Musiqi məktəbləri fəaliyyətləri ilə fərqlənir

 

Layihə çərçivəsində budəfəki təqdimatımız Mingəçevir şəhəri ilə bağlıdır. Şəhər Mədəniyyət və Turizm İdarəsindən «Palitra»ya verilən məlumatda mədəniyyət sahəsində həyata keçirilən tədbirlər və şəhərin mədəni həyatı öz əksini tapıb.

- Heydər Əliyev Mərkəzi Mingəçevirin ictimai həyatında böyük rola malikdir. Mərkəzin fəaliyyəti haqqında mütəmadi olaraq istər yerliregional televiziyalarda və qəzetlərdə, istərsə də ölkə əhəmiyyətli televiziyalarda verilişlər hazırlanır. Mərkəzin ekspozisiyası 241 ədəd eksponatı olan 10 bölmədən ibarətdir. Həmçinin mərkəzdə 2 yaradıcılıq otağı, 545 ədəd kitab bazasına malik kitabxana və qiraət otağı, 70 nəfərlik akt zalı, Heydər Əliyev İrsini Öyrənmək üçün Tədqiqat Otağı fəaliyyət göstərir. Gənclər və uşaqlar üçün kompyuter otağı yaradılıb. Mərkəzin beynəlxalq əlaqələri, respublikadakı digər muzey və mərkəzlərlə əlaqə yaratmaq üçün elektron poçt ünvanı yaradılıb. Məktəbdə keçirilən bütün tarixi və əlamətdar günlərə dair tədbirlərin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə və dünyəvi görüşlərin yüksək səviyyədə qurulmasına yönəldilib.

 Əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsidir

 Şəhərdə fəaliyyət göstərən musiqi məktəbləri mədəni dəyərlərimizin, musiqi tariximizin gənclərə çatdırılmasında böyük rol oynayır. Bu baxımdan şəhid F.Qasımov adına Uşaq İncəsənət Məktəbinin adını qeyd etmək olar. Məktəb 1993-cü ildən fəaliyyət göstərir. 1996-cı ildən Nazirlər Kabinetinin qərarı ilə məktəbə şəhid F.Qasımovun adı verilib. Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə məktəb Uşaq İncəsənət Məktəbinə çevrilib. İncəsənət Məktəbi uşaqlara musiqi sahəsində ilkin təhsil verir. Xalq, klassikdünya incəsənətinin ən yaxşı nümunələri uşaqlara çatdırılır. Məktəb böyüməkdə olan nəslin mənəvi, estetik tərbiyəsinin inkişafına daim xidmət edir. Məktəb qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ümumtəhsil məktəbləri və valideynlərlə sıx əlaqə saxlayır. Məktəb uşaqlarda rəssamlıq və xoreoqrafiyaya da maraq yaradır. Məktəbdə keçirilən bütün tarixi və əlamətdar günlərə dair tədbirlərin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə və dünyagörüşlərinin yüksək səviyyədə formalaşmasına yönəldilib. Məktəbdə 3 şöbə - Fortepiano, Xalq calğı alətləri və Nəzəriyyə şöbələri fəaliyyət göstərir. Bu şöbələrdə fortepiano, tar, qarmon, səs, saz, təsviri incəsənət, xoreoqrafiya ixtisasları üzrə şagirdlər təhsil alır. Məktəbdə tədris planına uyğun olaraq bütün şöbələrdə açıq dərslər, sinif konsertləri və akademik konsertlər, texniki yoxlamalar keçirilir. Qabaqcıl müəllimlərin təcrübəsi mütəmadi olaraq gənc müəllimlərə öyrədilir. Məktəbdə fəalliyyət göstərən Valideynlər Komitəsi müntəzəm olaraq məktəblə əlaqə saxlayır, keçirilən tədbirlərdə yaxından iştirak edir. Bu da məktəbin fəaliyyətində şagirdlərin dərsə davamiyyətinin və ifaçılıq qabiliyyətlərinin artırılmasında öz yüksək təsirini göstərir. İldə 4-5 dəfə Pedaqoji Şuranın iclası keçirilir. Pedaqoji Şurada tədris işi ilə əlaqədar olaraq müxtəlif məsələlər müzakirə edilir.

