar balalarımızın gözünü, könlünü oxşayan yeni və maraqlı nümunələri səhnəyə gətirməyə çalışırıq. Ötən il 4 yeni tamaşa təhvil verdik. İnanıram ki, bu il ondan da uğurlu il olacaq. Çünki bu il 6 yeni tamaşa hazırlamışıq. Onlardan üçü dövlət sifarişi ilə hazırlanıb. M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar olaraq «Müsyö Jordan və Dərviş Məstəli şah» əsərini səhnələşdirdik. Aprel ayının 14-də tamaşanın premyerası oldu. Tamaşanın quruluşçu-rejissoru Aleksandr Maksimıçev, quruluşçu-rəssamı Tatyana Melnikova, bəstəkarı isə İqor Roqalyovdur. Onların hər üçü Sankt-Peterburqdan dəvət olunub. Tamaşanın kuklaları da Sankt-Peterburqda hazırlanıb. Bundan əlavə digər bir yeni tamaşamız - teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Rəhman Əlizadənin müəllifi olduğu «Sindibadın xoşbəxtlik adasına səyahəti» də repertuarımızda öz yerini alacaq.
Artıq 6 beynəlxalq festivaldan dəvət almışıq.
Əvvəllər hər hansı festivaldan
dəvət gəldikdə araşdırmadan ona
qatılmağa can atırdıqsa, indi artıq seçim edirik, bizim üçün
aktual və nisbətən daha
genişmiqyaslı festivallara getməyə
çalışırıq. Digər teatrlarla
əlaqələrə gəldikdə isə teatrın,
ümumiyyətlə, inkişafı naminə belə
yaradıcılıq əlaqələri, mübadilə vacibdir. Bu heç
də öz teatr mütəxəssislərimizin
işini bəyənməmək
anlamına gəlməməlidir. Bu gün teatr
dünyadakı mədəni inteqrasiyadan kənarda
qala bilməz. Uğurlu
inteqrasiya üçün
isə müasir prosesləri fəaliyyətində
tətbiq etməlidir. Bu da
ilk olaraq
yaradıcılıqda öz əksini
tapmalıdır.
- Hazırda bölgələrdə
də dövlət kukla teatrları fəaliyyət göstərir.
Yerlərdəki kukla teatrları ilə yaradıcı əlaqələriniz
varmı?
- UNİMA Azərbaycan Milli Mərkəzi idarə heyətinin 10 üzvü var ki, onların arasında həmin bölgələrdəki kukla teatrlarının və Dövlət Marionet Teatrının təmsilçiləri də var. Əlaqələrimiz, təbii ki, mövcuddur. Çünki kukla sənəti inkişaf etməlidir və biz də bir “ana teatr” olaraq bunun üçün çalışırıq. Bilirsiniz ki, hələlik Dövlət Mədəniyyət və İncəsənət Universitetində kukla teatrı aktyorluğu fakültəsi yoxdur. Azərbaycanın kukla teatrlarında çalışan aktyorların əksəriyyəti bizim teatrın yetirmələridir. Bu missiya daha mütəşəkkil formada davam etməkdədir. Artıq ikinci ildir ki, bizdə teatr studiyası fəaliyyət göstərir. Bu sənətə marağı olan gənclərin toplaşdığı studiyanın müddəti bitdikdən sonra bəhrələndiyimiz hər hansı insanı ştata götürürük və aktyor kimi bizim teatrda fəaliyyətini davam etdirir.
Yerlərdəki kukla teatrları ilə yaradıcılıq mübadiləsi də var. Salyan Dövlət Kukla Teatrında M.F.Axundzadənin yubileyi ilə əlaqədar hazırlanan «Xırs quldurbasan» tamaşasına teatrımızın baş rejissoru R.Əlizadə quruluş verdi. Tamaşanın baş rəssamı isə bizim teatrın baş rəssamı L.Quluzadə idi. Digər teatrlar da belə bir istəkdə olsalar, biz müsbət cavab verməyə hazırıq.
- Teatrın texniki təchizatı
ilə bağlı nə deyərdiniz?