Xor kollektivi respublika müsabiqələrində

 Eyni fikirləri Üzeyir Hacıbəyli adına 11 illik Musiqi Məktəbi haqqında da demək olar. Məktəb 1953-cü ildən fəaliyyət göstərir. Məktəbin əsas məqsədi gənc nəslə musiqi sahəsində ilkin təhsil vermək, Azərbaycan, Avroparus klassik musiqi əsərlərini onlara öyrətməkdir. Məktəbdə 3 şöbə fəaliyyət göstərir: Xalq çalğı alətləri, Fortepiano və Nəzəriyyə şöbələri. Xalq çalğı alətləri şöbəsində tar, kamança, qarmon və xanəndəlik sinifləri, Fortepiano şöbəsində fortepianoskripka sinifləri var. Nəzəriyyə şöbəsində isə musiqi nəzəriyyəsi, musiqi ədəbiyyatı və xor dərsləri tədris olunur. Məktəbimiz Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə respublikanın müxtəlif  bölgələrində keçirilən müsabiqələrdə fəal iştirak edir. Məktəbimizin xor kollektivi 2006-cı ildə Xor Kollektivlərinin IV Respublika Müsabiqəsində II dərəcəli diploma layiq görülüb. 2007-ci ildə Xor Kollektivlərinin V Respublika Müsabiqəsində I dərəcəli diploma, 2009-cu ildə Xor Kollektivlərinin VI Respublika müsabiqəsində II dərəcəli diploma layiq görülüb. 2010-cu ildə isə Astara şəhərində keçirilən Muğam İfaçılarının V Respublika Müsabiqəsində I dərəcəli diplomla təltif olunub. 2010-cu ildə Bakı şəhərində keçirilən Simli Alətlər üzrə II Respublika Müsabiqəsində məktəb uğurla təmsil olunub. Musiqi məktəbi Gəncə şəhərində keçirilən Xalq çalğı alətləri üzrə IV Respublika Müsabiqəsində isə fəxri fərmana layiq görülüb. Xor Kollektivlərinin III Respublika Müsabiqəsinin zona üzrə baxışı bu ilin 24-25 aprel tarixində Üzeyir Hacıbəyli adına 11 illik Musiqi Məktəbində keçirilib. Müsabiqədə Ü.Hacıbəyli adına 11 illik Musiqi Məktəbininin, şəhid F.Qasımov adına Uşaq İncəsənət Məktəbinin, Bülbül adına 2 saylı Uşaq Musiqi Məktəbinin xor kollektivi yüksək səviyyədə çıxış edib.

 

 "Xarı bülbül" ansamblı və "Sazçalanlar" qrupu orta məktəblərdə konsert proqramı ilə çıxış edir

 

 Qeyd etdiyimiz Bülbül adına 2 saylı Uşaq Musiqi Məktəbi nisbətən yeni dövrdə, 1991-ci ildə yaradılsa da, şəhərin mədəni həyatında uğurla təmsil olunur. Məktəbdə 3 şöbə - Fortepiano, Xalq  çalğı alətləri Nəzəriyyə şöbələri fəaliyyət göstərir. Xalq  çalğı alətləri şöbəsinin nəzdində tar, qarmon, nağara, səs, saz sinifləri var. 2 saylı Uşaq Musiqi Məktəbi uşaqlara musiqi sahəsində ilkin təhsil verir. Məktəbdə müntəzəm olaraq tədbirlər həyata keçirilir. May ayında məktəbdə "Not bayramı" münasibətilə musiqili tədbir keçirilib. Tədbirdə gənc istedadlı şagirdlər maraqlı musiqili səhnəciklərlə çıxış ediblər. Uşaq musiqi məktəbinin "Xarı bülbül" ansamblı və "Sazçalanlar" qrupu orta məktəb şagirdlərinin musiqiyə marağını artırmaq məqsədilə aprel ayında DRES qəsəbəsində yerləşən 19 saylı orta məktəbdə, daha sonra 18 saylı orta məktəbdə rəngarəng musiqi nömrələri ilə konsert proqramları təşkil edib. Şəhid Azər Niftəliyev adına Mədəniyyət Evi Az.DRES qəsəbəsində yerləşir. Mədəniyyət Evinin geniş həyətyanı sahəsi, böyük binası var. Bina xüsusi layihə üzrə tikilib. Mədəniyyət Evinin 320 nəfərlik zalı, geniş foyesi, bir neçə otağı var. Burada nağara, səs və idman dərnəkləri fəaliyyət göstərir. Kompyuter oyunları mərkəzi qəsəbə sakinlərinə xidmət göstərir. Mədəniyyət Evində kikboksinq üzrə idman dərnəyi də mövcuddur. Gənclər bu idman dərnəyində asudə vaxtlarını səmərəli keçirirlər. Bundan başqa əhalinin asudə vaxtlarının səmərəli keçməsi üçün burada stolüstü oyunlar da təşkil olunur. Mədəniyyət Evinin “Səda” instrumental ansamblı bütün tədbirlərdə yaxından iştirak edir. Ansamblın üzvləri Mingəçevir şəhər “N” saylı hərbi hissədə vaxtaşırı konsert proqramları ilə də çıxış edir. Şəhərdə gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, onların milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunması həmişə diqqətdə saxlanılır. Bu baxımdan mədəniyyət sahəsində həyata keçirilən tədbirlərin böyük rolu var. Şəhərimizdə bu məqsədlərin həyata keçirilməsinə xidmət edən “Gənclik” klubu da fəaliyyət göstərir. Klubun 7 otağı var. Klubda “Gənclik” ansamblı da fəaliyyət göstərir ki, ansambl mütəmadi olaraq şəhər tədbirlərində iştirak edir. Klubda biçmə-tikmə, kosmetoloq, kompyuter, tibb dərnəkləri fəaliyyət göstərir. Bununla yanaşı həvəskar dərnəklər də mövcuddur və uşaqların ora cəlb olunmasına çalışırıq. Elə ötən ayın 28-də "Gənclik” klubunda Respublika Günü münasibətilə böyük tədbir təşkil edildi və şəhərin fəal gəncləri tədbirdə böyük ruh yüksəkliyi ilə iştrak etdilər.

 

 

 

Anar Miriyev