- Biz hər hansı bir xarici ölkədə olarkən və ya onların teatrlarını qonaq edərkən inkişafımızın hansı həddə olduğunu aydın görürük. Təsəvvür edin ki, sovetlər dönəmində hər hansı ölkəyə qastrola gedərkən onların teatrlarına, texniki mümkünatına heyran qalırdıq. Artıq bizim teatrın təmirindən sonrakı təchizatı sayəsində hər hansı ölkədən nəinki geri olmadığımızı, əksinə, onları qabaqladığımızı görürük. Hətta Mərakeş festivalında biz texniki məsələlər ucbatından tamaşanın müəyyən detallarını çıxarmalı olduq. Çünki onlarda bizdə olan avadanlıq yox idi.
Yaradıcılq baxımından da inkişaf etdiyimizi, xarici ölkələrdəki kukla teatrlarından heç də geridə olmadığımızı düşünürəm. Özü də bunu məşhur teatr mütəxəssislərinin, tənqidçilərinin xarici festivallarda tamaşalarımıza verdikləri qiymətə, söylədikləri xoş sözlərə əsasən deyirəm. Bizim teatrın ustalığı daim yüksək qiymətləndirilir. Çalışırıq ki, bizə göstərilən qayğı və dəstəyə məsuliyyətlə, işlədiyimizdən də yaxşı göstəricilərlə cavab verək.
Hər bir teatrın repertuar siyasəti var. Hazırda bizim repertuarda 20-yə yaxın tamaşa var və orada
əksər klassiklərin
əsərləri yer
alıb. Elə tamaşalar, nağıllar
da var ki,
daim bizim repertuardadır. Bilirsiniz,
yeni və ya köhnə tələb bir yana, teatrın
statusunu müəyyənləşdirən
tamaşaçıdır. Əgər tamaşaçı zalda yerini alırsa və baxdığı səhnə əsərindən
təsirlənə bilirsə,
demək, o teatr qarşısına qoyulan tələbləri tam ödəyir.
Mən düşünmürəm ki,
bizim kukla teatrı hər hansı cəhətinə
görə dünya ölkələri teatrlarından
geridə qalır.
Amma bununla yanaşı biz bütün yeni texniki vasitələrdən
istifadə edərək
tam müasir və maraqlı tamaşalar təqdim etməyə çalışırıq.
- Kuklaların istehsalı ilə bağlı vəziyyət
nə yerdədir?
- Kukla teatrında istehsal olunan kuklalar başqalarından,
təbii ki, öz mexanikasına görə fərqlənir.
Ümumilikdə kuklaların hazırlanma
prosesi hər yerdə eynidir. Sadəcə
olaraq çox şey o nümunələri
hazırlayan mexanikin, konstruktorun fantaziyasından
asılıdır. Mən deməzdim
ki, xaricdə hazırlanan kuklalar bizimkilərdən yaxşı
və ya pisdir. Bizim özümüzdə də peşəkarların
çalışdığı emalatxana, butafor sexi fəaliyyət göstərir ki, onların yaradıcılığı
göz qabağındadır.
Sadəcə olaraq biz başqa
kukla sənəti mütəxəssislərinin də
işlərini görmək,
göstərmək istəyirik.
Bu mübadilə istənilən formada lazımdır.
- Azyaşlı tamaşaçıların teatra
münasibətində dəyişiklik
görürsünüzmü?
- Kukla teatrında tamaşa hazırlamaq bəlkə də bütün teatrlardan çətindir. Çünki bizim tamaşanı
həm uşaq, həm də onu tamaşaya gətirən valideyni bəyənməlidir. Uşaqların bəyənməyinə heç
bir şübhəmiz
olmur, bunu balacaların həvəslə
tamaşalara gəlməsində,
onu sonadək izləməsində görürük.
Sadəcə, bəzən valideynlərin
xoşuna gəlməyən
məqamlar olur ki, onda da
uşaqları onların
tamaşaçı marağını
yönləndirməyə çalışırlar.
Mahiyyət etibarilə baxdıqda
tamaşa normaldırsa,
uşaq onu bəyənir. Heç bir
uşağa nəyisə
zorla bəyəndirmək,
təbii ki, mümkün deyil.
Nigar
Palitra.-2012.-6 iyun.-S.12.